Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

38 
MÜƏLLİM ADI YÜKSƏK HÖRMƏTƏ VƏ              
EHTİRAMA LAYİQDİR 
 
Sahirə Məmmədova 2016-
2017-ci dərs ilindən Füzuli rayonu-
nun döyüş bölgəsi olan Zobucuq-3 
qəsəbəsindəki 33 nömrəli tam orta 
məktəbdə tədris işləri üzrə direktor 
müavini vəzifəsində işləyir.  Təhsil 
ocağına yüksək idarəetmə bacarı-
ğına və səriştəsinə malik olan Ülkər 
Hüseynova rəhbərlik edir. 21 sinif 
komplektində 336 şagirdin təlim-tərbi-
yəsi ilə 36 nəfər ixtisaslı müəllim məş-
ğul olur. Növbəti dərs ilində birinci sinifdə oxuyacaq uşaqlar 
üçün hazırlıq sinfi də açılıb. Məktəbdə mövcud olan şərait 
imkan verir ki, müəllimlər təlim-tərbiyə işini günün tələbləri 
səviyyəsində qura bilsinlər.  
Sahirə müəllim pedaqoji fəaliyyətə 1989-cu ildə Füzuli 
rayonu, 2 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsində baş-
layıb. 1996-cı ildə Sumqayıt şəhərində fəaliyyət göstərən Füzuli 
rayonu, 7 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi təyin 
edilib. Tələbəlik illərində pedaqogika və psixologiya sahəsi üzrə 
yiyələndiyi nəzəri biliklər və uşaq bağçasında topladığı təcrübə 
ona nümunəvi fəaliyyət göstərməsinə imkan verib. 2 fevral 
1998-ci ildə isə Təhsil Nazirliyinin əmri ilə məktəbdə psixoloq 
vəzifəsinə təyin edilib. Aktiv pedaqoji fəaliyyət dairəsi xeyli 
genişlənib. Pedaqoji kollektivlə birgə işini səmərəli qurub. 
Valideyn və şagirdlərlə səmərəli söhbətlər aparıb.  
Sahirə müəllim 2005-ci ildə Yeni Azərbaycan Partiyasına 
üzv qəbul edilib. Sıravi partiya üzvü kimi gördüyü işlər 
diqqətdən yayınmayıb. Partiya üzvləri ona böyük etimad gös-
tərib, 2005-ci ildə Yeni Azərbaycan Partiyasının üçüncü 
qurultayına nümayəndə seçiblər. O, qurultayın işində həmkar-
larının etimadını doğruldub. 


39 
Şagird psixologiyasının incəliklərini yaxşı bilən psixoloq 
Sahirə Məmmədova 2005-2006-cı tədris ilində məktəbdə 
psixoloji xidmətin təşkilində göstərdiyi təşkilatçılığa, nümunəvi 
xidmətə görə və 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü müna-
sibəti ilə Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının üzvü 
kimi APPA-nın Fəxri Fərmanı ilə təltif edilib.  
Mükəmməl ali təhsil almış psixologiya müəllimi Sahirə 
Məmmədovanın fəaliyyəti Təhsil Nazirliyində, Füzuli Rayon 
Təhsil Şöbəsində və digər təşkilatlarda çalışanların diqqətindən 
yayınmayıb.  14 sentyabr 2011-ci ildə Füzuli rayonu, 7 
nömrəli tam orta məktəbin direktor vəzifəsi ona həvalə 
olunub. 2016-2017-ci tədris ilinin əvvəlinədək direktor 
vəzifəsində işlədiyi müddətdə məktəbin xeyli uğurları olub. 
Təlim-tərbiyə işinin səviyyəsi ilbəil yüksəlib. Ayrı-ayrı fənn 
müəllimləri mükafatlandırılıb. Şagirdlərin sayı 149 nəfərdən 
169-a çatıb. Şagirdlər bilik yarışlarında, müsabiqələrdə fəal 
iştirak edərək, uğur qazanıb və mükafatlara layiq görülüblər. 
Məzunların əksəriyyəti universitet və kolleclərə daxil olub. 
Onların arasında hər il qəbul imtahanlarında 500-600-dən yuxarı 
bal toplayan məzunların və onlara dərs demiş müəllimlərin adı 
tədbirlərdə iftixarla çəkilib.  
 Sahirə Arif qızı Məmmədova 9 yanvar 1962-ci ildə 
Füzuli rayonunda, rayon mərkəzindən 12 km qərbdə, dağ 
ətəyində yerləşən səfalı bir guşədə, əhalisi əsasən taxılçılıq, 
üzümçülük və heyvandarlıqla məşğul olan, indi Üçbulaq adla-
nan Hoğa kəndində (Hoqa-eyni adlı sovetliyin mərkəzi. Azər-
baycan Sovet Ensiklopediyası. Bakı-1987, səh 259) ziyalı 
ailəsində dünyaya gəlib. Əvvəlcə kənddəki 8 illik məktəbdə 
təhsil alıb. 1979-cu ildə rayon mərkəzindəki Xurşidbanu Natə-
van adına orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət 
Pedaqoji İnstitutuna (indiki universitet) daxil olub, 1984-cü ildə 
Pedaqogika və psixologiya fakültəsində ali təhsilini tamamlayıb.  
Sahirə müəllimin ömür-gün yoldaşı Atabəy Saleh oğlu 
Rzayev də ali təhsillidir. Müstəqil Azərbaycanın bütövlüyü 
uğrunda Füzuli rayonunun Veysəlli kəndində işğalçı ermənilərlə 


40 
döyüşdə ağır yaralanıb, müharibə veteranı və ikinci qrup 
müharibə əlilidir.  
Ölümün qolları güclü olsa da, 
Vətən məhəbbəti güclüdür ondan!  
Bax, bu məhəbbətdir, aparan bizi,  
Ağır döyüşlərə hər vaxt, hər zaman. 
(Tatar şairi Musa Cəlil) 
Övladları–Ziyatay Rzayev Azərbaycan Dövlət İqtisad 
Universitetinin, Sonası Rzayeva isə Azərbaycan Dillər Univer-
sitetinin məzunudur. 
Sahirə Məmmədova 27 ildir ki, şərəfli müəllim ömrünü 
yaşayır və gənc nəslin təlim-tərbiyəsi yolunda əzmlə çalışır. 
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümum-
milli lider Heydər Əliyev Azərbaycan təhsilindən danışarkən 
onun başlıca məqsədini belə ifadə etmişdir: “İndi təhsilimizin 
məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazır-
lamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan 
vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin 
ləyaqətli üzvünü hazırlamaqdır”. Ulu Öndər müəllim haqqında, 
həyatını bu peşəyə həsr edənlər haqqında isə demişdir: 
“Məktəb, müəllim həmişə xalq, insanlar arasında, ictimaiyyətdə 
hörmət, ehtiram qazanmışlar və buna layiq olunmuşlar. Müəllim 
adı yüksək addır. Azərbaycanda müəllimə daim böyük hörmət 
olmuşdur. Müəllim cəmiyyətdə tanınan, hörmət edilən şəxs 
olmuşdur. Heç də təsadüfi deyil ki, dilimizdə insanların bir-birinə 
müraciət formasında “müəllim” sözü şəxslərin müəllim olub-
olmamasından asılı olmayaraq istifadə edilib... Bu ondan irəli 
gəlir ki, xalqımız savadsızlıqdan, gerilikdən, ətalətdən bugünkü 
günə qısa tarixi bir müddətdə gəlib çatmaqda müəllimlərin rolunu 
qiymətləndirir və qarşısındakı adama hörmət əlaməti olaraq “ 
müəllim” deyir. Ona görə də müəllimin cəmiyyətdə xüsusi yeri 
olduğu artıq heç kəsdə şübhə oyatmır. Müəllimə hörmət, ehtiram 
həmişə olub. Bu gün də, gələcəkdə də olmalıdır”. 
 
 “Təhsil problemləri”, 24-31 dekabr 2016-cı il 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə