Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

66 
Arzuların qanadlarında zamanı qabaqlayan Məhrubə 1993-
cü ildə Elman Rzayev adına 127 nömrəli tam orta məktəbi 
bitirib və tərəddüd etmədən qəbul imtahanını müvəffəqiyyətlə 
verərək valideyn və müəllimlərin etimadını doğruldub. M.Ə.Sa-
bir adına Bakı Pedaqoji Texnikumuna (indiki Azərbaycan Döv-
lət Pedaqoji Kollecinə) daxil olub. Tələbəlik illərində səylə 
çalışıb, oxuyub, öyrənib və pedaqoji təcrübədə fəallıq göstərib. 
Məktəb müəllimləri onun bilik, bacarıq və səriştəsindən razı 
qalıb, ünvanına xoş sözlər söyləyib və onda peşəsinə olan 
həvəsini daha da qüvvətləndiriblər. O özü də yaxşı başa düşürdü 
ki, gənclik yaşında, tələbəlik illərində əldə edilən bilik, ümumiy-
yətlə, hər şey möhkəm və davamlı olur, insana gələcəkdə çalışa-
cağı hər hansı bir sahədə üzağlığı gətirir və kollektiv arasında 
hörmət-izzət sahibi edir.  
Məhrubə Eyvazova 1995-ci ildə texnikumu bitirib, dövlət 
imtahan komissiyasının qərarı ilə ona ibtidai siniflərdən dərs 
demək hüququ, səlahiyyəti verilib. 13 avqust 1995-ci ildə onu 
vaxtı ilə təhsil aldığı 127 nömrəli tam orta məktəbə ibtidai sinif 
müəllimi təyin ediblər. Bu təyinat Məhrubə müəllimi sevindir-
məklə bərabər, məsuliyyətini də qat-qat artırıb. Çünki zama-
nında dərs aldığı müəllimlərlə çiyin-çiyinə çalışacaqdı, onların 
təcrübəsindən bəhrələnəcəkdi.  
Elə ilk tədris ilində məktəbin ibtidai sinif müəllimlərinin
valideynlərin diqqətini özünə cəlb edə bilib. İllər ötdükcə onun 
dərs dediyi şagirdlərin yuxarı siniflərdə də yaxşı oxuması ayrı-
ayrı fənn müəllimlərini də razı salıb. 2009-2010-cu tədris ilində 
birinci sinifdə işləyəcək müəllimlər üçün yeni fənn kurikulumun 
tətbiqi sahəsində təlim kursunu da müvəffəqiyyətlə bitirib. 
Həmişə pedaqoji yenilikləri mənimsəməyə çalışan Məh-
rubə müəllim pedaqoji mətbuatı müntəzəm izləyir, yeniliklərlə 
tanış olur, hər bir dərsini müasir tələblər səviyyəsində qurmağa 
çalışır. Şagirdləri mütaliə etməyə həvəsləndirir. Oxuyub öyrən-
diyi aqil adamların fikirlərini yadına salır, onlara kitabın və 
mütaliənin əhəmiyyətindən danışır. Uşaqları başa salır və söy-
ləyir ki, insan gücü ilə yox mütaliə etməklə ağıllanır, bilik alır, 


67 
həyatı öyrənir və onu dərk edir. Kitabı ürəkdən sevin, onu 
özünüzün ən yaxın dostu hesab edin və həvəslə oxuyun.  
Məhrubə müəllim Eyvazov Telman Paşa oğlu ilə ailə 
qurub və iki övlad anasıdır. Qızı Eyvazova Mehparə 1999-cu 
ildə, oğlu Eyvzalı Toğrul 2009-cu ildə dünyaya gəliblər. 
Valideynlərinə hər zaman üzağlığı gətirən bacı-qardaş da heç 
şübhəsiz ki, gələcəkdə həyatda öz layiqli yerlərini tutacaqlar.  
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 
Azərbaycan müəllimlərinin XI qurultayında demişdir: 
“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, 
xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq gös-
tərən insanlardır.  
Mən müəllimlərimi həmişə böyük hörmət və etiramla 
xatırlamışam. Bunu bir daha bildirmək istəyirəm. Arzu edərdim 
ki, müəllim elə müəllim olsun ki, bax mənim hafizəmdə orta 
məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin 
hafizəsində qalsın”.  
Məhrubə Eyvazova məhz belə müəllimlərdən biridir. Əgər 
belə olmasaydı şərəfli müəllim ömrü yaşayan, uşaqlara qəlbən, 
qırılmaz tellərlə bağlanan və müəllim adını, ləyaqətini ucadan 
uca tutan Məhrubə müəllim pedaqoji kollektivin, şagird və 
valideynlərin böyük hörmət və nüfuzunu qazana bilərdimi? 
Əlbəttə, yox. 
 Məhrubə müəllim, çalışdığınız məktəbin direktoru Mərhə-
məd Məmmədova, həmkarlarınıza və Sizə yeni uğurlar diləyirik. 
 
 “Təhsil problemləri”, 01-07 noyabr 2016-cı il 
 


68 
ZİYASINDAN NUR ALIRLAR 
 
Mən öyrətdim onlara, öyrətdim bilik nədir, 
Oxumağı, saymağı dedim bir xəzinədir. 
 
Esxil, yunan şairi və dramaturqu 
 (e.ə.525-456)  
 
Qaradağ rayonunun Ələt qəsəbə-
sində fəaliyyət göstərən Elman Rzayev 
adına 127 nömrəli tam orta məktəbdə 
öz işinin öhdəsindən layiqincə gələn 
müəllimlər çoxdur və onlardan biri də 
Ziyarət Rzayevadır. O, ibtidai siniflər 
üzrə metodbirləşmənin sədridir və 16 
nəfərdən ibarət kollektivə rəhbərlik 
edir. Təhsilin bünövrəsinin möhkəm 
təməl üzərində qurulmasında fədakar-
lıqla çalışır. İbtidai siniflərdən başla-
yaraq şagirdlərdə vətəndaşlıq, vətən-
pərvərlik, yurdsevərlik hislərinin aşı-
lanmasında həmkarları ilə birlikdə bilik və bacarığını əsirgəmir 
və bu istiqamətdə keçirilən tədbirlərə xüsusi önəm verir.  
Ziyarət müəllim 2003-2004-cü tədris ilinin yekunlarına və 
gənc nəslin təlim-tərbiyəsindəki səmərəli pedaqoji fəaliyyətinə 
görə Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif 
edilib. 5 oktyabr 2004-cü ildə yenə də gənc nəslin təlim-
tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə və Beynəlxalq 
Müəllimlər Günü münasibəti ilə rayon icra hakimiyyətinin fəxri 
fərmanına layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazir-
liyi elmi-metodiki Şurasının Məktəbəqədər tərbiyə və ibtidai 
təhsil bölməsinin 30 yanvar 2004-cü il tarixli qərarına əsasən 
onun “III siniflər üçün Azərbaycan dilindən proqramlaşdırılmış 
testlər” kitabı nəşr edilib. Üçüncü sinif şagirdlərinin Azərbaycan 
dili fənnində əldə etdikləri biliklərin yoxlanılması və möh-


69 
kəmləndirilməsi üçün müəllimlərə kömək məqsədi ilə yazılmış 
bu kitab Ziyarət müəllimi həmkarları arasında bilikli, bacarıqlı 
və zəngin pedaqoji təcrübəyə malik bir şəxs kimi tanıdıb. Elə 
həmin ildə onun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” 
jurnalının 2-ci nömrəsində “İbtidai siniflərdə didaktik oyunlar” 
məqaləsi də çap edilərək müəllimlərə çatdırılıb.  
Şərəfli müəllim ömrü yaşayan Ziyarət Rzayevanın 
həyatının ötən dövründəən çox yaddaqalan sevincli günlər 
və illər: 
• Əliyeva (Rzayeva) Ziyarət Abdul qızı 14 fevral 1961-ci 
ildə Salyan rayonunun Navahi kəndində (indi Hacıqabul 
rayonunun ərazisinə daxildir) anadan olub.  
• 1978-ci ildə orta məktəbi bitirib. 
• 1979-cu ildə Azərbaycan dövlət Pedaqoji İnstitutuna 
(indiki universitetə) daxil olub. 
• 1984-cü ildə ali təhsilini tamamlayıb.  
• 1983-cü il yanvarın 17-də Ələt qəsəbəsindəki 127 
nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb.  
• 1983-cü il sentyabr ayının 1-dən etibarən ibtidai sinif 
müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.  
• 1981-ci ildə Rzayev Adil Əsgər oğlu ilə ailə həyatı 
qurub. 
• 1982-ci il aprelin 25-də oğlu İzzət dünyaya gəlib. 
• 1985-ci il iyul ayının 25-də qızı Günel ailəyə ikinci övlad 
sevinci yaşadıb. 
İzzət Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 
Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil 
alıb, ikinci ixtisasa yiyələnib və hazırda ölkəmizin əsas iqtisa-
diyyatını təşkil edən neft-qaz sənayesi üzrə çalışır. Günel isə 1 
nömrəli Bakı Tibb Məktəbinin (indiki kollecin) məzunudur. 
Əczaçılıq ixtisasını mükəmməl öyrənib və ixtisası üzrə də 
işləyir. 
Ziyarət müəllim həmişə “Son zəng” tədbirində dörd il dərs 
dediyi şagirdlərə müstəqil həyatda da yeni uğurlar arzulayır. 
Onbirincilər də ilk müəllimlərinə minnətdarlıqlarını dilə gətirir, 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə