Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

78 
Müasir dövr şagirdlərin kompüter savadlılığının bünöv-
rəsini ibtidai siniflərdən qoyulmasını biz müəllimlərdən tələb 
edir. Bizim əsas vəzifələrimizdən biri də uşaqlara kompüter 
texnikası və texnologiyalarından düzgün istifadə qaydalarını 
öyrətmək, onlarda informasiya mədəniyyəti və kompüter 
savadlılığını formalaşdırmaqdır. Uşaqlara dərindən izah etməli 
və başa salmalıyıq ki, kompüter texnikası biliklərin öyrənilməsi 
üçün mükəmməl bir mexanizmdir. Unutmaq olmaz ki, artıq biz 
kompüter əsrində yaşayırıq. Ümumiyyətlə, müəllim hər bir 
dərsini müasir tələblər səviyyəsində qurmağı bacarmalıdır. Çin 
xalqının belə bir məsəli var: “Mənə de- mən yaddan çıxarım. 
Mənə göstər - mən yadda saxlayım. Məni cəlb et- mən öyrə-
nim”. Öyrətmək isə hər bir müəllimin müqəddəs vəzifəsidir.  
Gülsənəm Əliabbas qızı Rüstəmova (Kazımova) 28 
avqust 1959-cu ildə Salyan rayonunun Nəvahı kəndində (indi 
Hacıqabul rayonunun ərazisinə daxildir) anadan olub. 1977-ci 
ildə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Elxan İsma-
yılov adına 253 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə 
bütün fənlərdən yaxşı oxumaqla bərabər, ictimai işlərdə də 
həmişə fəal olmağa çalışıb. Bütün bunlar onun həyata və gələ-
cəyə baxışını formalaşdırıb. İbtidai sinif müəllimi olmaq fikrini 
qətiləşdirib. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun 
(indiki universitetin) İbtidai təhsilin pedaqogikası və metodikası 
fakültəsinə daxil olub. Tələbəlik illərində nəzəri biliklərə 
mükəmməl yiyələnməklə bərabər, pedaqoji təcrübələr zamanı da 
həm institut, həm də orta məktəb müəllimlərinin etimadını 
layiqincə doğruldub. Odur ki, 1982-ci ildə pedaqoji institutu 
bitirib, 127 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə 
də inamla başlayıb. Hazırda üçüncü sinifdə dərs deyir. 
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim 
gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addım-
larından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. 
Bütün dərslər, xüsusən humanitar fənlər gərək gənclərimizə 
Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və 
bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin”.  


79 
On doqquzuncu əsrdə yaşamış böyük rus yazıçısı Saltıkov 
Sedrin yazırdı: “Vətənpərvərliyin əhəmiyyəti çox böyükdür. O 
elə bir məktəbdir ki, burada bəşəri ideyalar aşılanır”. 
Görkəmli Azərbaycan şairi Abbas Səhhət vətənpərvərlik 
barədə fikrini şeirlə ifadə edib:  
 
Vətənin sevməyən insan olmaz... 
Olsa, o şəxsdə vicdan olmaz. 
Vətənim verdi mənə nanü-nəmək, 
Vətəni məncə unutmaq nə demək. 
 
Amerikanın siyasi və dövlət xadimi Tomas Vilson isə 
deyirdi: “Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyük-
lüyü ilə müəyyən olunur”. 
Gülsənəm müəllim də kiçikyaşlı məktəblərə bilik verməklə 
bərabər, onları vətənpərvər ruhda tərbiyə edir. Çalışır ki, bu gün 
təlim-tərbiyə verdiyi uşaqlar gələcəkdə müstəqil Azərbaycanın 
layiqli vətəndaşları olsunlar. Müstəqil Azərbaycanımızın dünya-
nın ən inkişaf etmiş ölkələri sırasına çıxması yolunda fədakar-
lıqla fəaliyyət göstərsinlər. Torpaqlarımızın bütövlüyü uğurunda 
mübarizəyə hər an hazır olsunlar. Çünki ömrün mənası xalqa və 
vətənə xidmətdədir. 
 
 “Təhsil problemləri”, 01-07 yanvar 2017-ci il 
 


80 
MƏQSƏDƏ ÇATMAQ ÜÇÜN  
İNAMLA ÇALIŞMALISAN 
 
Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev 13 dekabr 
2013-cü il tarixdə Azərbaycan 
müəllimlərinin XIV qurultayının 
iştiraklarına göndərdiyi məktubda 
müəllimlərin əməyini yüksək dəyər-
ləndirib: “Azərbaycan müəllimlərinin 
tarixən xalqımızın intellektual poten-
sialının formalaşmasında böyük xid-
mətləri vardır. Dilimizin, ədəbiyyatı-
mızın, mədəniyyətimizin və mənəviy-
yatımızın keşiyində duran müəllim 
daim cəmiyyətimizdə hörmət və ehti-
ramla əhatə olunmuşdur. Azərbaycanın əldə etdiyi bütün 
nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və 
gündəlik fəaliyyəti durur”. 
Məhz belə fədakar müəllimlərdən biri də Naibə Əli qızı 
Əliyevadır. O, 2006-cı ildən Naxçıvan şəhərindəki Heydər 
Əliyev adına tam orta məktəbdə ixtisası üzrə pedaqoji fəaliy-
yət göstərir. Şagirdlərə bilik verir, Vətənə sevgi hissi aşılayır və 
onları yuxarı siniflərə pərvazlandırır. Vəzifəsinin öhdəsindən 
layiqincə gələn Naibə müəllimin şagirdləri məktəbdə keçirilən 
sınaq imtahanlarında yüksək bal toplayır, bilik yarışlarında fərqlə-
nirlər. Onun yetirmələri arasında Naxçıvan Qızlar Liseyinə daxil 
olanlar da az deyil. Bilik yarışlarında, olimpiadalarda, məktəbin 
ictimai işlərində fəal iştirak edən bu şagirdlər xalqımız üçün əsl 
vətəndaş kimi formalaşırlar. Təbii ki, Naibə müəllimin şagird-
lərinin xoş sədası gələcəkdə daha yüksək yerlərdən gələcək. Onlar 
əsl vətənpərvər şəxslər kimi formalaşacaq, dəyanətli, qətiyyətli və 
mübariz olacaqlar. Çünki yalnız belə yüksək keyfiyyətlərə malik 
olanlar doğma Azərbaycanın adını daha yüksək zirvələrə qaldırıb 
xalqını xoşbəxt, Vətənini firavan edə bilər. 


81 
Naibə Əliyeva 1977-ci il iyul ayının 28-də Naxçıvan 
Muxtar Respublikasında, Babək rayonunun Zeynəddin 
kəndində zəhmətkeş bir ailədə anadan olub. Atası Əli kişi 
sürücü işləyib. Hazırda təqaüddə olmasına baxmayaraq, özəl 
sahədə çalışır. Anası Xalidə xanım isə Sovet hakimiyyəti 
illərində kənddəki “Naxçıvan” üzümçülük sovxozunda işləyib 
və qabaqcıl üzümçü kimi tanınıb. 
1983-cü ildə Zeynəddin kənd orta məktəbin birinci sinfinə 
daxil olan Naibə 1994-cü ildə 11-ci sinfi - tam orta təhsilini “əla” 
qiymətlərlə başa vurub. 1995-ci ildə Heyran Xanım adına 
Naxçıvan Tibb Məktəbinə (indi kollecdir) qəbul olunub və 1997-
ci ildə Tibb bacısı ixtisası üzrə tam kurs bitirib. Müəllim olmaq 
arzusunu 2001-2005-ci illərdə reallaşdırıb. Naxçıvan Müəllimlər 
İnstitutunu fərqlənmə Diplomu ilə bitirib. “İbtidai təhsilin 
pedaqogikası və metodikası” ixtisasına yiyələnib. İnstitutda təhsil 
aldığı müddətdə ictimai işlərdə, tədbirlərdə yaxından iştirak edib 
və dəfələrlə tələbə elmi konfranslarında birinci yeri tutub.  
Naibə müəllim deyir:  
- On bir ildir ki, ibtidai sinif müəllimi işləyirəm. Ali təhsil 
almağıma, tələbəlik illərində ümumtəhsil məktəblərində pedaqo-
ji təcrübələr zamanı əldə etdiyim müəyyən səriştələrə baxma-
yaraq birinci il, xüsusən ilk aylar mənim üçün bir az çətin oldu. 
Təbii ki, təcrübəli müəllimlərin tövsiyələri, verdikləri dəyərli 
məsləhətləri köməyimə çatırdı. İllər ötdü və indi daha sərbəstəm, 
xeyli təcrübə toplamışam. Lakin qeyd etməliyəm ki, ibtidai sinif 
müəllimi işləmək, xüsusilə birincilərə dərs demək çətindir. 
Müəllimdə uşaqlara sonsuz sevgi hissi, ana məhəbbəti olmalıdır. 
İbtidai siniflərdə şagirdlərin sayı normadan çox olduqda iş daha 
da çətinləşir və onların hamısına lazımi diqqət yetirmək olmur. 
Ənənəvi təhsildən fərqli olaraq, yeni kurikulumlarla işləyər-
kən qarşıya çıxan çətinliklər daha aydın görünür. Bildiyimə görə, 
bəzi inkişaf etmiş ölkələrdə ibtidai siniflərdə, xüsusən birinci 
siniflərdə işləyən əsas müəllimlərə köməkçi müəllim təyin olunur. 
Çünki ilk dəfə məktəbə qədəm qoyan uşaqlarla işləməyin çətin-
likləri çoxdur. Hətta Almaniya və Kanadanın ümumtəhsil mək-


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə