Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

53 
• Azərbaycan Respublikasi İngilis Dili Müəlllimləri 
Birliyinin (AzETA) təşkilatçılığı Gəncə şəhərində Türkiyənin 
təhsil mütəxəssisi Erdem Söylemezin 21-ci əsr müəllimi 
mövzusunda seminarda iştirakı (Gəncə şəhəri, 28 iyun 2013); 
• Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi 
hazırlığının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən 
“Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində “Elektron 
tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə kurs 
(Bakı şəhəri, 22.12.2013); 
• “Orta məktəblərdə insan hüquqlarının tədrisi” mövzu-
sunda keçirilən təlimçilər üçün təlim (Bakı şəhəri, 24.02.2014); 
• Web 2.0 Passiv təhsildən aktiv təhsilə (Bakı şəhəri, 09-
11.11.2013); 
• “Promethean interaktiv texnologiyalarının tədrisində 
tətbiqi” təlimi üzrə “Təlimçi təlimi” - Təlimçi sertifikatı (Bakı 
şəhəri, 10-12.02.2014); 
• “Promethean” interaktiv lövhələrindən istifadəüzrə təlim 
kursu (Bakı şəhəri, 2014); 
• “Fənlərin Tədrisində İKT-dən İstifadə və Elektron Tədris 
Resurslarının Yaradılması” kursu (Bakı şəhəri, 19-22.06.2015); 
• “Elektron Qələm” və Azərbaycan Əlifbasının Elektron 
qələmə öyrədilməsi təlimi (2015); 
• “Həyati Bacarıqlara Əsaslanan Təhsil” fakültativ kursu 
(Bakı şəhəri, 28-30.09.2015); 
• “Əcnəbi dildəki veb resursların dilimizə tərcümə edilərək 
vahid bloqda yerləşdirilməsi” layihəsi (2015); 
• Gənclər üçün Təhsil, Karyera və Sosial Texnologiyalar 
Mərkəzi, Dünya Təhsil Alyansı, Təhsil Tətqiqatları İnstitutunun 
və Norveç Qaçqınlar Şurasının təlim modulları əsasında 
“Yaradıcı müəllim - Yaradıcı rəhbər” Lider müəllimlər akade-
miyası layihəsi çərçivəsində keçilən təlim kursu (Bakı şəhəri, 
15-16.11.2014); 
• Peşəkar İnkişaf Sertifikatı, UNİCEF və Xəzər Univer-
sitetinin 2015-ci il aprel-iyul aylarında peşə fəaliyyətinin ümumi 
əsasları modulu üzrə 216 saat (30 təhsil krediti) həcmində 


54 
“Рotensial Məktəb Direktorları” təlim kursu (Bakı şəhəri, aprel-
iyul 2015); 
• “Müasir təhsildə innovasiyaların tətbiqi” seminarı (Bakı 
şəhəri, 21.05.2016); 
• Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan 
Universiteti, Bakı Qızlar Universiteti və Qafqaz Universiteti
Pedaqoji Fakültə “İbtidai sinif müəllimliyi” bölməsi tərəfindən 
“Pedaqoji kadr hazırlığı: Nailiyyətlər, problemlər” I Respublika 
Forumu (Bakı şəhəri, 18.04.2016); 
• “Təhsildə Karyera Planlama” “Şagirdlərlə Layihə Hazır-
lama Bacarığının Artırılması” Beynəlxalq Sertifikat proqramı 
(Gəncə şəhəri, 26-27.03.2016); 
• Neft Mühəndisləri və Energetika Cəmiyyəti Xəzər 
Texniki Konfransı və Sərgisi, əsas enerji təhsil (Bakı şəhəri, 
06.11.2015); 
• Beynəlxalq Seminar “Fəal müəllim: Beynəlxalq təcrü-
bənin müasir tətbiqləri” seminarı (Bakı şəhəri, 29.05.2016); 
• “Qabaqcıl müəllimlərin Birinci Ümumrespublika 
Forumu” (Azərbaycan Təhsil Şurası, 04.06.2016); 
• “Müasir ailədə şagird, valideyn və uşaq münasibətləri” 
seminarı (MİL, 11.06.2016) 
• “Fəal təlimin metod və texnikaları” seminarı (İTE, 07-
08.08.2016); 
• Respublikanın ümumtəhsil məktəblərində çalışan ibtidai 
sinif müəllimləri üçün təşkil edilən “Yay məktəbi” (2016); 
• Ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında 
dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün TƏLİMÇİ 
HAZIRLIĞI kursu (2016). 
Elfira müəllim 17 dekabr 1973-cü ildə Gəncə şəhərində 
doğulub. 1980-1990-cı illərdə 5 nömrəli tam orta məktəb 
oxuyub. 1993-1998-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə 
Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Univer-
sitetinin) İbtidai təlim pedoqogikası və metodikası fakültəsində 
ibtidai sinif müəllimi ixtisasıüzrə ali təhsil alıb. O, əsl müəllim 
xarakterinə malikdir. Olduqca məsuliyyətli, təmkinli, ünsiy-


55 
yətcil, mehriban və diqqətcildir. Onda yüksək əməkdaşlıq baca-
rığı, təşkilatçılıq qabiliyyəti vardır. Təcrübə və biliyini hər 
zaman həmkarları ilə paylaşmağa hazırdır. Peşəsinə ürəkdən 
bağlanan, şagirdləri böyük məhəbbətlə sevən bir insandır. Bütün 
bu keyfiyyətləri Elfira müəllimə hörmət gətirir və uğur qazan-
dırır.  
 
“Təhsil problemləri”, 08-15 noyabr  2016-cı il 


56 
YUBİLEYİ QEYD OLUNDU 
 
Bakıxanov qəsəbəsindəki 94 nöm-
rəli tam orta məktəbin ibtidai sinif 
müəllimi, metodbirləşmənin sədri Leyla 
Qarayevanı nümunəvi pedaqoji fəaliy-
yətinə görə və anadan olmasının 60 illik 
yubileyi münasibəti ilə məktəbin direk-
toru Şəmsəddin Vəliyev Fəxri fərmanla 
təltif edib. Noyabrın 25-də məktəbdə 
keçirilən tədbirdə müəllimlər Leyla 
müəllimi təbrik edib, ona öz səmimi və 
xoş sözlərini ünvanlayıblar. Məktəbin 
direktoru Şəmsəddin Vəliyev Leyla 
müəllimin uğurlarından söhbət açıb. Bildirib ki, Leyla müəllim 
ömrünün mənasını kiçikyaşlı məktəblilərin təlim-tərbiyəsində 
görür. Onun dərs dediyi şagirdlərin yuxarı siniflərdəki uğurları da 
məlumdur. 
Qarayeva (ilkin soyadı Abbasova) Leyla Cəlil qızı 1 
noyabr 1956-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin 
Martuni rayonunun (indiki Xocavənd) Martuni qəsəbəsində 
ziyalı ailəsində anadan olub. 1964-1974-cü illərdə qəsəbədəki 
orta məktəbdə rus dilində təhsil alıb. 1975-ci ildə Martuni 
qəsəbə orta məktəbində aparıcı hesabdar vəzifəsində əmək 
fəaliyyətinə başlayıb. 20 yanvar 1976-cı ildə Martuni Rayon 
Xalq Maarif Şöbəsi ehtiyacı nəzərə alaraq onu Qaradağlı kənd 
orta məktəbinə rus dili müəllimi təyin edib. 1976-1985-ci illərdə 
Qaradağlı, Martuni və Xocavənd orta məktəblərində rus dili 
müəllimi işləyən Leyla ailə vəziyyəti ilə əlaqədar iş yerini 
dəyişməli olub. 1985-ci ildən 1993-cü ilədək –erməni təcavüzü 
nəticəsində məcburi köçkün düşənədək Ağdam rayonunun 
Gülablı kənd orta məktəbində işləyib. Doğma el-obasından 
məcburi köçkün düşən Leyla Qarayeva Bakıxanov qəsəbəsində 
tələbə yataqxanasında müvəqqəti məskunlaşaraq 9 yanvar 1993-
cü ildən pedaqoji fəaliyyətini 94 nömrəli tam orta məktəbdə 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə