Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

70 
şeirlər söyləyir və mahnılar ifa edirlər. Sonra yollar haçalanır. 
Kimisi ali və orta ixtisas təhsil müəssisələrində təhsilini davam 
etdirir, kimisi peşə məktəblərində istədiyi peşəni və sənəti 
öyrənir, kimisi də istehsalata yollanır.  
127 nömrəli tam orta məktəbin ötən illərdəki məzunları– 
bu gün ölkəmizdə və onun hüdudlarından kənarda çalışan yüz-
lərlə mütəxəssis doğma məktəbi, müəllimlərini, xüsusilə ilk dəfə 
məktəbə qədəm qoyarkən onlara yazıb-oxumağı öyrətmiş Ziya-
rət müəllimi və qeyrilərini unutmur, hər zaman xoş xatirələrlə və 
minnətdarlıqla yada salırlar. 
 
O parlayan bir günəşdir
Ziyasından nur alırlar. 
Məşəl olub hey yanırlar, 
Qartal kimi ucalırlar.  
 
O açılan al səhərdir, 
Şəfəqinə ellər qaçır. 
Biliklərə qapı açır, 
Dünyamıza işıq saçır. 
 
Bu şeir parçası Bakıdakı 155 nömrəli tam orta məktəbin 
direktoru, şair Zöhrə Qaraqızının ötən il “Elm və təhsil” nəşriy-
yatında çap edilmiş“Sevgi payı” kitabındadır və gənc nəslin 
təlim-tərbiyəsində fədakarlıqla çalışan müəllimlərə ünvanlanıb.  
Ziyarət Rzayeva da şairin tərənnüm edib, dəyərləndirdiyi 
belə müəllimlərdən biridir. 34-cü ildir ki, “Biliklərə qapı açır” 
və şagirdləri də onun ziyasından nur alırlar. 
  
“Təhsil problemləri”, 08-15 noyabr 2016-cı il 


71 
DİL ÖYRƏDƏN MÜƏLLİM 
 
Əgər bacarırsansa, hər bir dilə aşinə ol
özünə və xalqına lazım olar. 
 
Nəvvab Mir Möhsün (1733-1818), 
Azərbaycan rəssamı, şair və musiqi nəzəriyyəçisi 
 
Bakı şəhəri, Qaradağ rayonu, Ələt 
qəsəbəsi, Elman Rzayev adına 127 
nömrəli tam orta məktəb. İngilis dili 
müəllimi Qasımova Aybəniz Aslan qızı 
1998-ci ildən bu ünvanda çalışır və bu 
dili şagirdlərinə sevə-sevə öyrədir. 
30 aprel 1978-ci ildə Ələt qəsə-
bəsində dünyaya gələn Aybənizi beş 
yaşında hazırda fəaliyyət göstərdiyi 
127 nömrəli tam orta məktəbin birin-
ci sinfinə qəbul ediblər.  
1994-cü ildə məktəbi “əla” və 
“yaxşı” qiymətlərlə bitirən Aybəniz 
ingilis dilini dərindən öyrənmək və müəllim olmaq həvəsi ilə 
Azərbaycan Dillər Universitetinə daxil olub. Dörd il ərzində 
ingilis dili ilə bərabər fransız dilini də mənimsəyib və professor 
Oruc Musayevin rəhbərliyi ilə “İsmin cins kateqoriyası və onun 
müasir ingilis dilində ifadə vasitələri” mövzusunda diplom işini 
müvəffəqiyyətlə müdafiə edib. Bakalavriat səviyyəsində ali 
təhsilini fərqlənmə diplomu ilə (qırmızı diplomla) başa vurub və 
tam orta məktəbdə müəllim işləmək hüququnu qazanıb. 
1998-ci ildə doğma məktəbə üz tutub, pedaqoji fəaliyyətə 
başlayıb və eyni zamanda Azərbaycan Dillər Universitetinin 
magistratura pilləsində təhsil almaq istəyinə çatıb. 2000-ci ildə 
magistratura təhsilini tamamlayan Aybəniz müəllim yenə də 
professor Oruc Musayevin rəhbərliyi altında “Müasir ingilis di-
lində söz birləşmələri və onların komponent təhlili” mövzusunda 


72 
magistr dissertasiyasını uğurla müdafiə etməklə fərqlənmə 
diplomuna layiq görülüb.  
Universitetdə yüksək səviyyədə təhsil alması professor-
müəllim heyətinin, ali məktəb rəhbərliyininin diqqətini cəlb 
edib. Ümumtəhsil məktəbində fəaliyyətini davam etdirməklə 
bərabər Azərbaycan Beynəlxalq Universitetində də dərs deməsi 
məsləhət bilinib. Beləliklə, 2000-ci ildən etibarən 10 il tələbələrə 
mühazirələr söyləyib, seminarlar və praktik dərslər aparıb. İngi-
lis dilində yazdığı və universitetin özündə nəşr edilmiş “Balla-
dalar, qəhrəmanlıq və sevgi balladaları” iri həcmli məqaləsi 
tədrisdə çoxlarının köməyinə çatıb. Azərbaycan Respublikası 
Azərbaycan Beynəlxalq Universitetinin “2001-ci ildə professor-
müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa 
həsr edilmiş elmi konfrans materialları” kitabında isə “Vstupu-
telnoya svyaz v tekstovıx kompleksax” elmi məqaləsi yer alıb. 
Dramaturq, filosof Mirzə Fətəli Axundzadənin belə bir 
müdrik kəlamı var: “Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o 
adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranış-
larını əsl vətənpərvərliklə uyğunlaşdırsın”. Bir çox yüksək 
insani keyfiyyətləri özündə cəmləşdirən Aybəniz müəllim də 
vətənpərvər bir ziyalıdır. Vətənpərvərlik isə ən dərin hörmətə 
layiq bir keyfiyyətdir. O, şagirdlərinə də yüksək vətənpərvərlik 
hisləri aşılayır və onları biliklərə səylə yiyələnməyə istiqamət-
ləndirir.  
Müəllim və şagirdlərin, valideynlərin adın hörmətlə, 
ehtiramla çəkdikləri Aybəniz müəllim haqqında məktəbin 
direktoru Mərhəməd Məmmədovun dediklərindən: Onun 
dərslərini dinləmək hər zaman bizə zövq verir. Dərsdə qarşıya 
qoyduğu məqsədi mükəmməl bir formada yekunlaşdırır. Bilik 
dairəsi genişdir, zəngin pedaqoji təcrübəsi var. Öz üzərində daim 
çalışır, yenilikləri öyrənir və işində tətbiq edir. Həmkarlarını da 
hər zaman öndə görmək istəyir. Deyərdim ki, Aybənizdə 
müəllimə xas olan bütün keyfiyyətlər vardır. Uşaqlara ürəkdən 
bağlıdır. Tərbiyə ilə təhsil ayrılmazdır. Heç şübhəsiz ki, 
tərbiyədə əsas məsələ tərbiyəçinin kim olmasından asılıdır. 


73 
Aybəniz müəllim savadlı, istedadlı, təcrübəli bir pedaqoq və 
tərbiyəçidir. 
Aybəniz müəllimin oğlu Əli on birinci sinif şagirdidir. 
Doqquzuncu sinfi Fərqlənmə şəhadətnaməsi ilə bitirib. Aysel 
Şirəliyeva 2011-ci ildə nəşr etdirdiyi “İstedadlar sorağında” kita-
bında onun da uğurlarını işıqlandırıb və gələcəyinə böyük inam 
bəslədiyini bildirib. O zaman ibtidai sinifdə oxuyan Əli bu gün 
də müəllimlərinin və jurnalistin inamını layiqincə doğruldur. 
Aybəniz Qasımova həmkarları ilə bərabər üzərinə düşən ən 
əsas vəzifəni-cəmiyyətimizə, xalqımıza, ölkəmizə bilikli, baca-
rıqlı, dəyərli vətəndaşlar hazırlamaq işini böyük məsuliyyət və 
vicdanla yerinə yetirir.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
Azərbaycan müəllimlərinin XIV qurultayına ünvanladığı 13 
dekabr 2013-cü il tarixli məktubunda deyilir: “Azərbaycan 
müəllimlərinin tarixən xalqımızın intellektual potensialının 
formalaşmasında böyük xidmətləri var. Dilimizin, ədəbiyyatımı-
zın, mədəniyyətimizin və mənəviyyatımızın keşiyində duran 
müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olun-
muşdur. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında 
məhz müəllimlərin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”. 
Azərbaycan müəllimlər ordusunun sıravi üzvü, peşəsinin 
vurğunu olan sadə, gənc nəslin təlim-tərbiyəsində inamla və 
vicdanla çalışan Aybəniz Qasımovaya yeni uğurlar arzulayırıq.  
 
 “Təhsil problemləri”, 24-30 noyabr 2016-cı il  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə