Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   2   3   4   5   6   7   8   9   ...   48

25 
bəstəkarlarının plenumunda olmuşdur), simfonik orkestr üçün 1-
ci simfoniya, simfoniyetta, kamera orkestrı üçün partita "D dur", 
tar və simfonik orkestr üçün konsert, fortepiano üçün ballada, 
klarnet və fortepiano üçün sonatanın müəllifidir. 
Yaşar Xəlilov musiqisi bir çox Azərbaycan bəstəkarlarının 
musiqisi ilə müqayisə edildikdə fərqli cəhətlər meydana çıxır. 
Yəni, bəstəkarlarımızın çoxunun yaradıcılığı xalq musiqisi ilə 
dərindən bağlıdır. Bəstəkar Y.Xəlilov da öz əsərlərində milliliyi 
sözsüz ki, saxlayır, lakin tamamilə özünəməxsus dəstixətt 
yaradır. Onun əsərlərinə nəzər saldıqda neoklassizm, ekspressio-
nizm, impressionizm üslublarında yazılmış əsərlərə tez-tez rast 
gəlmək olar. Bəstəkarın əsərlərində Debüssi, Stravinski, Skrya-
bin musiqisinə yaxınlıq duyulur. Bunu biz həm tembr cəhətdən, 
həm də faktura baxımından görə bilərik. Yəni bəstəkarın əsərləri 
fakturasına görə də zəngindir, mürəkkəbdir. Bəstəkarın hətta 
romanslarında da sadəlik yox, mürəkkəblik özünü büruzə verir. 
Bir çox əsərlərində olduğu kimi burada da xromatizmlərə 
geniş yer verilir. Bu bəlkədə Y.Xəlilovun daha ciddi janrlarda 
musiqi bəstələməsindən irəli gəlir. 
Yuxarıda qeyd etdik ki, o, öz əsərlərində milli ruhu qo-
ruyub saxlayır, milli intonasiyaları müasir musiqi ilə sintez edir, 
onların vəhdətini verir. Məsələn, bəstəkarın neoklassik üslubda 
yazılmış "D dur" partitasının birinci hissəsində "Çahargah", 
ikinci hissəsində "Segah", üçüncü hissəsində "Şur", dördüncu 
hissəsində aşıq musiqisinin elementləri istifadə olunmuşdur. 
Ümumiyyətlə, onun əsərləri klassik ənənələr əsasında qurulur və 
xalq muğamlarından gələn lad-harmonik dil onlarda özünü 
parlaq surətdə göstərir. 
Yaşar Xəlilov dahi Q.Qarayevin tələbəsi idi. Tələbəlik 
və gənclik illərində sadaladığımız bütün bu uğurları qazansa da, 
tələbəlikdən sonrakı dövrlərdə bir neçə il bəstəkarlıqla məşğul 
ola bilməmişdir. Bəstəkar özü belə qeyd edir ki, bunun səbəbi 
maddi imkansızlıq idi. Onun heç vaxt fortepianosu olmamışdır. 
Elə istər Musiqi Texnikumunda, istərsə də Konservatoriyada 
oxuduğu illərdə boş sinif otaqlarında məşğul olmuşdur. Y.Xə-


26 
lilov bəstəkarlıqla yanaşı, gözəl pedaqoq olmuşdur. 1980-ci ildə 
Sumqayıt musiqi texnikumunda, 1981-1983, 1985 və 1986-ci 
illərdə Naxçıvan musiqi texnikumunda, daha sonra Bakıda 30 
nömrəli musiqi məktəbində çalışmışdır. 
Bəstəkar 1990-cı ildə Azərbaycan Mədəniyyət Fondunun 
təqaüdçüsü adını almışdır. Qeyd edək ki, bu təqaüdə hər il bir 
nəfər layiq görülürdü. 
2002-ci ildən Naxçıvanda, daha doğrusu Ordubadda yaşa-
yan bəstəkar bir neçə il Ordubad Rayon Mədəniyyət Şöbəsinin 
müdiri vəzifəsində işləmişdir. 
Hazırda Y.Xəlilov Ordubadda yaşayır, NDU-da və Nax-
çıvan musiqi kollecində pedaqoji fəaliyyət göstərir. Onun geniş 
yaradıcılıq planları var. Bəstəkarın son dövrlərdə yazılmış əsərlə-
rindən fortepiano üçün silsilə F.Əmirovun 80 illik yubleyinə həsr 
olunmuş simli orkestr üçün "Elegiya", xalq çalğı alətləri orkestrı 
üçün "Odlu torpaq" əsəri (2005-ci il aprel ayında Naxçıvanda keçi-
rilən penumda səslənmişdir), xor ilə fortepiano üçün "Doğma 
yurdum, Naxçıvanım" (sözləri Y.Xəlilova məxsusdur) adlı himnin, 
Y.Məmmədəliyevin 100 illiyinə həsr olunmuş "Qurtuluş çələngi" 
(xor və simli orkestr üçün), Y.Məmmədəliyevin xatirəsinə zərb 
alətləri və fortepiano üçün "Kapriççio Ordubad", xalq çalğı alətləri 
üçün "Muğam dastanı", "Çahargah, Bayatı Şiraz" etüdləri, "Məc-
nunun harayı" proqramlı pyesi, tar və fortepiano üçün "Sözsüz 
mahnı" (əsər T.Bakıxanova həsr edilmiş və bəstəkarın yubiley 
konsertində ifa olunmuşdur), fortepiano ilə simfonik orkestr üçün 
"b moll" konserti (qeyd edək ki, bu Y.Xəlilovun bu sahədə ilk 
debütüdür), "Bahar oldu" akapella xoru, "Laçın" (xor ilə fortepiano 
üçün), Dmitri Şostakoviçə həsr olunmuş "Payız səması", Q.Qara-
yevə həsr olunmuş "Dan ulduzu", V.Mustafazadəyə həsr olunmuş 
"Həsrət" prelüdlərinin, skripka ilə fortepiano üçün "Möminə 
Xatun" pyesinin və sair əsərlərinin adlarını çəkə bilərik. 
 
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, 
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Yaşar Xəlilovu 60 
illik yubileyi münasibəti ilə təbrik etmiş, ona yeni-yeni 
yaradıcılıq uğurları arzulamış və fəxri fərmanla təltif etmişdir. 


27 
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan 
Dövlət Filarmoniyasının direktoru Elman Əliyev Yaşar Xəlilovu 
təbrik etmiş və ona sənət uğurları arzulamışdır. 
 Yaşar Xəlilov ona göstərilən qayğıya və diqqətə görə 
Universitet rəhbərliyinə və sənət dostlarına minnətdarlığını 
bildirmişdir. 
Tədbirin sonunda bədii hissə olmuşdur. 
Hazırda Yaşar Xəlilov gərgin yaradıcılıq fəaliyyəti ilə 
məşğuldur. Bəstəkarın əsərlərinin istər Bakıda, istərsə də Naxçı-
vanda konsert salonlarında ifa olunması onun yaradıcılığının 
surətli inkişafından və bu sənət əsərlərinə olan böyük maraqdan 
xəbər verir. Xeyirxah insan və ictimai xadim Yaşar Xəlilova 
fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq. 
 
 
 
Bağır Qədimov,  
Azərbaycan Jurnalistlər  
Birliyinin və Teatr Xadimləri 
İttifaqının üzvü, 
“Təhsil problemləri”, 
 08-15 yanvar 2017-ci il 
 


28 
QALİB MƏKTƏBİN DIREKTORU 
 
Qaradağ rayonunun Ələt qəsə-
bəsindəki Seyfulla Məmmədov adına 
110 nömrəli tam orta məktəb 2012-
2013-cü tədris ilində respublika üzrə 
keçirilən “Ən yaxşı ümumtəhsil 
məktəbi” müsabiqəsinin qalibi olub 
və Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin sərəncamı ilə 
mükafatlandırılıb.  
Bu günlərdə məktəbin direk-
toru Şəfayət Orucova ilə söhbətdə 
öyrəndik ki, Prezident İlham Əliye-
vin Sərəncamı ilə 2011-ci ildə əsaslı təmir edilmiş məktəb 1973-
cü ildən müəllim və şagirdləri öz qoynuna alıb. Üçmərtəbəli, 
1176 yerlik məktəb beşgünlük iş rejimində fəaliyyət göstərir. 
Hazırda 850-yə yaxın şagirdin təlim- tərbiyəsi ilə 60-dan yuxarı 
müəllim məşğul olur.  
Direktor müavinləri Ayşən Məmmədrzayeva və Sərvinaz 
Hüseynova vəzifələrinə tam məsuliyyətlə yanaşırlar. Prezidentin 
3 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə riyaziyyat müəllimi 
Şamil Rüstəmov “Tərəqqi” medalına layiq görülüb. İbtidai sinif 
müəllimləri Zenfira Xəlilova, Minayə Hüseynova, Nərgiz Kəri-
mova, Gülnurə Əliyeva, Xatirə Məlikova, Aygün Rəsulova, riya-
ziyyat müəllimləri Sevda Rüstəmova, Təranə Orucova, Azərbay-
can dili və ədəbiyyat müəllimi Ulduz Dəmirova, coğrafiya müəl-
limi Günay Rəhimova və başqalarının sayəsində məktəb yaxşı 
tanınır. Təhsil ocağı dəfələrlə Bakı şəhər və Qaradağ rayon icra 
hakimiyyətləri tərəfindən diplom və fəxri fərmanlarla təltif edilib 
və mükafatlandırılıb. Əldə edilən nailiyyətlər dəfələrlə pedaqoji 
mətbuatda işıqlandırılıb. Yeri gəlmişkən qeyd edim ki, mən özüm 
də vaxtı ilə bu məktəbin nailiyyətlərindən yazmışam (“Yeni 
uğurlar diləyirik”, “Təhsil problemləri” qəzeti, 8-15 dekabr 2011-
ci il. “Ötən günlər, ötən illər”, “Elm və təhsil” nəşriyyatı, Bakı, 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə