Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

 
52 
Bu söz saldı möbidləri dəhşətə, 
Daha qalmadı yer sözə, söhbətə, 
Ulu tanrı döndərdi Cəmşiddən üz, 
Ona qarşı hər yanda başlandı söz. 
Xarablaşdı əhvalı gündən-günə, 
Mənəmlik gəlib xaliqin şəninə. 
Zəka əhli şair buyurmuş belə: 
Şah oldunmu, allahına ol kölə! 
O kəslər ki, allahına xor baxar, 
Onun qəlbini qorxu, hürkü sıxar, 
Qürur etdi Cəmşidi bəxti qara, 
Toxundu fərəh güzgüsü daşlara. 
Var idi haman dövrdə bir kişi, 
İgiddi, atıb vurmaq idi işi. 
Ərəb şahı varlı bir insan idi, 
Cəmin qorxusundan pərişan idi. 
Deyərlərdi Mərdas onun adına, 
Çatardı elin bir zaman dadına. 
Kim axtarsa hər cinsdən mal-davar, 
Görərdi, biri yox, mini onda var, 
Var idi bir oğlu, o xoştiynətin, 
Bəlasıydı sanki bütün xilqətin. 
Soruşsan, əsil adı Zöhhak idi, 
Başı boş, dilavərdi, napak idi.. 
Verib xalq ona pəhləvicə ləqəb
Çağırdı onun adını Bivərəsb.

Əgər tərcümə etsələr «bivəri», 
Deyər: «dəh hezar kim bilirsə dəri.
10 
Qızıl təsməli vardı on min atı, 
Onun bu rəqəmdən alınmış adı. 
Gecə-gündüz enməzdi atdan yerə, 
O şöhrət bilirdi: gəzə, at sürə. 
Geyib əyninə «xeyrxahlıq» donu, 
Gəlib bir səhər tapdı şeytan onu, 
 
53 
Qılıqla o, Zöhhakı tutdu dilə, 
Onun könlünü tez gətirdi ələ. 
Göründü ona gənc–mənsəbpərəst, 
Edər bu mərəz hər bnr insanı mət. 
Dedi: – Məndə bir sirr var, ey cavan, 
Sənə söylərəm,sirrimi saxlasan. 
Görüb sadədil, verdi fərman ona, 
Cavan and içib, etdi peyman ona. 
Dedi: – Sirrini saxlaram hər zaman, 
Bu gündən sənə mən mütiyəm, inan! 
Dedi: – Sən ləyaqətdə yox bir nəfər, 
Heyif ki, keçir günlərin bisəmər, 
Nəsihət eşit məndən, ey novcavan, 
Atandır səni təxt tacsız qoyan. 
Onun canına qıymasan sən əgər, 
Yaşar bu qoca bir neçə əsrlər. 
Səninçin yaranmış bu cahü calal, 
Qopar başını, tacını əldən al! 
Mənim sözlərimi eşit, yox demə, 
Yəqin, şah olarsan bütün aləmə. 
Bu söz qorxu saldı onun canına, 
Oğul da susarmış ata qanına? 
Dedi şeytana: – Sən bunu yaxşı bil, 
Mənə başqa əmr et, bu mümkün deyil. 
– Ay oğlan, – dedi, – danma peymanını, 
Əbəs odlara salma öz canını! 
Əgər andını pozmuş olsan, inan, 
Olarsan zəlil, kam alar şah baban. 
Bu sözlər o gənci müti eylədi, 
Sənin əmrinə tabeyəm – söylədi, – 
Sözündən sənin heç zaman çıxmaram, 
De, mən neyləyim ki, yox olsun atam? 
Dedi: – Gəl, bunu qoy mənim öhdəmə, 
Başın göylərə yüksələr, qəm yemə! 


 
54 
Ərəb şahının bir bağı var imiş, 
Səfalı, gözəl, güllü gülzar imiş. 
Belə adəti vardı ki, hər gecə 
İbadət üçün qalxaraq gizlicə, 
Tutardı önündə çıraq bir kəniz, 
Yuyardı şah əndamını tərtəmiz. 
Onu şeytan izlərdi illər boyu. 
Yolun üstə qazdı dərin bir quyu, 
Quyu ağzına düzdü çır-çırpı tez, 
Töküb torpağı, tapdadı, itdi iz. 
Ərəb padişahı, o şanlı ağa 
Gecə vaxtı durdu, yol aldı bağa, 
Quyu ağzına çatcağın düşdü şah 
Əzildi o mömin kişi, öldü, ah! 
Yaman gündə o xeyrxah hökmdar 
Sanardı dalında cavan oğlu var. 
Yolunda rahatlıq nədir, bilməmiş, 
O qəmgin olanda üzü gülməmiş 
Nə bilsin ki, bir gün o zatı xarab 
Onun qətli ilə olar kamiyab. 
Ata qətlinə qoydu Zöhhak əl, 
Eşitdi həkimdən belə bir məsəl: 
Oğul qan içən olsa aslan kimi
Ata qanına qıymaz insan kimi. 
Belə olmasa, başqa bir sirr var 
Soruşsan, anası bu sirri açar. 
Rəzalətlə girdi ata qəsdinə, 
Yiyə çıxdı Zöhhak onun təxtinə. 
Qoyub tac, Ərəbdə olub hökmran, 
Eli gördü ondan xeyir, həm ziyan. 
Görüncə o tabe olur şeytana, 
Təzə bir kələk qurdu şeytan ona. 
Dedi: – Bir kərə dinlədin sən məni, 
Neca, gör, murada yetirdim səni? 
 
55 
Bu gün bağlasan əhdü peyman yenə, 
Vəfa eyləsən dönmədən əhdinə, 
Olarsan bütün aləmin sərvəri, 
Tək insan deyil, quş, balıq, div, pəri 
Sənə qul kimi baş əyərlər, inan, 
Dedi: – Əmrinə hazıram hər zaman. 
Eşitcək bunu, şeytan əhsən dedi, 
Təzə bir kələk başlayım mən dedi. 
Girib özgə cildə, necə bir cavan, 
Ağılda, fərasətdə nadir cavan, 
Gəlib çıxdı Zöhhak dərbarına, 
Ona söylədi çoxlu mədhü səna. 
Dedi: – Lazım olsa şaha xidmətim, 
Gözəl aşpazam, var böyük şöhrətim. 
Ərəb şahı oldu ona mehriban, 
Dedi:– Aşpazım ol mənim, ey cavan. 
Vəzir qoydu qol şah fərmanına, 
Gəlib mətbəxi verdi təhvil ona. 
O vaxt çox çeşidli deyildi yemək; 
Yeyərdi hamı, adətən, bir xörək, 
Qoyun kəsdi şeytan, inək, həm toyuq, 
Yedirtdi şaha qanlı, isti, soyuq. 
Onu bəslədi qanla aslan kimi 
Ki, gümrah ola vəhşi heyvan kimi. 
Çalışdı girəndə şahın yanına, 
Yayılsın sözü yağ kimi canına. 
Yumurta yedirtdi ona bir zaman, 
Yedi şah, qızışdı vücudunda qan. 
Yedikcə dedi: – Afərin, afərin, 
Tapılmaz tayın bu hünərdə sənin. 
Yəqin etdi şeytan işi baş tutar. 
Dedi: – Nuşican olsun, ey hökmdar! 
Vəzifəm budur! Səy edim mən gərək, 
Sabah dadlı olsun bu gündən xörək. 


 
56 
Düşündü gecə, nə bişirsin səhər 
Ki, salsın şahı heyrətə birtəhər. 
Qızartdı neçə qırqovul, kəkliyi, 
Gətirdi, dedi: – Padşahım, di ye! 
Ağılsız ərəb padişahı o gün 
Yedi, aşpaza oldu qul büsbütün. 
Üçüncü gün artsın çeşidlər deyə, 
Gətirdi toyuqla quzu süfrəyə. 
Döşəndikdə dördüncü gün süfrəsi, 
Qoyuldu qızarmış dana püştəsi. 
Saçardı ətir zəfəranla gülab, 
Təzə müşkə oxşardı köhnə şərab. 
Dadınca xörəkdə olan ləzzəti, 
Çoxaldı ona Zöhhakın hörməti. 
Dedi «aşpaza»: – Göstəribsən hünər, 
Mənə söylə, bir istəyin var əgər. 
Dedi «aşpaz»: – Ey padşahım, yaşa, 
Uzun ömrünü vur fərəhlə başa. 
Əzizdir mənə hörmətin, izzətin, 
Ağırdır bu boynumdakı minnətin, 
Məni qərq edibsən naza, nemətə, 
Məni çatdırıbsan böyük hörmətə. 
Deyilsəm də layiq, könül arzular: 
Nəsibim ola belə bir iftixar. 
Əgər lütf edib, versə rüsxət mənə, 
Öpüb, üz qoyam şahımın çiyninə. 
Eşitdikdə Zöhhak bu söhbəti, 
Ona çatmadı xahişin illəti. 
Dedi: – Məncə, bu iş deyildir çətin, 
Qoy artsın bununla sənin hörmətin. 
Açıb çiynini: – Gəl, – dedi, – busə al! 
Öpüb, söylədi: – İndi sağlıqla qal! 
Yoxa çıxdı, sanki gömüldü yerə, 
Bu iş baş verib dünyada bir kərə. 
 
57 
Öpüş yerlərindən çıxanda ilan 
Əlac axtarıb, şah çəkdi fəğan. 
Nəhayət, o əfiləri kəsdilər, 
Yeri var, təəccüb edirsən əgər. 
Şahın hər iki çiyni sanki çinar, 
İki şaxə verdi, iki şahmar. 
Təbiblər yığışdı bütün ölkədən, 
Çox oldu ağıllı fikir söyləyən. 
Yada düşməyən bir dəva qalmadı, 
O dərdə əlac eyləyən olmadı. 
O dəm girdi şeytan təbib cildinə
Gəlib tapdı Zöhhakı xəlvət yenə. 
Baxıb söylədi: – Yox bu dərdə çara, 
İlanlar belə qalmalı bir ara. 
Toxunma, yemək ver, doyur onları, 
Acıqlandırıb kəsmə heyvanları, 
Adam beyni ancaq yesinlər gərək, 
Yəqin öldürər onları bu xörək. 
Bu sözlərlə şeytan düşünsən əgər, 
Bilərsən ki, izlərdi nə fitnələr. 
O istərdi: keçsin həyata sözü, 
Boşalsın adamdan bütün yer üzü. 
Bir az sonra İranda üsyançılar, 
Bütün ölkəyə vəlvələ saldılar... 
Bütün xalq döndərdi Cəmşiddən üz, 
Qara qır kimi oldu parlaq gündüz 
Yolundan çıxıb, ağlını azdı şah,  
Ona olmadı tanrı lütfü pənah. 
Budur, hər yetən oldu bir hökmran, 
Hər addımda bir təxtü tac axtaran 
Qoşunlar düzüldü, döyüş başladı, 
Qəzəb rəmzi olmuşdu Cəmşid adı. 
Olub bir neçə dəstə iranlılar, 
Ərəb mülkünə doğru yollandılar. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə