Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

49 
qazandığım üçün 1984-cü il oktyabr ayının 3-dən həm də təlim-
tərbiyə işləri üzrə direktor müavini işləyirəm. Ailə qurduqdan 
sonra Lökbatan qəsəbəsində yaşamağıma baxmayaraq iş yerimi 
dəyişmədim. Ötən illərdə məktəbin direktoru bir neçə dəfə 
dəyişdirilib. Hazırda Hacı Cəbrayıl müəllimlə 20 ildən çoxdur 
ki, birlikdə çalışıram. Bakı Dövlət Universitetində, Azərbaycan 
Texniki Universitetində və digər ali məktəblərdə təhsilini davam 
etdirən məzmunlarımızı siz də yaxşı tanıyırsız. 
Nənəxanım müəllimin 4 qız, bir oğul övladı və nəvələri 
var. Elə çalışdığı məktəbdəki 1200-dən çox şagird də onun 
“nəvə və nəticə”sidir. 80 nəfərlik pedaqoji kollektivdə də onun 
yetirmələri az deyil.  
Müəllimlər otağında Nənəxanım müəllimlə söhbət zamanı 
Xalq rəssamı Qəzənfər Xalıqovun təxminən 1,5 x 1,5 sm 
ölçüdəki portreti və görkəmli yazıçı Sultan Məcid Qənizadənin 
(1866-1937) müəllimə yüksək sevgi ilə ifadə etdiyi müdrik bir 
kəlamı: “Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı 
və nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və 
ehtiramıdır” diqqətimi çəkdi.  
Müəllim haqqında dövlət xadimləri və mütəfəkkirlər, 
filosoflar, yazıçı və şairlərin söylədikləri müdrik kəlamları yada 
saldıq. 
Nənəxanım müəllimi “Azərbaycan Respublikası qabaqcıl 
təhsil işçisi” döş nişanı ilə təltif olunması münasibəti ilə biz də 
təbrik edir, ona möhkəm cansağlığı və pedaqoji fəaliyyətində 
yeni uğurlar arzulayırıq. 
 
 “Təhsil problemləri”, 24-30 noyabr 2016-cı il 
 


50 
KOLLEKTİVİN FƏXRİ– ELFİRA MÜƏLLİM 
 
Təhsilin inkişafındakı xidmətlə-
rinə, gənc nəslin təlim-tərbiyəsi sahə-
sində yüksək nailiyyətlər əldə etdik-
lərinə görə və 5 oktyabr – Beynəlxalq 
Müəllimlər Günü münasibəti ilə 
Azərbaycan Respublikasının təhsil 
naziri Mikayıl Cabbarovun 4 oktyabr 
2016-cı il tarixli əmri ilə respublika-
nın bir qrup təhsil işçisi “Azərbaycan 
Respublikası qabaqcıl təhsil işçisi” 
döş nişanı və “Azərbaycan Respubli-
kası Təhsil Nazirliyinin Fəxri Fər-
manı” ilə təltif edilib. Onlardan biri də Bakı şəhərindəki Abil 
Səfərov adına 114 nömrəli tam orta məktəbin direktor müavini 
və ibtidai sinif müəllimi Nurullayeva Elfira Bəbir qızıdır. O, 
Fəxri Fərmanla təltif edilib.  
Məktəbin direktoru, Əməkdar müəllim Ceyran Novruzo-
vanın cari dərs ilinin əvvəlində onun pedaqoji fəaliyyətindəki iş 
təcrübəsi haqqında Bakı Şəhər üzrə Təhsil İdarəsinə göndərdiyi 
məktubda deyilir: “Məktəbin “Sağlam təhsil” pilot sinfində dərs 
aparan Nurullayeva Elfira Bəbir qızı fəaliyyətə başladığı ilk 
gündən yaradıcılıqla məşğul olmuşdur.  
O, ixtisasartırma tədbirlərində iştirak etməyi, təhsilin 
müasir problemlərinə həsr edilən seminar və treninqlərdə təlimçi 
kimi dərs aparmağı və apardığı məşğələləri günün tələbləri 
səviyyəsində qurmağı qarşısına bir məqsəd olaraq qoymuşdur.  
Onun işə yaradıcı münasibəti, yeni təlim texnologiyalarını 
dərindən bilməsi, öz həmkarlarına yaxından kömək etməsi 
məktəb müdiriyyətinin daim diqqətini cəlb etmişdir.  
Elfira Nurullayeva müxtəlif illərdə fənni üzrə keçirilən 
treninq və seminarlarda iştirak etmiş və serifikatlar almışdır. 
Məktəbdə işlədiyi bu müddət ərzində işə yaradıcı münasibəti, 
müəllim-şagird ünsiyyətinin yeni formalarını axtarıb tapmaq 


51 
bacarığı ilə, məktəb- valideyn əlaqələrinin möhkəmləndirilməsi 
istiqamətində apardığı məqsədyönlü fəaliyyət ilə və hər şeydən 
əvvəl fənnini gözəl bilən, metodik biliklərini artıran, ibtidai sinif 
müəllimi kimi müəllim və şagird kollektivinin, valideynlərin 
dərin hörmətini qazanmışdır. 
Elfira Nurullayeva yeni metodikanın axtarışındadır. Mək-
təbin və rayonun ictimai işlərində yaxından iştirak edir. YAP-ın 
fəal üzvüdür”. 
Elfira Nurullayevanın 20 illik pedaqoji fəaliyyəti döv-
ründən 3 ünvan var: 1 sentyabr 1995-ci ildən 1 dekabr 2013-
cü ilədək Gəncə şəhəri, Nigar Rəfibəyli adına 43 nömrəli tam 
orta məktəb, 2 dekabr 2013-cü ildən 15 sentyabr 2014-cü ilədək 
Bakı şəhəri, Sabunçu rayonu, 69 nömrəli tam orta məktəb və 15 
sentyabr 2014-cü ildən Suraxanı rayonu, 114 nömrəli tam orta 
məktəb, “Sağlam təhsil” layihəsi üzrə ibtidai sinif müəllimi, 
eyni zamanda 2 fevral 2015-ci ildən direktor müavini. 
Ötən illərdə Elfira müllimin əməyi layiqincə qiymətlən-
dirilib. 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş“ 
Elektron təhsil” Respublika müsabiqəsində “İbtidai təhsildə 
informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı meto-
dika” nominasiyası üzrə III yer tutduğuna görə Diplomla təltif 
edilib. Gəncə şəhərində işlədiyi illərdə ibtidai siniflərdə keçirilən 
müsabiqə və tədbirlərdə, məktəbin ictimai işlərindəki fəal 
iştirakına və məktəbdə valideynlərlə aktiv əməkdaşlığına görə 
dəfələrlə müdiriyyətin fəxri fərmanına layiq görülüb. 2013-cü 
ildə Yevlax şəhərində, 2014-cü ildə isə Kürdəmir rayonunda 
fənn kurikulumları üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin 
artırılmasında fəallıq göstərməsi, təlimləri yüksək səviyyədə 
aparması diqqətdən yayınmayıb, təhsil şöbələrinin müdirləri ona 
fəxri fərmanlar təqdim ediblər.  
Məktəbin direktoru Ceyran Novruzovanın qeyd etdiyi 
kimi Elfira müəllim öz bilik və bacarıqlarını artırmaq üçün 
kurslara üz tutub, treninq və seminarlarda fəal iştirak edib.  
• ABŞ Səfirliyinin köməyi ilə Qadın İnstitutunun təşkil 
etdiyi “Qadın liderliyi və siyasi biliklər” proqramı üzrə tam kurs 


52 
(Azərbaycan Respublikası Qadın İnstitutu, Gəncə şəhəri, 27 
mart 2000); 
• 2011-2012-ci dərs ilində ibtidai sinif şagirdlərinə dərs 
deyəcək müəllimlər üçün kurikulum üzrə təlim (Azərbaycan 
Respublikası Təhsil Nazirliyi, Gəncə şəhəri, 08-18.08.2011) 
• Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təşkil 
olunmuş “Öyrədənlərin öyrədəni” 10 günlük təlim kursu (Gəncə 
şəhəri, 15-26.12.2011); 
• “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulum-
larının tətbiqi və fəal təlim” mövzusunda keçirilən təlimçilərin 
təlim kursu (UNİCEF, Bakı şəhəri, 17-28 yanvar 2012) (Həyat 
biligisi fənni); 
• Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd 
Azərbaycan” MMC tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tət-
biqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kursu (Bakı şəhəri, 
2012); 
• Smart SN Corporation” Məhdud Məsuliyyətli Cəmiyyə-
tinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşki-
latçılığı ilə “Təlimçilər üçün təlim” mövzusunda keçirilən 
təlimin iştirakçısı (03.01.2013); 
• “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş 
Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün 
“Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursu 
(24 mart 2013); 
• “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş 
Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün 
“İnteraktiv/Elektron Lövhələri ilə Tədris” təlim kursu (24 mart 
2013); 
• İbtidai siniflərdə xarici dilin tədrisi (The British Council 
English-2013); 
• Yay məktəblərinin təşkili (Bakı-Hilton Hotel, 2013) 
• Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birli-
yinin (AzETA) Xəzər Universitetində keçirdiyi 10-cu Beynəl-
xalq konfransında iştirakı (Bakı şəhəri, 22-23 iyun 2013); 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə