Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

85 
Mehriban müəllim bildirir ki, atası Səbirxan 2003-cü ildə, 
anası Fəridə xanım isə 55 yaşında 2009-cu ildə dünyaların 
dəyişib, haqq dərgahına qovuşublar. 
Ailə üzvlərinə fizika-riyaziyyat fənlərinə marağı anası 
Fəridə müəllim aşılayıb. Qardaşı Kavus Səmidov 1985-ci ildə 
anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini biti-
rib, Şamaxı Müalicə Diaqnostika Mərkəzində energetik vəzifə-
sində işləyir. Bacısı Günay 1988-ci ildə təvəllüd edib, 2005-ci 
ildə 9 nömrəli tam orta məktəbi bitirib, Sumqayıt Dövlət 
Universitetinin Fizika fakültəsində təhsil alıb. Hazırda Şamaxı 
şəhər, 10 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edir. 
Şamaxı şəhəri, 3 nömrəli tam orta məktəbin direktoru 
Sevda Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sahibə 
Məmmədova, məktəbdə adı hörmətlə çəkilən maarif xadimi 
Əliağa Abdullayev, ayrı-ayrı fənn müəllimləri haqqında söhbət 
açdığımız Mehriban Əhmədovanın pedaqoji fəaliyyətini, ictimai 
işlərdəki fəallığını yüksək dəyərləndirirlər. Ona gənc nəslin 
təlim-tərbiyəsində yeni uğurlar diləyir, yüksək təltiflərə layiq 
görülməsini arzulayırıq. 
 
 “Təhsil problemləri”, 24-30 aprel 2016-cı il 
 


86 
 
 
 
 
 
 
ÒßÄÁÈÐËßÐÄßÍ 
ÌßÃÀËßËßР


87 


88 
YADDAQALAN BIR GÜN 
 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü 
ildönümü münasibəti ilə mayın 10-da Bakı şəhəri, Bakıxanov 
qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə möhtəşəm bir 
vətənpərvərlik tədbiri keçirildi. Akt zalındakı“Ulu öndər Heydər 
Əliyev daim bizimlədir”, “Bir tarixdir Azərbaycan”, “Vətən 
bölünməz, şəhidlər ölməz”, “Torpaqdan pay olmaz” və digər 
stend və güşələr diqqəti cəlb edirdi. Səlbinaz Babayevanın rəh-
bərliyi ilə ibtidai sinif müəllim və şagirdlərinin reallaşdırdığı 
tədbirdə aparıcılar çox dəyərli fikirlər söylədilər. 
• 1923-cü il mayın 10-da Naxçıvan şəhərində 39 yaşlı 
Əlirza kişinin ailəsində gələcəkdə Azərbaycan xalqının ictimai-
siyasi tarixində və taleyində müstəsna xidmətlər göstərəcək bir 
oğul, bir millət fədaisi dünyaya göz açdı.  
• Azərbaycan ümumilli lider, Azərbaycan xalqının xilas-
karı, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” 
deyən dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin vətənidir.  
• Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədə-
niyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək 
nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir 
dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. 
• Heydər Əliyev bütün ömrünü müqəddəs və ali məqsədə - 
azərbaycanlı özünüdərkinin, mənəviyyatının, mədəniyyətinin 
inkişafına həsr etmişdir. 
• Heydər Əliyev xalqımızın şəriksiz lideri olmaqla bərabər, 
həm də XX əsrin bizə bəxş etdiyi nəhəng siyasi kapital, milli 
sərvətidir. 
Ümummilli lider Heydər Əliyevin zamanında söylədiyi 
dərin məzmunlu fikirlər, kəlamlar bir daha yada salındı.  
• Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun 
saxlanılması, daim əbədi olması bundan da çətindir. 
• Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz 
öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq və 
qoruyacağıq.  


89 
• Xalqımız bilməlidir ki, biz özümüz özümüzü qoru-
malıyıq, qüdrətimizi, qəhrəmanlığımızı göstərməliyik.  
• Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər 
çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik.  
• Biz müharibə istəmirik. Ermənisatnın torpaqlarına göz 
tikməmişik. Biz öz torpaqlarımızı, öz ərazimizi, öz vətənimizi 
qoruyuruq. 
• Demokratik prinsiplər bu günümüzün, gələcəyimizin 
əsasını təşkil edir.  
• Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və 
onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük 
məmləkət qədər güclü olar. 
 
 
 
Aparıcılar qeyd etdilər ki, vətənin havasını udub, suyunu 
içən, torpağında gəzən hər bir vətəndaşın vətəni sevməsi, onun 
bir qarış torpağı üçün canından keçməyə hazır olması ən ümidə 
borcudur. Vətənimiz Azərbaycandır. Bu gözəl yurdu bütün 
qəlbimizlə sevirik, bütün varlığımızla bu füsünkar diyara bağlı-
yıq. Həyatda hər şeyi zövqə və imkana görə dəyişmək olar, bircə 


90 
vətəndən və anadan başqa. Vətəni və ananı seçmirlər. Bunların 
hər ikisi tale töhfəsidir, alın yazısıdır. İnsanlar qoyununda 
yaşadığı torpağa “ana vətən” deyiblər. Çünki Vətən bəşər 
övladının şan-şöhrəti, qeyrəti və namusudur. 
 
 
 
Tədbirdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən 
Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video 
materiallar göstərildi. Çıxışlarının bəzi məqamları dinlənildi. 
Şagirdlər Ulu Öndərə, vətənpərvərliyə, qəhrəmanlığa aid şeirlər 
söyləyib, mahnılar ifa etdilər, kiçik səhnə tamaşaları oynadılar. 
Tədbiri yekunlaşdıran məktəb direktorunun müavini 
Ofelya Arazova Ulu Öndərin adına layiq və şagirdlərin vətən-
pərvərlik hissinin yüksəldilməsinə xidmət edən, onları ölkənin 
uğurlu sabahına səsləyən, gərgin zəhmətin bəhrəsi olan tədbirin 
yüksək səviyyədə təqdimatı üçün Səlbinaz müəllimə və şagird-
lərə təşəkkür etdi. Bildirdi ki, bu gün böyüməkdə olan nəsli 
vətənpərvərlik ruhunda tərbiyə etmək üçün onlara Heydər 
Əliyev irsinin öyrədilməsi, ölkəmizin bugünədək əldə etdiyi 
nailiyyətləri mənimsətmək, müsbət keyfiyyətlər aşılamaq 
lazımdır və bu biz müəllimlərin ümdə vəzifəsidir. 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə