Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

 
46 
Ot, arpa, saman topladı, yemlədi, 
Seçib vəhşi heyvanları birbəbir, 
Tazıdan, tuladan götürdü xeyir 
Tutub onları dağda tədbir ilə, 
Gətirdi o, ram etdi zəncir ilə, 
Uçuşda baxıb yoxladı hər quşu, 
Edib qırğını, şahini əl quşu. 
Tutub verdi təlim, ova başladı, 
Bu tədbirini aləm alqışladı. 
Toyuqla xoruzdan tutunca xəbər 
Ki, xoş banlayırlar açılcaq səhər, 
Gətirdi, dedi: – Saxlayın bunları, 
Toyuq saxlayan xalqın artar varı 
Mənim əmrimə siz itaət edin, 
Böyük tanrıya siz ibadət edin! 
O doğru yola salmış insanları, 
Bizə ram qılmışdır heyvanları, 
Şahın bir vəziri var idi təmiz, 
Xeyirxahdı, xalqın yanında əziz. 
Ağıllı, fərasətli Şəhrəsb adı, 
Cahanda onun şöhrəti parladı. 
Sevərdi şahın dadına çatmağı, 
Unutmuşdu sanki yeyib, yatmağı. 
O bəxt ulduzuydu böyük padşahın, 
Salıb qorxuya canını bədxahın, 
Şahı dəvət eylərdi düzgün yola 
O istərdi hər işdə düzlük ola. 
Elə xeyirxah oldu ki, hökmdar, 
Büründa xuda nuruna aşikar. 
Gedib tutdu əfsunla Əhriməni, 
Minib at kimn hiyləgər düşməni
Belinə yəhər qoydu xeyli zaman, 
Çapıb dördnala aləmi hökmran. 
Salıb divləri qorxuya bu hünər, 
 
47 
Xəyanət yolunu tutub getdilər. 
Qəbul etdi divlər belə bir qərar: 
Salınsın gərək təxtdən hökmdar. 
Xəbər çatdı Təhmurəsə nagahan, 
Qəzəbdən gözündə qaraldı cahan. 
Döyüşmək qərarı verib əzm ilə, 
Acıqla ağır gürzü aldı ələ. 
Yığıldı bütün divlər, əfsunçular, 
Ürəklərdə kin, sel kimi cumdular, 
Qara div idi ordu sərkərdəsi, 
Göyə yüksəlirdi onun nərəsi, 
Cahan şahı Təhmurəs o meydana 
Qədəm qoydu təkcə özü mərdana. 
Döyüş başladı təkbətək div ilə, 
Aman vermədi divə bir an belə. 
Çoxun vurdu gürz ilə sərdi yerə, 
Tutub çəkdi bir qismini zəncirə. 
Əsir etdi çün divləri hökmdar, 
Aman istəyib, şaha yalvardılar. 
Dedilər: – Gəl, öldürmə, biz əhd edək, 
Sənə faydalı bir hünər öyrədək. 
Aman verdi o divlərə hökmdar
Dedi: – Sirri tez eyləyin aşikar 
Azad etdi şah divləri, müxtəsər, 
Ona açdılar ki, nədir bu hünər. 
Şaha yazmaq öyrətdi divlər, odur, 
Biliklər onun qəlbinə saçdı nur, 
Müəllim olub div şahın oğluna, 
Həvəslə otuz dil oxutdu ona. 
Ərəb, pəhləvi, soğd, çin, rum, dəri, 
Bütün dillər oldu şahın əzbəri. 
Biri şah olarsa otuz il əgər, 
Necə göstərər bundan artıq hünər? 
Çatınca əcəl, köçdü, getdi o da, 


 
48 
Yaşar zəhmətinin barı dünyada. 
 
CƏMŞİD 
 
Onun oğlu Cəmşid, o ali məqam 
Sonsuzdu onda şaha ehtiram. 
Ata təxti üstündə tutdu qərar, 
Qızıldan başa tac qoyub hökmdar
Olub şahlıq əzmi onun rəhbəri, 
Dalınca apardı bütün elləri. 
Ədalət, səadət gətirdi elə, 
Baş əydi ona div, pəri, quş belə. 
Cahanda çəkildi şərəflə adı, 
Onunla Kəyan təxti də parladı... 
Dedi: – həqqin imdadı ilə bu dəm 
Sizin şahınız, həm də bir möbidəm. 
İşıqlı yola sövq edib elləri, 
Qısaldam gərək mən yaman əlləri, 
Birinci, silah qeydinə qaldı şah, 
İgid ad alar əldə olsa silah. 
Dəmir oldu tədbiri ilə xəmir, 
Dəbilqə, zireh, sinəbənd, bir də tir, 
Qılınc, nizə, zubin, möhkəm sipər 
Qalıbdır cahanda o şahdan əsər. 
Bu işdə əmək sərf edib əlli il, 
Nələr kəşf edib, xalqa pünhan deyil, 
Daha əlli il çəkdi paltar qəmi, 
Geyindirdi başdan-başa aləmi. 
Kətanla ipək, yun, qəzil–harda var, 
Tapıb yaxşı xəzlər, zərif parçalar. 
Əyirmək də öyrətdi, eşmək də o, 
Eni arqaca vurdu ilməkdə o. 
Toxundu, tikildi, yuyuldu libas, 
Bu təlimlər oldu Cəmşidə xas. 
 
49 
Bu iş bitdi, qurdu yeni bir büsat, 
Həyatdan o razıydı, ondan həyat. 
Yığıb dövrəsinə peşəkarları, 
Bu işdə o bir əsri etdi yarı. 
O kəslər ki, Katuzilər adlanır

İbadəti hər işdən üstün sanır,  
Ayırdı camaat içindən tamam, 
Dedi: – Abidə olmalı dağ məqam. 
İbadət edib xaliqə hər zaman
Ömür istəsinlər şaha tanrıdan. 
Daha başqa bir dəstə Nisarilər 
Silah gəzdirə, hər biri şiri-nər 
İgidlərdi cəngavər, aslan kimi, 
Hərə ölkə cismində bir can kimi, 
Şahın taxtına onlar idi dayaq, 
Bu adla tanınsın dedi hər qoçaq. 
Bütün ölkə doysun, barınsın deyə 
Bəsudi adı verdi bir dəstəyə. 
Əkib, bəsləyib, toplayır neməti, 
Götürməzlər heç kimsədən minnəti. 
Geyər köhnə paltar boyun əymədən, 
Özündən çıxar bir qaba söz desən. 
Nə söz dərdi anlar, nə divan qəmi, 
O, zəhmətlə abad edər aləmi. 
Bir azadə şair belə nəql edər: 
«Olar qul bəşər, tənbəl olsa əgər. 
Daha başqa bir tayfa–Ohyuxoşi, 
Çalışmaq, yaratmaqdı daim işi. 
Bu tayfa hünərli sənətkar idi, 
Bilikli, savadlı, çox hüşyar idi. 
Çalışdı daha əlli il durmadan, 
Yeyib-içdi, həm payladı hökmran. 
O hər tayfaya verdi layiq məqam, 
Məqama görə eylədi ehtiram. 


 
50 
Dedi: – hər kəsin həddi vardır, bəli, 
Bu həddi hər insan özü bilməli. 
Daha sonra əmr eylədi divlərə 
Ki, qatsın suyu, torpağı bir yerə. 
Hazır oldu palçıq, verildi qərar, 
Qəliblərdə kərpic kəsilsin hamar. 
Divə bu işi etibar etdilər, 
Bina tikməyi divlər öyrətdilər. 
Uca qəsrlər tikdi, eyvan, hamam, 
Binalarda yerləşdi məxluq tamam. 
İşıq mənbəyi gəzdi xeyli zaman
Daşa əvvəl-əvvəl gətirdi güman. 
Çapıb daşları, tapdı gövhərləri, 
Əqiq, ləl, yaqut, simü zəri. 
Tapıb bir neçə ruh açan ətrlər  
Ki, xalq onları, indi də işlədər. 
 O kəşf etdi kafuru, mişk, ənbəri, 
Gülab, ud, ban ilə süsənbəri

O hər dərdə dərman edib aşikar, 
Təbabət də ondan qalıb yadigar. 
O çox sirləri xalqa etdi əyan,  
Belə padişah görməmişdi cahan. 
Daha sonra keçsin dənizdən deyə, 
Qayıqla yol açdı o hər ölkəyə. 
Bu yolda çalışdı daha əlli il, 
Ağıl müşkül həllində aciz deyil. 
Bütün işləri qurtarıb bu sayaq, 
O basdı göyə yerdən ilkin ayaq. 
Qayırtdırdı bir təxt Kəyan təxti tək, 
Ona verdi gövhərlər ilə bəzək. 
Alıb çiyninə div onu hər zaman 
Göyə qaldırar, istəsə hökmran. 
O təxtin içində böyük hökmdar 
Fəzada Günəştək tutardı qərar. 
 
51 
Cahan qaldı heyran onun təxtinə, 
Hamı afərin söylədi bəxtinə. 
Edib xalq Cəmşidə gövhər nisar, 
Belə bir günə Novruz ad qoydular. 
Təzə il başı Hürmüzi-fərvədin,

Başa çatdırıb yerdəki zəhmətin. 
Böyüklər sevinclə bəzəndi o gün, 
Quruldu bütün ölkədə toy, düyün. 
Belə şanlı bayram neçə əsr var 
Qalıbdır o şahdan bizə yadigar. 
Belə keçdi üç əsr işlər gözəl, 
Ölən olmadı çatmayınca əcəl. 
Naxoşluqdan yamandan iz qalmadı, 
Divə hakim oldu bəşər övladı. 
Boyun əydi şah əmrinə div, pəri, 
Ədalət abad eylədi hər yeri... 
Bu şənlik davam etdi xeyli zaman, 
Bəşər tapdı hər bir bəladan aman. 
Edib ömr asudə Cəmşid şah, 
Bütün xalqa o padşahdı pənah. 
Gəzib aləmi, başqa şah görmədi, 
Taca, təxtə özgə pənah görmədi. 
Mənəmlik edib baxmadı allaha, 
O, baş əymədi xaliqə bir daha. 
Şahı yoldan azdırdı birdən qürur, 
Düşündü nə şah, həm də allah odur. 
Dedi: – Yox bu cahan icrə tay, 
Ağıllı tapılmaz özümdən savay. 
Mənimlə yaranmış cahanda hünər, 
Hanı mən kimi padişah bir nəfər? 
Bütün aləmə mən bəzək vurmuşam
Onu öz iradəmlə tək qurmuşam. 
Yeyib, yatmaq ilə mənə borclusuz, 
Qədəm atmaq ilə mənə borclusunuz. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə