Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

35 
universitetdir) daxil olub və 1989-cu ildə İbtidai təhsil pedaqogi-
kası və metodikası ixtisası üzrə tam kurs bitirib. Dövlət imtahan 
komissiyasının 1989-cu il 28 iyun tarixli qərarı ilə ona orta 
məktəbdə işləmək üçün ibtidai sinif müəllimi ixtisası verilib.  
Zeynəb müəllim ötən illəri belə xatırlayır:  
– Tələbəlik illərim çox qaynar keçib. Təhsil aldığım illərdə 
ən yüksək təqaüd olan Lenin təqaüdü almışam. Ali məktəbi 
Fərqlənmə diplomu ilə bitirmişəm. İlk əmək fəaliyyətimə 1989-
cu ilin sentyabr ayında orta təhsil aldığım Şahbuz qəsəbə məktə-
bində başlamışam. Vaxtı ilə mənə dərs deyən müəllimlərimlə bir 
yerdə işləmək ikiqat məsuliyyətli idi. Çalışırdım ki, yaxşı şagird 
olduğum kimi, yaxşı da müəllim olum. Məktəbin direktoru 
Əbülhəsən müəllimi, tarix müəllimim Sədəf müəllimi, Zəhra 
müəllimi, Çimnaz müəllimi və başqalarını hörmətlə xatırlayı-
ram. 1997-ci ilin avqust ayınadək qəsəbə məktəbində işləmişəm. 
Sumqayıt şəhərinə köçdükdən sonra isə pedaqoji fəaliyyətimi 
1999-cu ilin sentyabr ayından ərəb dili dərindən öyrədilən 14 
saylı məktəbdə davam etdirmişəm. Bu təhsil ocağı respublikanın 
sayılıb-seçilən məktəblərindən biri idi. Mən burada bacarığımı, 
təcrübəmi artırdım. Hər zaman Dürrə müəllimin, Gülara müəl-
limin qayğısını, köməyini hiss edirdim.  
2002-ci ildən Bakı şəhəri, Nizami rayonu, 220 saylı 
məktəb-liseydə direktor müavini işləyirəm. Məktəbin keçmiş 
direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi 
Almaz Əsgərova mənim üçün canlı bir məktəb idi. Mən bu 
illərdə ondan xeyli öyrəndim, təcrübəmi artırdım. Etiraf edim ki, 
ilk günlər çətinlik çəkirdim. Tanımadığım yad bir kollektiv, 
çoxu yaşca məndən böyük müəllimlərdir. Almaz müəllimin 
direktor, ana qayğısı sayəsində hər işin öhdəsindən layiqincə 
gəldim. Bu illərdə ondan idarəçiliyi, səbrlə dinləməyi, düzgün 
qərarlar verməyi öyrəndim.  
Ötən illərdə məktəbimizin qazandığı uğurlarda az da olsa 
mənim də əməyim olub. Ömrüm boyu çalışmışam ki, yaxşı 
həyat yoldaşı, yaxşı ana, işlədiyim kollektivdə sevilən, hörmət 
edilən bir insan olum. Həyatımın 25 ilini şagirdlərin təlim-


36 
tərbiyəsinə həsr edən bir müəllim kimi özümü dünyanın ən 
xoşbəxt insanı hesab edirəm. Hər səhər evdən işə, işdən evə 
tələsirəm.  
Məktəb-liseyin ibtidai sinifləri əsas korpusla üzbəüz ayrıca 
bir binada fəaliyyət göstərir. Hazırda 39 sinifdə 1000-ə yaxın 
şagird təhsil alır. İbtidai sinif müəllimləri Zeynəb Rzayevadan 
həmişə razılıqla söhbət açır, onun qayğıkeşliyini, hər bir 
müəllimin pedaqoji fəaliyyətini düzgün istiqamətləndirməsini, 
daim yeniliyə doğru can atmasını qeyd edirlər. Təsadüfi deyildir 
ki, o, ötən illər ərzində pedaqoji sahədə səmərəli fəaliyyətinə
gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə təhsil 
müəssisəsinin rəhbərliyi və digər təşkilatlar tərəfindən Fəxri 
fərman və diplomlarla təltif olunub, mükafatlara layiq görülüb.  
İbtidai sinif müəllimi Həqiqət Əsgərova:  
– İşlədiyim 15 ildən çox bir müddətdə Zeynəb müəllimi öz 
işini sevən, çox məsuliyyətli, ciddi, tələbkar və ciddi olduğu 
qədər də çox səmimi, qayğıkeş, bütün müəllim kollektivinə 
hörmətlə yanaşan bir insan kimi tanımışam. Hər zaman bizə 
diqqət ayırmış, hər bir problemimizə öz problemi kimi yanaş-
mışdır. Hamımız onu çox sevir və hörmət edirik. Zeynəb müəl-
lim gözəl insan olduğu kimi, həm də gözəl rəhbərdir. Dərs-
lərimizdə oturur, səbrlə dinləyir və məsləhətləri ilə bizə çox 
kömək edir.  
Zeynəb müəllim haqqında çox yazmaq və demək olar. 
Təkcə iki fakt üzərində dayanmaq istəyirəm. Birincisi odur ki, 
onun bir sözü bütün müəllim kollektivinə yetər, hər kəs onun 
göstərişini sevə-sevə həyata keçirər. İkinci fakt və ən əsası 
uşaqlar Zeynəb müəllimi çox sevirlər. Uşaq qəlbi safdır, o, 
yaxşını tez seçir. Zeynəb müəllim hər dəfə sinfə girəndə uşaqlar 
ayağa qalxaraq onu salamlayanda, mən onların üzündəki çox 
böyük sevgini, gözlərindəki sevinci görüb qürur duyuram. Qürur 
duyuram ki, bizim belə müdirimiz var.  
İbtidai sinif müəllimi Elza Bağırzadə:  
– Məktəbdə işləməyə başladığım vaxtdan Zeynəb müəllim 
mənə dəstək oldu. Nə zaman çətinlik çəksəm, ona müraciət 


37 
etsəm, hər zaman səbrlə dinləyib, yol göstərib, dəyərli məsləhət 
verib.  
Fikrimcə, heç də kiçik olmayan bir kollektivə rəhbərlik 
etmək, hər zaman öz işini layiqincə yerinə yetirmək, tələbkar 
olmaq, eyni zamanda mülayim olub hər kəsə hörmətlə yanaşmaq 
çox çətindir. Zeynəb müəllim buna nail olub. Bir müddət 
işlədikdən sonra gördüm ki, Zeynəb müəllim biz müəllimlərə 
olan dəstək və qayğısını heç bir zaman əsirgəmir.  
Zeynəb müəllim dəyərli pedaqoq olmaqla yanaşı, həm də 
gözəl anadır. Məktəbin bütün xeyriyyə işlərində daima öndə 
gedir. Onun bir çox xüsusiyyətləri gənc müəllimlərə əsl örnək-
dir. Çox dəyər verdiyim, şəxsiyyətinə böyük hörmət etdiyim 
Zeynəb müəllimə möhkəm cansağlığı, uzun ömür arzulayıram. 
2015-2016-cı tədris ilinin əvvəllərində məktəbin direktoru 
vəzifəsindən azad olunaraq Azərbaycan dili və ədəbiyyat müəl-
limi kimi pedaqoji fəaliyyətini davam etdirən, eyni zamanda 
hazırda Təhsil Nazirliyində işləyən Əməkdar müəllim Almaz 
Əsgərova da hər zaman Zeynəb müəllimin fəaliyyətindən razı 
qalıb, zəhmətini yüksək dəyərləndirib.  
Zeynəb Rzayeva 1990-cı ildə inşaat mühəndisi İbrahimov 
Şahin Məmməd oğlu ilə ailə qurub. 1992-ci ildə oğlu Toğrul 
İbrahimli, 1994-cü ildə isə qızı Həyat İbrahimli dünyaya gəliblər. 
220 nömrəli məktəb-liseyi bitirib, ali ixtisas təhsili almağa davam 
etməklə valideynlərinin, müəllimlərinin etimadını doğruldublar. 
Hazırda Toğrul Kiprdə Doğu Ak Deniz Universitetində, Həyat 
Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. 
Qardaş da, bacı da dördüncü kurs tələbəsidir. Onlar da seçdikləri 
ixtisaslara mükəmməl yiyələnmək üçün səylə çalışırlar. 
Ömrünün 25 ilini şagirdlərin təlim-tərbiyəsinə həsr edən, 
özünün söylədiyi kimi, “hər səhər evdən işə, işdən evə tələsən” 
Zeynəb Rzayevaya möhkəm cansağlığı, işində yeni- yeni uğurlar 
diləyirik.  
 
 “Təhsil problemləri”, 16-23 may 2016-cı il 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə