Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

 
136 
Peşəng oğluna verdilər hər nə var 
Mənuçehr isə göstərib ehtiram, 
Verib onlara layiqincə ənam. 
Qala üstə Şiruyu etdi rəvan, 
Dedi: – Al yanınca neçə pəhləvan. 
Get, yığışdır, gətir hər nə var, 
Çalış, qalmasın heç nə gözdən kənar, 
Xəzinəni, çatıb fillərə büs bütün, 
Gətir dərbara, töhfə ver şah üçün. 
Dəniztək düzənlikdə coşdu qoşun. 
Fəridun hüzuruna qoşdu qoşun. 
Mənuçehr yaxınlaşdı Təmmişəyə, 
Fəridun, onunla görüşsün deyə. 
Saraydan göyə qalxdı şeypur səsi, 
Yola çıxdı şahla qoşun dəstəsi. 
Bütün fillər üstündə firuzə təxt, 
Görən söylədi: – Yar olub şaha bəxt 
Kəcavə qızıl, örtüyü tirmədən, 
Ona ləlü gövhərdi ziynət verən 
Qara-bir buludtək qoşunlar haman 
Xəzərdən Sari səmtə oldu rəvan. 
Yaxınlaşdı şaha gələn ordular
Fəridun yol üstündə tutdu qərar. 
Mənuçehr, şah bayrağın görcəyin, 
Dedi orduya:– Yol boyu səf çəkin! 
Piyada gedirdi cavan şəhriyar, 
O bir gənc idi, görkəmində vüqar. 
Baş əydi, dua etdi, öpdü yerin, 
Dedi: – Təxtinə, tacına afərin! 
Fəridun yanında verib yer ona, 
Öpüb oxşadı, basdı öz bağrına. 
Tutub üz göyə, seylədi hökmdar: 
– Xudaya, ədalətli pərvərdigar! 
Deyibsən ki, mən adiləm, mehriban, 
 
137 
Çətin gündə məzlumlara əl tutan. 
Ədalət də, hümmət də verdin mənə, 
Nə tac? Şanü şövkət də verdin mə 
Muradımca döndü mənim ruzigar
Məni indi başqa cahana apar! 
Həyatdan daha bezmişəm, ey xuda, 
 Rəva görmə artıq qalım dünyada. 
Buyurdu Mənuçehrə: – Təxtə otur, 
Başa tac qoyub, şah büsatını qur! 
Gəlib çıxdı Şiruy, o şiri-nər, 
Gətirilmişdi çox xəzinələr, töhfələr. 
Nəzər saldı o sərvətə padşah, 
Mənuçehrə üz tutdu tez, çəkdi ah, 
Dedi: – Bu qənimətləri qeydə al, 
Qoşun əhlinə paylayıb, razı sal! 
Şah hər nə demişdi, əməl etdilər, 
Verildi qoşun əhlinə simü zər. 
Fəridun o gündən pərişan olub
Deyərdin: xəzandır, gülüstan solub, 
Atıb tacü təxtin bütün daşını, 
Önündə qoyub üç oğul başını, 
Axıtdı gözündən ürək qanını, 
Başa vurdu matəmlə dövranını. 
Fəridun ölüb getdi, qaldı adı, 
Keçib əsrlər, şöhrəti solmadı. 
Oğul, yaxşılıq et, təmiz ad qazan, 
Görən olmamış yaxşılıqdan ziyan. 
Mənuçehr qoydu başa taci-zər, 
Belə bağladı ləl qaşlı kəmər. 
Fəriduna sərdabə etdi bina. 
Bəzək verdi gövhərlə, zərlə ona, 
Qoyuldu şahın təxti sərdabəyə. 
Tutulmuşdu təxt lələ, firuzə. 
Cənazə o təxt üstə tutdu qərar, 


 
138 
Başı üstə şahanə tac asdılar. 
Necə rəsm idi ehtiram etdilər. 
Vidalaşdılar, baş əyib getdilər. 
Qapı bağlanıb, daxmada qaldı şah, 
O getdi cahandan dodağında ah. 
İşin dərdü qəmdir sənin, ey cahan, 
Sənə bağlamaz bel ağıllı olan. 
 
MƏNUÇEHR 
 
Mənuçehr bir həftə çəkdi fəğan
Qaraldı üzü, gözləri tökdü qan. 
Bir həftə keçincə, cavan hökmdar 
Qoyub tacı, təxtində tutdu qərar. 
Gəlib yer üzündən böyüklər tamam, 
Ona baş əyib, qıldılar ehtiram. 
Başa tac qoyan gün Mənuçehr şah: 
– Mənəm, – söylədi, – bu cahana pənah, 
Ədalətlə, paklıqla, vicdan ilə, 
Şücaətlə, mərdliklə, iman ilə 
Bu dünyanı abad edəm mən gərək,-  
Mənəm təxtdə dövr edən bir fələk. 
Mənə yer üzü, həm fələk oldu ram, 
Neçə tacdar başını ovlaram. 
Mənə həqq əta eyləmiş dinlə fərr
Gözəl bəxt, parlaq ağıl, həm hünər, 
Mənimdir cahanın suyu torpağı, 
Mənimdir uca Kavənin bayrağı. 
Qılıncım iti, ildırımtək biçər, 
Döyüşdə Mənuçehr candan keçər. 
Mənəm qaldıran pisliyi ortadan, 
Gərək yaxşılıqla bəzənsin cahan. 
Qulam tanrıya bu hünərlərlə mən. 
Odur şahlara şənü şövkət verən. 
 
139 
Gəlin, ağlayıb xaliqə yalvaraq, 
Qoy olsun hər işdə bizə o dayaq. 
O vermiş mənə tacü təxtü sipah, 
Odur hər işimdə həmişə pənah. 
Fəridun yoluyla gedək durmadan, 
Mənəm bir cavan şaxə, o, bağiban. 
Mənim yeddi ölkəmdə bircə nəfər 
Atıb dinini çıxsa yoldan əgər, 
Rəva görsə məzlumlara zülm, kin, 
Səbəb olsa təhqirinə bir kəsin, 
Can atsa soyub xalqı, varlanmağa, 
Əzilmişlərin haqqını danmağa, 
Əzizim də olsa, gözümdən düşər
Olar düşmənim Əhriməndən betər. 
Kim həqqin yolundan çıxarsa, inan, 
Cəzasın görər məndən, həm tanrıdan. 
Qılınca əl atsam əgər qəhrlə, 
Bu ölkə yəqin qərq olar qan-selə. 
Bütün pəhləvanlar dedi: – Afərin! 
Bu gün hökm-fərman sənindir, sənin. 
Babandan sənə yetmiş, ey xeyrxah, 
Bu təxt ilə tac, olmusan padişah. 
Canın, təxtü tacın zaval görməsin,  
Bu möbidlər olsun duaçın sənin. 
Mütiyik sənin şah fərmanına, 
Könül vermişik əhdü peymanına. 
Böyük pəhləvan Sam qalxıb bu an, 
Dedi: – Ey ədalət sevən hökmran! 
Mən ömrümdə çox görmüşəm şahları, 
Ucalmış ədalətlə dərgahları. 
Nəsilbənəsil şahsan İrana sən, 
Yenilməz, igid ordunun fəxrisən. 
Sənə arxadır pak pərvərdigar, 
Yaşa daima qəlbi şən, bəxtiyar. 


 
140 
Babandan mənə yadigar olmusan, 
Həyatı həmişə bahar olmusan. 
Döyüşlərdə bir qızmış aslan kimi, 
Görüşlərdə xurşidi-taban kimi, 
Ayağından öpsün cahan, ruzigar, 
Bu firuzə təxtində ol bərqərar. 
Qılıncınla dünyanı aldın ələ, 
Yaşa eyşü işrətlə bundan belə. 
Bizə növbə çatmış, çıxaq meydana, 
Batırma daha əllərini qana
İgidlikdə yoxdur tayım dünyada, 
Nə qorxum, cahan düşmənim olsa da? 
Mənə pəhləvanlıq veribdir baban, 
İradənlə indi mənə arxasan. 
Ona afərin söylədi hökmdar, 
Edildi ayağına gövhər nisar. 
Saraydan çıxarkən qürur ilə Sam 
Baş əydi ona pəhləvanlar tamam. 
Böyük pəhləvan mənzilə qoydu üz, 
Ömür sürdü alnı açıq, qəlbi düz. 
 Qədim bir xəbər var ki, dildə gəzər, 
Maraqlı olar nəzmə çəksəm əgər. 
Qulaq ver, oğul gör ki, bu ruzigar 
Böyük Sam ilə oyun oynayar 
Deyirlər: yox imiş Samın övladı. 
Verərdi bal ağzında sirkə dadı. 
Var idi evində onun bir nigar, 
Ona lütfgöstərdi pərvərdigar 
Günəşüzlü dilbər olub hamilə, 
Böyük pəhləvan isə ümmid ilə 
Yaşardı onun mehriban dilbəri 
Ağır yükdən inlərdi çoxdan bəri 
O günlərdə doğdu qəşəng bir uşaq. 
Görənlər deyərdi günəşdir uşaq. 
 
141 
Uşağın üzü nurlu, parlaq idi, 
Bütün tükləri qar kimi ağ adi. 
Oğul eybəcərdir deyə, dayələr 
Sama yeddi gün vermədilər xəbər. 
Yataqxanasında onun yeddi gün 
Hamı ağlayırdı o körpə üçün. 
Sama kim deyəydi: gözəl arvadın 
Belə körpə doğmuş ki, batsın adın? 
Onun vardı bir dayəsi şir ürək, 
Nəhayət, Samın yanına getdi tək. 
Dedi: – Qəhrəmai Sama yüz afərin! 
Zəlil olsun hər yerdə düşmənlərin
Evində sənin, bil ki, ey namidar. 
Bir oğlan doğubdur gülüzlü nigar. 
Gümüştək var əndamı, gültək üzü, 
Vücudunda yox zərrə nöqsan izi. 
Tükü qartək ağdır fəqət, aşikar, 
Belə istəmiş pak pərvərdigar. 
Eşitcək bunu təxtdən qalxaraq, 
Hərəmxanaya Sam basdı ayaq. 
Görüncə ki, ağdır tükü oğlunun, 
Ümidi kəsildi cahandan onun. 
Göyə üz tutub, ağladı zar-zar, 
Dedi: – Ey ədalətli pərvərdigar! 
İradəndir hər şeydən üstün sənin, 
Bizə xoşdur, ey tanrı, hər istəyin. 
Tutaq ki, böyük bir günah etmişəm, 
Yaman işlərin ardıca getmişəm, 
Ulu tanrıya bu verirmi əsas: 
Bu yolla ala bəndəsindən qisas? 
Bu rüsvayçılıq canıma od salır, 
Ürək çırpınır, qollarım sustalır, 
Gəlib pəhləvanlar tutarsa soraq, 
Necə söyləyim eybəcərdir uşaq? 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə