Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

60 
- ixtisas üzrə dövrün tələbatlarına uyğun elmi-nəzəri 
biliklərə; 
- uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; 
- əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniy-
yətə; 
- əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik 
bacarıqlarına; 
- yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, 
müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə; 
- öz fəaliyytini təqdim etmək və qabaqcıl pedaqoji 
təcrübələrindən bəhrələnmək bacarığına; 
- ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; 
- işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza. 
Vəfa Məmmədova bütün bu yüksək keyfiyyətlərə sahib 
olan ibtidai sinif müəllimidir. O, dəfələrlə müxtəlif müka-fatlara 
layiq görülüb. Azərbaycan Respublikası Təhsil Problemləri 
İnstitutu (indi Təhsil İnstitutu) və “DYMO/ Mimio” (ABŞ) 
şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin (“Smart 
Technologies” şirkətinin) təşkil etdiyi Heydər Əliyevin anadan 
olunmasının 91-ci il dönümünə həsr olunmuş“Təhsildə interaktiv 
texnologiyalar-2014” müsabiqəsindəki nəticələrinə görə Vəfa 
müəllim 7 may 2014-cü ildə Birinci dərəcəli diplomla təltif edilib.  
Son illərdə Vəfa müəllimin uğurlarının mətbuat səhifələ-
rində işıqlandırılmasına qısa bir nəzər yetirək.  
• “Palitra” qəzeti, 16 oktyabr 2015-ci il. Anar Miriyev Vəfa 
Məmmədova ilə bir səhifəlik müsahibəsində onun “Sinif otağında 
peşə guşəsinin yaradılması vacibdir” ifadəsini başlıq seçib. 
• “Təhsil problemləri” qəzeti, 24-31 yanvar 2013-cü il. 
Hamı razı qaldı. Məqalədə üçüncülərin “Ah, bu riyaziyyat” 
tədbirindən bəhs olunur.  
• “Təhsil problemləri” qəzeti, 1-7 mart 2014-ci il. Yüksək 
qiymətləndirildi. Məqalədə dördüncü sinifdə “Bucaq və onların 
ölçülməsi” mövzusundakı “Açıq dərs” dən söhbət açılır.  
• “Təhsil problemləri “ qəzeti, 8-15 iyun 2016-cı il. “Or-
dum varsa, yurdum var”əbədi-bədii kompozisiyadan bəhs edilir. 


61 
“Hamı razı qaldı” və “Yüksək qiymətləndirildi” məqalələri 
müəllifi olduğum, “Elm və təhsil” nəşriyyatında 2014-cü ildə  
buraxılmış “Təhsilimizin tərəqqisi yolunda” kitabında da yer alıb. 
 Vəfa Məmmədova 29 dekabr 1980-ci ildə Bakı şəhərin-
də anadan olub. 1986-cı ildə Əzizbəyov rayonunun (indiki 
Xəzər rayonunun) Mərdəkan qəsəbəsindəki 183 nömrəli tam 
orta məktəbin 1-ci sinfinə qəbul edilib. Ailələri yaşayış yerini 
dəyişib və Vəfa da təhsilini Suraxanı rayonunun Yeni Günəşli 
qəsəbəsindəki 278 nömrəli tam orta məktəbdə davam etdirib və 
9 illik təhsilini 1995-ci ildə “əla” qiymətlərlə başa vurub. Həmin 
ildə də öz istəyi və valideynlərinin, xüsusi ilə anası Məlahət 
xanımın tövsiyəsi ilə M.Ə.Sabir adına Bakı Pedaqoji Texniku-
munun ibtidai sinif müəllimliyi ixtisasına (indiki Azərbaycan 
Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət 
Pedaqoji Kollecinə) qəbul olunub. 1999-cu ildə orta ixtisas 
təhsilini fərqlənmə Diplomu ilə bitirib. Sabunçu rayonu, Cəlal 
Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə ibtidai 
sinif müəllimi vəzifəsində pedaqoji işə başlayıb. Lakin ali təhsil 
almaq istəyini unutmayıb. 2000-2005-ci llərdə Azərbaycan 
Dövlət Pedaqoji Universitetin “İbtidai təhsil pedaqogikası və 
metodikası” fakültəsində qiyabi təhsil alıb. Universiteti də 
fəqlənmə Diplomu ilə bitirib.  
Vəfa müəllimin ömür-gün yoldaşı Elşən Məmmədov 
Azərbaycan Texniki Universitetin məzunudur. Mühəndisdir. 
İxtisası üzrə işləyir. Qızı Nərmin 18 oktyabr 2003-cü ildə 
anadan olub. Hazırda Mərdəkan qəsəbəsindəki 123 nömrəli tam 
orta məktəbin 8-ci sinfində oxuyur. Oğlu Paşa isə hələ kiçikdir
məktəb yaşına çatmayıb. 
Onun görəcəyi işlər, layiq görüləcəyi yüksək mükafatlar, 
titullar və təltiflər hələ irəlidədir.  
Vəfa müəllimə bol-bol ailə sevinci və gənc nəslin təlim-
tərbiyəsində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.  
 
 “Təhsil problemləri”, 08-15 dekabr 2016-cı il 


62 
FİZİKİ TƏRBİYƏ MÜƏLLİMİ
  
 
Bakı şəhəri, 27 nömrəli tam orta 
məktəbin fiziki tərbiyə müəllimi 
Qaybalıyev Emil Yunis oğlu təhsilin 
inkişafındakı xidmətlərinə və gənc 
nəslin təlim-tərbiyəsi sahəsində yük-
sək nailiyyətlər əldə etdiyinə görə 
Azərbaycan Respublikasının Təhsil 
naziri Mikayıl Cabbarovun 4 oktyabr 
2016-cı il tarixli əmri ilə “Azərbaycan 
Respublikası Təhsil Nazirliyinin Fəx-
ri Fərmanı” ilə təltif edilib.  
Emil Qaybalıyevin son 5 il ərzi-
ndə respublika və beynəlxalq səviyyə-
li təlimlərdə, müsabiqə və layihələrdə 
iştirakına diqqət yetirək.  
1. “Həndbol məktəblərində” adlı beynəlxalq təlim. Bakı 
2013-cü il. 
2. “Fərqli uşaqlar-eyni imkanlar” adlı beynəlxalq təlim. 
Latviya Respublikası, Riqa şəhəri, aprel 2013-cü il. 
3. “Fərqli uşaqlar-eyni imkanlar” adlı beynəlxalq təlim. 
Belarusiya Respublikası, Minsk şəhəri, oktyabr 2013-cü il. 
4.  UNİSEF təşkilatı ilə ümumi orta təhsil səviyyəsi üzrə 
yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim mövzusunda 
“Təlimçilərin təlimi” kursu. 2012-ci il. 
5. Azərbaycan Milli Olimpiya Komitəsi Gənclər və 
İdman Nazirliyi, Avropa Olimpiya Komitəsinin birgə lahiyəsi 
“İdman qadınlar üçün”. 2012-ci il. 
6.  Beynəlxalq Atletika Federasiyasının (İAAF) dəstəyi ilə 
Azərbaycanda keçirilən “I kids athletick” adlı təlim. 2012-ci il. 
7.  “Biz öyrəndik onlar oynayırlar” Real Madrid fondunun 
təşkilatçılığı ilə keçirilən təlimlərdə iştirak. Sentyabr 2014-cü il. 
8. Europeon Youth Olympic Trials Baku-2014 sosial 
proqram layihəsində iştirak. 2014-cü il.  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə