Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

45 
müəllim bu üç il müddətində daha da doğmalaşıb. Təcrübəli 
müəllimlər ona hər zaman dayaq durub və dəstək olublar. 
Xüsusilə ingilis dilinin tədrisinin yüksəldilməsinə çalışıb, 
məqsədə çatmaq üçün əzmkarlıq göstəriblər və bu gün də 
işlərini uğurla davam etdirirlər. 
Günay Sadıqova 2013-cü il iyul ayında XXI əsr Beynəl-
xalq Təhsil və İnnovasiya Mərkəzində ümumi orta təhsil səviy-
yəsində yeni fənn kurikulumlarının tətbiqi üzrə keçirilmiş 
kursda təhsilini yeniləyib və bu barədə ona Təhsil Nazirliyi tərə-
findən sertifikat verilib. 2015-ci ilin may ayında isə Azərbaycan 
Respublikası Təhsil Nazirliyi “Təhsildə İnnovativ Texnolo-
giyalar” Əlavə Təhsil Mərkəzində “İnnovativ texnologiyalardan 
və elektron məzmundan istifadə” sahəsində təhsilini artırıb və 
bu istiqamətdə yüksək baza biliklərinə malik olduğuna görə 
sertifikata layiq görülüb.  
Günay müəllim deyir ki, müəllimlik sənəti ilk növbədə 
uşaqlara sevgi tələb edir. Əgər müəllimdə şagirdə qarşı məhəb-
bət varsa, o istədiyinə nail olacaq və onun təlim-tərbiyəsini 
düzgün istiqamətləndirə biləcəkdir. Birləşmiş Millətlər Təşkila-
tının rəsmi dillərindən biri olan ingilis dili müasir dövrdə ən çox 
öyrənilən xarici dillərdən biridir. Təsadüfi deyil ki, ölkəmizdə də 
təhsilin bütün səviyyə və pillələrində xarici dil kimi ingilis 
dilinin öyrənilməsinə böyük üstünlük verilir. Bu dilin tədrisinə 
aşağı siniflərdən başlanılır və məktəblərimizdə bu dilin öyrənil-
məsi üçün kifayət qədər imkanlar yaradılır. Tədris resursları 
artırılıb, fənn kurikulumları işləkdir, metodikalar yenilənib və 
sairə. Unutmaq olmaz ki, gənclərimiz həm respublikamızda, 
həm də xarici ölkələrdə bir sıra ixtisaslar üzrə bu dildə təhsil 
alırlar. Şagirdlərin aşağı siniflərdən ingilis dilindən şifahi nitqinə 
yiyələnməsinə çalışmalıyıq. Tam orta məktəbi bitirən yeniyet-
mələrə bu dili yaxşı öyrətmək xarici dil müəllimlərin əsas 
vəzifəsi olmalıdır.  
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 
deyirdi: “Bu gün ölkəmizin qarşısında duran problemlərin 
həllində müəllimlərin fəal iştirakı xüsusi önəm kəsb edir. 


46 
Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: 
Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir 
dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü 
Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni 
təfəkkür tərzini qavrayacaq müasir tələblərə cavab verən sağlam 
əqidəli, milli ruhlu nəsil yetişdirmək!” 
Günay müəllim bu gün həmkarları ilə bərabər müstəqil 
dövlətimizin gələcəyinin təminatçısı olacaq məktəblilərin 
hərtərəfli inkişafına səylə çalışır. Məktəbdənkənar və sinifdən-
xaric tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün mövcud 
imkan və şəraitdən məharətlə istifadə edir. Məzunların univer-
sitetlərə qəbul imtahanlarındakı uğurları və tələbə adını qazanıb 
müxtəlif ixtisaslara həvəslə yiyələnmələri digər müəllimlər kimi 
Günay Sadıqovanı da qürurlandırır. 
Günay müəllim gəncdir, əldə edəcəyi böyük uğurları hələ 
irəlidədir. Yəqin ki, gələcəkdə onun uğurlarından daha ətraflı 
yazacağıq.  
 
 “Təhsil problemləri”, 16-23 noyabr 2016-cı il  
 


47 
NƏNƏXANIM MÜƏLLİM 
 
İmaməliyeva Nənəxanım İmran 
qızı yarım əsrlik pedaqoji fəaliyyəti-
nin bir qərinəsinin 33-cü ilini direktor 
müavini və eyni zamanda kimya 
müəllimi kimi davam etdirir. Uğurlu 
fəaliyyəti dəfələrlə müxtəlif mükafat-
lara layiq görülüb. Gənc nəslin təlim-
tərbiyəsindəki nailiyyətlərinə görə və 
5 oktyabr Beynəlxalq Müəllimlər 
Günü münasibəti ilə Azərbaycan Res-
publikasının təhsil naziri Mikayıl 
Cabbarovun 4 oktyabr 2016-cı il 
tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” 
döş nişanı ilə də təltif edilməsini isə kollektiv böyük sevinclə 
qarşılayıb. Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin təlim-
tərbiyə işləri üzrə direktor müavini Nənəxanım müəllimə bu 
mükafat Abşeron Rayon Təhsil Şöbəsinin bu günlərdə keçirilmiş 
Şura iclasında təqdim olunub.  
Məktəbin direktoru Cəbrayıl İmanqulu oğlu Cəfərqu-
liyevin bir vaxt onun barəsində Abşeron Rayon Təhsil 
Şöbəsinə təqdim etmək üçün yazdığı xasiyyətnamədə deyilir: 
“O, 1966-cı ildən bugünədək Abşeron rayon Q.Ə.Xalıqov adına 
Qobu 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. (Qəzənfər 
Ələkbər oğlu Xalıqov 16 dekabr 1898-ci ildə Qobu kəndində 
anadan olub, 1 mart 1981-ci ildə Bakı şəhərində vəfat edib. 
1973-cü ildə ona Azərbaycan SSR Xalq rəssamı fəxri adı 
verilib. O, bir neçə orden və medalla da təltif olunub-Red.)  
Nənəxanım müəllim fəaliyyət göstərdiyi vaxt ərzində bir 
dərs hissə müdiri kimi şagirdlərin təlim-tərbiyəsi ilə yaxından 
maraqlanmış, öz məsləhətləri ilə onlara ana kimi qayğı göstər-
mişdir. Bununla yanaşı, tədris etdiyi kimya fənnini şagirdlərə 
öyrədərək sevdirməyi bacarmışdır. 


48 
O, hər zaman fəaliyyətində vəzifəsini sevərək yerinə 
yetirmişdir. Şagirdlərin müsbət keyfiyyətləri ilə üzə çıxması 
üçün Nənəxanım müəllim daim çalışmışdır.  
Nənəxanım müəllim məktəbin müəllim və şagird kollektivi 
tərəfindən hər zaman öz sevgisini qazanmışdır”.  
Nənəxanım İmaməliyeva 1949-cu il aprelin 30-da 
Qobuda anadan olub. 1956-cı ildə birinci sinfə gedib. 1964-cü 
ildə 8 illik məktəbi bitirib. Yeri gəlmişkən qeyd edək ki, Qobu 
kəndi 1937-ci ildən qəsəbə statusundadır. Qobu–quru, yaxud 
müvəqqəti su axarı olan dərə mənasındadır. Xırdalan-Lökbatan 
şose yolu kənarında Qobu dərəsindədir. 
Ötən illəri yada salan Nənəxanım müəllim deyir: – O 
zaman Qobuda orta məktəb olmadığı üçün 8-ci sinifdən sonra 14 
nəfərimiz 1964-1965-ci tədris ilində Qaradağ rayonunun Lök-
batan qəsəbəsindəki 166 nömrəli orta məktəbə qəbul olunduq. 
12 kilometrlik yolu əsasən fəhlələrin və hərbiçilərin yük 
maşınlarında, bəzən də piyada gedib qayıdırdıq. Orta məktəbi 
1966-cı ildə bitirdik. Hər şagirdin öz arzusu olduğu üçün mənim 
də arzum ali məktəbə girmək idi. Həmin ili mənə ali məktəbdə 
təhsilimi davam etdirmək qismət olmadı, belə ki, müsabiqədən 
keçə bilmədim. Fikirləşdim ki, müəyyən bir yerdə işləyim. Qobu 
qəsəbəsindəki 8 illik məktəb orta məktəbə çevrilmişdi və pioner 
baş dəstə rəhbəri yeri boş idi. Atamla birlikdə məktəbin 
direktoru Əlikram Zamanovun yanına getdik. O, çox insanpər-
vər və xoşrəftarlı bir şəxs idi. Bizi gülərüzlə qəbul etdi. Mənimlə 
bir neçə sorğu apardıqdan sonra işə qəbul olunmağıma etiraz 
etmədi. 1 oktyabr 1966-cı ildə Abşeron Rayon Xalq Maarif 
Şöbəsinin əmri ilə Qobu orta məktəbində Pioner Baş Dəstə 
Rəhbəri vəzifəsində işləməyə başladım. 1970-ci ildə Azərbaycan 
Dövlət Universiteti Kimya fakültəsinin axşam şöbəsinə qəbul 
olundum. İşləyə-işləyə təhsilimi davam etdirdim. Üçüncü kursda 
oxuyanda 6 illik pedaqoji stajım var idi və ehtiyac nəzərə 
alınaraq 22 noyabr 1972-ci ildə məktəbdə bir stavka kimya 
müəllimi işləmək əmrim verildi. 1976-cı ildə universiteti 
bitirdim. Dərs dediyim müddətdə məktəb rəhbərliyinin etimadını 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə