Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

 
88 
Nəhayət, gəlib müjdə çatdı ona: 
Şahın təxti qismət olub oğluna. 
Kedib əvvəl-əvvəl yuyundu təmiz. 
Anıb xaliqi torpağa qoydu üz. 
O xoş müjdədən olsa da qəlbi şad
Edib şah Zöhhakı lənətlə yad, 
Dedi: – Çox şükür, tanrı, pərvərdigar, 
Mənim istəyimcə dönüb ruzigar. 
Onun bir yaxın sirdaşı var idi, 
Ona hər zaman yarü qəmxar idi. 
Çağırdı, ona söylədi gizlicə 
Ki, oğlu onun şah olubdur necə. 
O, bir həftə hey payladı simü zər, 
Şəhərdə fəqir qalmadı bir nəfər, 
Daha yeddi gün yığdı əyanları, 
Sevincinə etdi şərik onları. 
Yaratdı evində böyük təmtəraq,  
Açıb süfrə, hər gün çağırdı qonaq 
Əlində var idi böyük xəznələr 
Hesabsızdı onlardakı simü zər. 
Görüncə əziz oğlunu hökmdar, 
Gözündə cəvahir, qızıl oldu xar.  
Cavahir alıb xəznədən bir daha, 
Hazırlatdı layiq libaslar şaha, 
Ərəb atları seçdirib ilxıdan, 
Yəhər qoydu altun, cavahirnişan. 
Dəbilqə, zireh, nizə, zubin, sipər, 
Hazırlatdı şahanə tacü kəmər. 
Qatarla dəvə–yüklü saldı yola,   
Dedi:– Pak olan tanrıya şükr ola. 
Hədiyyə qılıb hər nə var, oğluna, 
Dilində dua gəldi çatdı ona. 
Fəridun buna afərin söylədi, 
Ana töhfəsini qəbul eylədi. 
 
89 
Qoşun əhlinə çatdı bundan xəbər, 
Baş əydi cavan şaha sərkərdələr. 
Dedilər ki, sən ölkənin fəxrisən, 
Yox olsun cahandan səni sevməyən. 
Həmişə səni eyləsin tanrı şad, 
Ədalətlə dünyanı etdin abad. 
Gəlib hər tərəfdən böyüklər o gün 
Saray qarşısında düzüldü bütün. 
Tutub əl hamı o uca dərgaha, 
Şahın canına eyləyirdi dua. 
Bu niyyətlə etdi hamı həqqi yad 
Ki, olsun həmişə Fəridun şad. 
Uzun ömr sürsün belə hökmdar, 
Var olsun cahanda bu xoş ruzigar. 
Bir az sonra çıxdı Fəridun yola, 
O istərdi hər işdən agah ola. 
Ürəkdə bir ölkə qəmi, el qəmi, 
Çıxıb gəzdi başdan-başa aləmi. 
Görüncə xərabə qalıb bir diyar, 
Edib zülm əli ölkəni tarümar
Ədalətlə qurdu o yerdə divan, 
Ağıllı olan zülmə verməz aman. 
Behişt kimi dünyaya vurdu bəzək, 
Bitirdi şoranlıqda da gül, çiçək. 
Ötüb Amoli, gəldi Təmmişəyə; 
Fəridun o yerlərdə olmuş, deyə, 
Bu adlar tanınmış bütün dünyada, 
Salır şəhriyarı şəhərlər yada. 
Yaşı ancaq əlli olardı onun, 
O vaxtlar üç övladı vardı onun, 
Uşaqların oğlan idi hər üçü, 
Taca, təxtə şayan idi hər üçü. 
Hamı sərv boyluydu, lalə yanaq, 
Deyərdin, üç alma verib bir budaq, 


 
90 
İkisini doğmuş gözəl Şəhrinaz
Anaydı kiçik oğluna Ərnəvaz. 
Fəridunun əyanlarından biri – 
Ki yüksəkdi şahın yanında yeri. 
Adı Cəndəl idi, özü qəhrəman, 
Fəriduna hər işdə can yandıran, 
Dedi Cəndələ: – Gəz bu dünyanı sən, 
Əsilzadələrdən seç, üç qız bəyən! 
Çalış, nəslinin yüksək olsun tacı, 
Pəri üzlü, pakizə doğma bacı. 
Əsildə, nəsəbdə mənim adıma, 
Gözəllikdə layiq üç övladıma, 
Necə taleyi birdir oğlanların. 
Bir olsun boyu, görkəmi onların.  
Bəyəndi o pakizə fikri qoçaq. 
Şahın əmrinə asdı Cəndəl qulaq, 
Ağıllı, şirindilli, huşyar idi, 
Xeyir işlərə hümməti var idi. 
Götürdü yanınca neçə xeyrxah, 
«Uğurlar ola, get!» – dedi padişah, 
Yola çıxdı könlündə sonsuz maraq, 
Sözə, söhbətə hey asırdı qulaq. 
Bilincə ki, şahın filan ölkədə 
Gözəl qızları var, çətin bilsə də, 
Gedib öyrənir onları gizlicə, 
Camalda necədir, kamalda necə? 
O çox şah görüb, gəzdi çox ölkələr
Fəqət tapmadı gəzdiyindən əsər. 
O ağlı işıqlı, dili, qəlbi düz, 
Yəmən şahı dərgahına tutdu üz. 
Yəmən şahının, – tutdu Cəndəl xəbər, – 
Var üç gövhəri, hər üçü tazə-tər. 
Dayandı önündə onun sanki qul; 
Neçə sərv önündə durar qırqovul. 
 
91 
Öpüb torpağı, səcdə qıldı şaha, 
Şirin dillə vəsf eylədi bir daha. 
Yəmən padişahı dedi Cəndələ: 
– Dualar yaraşsın o şirin dilə! 
De, kimdən gətirdin sifariş, soraq, 
Buyur, elçisən ya əziz bir qonaq? 
Dedi Cəndəl: – Ey padişah, şən yaşa, 
Sənə ox atılsa, toxunsun daşa. 
Mən, iranlıyam, xidmətində qulam, 
Fəridun şahdan gətirdim salam. 
Qədəm qoymuşam şanlı dərgahına, 
Sifariş varımdır Yəmən şahına. 
Fəridun özü tapşırıbdır mənə, 
Salam söyləyim şah adından sənə, 
Fəridun o şahdır, düşünsən əgər. 
Kiçik saymayanlar onu yüksələr. 
Dedi: söylə məndən Yəmən şahına 
Saça ətr, mişk, ənbər eyvanına. 
Ərəblərdə şan-şöhrəti parlayan, 
Fələk bəxtinə verməmişdir ziyan, 
Deyir ki, mənəm İrana hökmdar, 
Xəzinəm, gücüm, təxtü tacım da var. 
Taca, təxtə layiq üç oğlum mənim 
Varımdır, bilir dostum, həm düşmənim. 
Hər arzuya, hər istəyə çatdılar, 
Mənim sayəm altında boy atdılar, 
Gərək indi mən üç boyu şümşada 
Tapam üç gəlin–hər üçü şahzada.  
Ağıllı adamlardan aldım soraq, 
Deyirlər: əlinlə yanar bu çıraq. 
Vrındır sənin pərdədə üç nigar, 
Közəllikdə, paklıqda dastandılar, 
Hələ onlara verməmiş kimsə ad, 
Bu müjdə mənim könlümü etdi şad, 


 
92 
O üç qardaşa mən də ad vermədim, 
Seçilsinlər adla–rəva görmədim. 
Bu qiymətli gövhərlər indi gərək 
Qovuşsun, baxaq, bəhrəsin biz görək. 
Üç ismətli qızla bu üç qəhrəman 
Ola bir-birinə əziz, mehriban. 
Fəridun belə söyləmiş, indi sən 
Cavabın nədir, söylə, Şahi-Yəmən?! 
Sudan ayrılan bir çiçəktək haman 
Yəmən şahının rəngi soldu yaman. 
Düşündü: bu sevda mənə verməz əl, 
Gözümdən uzaqlaşsa bu üç gözəl, 
Olar hər günüm bir gecətək qara, 
Ağıllı cavabdır bu dərdə çara. 
Dedi elçiyə: – Ey çatan izzətə, 
Gəl, indi qoyaq son bu söz-söhbətə. 
Tələsmə cavab almağa sən fəqət, 
Gərək mən bu işdə edəm məsləhət. 
Ata qəlbinə şadlıq oldu haram
Verib elçiyə yer, qılıb ehtiram, 
Sarayda qəbul etmədi kimsəni, 
Gedib fikrə, tək çəkdi qəm-qüssəni. 
Dedi: – Nizədarlar çölündən gedin, 
Siz əyanları qəsrə dəvət edin. 
Yığıldı bütün başçılar dərbara, 
Açıb dərdini şah dedi onlara: 
– Evimdə mənim nurlu üç şəm yanar, 
Görüb onları gözlərim nurlanar. 
Fəridun bizə elçilər göndərib, 
Yolum üstə amma əcəb tor sərib. 
O üç şəmi istər əlimdən ala, 
Nə tədbir görürsüz bu müşkül hala? 
Deyir elçi: söylər Fəridun, mənim 
Üç oğlum varımdır, gülüm, gülşənim. 
 
93 
O, üç oğluna istəyir üç qızı, 
Dilim tutmayır söz, danışam, düzü, 
Əgər razı olsam, alışar könül, 
Yalan da Fəriduna layiq deyil. 
Desəm: istəyindir mənə iftixar, 
Ürək odlanar, göz yaşım hey axar, 
Onun əmrini rədd qılsam əgər. 
Yəqin ki, Fəridun küsər inciyər 
Bu gün yer üzündə odur hökmdar
O, kin bəsləsə, axırı pis ola? 
Ağıllı adamlar deyir: bir zaman 
Fəridun Zöhhaka uddurdu qan. 
O Zöhhakı tədbirlə almış əsir, 
Onu saymayan öz canından bezir. 
Budur mətləbim, başlayın siz sözə, 
Açıq söyləyin, sirr çıxsın üzə. 
Ağılda sınaqdan çıxan başçılar 
Dil açdı, dedi: – Ey böyük hökmdar, 
Budur fikrimiz ki, səni hər külək 
Dəbərtsə yerindən, ölək biz gərək. 
Fəridun olub aləmə şəhriyar
Məgər biz quluq ki, bizə xor baxar? 
Budur borcumuz, söz deyək, iş görək, 
Əli nizəli meydana at sürək. 
Yeri xəncər ilə meyistan edək, 
Göyü nizələrlə neyistan edək.
20 
Əgər şahlığın bağlıdır bunlara, 
Bu işdə çalış, tap bir özgə çara. 
Tələblərlə sən elçini sal yola, 
Qoy o, bu tələblərdən aciz qala. 
Yəmən şahı əyanları dinlədi, 
İşin əvvəlin, axırın bilmədi. 
Şahın elçisini çağırdı səhər, 
Yəmən şahı saçdı dilindən göhər. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə