Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

 
40 
Şahın şöhrəti, şanı artdı hər an. 
Əgər saymasaq təkcə Əhriməni
Yox idi şahın dünyada düşməni. 
Nəzər saldı Əhrimən hər yanına 
Paxıllıq od oldu onun canına. 
Onun qurd kimi oğlu da var idi, 
Böyük bir qoşunda o sərdar idi. 
Səyaməkdəki bəxt, qüdrət, cəlal 
Paxıl qəlbinə yükləmişdi məlal. 
Keçirmək üçün təxtü tacı ələ, 
Çalışdı sala aləmə vəlvələ. 
Dedi fikrini hər kəsə qorxmadan, 
Xəbərdar idi məqsədindən cahan. 
Xəbərsizdi ancaq Kəyumərs özü, 
Sanardı onundur bütün yer üzü. 
Nəhayət gəlib tapdı o şahı tək, 
Pələng paltarında nəcib bir mələk, 
Ədəblə şahın oğluna əydi baş, 
Ona düşmənin qəsdini etdi faş. 
Səyamək bilib düşmənin qəsdini, 
O murdar divə qarşı coşdu kini. 
Qoşun topladı hər tərəfdən dağa, 
hazırlaşdı o divlə çarpışmağa, 
Nədir hərb,–bilməzdi onda bəşər
Yox idi zirehli geyimdən əsər. 
Pələnk cildini taxdı şah əyninə, 
Yürüş əmri verdi qoşun əhlinə. 
Gəlib çatdılar üz-üzə ordular, 
Səyamək dayandı üzündə vüqar. 
Divin gördü şahzadə yal-yappalın, 
Onun üstünə cumdu əyni yalın. 
Qara div keçirdi onu cənginə, 
Ölüm çökdü şahzadənin rənginə. 
Göyə qaldırıb, tulladı torpağa. 
 
41 
Zərif sinə keçdi dəmir caynağa. 
Səyamək olub div əlində tələf. 
Köçüb getdi şah məclisindən şərəf 
Kəyumərsə çatdı uğursuz xəbər 
Oğul dərdi düşsə dağa, dağ çökər. 
Edib tərk taxti, töküb göz yaşı, 
Vurub başına öz əliylə daşı. 
Yanaqları qan, bağırı da qan idi, 
Hər iki gözü qanlı ümman idi. 
Qoşun əhli batdı yasa, ağladı, 
Elin göz yaşı sel kimi çağladı. 
Deyərdin bu dünya geyinmiş qara, 
Dəyib hər kəsin bağrına min yara 
Nə insan, nə heyvan bütün canlılar 
Dağa üz tutub etdilər ahü zar. 
Kedib çatdılar şah dərgahına, 
Şərik oldular dərdinə, ahına. 
Bir il yas tutub, ağladı hökmran, 
Sifariş yetişdi ona tanrıdan. 
Ona həqq adından dedi bir mələk: 
– Sənə göz yaşı etməz əsla kömək. 
Qoşun topla, həqq əmrini et qəbul, 
Divin başını əzməyə hazır ol! 
Çalış qanlı düşməndən al intiqam, 
Divi yer üzündən çıxart, qov tamam! 
Kəyumərs də göy səmtinə açdı əl, 
Dedi: – Qoy zəlil olsun o bədəməl. 
Şahın əzbəri oldu haqqın adı, 
Gözündən axan yaşları saxladı. 
Qara divdən alsın deyə intiqam, 
Yeyib-yatmağı şah bilirdi haram, 
Səyaməkdən oğluydu tək yadigar, 
Qazandı vəzirlər qədər etibar. 
Ona verdi Huşəng adı şah özü, 


 
42 
Ağıllı cavandı, açıqdı gözü. 
Canından, gözündən tutardı əziz, 
Həyatı o sevməzdi Huşəngsiz. 
Susayanda şah düşmənin qanına, 
Tələb etdi Huşangi öz yanına. 
Ona söylədi fikrini birbəbir, 
Daha qalmadı şah könlündə sirr. 
Dedi:–Bir qoşun toplayım mən gərək 
Ki, nərə çəkərkən kar olsun fələk. 
Sən ol ordunun başçısı, ey cavan, 
Mənəm getməli, sən yeni pəhləvan. 
Yığıb başına qurd, pələnglə bəbir, 
Dayandı pərilərlə bir səfdə şir. 
Qoşun quş, pəri, vəhşilər dəstəsi, 
Qəzəbliydi, qorxmazdı sərkərdəsi. 
Önündə gedirdi nəvə ordunun, 
Kəyumərs özü arxasınca onun. 
Qara div qoşunla yetişdi haman, 
Göyə qaldırıb qorxudan toz, duman. 
O heyvanlara baxdı, mat qaldı div, 
Qəzəbli şahı gördü, sustaldı div. 
Qara divlərin ki yolun kəsdilər, 
Cumub basdılar, çeynəyib əzdilər. 
Atıb pəncə Huşəng bir aslan kimi
Divi üzdü yerdən burulğan kimi. 
Yerə vurdu, aldı çölün daşını, 
Bədəndən ayırdı onun başını. 
Zəlil eylədi qan içən düşməni, 
Qoyuntək yıxıb soydu Əhriməni. 
Səyamək üçün intiqam aldı şah, 
Kəyumərsin ömrü sona çatdı, ah! 
O getdi, qalır işləri yadigar, 
Hər insandan aləmdə bir ad qalar.  
Bu fani dünyada gəzib bir zaman, 
 
43 
Qazanca yol açdıqda çəkdi ziyan. 
Bu dünya bir əfsanədir, ol tanış, 
Yaman-yaxşı heç bir kəsə qalmamış. 
 
HUŞƏNG 
 
Ədalətli Huşəng, o gənc hökmdar 
Kəyumərs yerində tutarkən qərar 
Cavandı hələ, qırx yaşı var idi, 
Ağıllı, fərasətli huşyar idi. 
O gün ki, qədəm qoydu şah təxtinə, 
Dedi: – Mən şaham, siz rəiyyət mənə. 
Mənə yeddi ölkə gətirmiş pənah, 
Mənəm aləmə hökm edən padişah. 
Böyük tanrı yar oldu, çaldım zəfər 
Cahan xalqı məndən ədalət görər. 
Ədalətlə dünyanı qıldı abad, 
Onun sayəsində hamı oldu şad. 
Birinci odu kəşf edib hökmdar, 
Qırılmaz daşı odda yandırdılar, 
Daşı od əritdi, dəmir etdi saf, 
Bəşər başladı etməyə inkişaf. 
Dağa bir gün Huşəng etdi səfər, 
Yanında adam vardı beş-on nəfər, 
Uzaqdan uzun bir şey oldu əyan, 
Qara, ildırım sürətiylə qaçan. 
İki qan bulağıydı sanki gözü, 
Saçır ağzı tüstü, yanır yer üzü. 
Tamaşa qıldı ona qtmkinlə şah, 
Böyük bir daş aldı ələ kinlə şah 
Atanda güc ilə daşı hökmran, 
Şahın zərbəsindən yayındı ilan. 
O daş ketdi dəydi qaya bağrına, 
Qırıldı, səpildi qaya dörd yana. 


 
44 
Ağır zərbə aldı, qaya partladı, 
Toxunduqda daşa daş od parladı, 
İlan ölmədi, oldu bu sirr faş 
Ki, od mənbəyidir təbiətdə daş. 
Çöküb diz, göyə açdı əl hökmdar, 
Dedi:–Afərin, şükr, pərvərdigar
Hədiyyə mənə vermisən böylə nur. 
Bu gündən belə xalqa qiblə odur 
Dedi: – Xaliqin nurudur od yəqin, 
Cahanda pərəstiş oda eyləyin! 
Gecə od qalandı uca dağ qədər, 
Gəlib şahla əyanlar əyləşdilər. 
Şərab içdi, bayram edib, oldu şad, 
Əziz bayrama şah «Sədə» qoydu ad 
«Sədə» qaldı Huşəngdən yadigar, 
Cahanda çox olsun belə hökmdar, 
O, dünyanı abad edib, xalqı şad, 
Edər xalq Huşəngi rəhmətlə yad. 
Birinci dəmirçi olub hökmdar
Dəmirdən hazırlardı balta, mişar. 
Suvarma üçün sonra gəzdi çara, 
O üz tutdu dəryalara, çaylara. 
Yol açdı, çölə axdı arxla sular; 
Adamlar əzabdan xilas oldular. 
Bütün xalqa azuqə çatsın deyə, 
Özü başladı əkməyə, biçməyə. 
Çalışdı hamı əldə etsin çörək, 
Öz haqqında hər kəs düşünsün gərək. 
Kömək etdi Huşəngə pərvərdigar, 
Cüyür, ceyranı, guru etdi şikar. 
Dedi: – Bəslənib, fayda versin gərək, 
Qoyunla ulaq, bir də südlü inək. 
Ayırdı tükü yumşaq heyvanları, 
Kəsib başını, soydurub onları, 
 
45 
Tükü isti sincab, tülkü, dələ, 
Səmurdan o xəzlər düzəltdi belə.. 
Bu minval ilə soydu heyvanları, 
Geyindirdi xəzlərlə insanları. 
Çalışdı, yaratdı, yedi, payladı, 
Köçüb getdi, tarixdə qaldı adı. 
Olunca onun ömrü, dövranı xoş, 
Apardı əcəl, təxtini qoydu boş. 
Ölüm vermədi bircə an da aman
Nə huş qaldı Huşəngdə, nə təvan, 
Vəfa gözləmə, bu cahandan əl üz, 
Sənə mehribanlıqla göstərməz üz. 
 
TƏHMURƏS 
 
Var idi şahın bir zirək övladı 
Ki, Təhmurəsi-divbəndidi adı. 
Ata təxtinə əyləşəndə cavan 
Bütün ölkəyə hökmü oldu rəvan. 
Qoşundan o möbidləri birbəbir 
Çağırdı, başa saldı mətləb nədir. 
Dedi:–Təxt ilə tac mənimdir bu gün, 
Xəzinə, qoşun, hər nə varsa bütün. 
Gərək pisliyi məhv edəm dünyada, 
Salam zalımı öz əlimlə oda. 
Verəm aləmə Əhriməndən nicat, 
Mənə tabe olsun gərək kainat. 
Gəzib axtaram faydalı hər nə var, 
Edəm xalqımın xeyrinə aşikar. 
Dedi: – Qırxın hər yerdə vardır qoyun, 
Qoyunlar ki, qırxıldı, ayrıldı yun, 
O yundan hazırlatdı xalqa libas, 
Döşətdi yerə çoxlu xalça, palaz, 
Atı eşşəyi tutdu, ram eylədi, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə