Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   2   3   4   5   6   7   8   9   ...   48

17 
Həbibə Allahverdiyeva 1998-ci ildə orta məktəbi bitirib, Nax-
çıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incə-
sənət ixtisasına qəbul olub, ali təhsilin ilk pilləsini başa vurduq-
dan sonra 2002-2004-cü illərdə Pedaqogika tarixi və nəzəriyyəsi 
ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2005-ci ildən 
universitetin Təsviri incəsənət kafedrasında müəllim işləyir. 
2000-ci ilin oktyabr ayıda ABŞ, Ford Xatirə kitab-
xanasında, həmin il ABŞ, Calumet, 2001-ci ildə ABŞ, Avrasiya 
Konfransı, 2001-ci ilin aprelində ABŞ, Şimali-qərbi İndiana, 
Dünya Ticarət Birliyi, “Perduc” Universitetində keçirilən sərgi-
lərdə və 2001-ci il may ayında ABŞ Təşəbbüskarlar Ticarət 
sərgisində rəsmləri nümayiş olunub. 2002-ci ildə Naxçıvan Döv-
lət Universitetində fərdi sərgisi təşkil edilib. 2003-cü ildən 
başlayaraq Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adı-
na sərgi salonunda keçirilən qarışıq sərgilərdəöz əsərləri ilə 
iştirak edib. 2008-ci ildə NDU-da fərdi sərgisi olub. 2009-cu 
ildə Türkmənistan Pespublikasında qarışıq sərgidə iştirak edib. 
2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvi olan 
Həbibə 2011-ci ilin sentyabr ayında Bakıda keçirilən qarışıq sər-
gidə fəal iştirak edib.18 noyabr 2011-ci ildə Naxçıvan Rəssam-
lar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda fərdi 
sərgisi keçirilib.  
30 may 2012-ci ildə Türkiyənin Qars Qafqaz Universi-
tetində təşkil olunmuş sərgidə əsərləri ilə iştirak edib.  
2012-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında 
“Naxçıvan – bəşəriyyətin beşiyi” Birinci Beynəlxalq Rəsm 
Festivalında, 2014-cü il 20-23 may tarixlərdə “Naxçıvan – 
bəşəriyyətin beşiyi”İkinci Beynəlxalq Rəsm Festivalında, həmin 
ildə Naxçıvan rəssamlarının Bakıda Vəcihə Səmədova adına 
sərgi salonunda keçirilən sərgidə iştirak edib.  
Həbibə Allahverdiyeva 2013-cü ildən Azərbaycan 
Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. 2014-cü 
ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı 
fəxri adına layiq görülüb. 2015-ci il beşinci çağırış Naxçıvan 
MR Ali Məclisinə deputat seçilib.  


18 
Biz Həbibə Allahverdiyevanın yaradıcılıq işığına üz tutub 
Naxçıvan Dövlət Universitetinə yollandıq. Onunla Təsviri 
incəsənət kafedrasında görüşdük. Sənətə gəlişi, yaradıcılığı, elmi 
axtarışları və pedaqoji fəaliyyəti haqqında xeyli söhbət etdik. 
Ayrılanda “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılmış 
“Rənglərin sehri” kitabını bizə bağışladı. Kitabda gənc rəssamın 
rəngkarlıq və qrafika janrında işlədiyi mənzərələr, natürmort, 
portret və müxtəlif mövzulu tematik əsərlər toplanıb. Kitabın 
redaktoru Həbib Allahverdiyevdir.  
Kitabın ilk səhifəsi AMEA-nın vitse-prezidenti, Azərbay-
can Milli Məclisinin deputatı İsa Həbibbəylinin “Həbibənin 
bənzərsiz rəngləri” adlı yazı ilə açılır. Müəllif gənc rəssamın 
yaradıcılığını təhlil edib, ona yaradıcılıq uğurları arzulayıb.  
 
 


19 
 
 
 
Azərbaycan Respublikasının xalq rəssamı, Naxçıvan 
Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri, 
dosent Hüseynqulu Əliyev “Rənglər dünyası” yazısında Həbibə 
Allahverdiyevanın yaradıcılığını milli rəssamlıq məktəbimizin 
inkişafında özünəməxsus üslubu və orijinallığı ilə seçilən rəssam 


20 
kimi qiymətləndirib. Naxçıvan MR Rəssamlar Birliyinin sədri, 
Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Milli 
Məclisinin deputatı Ülviyyə Həmzəyeva isə Həbibəni reallığı 
istədiyi kimi görən, özünəməxsus koloriti, üslubu olan, bu dövr 
incəsənətinin müasir rəssamı kimi dəyərləndirib. 
Onun müxtəlif mövzulu əsərləri orijinallığı ilə seçilir. 
Burada portret də, peyzaj da, natürmort da, tematik əsərlər də 
var. Yağlı boya ilə işlənmiş, Azərbaycan xalqının ümummilli 
lideri Heydər Əliyevə həsr etdiyi “Azərbaycan xalqının sönməz 
günəşi”, Türk dünyasının öndərləri M.K.Atatürkə və Heydər 
Əliyevə həsr etdiyi “Ümummilli liderlər”, Azərbaycan Respubli-
kasının Prezidenti “İlham Əliyevin portreti”, böyük demokrat 
yazıçı, “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədqu-
luzadəyə həsr etdiyi “Yeni əsər”, akvarellə işlənmiş“ Akademik 
İsa Həbibbəylinin portreti”, “Qız portreti”əsərləri məharətlə 
işlənmiş, dolğun rəng çalarları ilə diqqəti cəlb edir.  
 
 


21 
Portret janrı üzərində işlərkən rəssam seçdiyi obrazların 
daxili aləminə nüfuzedir. Akvarellə işlənmiş “Avtoportret” 
dərəssamın nüfuzedici, mürəkkəb obrazı, həyata cəsarətli, aydın 
baxışları diqqəti cəlb edir. 
Mənzərə janrı rəssamın yaradıcılığında əsas yer tutur.  
“İkiağac”, “Buludlar”, “Köhnə yuva”, “Qrov”, “Yol”, “Or-
dubad gölü”, “Mənzərə”, “Kənd mənzərəsi”, “Dərin köklər”, 
“Bahar müjdəsi”, Yaz fəsli”, “Etüd”, “Tənha ağac”, “Nəhəcir 
dağı”, “İlandağ”, ”Yağmurlu gün”, “Gecə”, “Dağ yolu”, “Meşə 
yolu”. Müxtəlif texnikalarda işlənmiş bu əsərlərin rəng çalarları 
zəngindir. Hiss edirsən ki, bu boyaların yaratdığı zəngin aləm 
dərin emosional hisslərlə yaşayan rəssamın orjinal ifadə tərzidir. 
“Axşam” əsərində isə nağılvari, az qala göylərə ucalan kolorit 
həllinin şahidi oluruq.  
“Payız mənzərəsi” əsərində rəssam payız fəslini səciy-
yələndirməkdən ötrü sarı və narıncı rənglərdən istifadə edib. 
Rəssamın “Əlincə qalası” əsəri də maraqlı işlərdəndir. Adı xal-
qımızın tarixinə qızıl hərflərlə yazılmış, yağlı boya ilə kətan 
üzərində işləmiş “Əlincə qalası” əsəri möhtəşəmliyi ilə sənət 
sevərlərin diqqətini çəkir.  
“Sünbüllərlə natürmort”, “Natürmort”, “Çiçəklərlə nature-
mort”, “Fırçalar”, “Çiçəklər”, “Yarpaqlarla natürmort”, “Günə-
baxanlar” və sairə natürmortları onun yaradıcılığının maraqlı 
səhifəsini təşkil edir. Boya axtarışları ilə seçilən bu natürmortlar 
rənglərin hormoniyasının təzadlarından yaranıb. 
Gənc rəssamın "İnsan və zaman", "İnsan və şam", "Solğun 
çiçək", "Möhkəm iradə", "İki yol", "Bataqlıq toru" əsərləri olduq 
camaraqlıdır və bu əsərlərində onun həyata fəlsəfi baxışları öz 
əksini tapıb.  
Həbibə Allahverdiyevanın müxtəlif mövzulu dekorativ 
işləri onun bu texnikanın sirlərinə dərindən bələd olduğunu 
göstərir.  
Biz Naxçıvan Dövlət Universitetində olarkən vaxtilə 
Həbibə müəllimin tələbəsi olmuş, hazırda onunla Təsviri 
incəsənət kafedrasında çiyin-çiyinə çalışan istedadlı gənc rəssam 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə