Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   2   3   4   5   6   7   8   9   ...   48

22 
Fizzə Quliyeva ilə də görüşdük. O, sevimli müəllimi haqqında 
fikirlərini bizimlə bölüşdü: Həbibə müəllimə ilə əyani tanışlığı-
mız mənhələ NDU-nun birinci kurs tələbəsi olarkən başlamışdır. 
Amma buna kimi onun haqqında çox eşitmişdim, qəzetlərdən 
oxumuşdum. Hələ o dönəmlər NTV kanalında yayımlanan və 
verilişin aparıcılığını özüzərinə götürən Həbibə Allahverdiyeva-
nın çəkmə texnikasından bəhs etməsi və əyani şəkildə göstər-
məsi məni cəlb etmişdir. Zaman keçdikcə onun yaradıcı və 
işgüzar xanım olduğunu gördüm. Rəssamlıq sənətinə tükənməz 
sevgisindən və pedaqoji fəaliyyətindən mənə də bir pay düşdü.  
Hazırda NDU-nun Təsviri incəsənət kafedrasında çiyin-
çiyinə çalışırıq. Çiyinlərində ağır yük–ailə, iş, övladlarına bir 
ana kimi qayğı göstərməsinə baxmayaraq, həmişə sərgilərə yeni- 
yeni əsərləri ilə çıxan, həmişə də yaradıcılıq üslubu, dəsti-xətti 
ilə biz sənət sevərləri, yaradıcı insanları valeh edir.  
Yaradıcılığına bələd olan bir rəssam kimi deyə bilərəm ki, 
onun yaradıcılığının mərkəzində qadın obrazı və duyğular durur. 
Onun yaradıcılığında qadın həlimliyi, qadın duyğuları, vətən və 
yurd sevgisi, təbiətin tərənnümü üstünlük təşkil edir. 
Ən maraqlı mənzərələrindən "Əlincə qalası", "Batabat 
mənzərəsi", "Haçadağ", "Nəhəcir dağı", "Əshabi-kəhf dağı" və 
sairə, natürmortlarından "Narlar", "Heyvalar", "Güllər" və digər-
ləri diqqəti çəkir. Mənim ən çox bəyəndiyim və yaradıcılığının 
zirvə nöqtəsində gördüyüm şah əsəri "Solğun çiçək"dir.  
"Solğun çiçək" tablosuna baxan tamaşaçı bu tablodan 
təsirlənməyə bilməz.  
Fikrimcə, rəssamın ən böyük uğuru tamaşaçıya təsir 
etməkdir. Həbibə Allahverdiyeva bunu bacarır. Ona yaradıcılıq 
uğurları arzu edirəm. Həmişə zirvələrdə olsun!  
İstedadlı rəssama yaradıcılığında və pedaqoji fəaliyyətində 
yeni-yeni uğurlar arzulayırıq. 
Bağır Qədimov, 
Azərbaycan Jurnalistlər Birliyi 
və Teatr Xadimləri İttifaqının üzvü 
“Təhsil problemləri”, 08-15 aprel 2016-cı il 


23 
BƏSTƏKAR YAŞAR XƏLİLOVUN YARADICILIQ 
PORTRETİ 
 
Bu günlərdə NDU-nun nəzdində 
fəaliyyət göstərən Konservatoriyanın 
Böyük zalında Naxçıvan Muxtar Res-
publikasının Əməkdar incəsənət xadi-
mi Yaşar Xəlilovun anadan olmasının 
60 illik yubileyinə həsr olunmuş tədbir 
keçirilmişdir. Tədbir Naxçıvan Dövlət 
Universiteti "İncəsənət" fakültəsinin 
dekanı, Sənətşünaslıq üzrə fəlsəfə dok-
toru Günay Məmmədovanın Yaşar 
Xəlilovun həyat və yaradıcılıq fəaliy-
yətindən bəhs edən geniş bir çıxışı ilə 
başlamışdır. O demişdir:  
- Azərbaycan professional bəstəkarlıq məktəbinin davam-
çıları olan Naxçıvanlı bəstəkarlardan biri də Naxçıvanın ən səfa-
lı qədim və zəngin tarixə malik guşələrindən biri olan Ordubad-
da dünyaya göz açmış Yaşar Südeyf oğlu Xəlilovdur. O, 5 
dekabr 1956-cı ildə anadan olmuşdur. Orta və musiqi mək-
təbini Ordubadda bitirdikdən sonra, 1972-ci ildə Bakıya gedən 
Yaşar Xəlilov Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun 
tar sinfinə daxil olur. Burada o, eyni zamanda, fakültativ olaraq 
Leonid Vanşteynin sinfində bəstəkarlıqla məşğul olur. Texni-
kumda tələbə ikən 1975-ci ildə ilk dəfə tələbə bəstəkarların 
əsərlərindən ibarət konsert təşkil olunur. Yaşar Xəlilov da həmin 
konsertdə iki prelüdünü ifa edir. 
1976-cı ildə Bakı Musiqi Texnikumunu bitirərək, Azər-
baycan Dövlət Konservatoriyasına daxil olan Yaşar Xəlilov 
görkəmli bəstəkarımız, professor Qara Qarayevin sinfində təhsil 
almağa başlayır. Tələbəlik illərində böyük fəallıq göstərən Yaşar 
Xəlilov 1978-ci ildə Alma-Atada keçirilən festivalda prelüdləri 
ilə çıxış edir. 1979-cu ildə Azərbaycan bəstəkarlarının qurulta-
yında bəstəkarın klarnet və fortepiano üçün 4 hissəli sonatası ifa 


24 
olunur. Bu əsər böyük uğur qazanır və SSRİ musiqi fonduna 
daxil edilir. 1980-cı ilin noyabrında Moskva Dövlət Konser-
vatoriyasının kiçik zalında keçirilən Ümumittifaq müsabiqəsində 
Yaşar Xəlilovun soprana, arfa, skripka və violençel üçün "3 nok-
türün" əsəri diploma layiq görülür. Bu haqda 1981-ci ildə çap 
olunan "Muzıkalnaya Jizn" jurnalının 4-cü nömrəsində məlumat 
verilir. Jurnalda belə qeyd olunur: “M.Nikuradzenin "Gürcü 
mahnısı" və Yaşar Xəlilovun "3 noktürün" əsərləri parlaq milli 
aləmi ilə dinləyicilər qarşısında dayanır. Vokal partiyaların 
incəliyi, onların improvizasiyasının sərbəstliyi ilə informasiya-
laşmaq istəyi və ritmik axıcılığı ilə qeyd olunur”. 
Əsər ikinci dəfə 17 mart 1982-i ildə SSRİ-nin altmış illik 
yubileyinə həsr olunmuş festivalda SSRİ Bəstəkarlar İttifaqının 
zalında Moskva Dövlət Filarmoniyasının solistləri tərəfindən ifa 
olunub. 
1981-ci ildə Konservatoriyanı bitirən Y.Xəlilov doğma 
yurduna qayıdaraq bir il burada yaşayır. Daha sonra Bakıya 
gedən bəstəkar 1985-ci ildə yenidən Naxçıvana gəlir. Bu dəfə 
məqsəd Azərbaycan Bəstəkarlıq İttifaqının Naxçıvan şöbəsini 
yaratmaq idi. Lakin Yaşar Xəlilov özü belə qeyd edir ki, o 
zaman mövcud olan kadr çatışmamazlığı ilə əlaqədar bu iş ya-
rımçıq qalır. 1985-ci ildə Yaşar Xəlilov SSRİ Bəstəkarlıq İttifa-
qının üzvü seçilir. Təbii ki, bu yüksək qiyməti o özünün gərgin 
əməyi və yorulmaz fəaliyyəti ilə qazanır. 
Yaşar Xəlilovun yaradıcılıq diapazonu genişdir. O, 
əsasən kamera, simfonik, xor və fortepiano sahəsində fəaliyyət 
göstərmiş, əsərlər yazmışdır. Bəstəkarın H.Cavidin sözlərinə 
yazmış "Ay qız", "Ağlaram" (H.Cavidin cənazəsi vətənə gətiri-
lən zaman yazmışdır) və S.Şirazinin sözlərinə yazdığı rübai və 
romansları, fortepiano üçün çoxlu prelüdlərin, Ü.Hacıbəyovun 
anadan olmasının yüz illiyinə həsr olunmuş fortepiano sonata-
sının (Bu əsər 1985-ci ildə keçirilən Azərbaycan bəstəkarlarının 
plenumunda səslənmişdir), K.Debüssinin xatirəsinə yazılmış 
skripka və fortepiano üçün sonatanın 2 skripka, alt və violençel 
üçün simli kvartet (əsərin ilk ifası 1986-cı ildə gənc Azərbaycan 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə