Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

41 
LAYİQLİ MÜƏLLİM, BACARIQLI TƏŞKİLATÇI 
 
Azərbaycan xalqının ümummilli 
lideri Heydər Əliyev deyirdi: “Məktəbin, 
müəllimlərin ən əsas vəzifəsi bizim cə-
miyyətimizə, xalqımıza və ölkəmizə də-
yərli vətəndaşlar hazırlamaqdır”. Bu üm-
də vəzifənin öhdəsindən layiqincə gələn 
müəllimlərdən biri - Bakı şəhərinin 
Yasamal rayonundakı İlqar İbrahimov 
adına 167 nömrəli tam orta məktəbin 
Azərbaycan dili və ədəbiyyatı müəllimi, 
təlim-tərbiyə işləri üzrə direktor müavini 
Mövsümova Rəmziyə Aydın qızıdır.  
Rəmziyə Mövsümova Şəkidə - rayon mərkəzindən 
təxminən 3 km şimalda, Kiş çayının sahilində, dağ ətəyində, 
səfalı Oxut kəndində 1975-ci il sentyabr ayının 5-də dünyaya 
göz açıb. 1992-ci ildə Oxut kənd orta məktəbini bitirib. Kitaba 
və ədəbiyyata olan sonsuz marağı onu ali təhsil almağa 
həvəsləndirib. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində 
kitabxanaçılıq və informasiya ixtisasına mükəmməl yiyələnib. 
Görkəmli alim və pedaqoqlardan dərs alan Rəmziyə qəlbində 
gizli qalan müəllimlik peşəsinə meyillənib və bu istək ona 167 
nömrəli tam orta məktəbi tanıdıb. Rəmziyə hələ universitet 
təhsilini başa vurmamış, 1996-cı il oktyabr ayının 26-da bu 
təhsil ocağında əmək fəaliyyətinə başlayıb. 
Rəmziyə müəllim 2000-ci ildə Bakı Pedaqoji Kadrların 
İxtisasartırma və Yenidən hazırlanma İnstitutunda (indiki Təhsil 
İşçilərinin Peşəkar İnkişafı İnstitutunda) Azərbaycan dili və 
ədəbiyyatı ixtisası üzrə tam kurs bitirib. Elə həmin ildən də 
məktəbin rus bölməsində şagirdlərə Azərbaycan dilini – 
respublikamızın dövlət dilini tədris edir. Eyni zamanda, 2005-ci 
ildən təlim-tərbiyə işləri üzrə direktor müavinidir. 
15 ildən artıqdır ki, bu fənni şagirdlərə sevdirən, səlis 
oxumaq və yazmaq bacarığı aşılayan iki övlad anası Rəmziyə 


42 
müəllim deyir ki, sözün əsl mənasında ana dilimiz bizim milli 
mənliyimizdir, milli mənəviyyatımızdır, milli qürurumuzdur. 
Görkəmli ədəbiyyatşunas alim və pedaqoq Firudin bəy Köçərli 
yazırdı: “Ana dili millətin mənəvi diriliyidir. Ana südü bədənin 
mayesi olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs öz 
anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir.”  
Rəmziyə Mövsümova 2007 və 2009-cu illərdə gənc nəslin 
təlim-tərbiyəsində yüksək nəticələrə nail olduğuna görə Bakı 
şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib. 
2009-cu ildə “Mədət” təşkilatı tərəfindən təşkil edilmiş 
“Gələcək üçün Təhsil” təlim kursunu müvəffəqiyyətlə bitirən 
Rəmziyə müəllim sonrakı illərdə də müxtəlif kurs, seminar, 
treninqlərdə və digər məşğələlərdə də fəal iştirak edib. Onlardan 
bir neçəsini yada salmaq yerinə düşür.  
• Azərbaycan dili və ədəbiyyatı fənn kurikulumunun tətbi-
qi ilə əlaqədar 2012-ci il 07-18 sentyabr tarixlərində “Unikal-1” 
MMC-nin Bakı şəhərində keçirdiyi “Öyrədənin öyrənəni” 
kursunu müvəffəqiyyətlə bitirib və ona “Təlimçi” status verilib.  
• 2015-ci ilin may ayında Azərbaycan Respublikası Təhsil 
Nazirliyi “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil 
Mərkəzinin təşkil etdiyi təlim kursunu da uğurla başa vurub, 
“İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə” 
sahəsində baza biliklərə malik olduğuna görə sertifikata layiq 
görülüb.  
•Bir neçə il öncə Müasir İnnovasiyalar Liseyində keçiril-
miş “Fəal müəllim: Beynəlxalq təcrübənin müasir tətbiqləri” 
beynəlxalq seminarında fəal iştirakına görə sertifikatla təltif 
olunan Rəmziyə müəllim bu ilin may ayında da həmin ünvanda 
gerçəkləşən “Müasir ailədə şagird, valideyn, müəllim və uşaq 
münasibətləri” mövzusunda aparılmış beynəlxalq seminarda da 
uğur qazanıb və yenə də sertifikatla təltif edilib. 
Məktəbin direktoru, fizika-riyaziyyat elmləri üzrə 
fəlsəfə doktoru Quliyev Vaqif Yunis oğlu təhsil ocağının ən 
fəal müəllimləri sırasında Rəmziyə Mövsümovanın adını 
inamla çəkir. Bildirir ki, o həm bir müəllim, həm də müavin 


43 
kimi vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir. Dəqiq, işini bilən və 
ən əsası sevən bir təhsil işçisidir. Olduqca təmkinli, məsuliyyətli 
və həmkarlarına qarşı diqqətcildir. Yüksək səviyyədə təşkilat-
çılıq və əməkdaşlıq bacarığına malikdir. Təcürbə və biliyini hər 
zaman müəllimlərlə bölüşməyə hazırdır. Müstəqil və qruplarla 
işləməyi sevir. Bu və digər müsbət keyfiyyətləri ilə kollektivin 
hörmətini qazanıb. 
Rəmziyə müəllim isə söhbətində vurğuladı ki, ulu öndər 
Heydər Əliyevin təməlini qoyduğu milli təhsil siyasəti 
ölkəmizdə bu gün uğurla davam etdirilir. Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin təhsilə, müəllimlərə diqqət 
və qayğısı onları ruhlandırır. Çalışdığı məktəbdə də müəllim-
lərin işləməsi və şagirdlərin təlim-tərbiyəsi üçün imkanlar geniş-
ləndirilib. Müəllimlər dərslərində İKT-nin imkanlarından 
səmərəli istifadə edirlər. Müxtəlif ədəbiyyatlarla zəngin olan 
kitabxana var. İbtidai siniflərdən başlayaraq şagirdlərin mütaliə-
sinə diqqət yetirilir. Məktəbdaxili müsabiqələr, bilik yarışları və 
müxtəlif tədbirlər keçirilir. Bütün bunlar isə qarşıya qoyulan 
vəzifələrin uğurla reallaşdırılmasına imkan verir və uğurlu 
nəticələr alınır. 
Biz də, Rəmziyə Mövsümovaya və məktəbin pedaqoji 
kollektivinə işlərində yeni-yeni nailiyyətlər diləyirik. 
 
 “Təhsil problemləri”, 08-15 noyabr 2016-cı il 
 


44 
ONUN YENİ UĞURLARINA İNANIRIQ 
 
Sadıqova Günay Ramiz qızı 
1987-ci il sentyabr ayının 1-də Bakı 
şəhərində anadan olub. 1 sentyabr 
1994-cü ildə Xətai rayonundakı 165 
nömrəli məktəb digər uşaqlarla bərabər 
onu da öz ağuşuna alıb. Lakin ailələri 
yaşayış yerini dəyişdiyinə görə sinif 
yoldaşlarından və dostlarından ayrılıb, 
1997-ci ildən təhsilini Bakının Nizami 
rayonunda yerləşən 250 nömrəli tam 
orta məktəbdə davam etdirib. 2005-ci 
ildə məktəbi bitirib və respublikamızın 
ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Azərbaycan Dillər 
Universitetinin axşam şöbəsinə, İngilis dili müəllimliyi ixtisa-
sına daxil olub. 
Günay 2009-cu il yanvar ayının 5-dən İlqar İbrahimov 
adına 167 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatının 
rəhbəri vəzifəsində pedaqoji fəaliyyətə başlayıb və həmin ildə də 
universitet təhsilini başa vurub.  
2011-ci ildən məktəbdə ingilis dilini tədris edən Günay 
müəllimin pedaqoji bacarığı, uşaqlarda bu dilin öyrənilməsinə 
maraq oyatması üçün müxtəlif üsullardan istifadə etməsi, 
qarşısına qoyduğu məqsədə çatmaq üçün səbrlə, inamla 
çalışması və digər keyfiyyətləri təcrübəli müəllimlərin, eyni 
zamanda müdiriyyətin də diqqətini çəkib. Məktəbin direktoru, 
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vaqif Quliyev 
ona çox böyük inam və etimad göstərərək direktor müavini 
vəzifəsində çalışması üçün də 2013-cü il avqustun 29-da Bakı 
şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərib. Bakı Şəhəri 
üzrə Təhsil İdarəsinin 30 avqust 2013-cü il tarixli əmri ilə 
Günay Sadıqova 167 nömrəli tam orta məktəbə direktor 
müavini vəzifəsinə təyin edilib. Gənc olmasına baxmayaraq 
pedaqoji kollektivin ötən illər ərzində yaxşı tanıdığı Günay 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə