Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə23/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

 
124 
Qızarmış dəmir döyməyin həzzi var
Manuçehr getdi qoşunla çölə, 
O səkkiz gün orda dayandı hələ. 
Fəridun onu saldı şəxsən yola, 
Dua etdi ki: – Get, uğurlar ola! 
Manuçehr ona söylədi: – Hökmdar, 
Sənə hansı namərd yamanlıq qıyar? 
O kəs ki, çəkib taleyi ondan əl, 
Onu izləyir hər qədəmdə əcəl. 
Mən indi zireh geymişəm, heç zaman 
Çıxartmaq nədir kamıma çatmadan? 
Gərək od vurub, aləmi yandıram, 
Alam hər iki qanlıdan intiqam. 
Elə toz qopardam ki, meydanda mən, 
Günəş də görünməz o toz pərdədən. 
Mənə varmıdır tay gələn orduda? 
Kimin cürəti var məni qorxuda? 
Dedi Qarenə şah: – Ey qəhrəman, 
Şəhərdən çölə et yürüş durmadan! 
Düzənlikdə şahçın çadır qurdular 
Önündə zəfər bayrağı vurdular. 
Yayıldı qoşun sel kimi düzlərə, 
Deyərdin: dənizdir, coşur dağ, dərə, 
Qaranlıq gecə etdi toz gündüzü, 
Elə bil qaraldı tamam göy üzü. 
Bütün ölkəyə hay-haray saldılar, 
Qulaqlar hayahuydan oldu kar. 
Ərəb atları kişnəyir dalbadal, 
Təbil çalmağa verməyirdi macal. 
Bütün ordugahın iki mil yolu, 
Fil idi yolun həm sağı, həm solu. 
Birər hər fil üstə qızıl taxt var, 
Qızıl içrə gövhər çıraqtək yanar. 
Çatılmışdı sursat üç yüz karvana 
 
125 
Ki, üç yüz tərəfdən girə meydana. 
Geyindi, zirehləndi hər pəhləvan, 
Fəqət gözləyirdi açıqda qalan. 
Süpəhdar Qaren, qəzəb, kin ilə 
Tam üç yüz min atlı çıxardı çölə. 
Hamı mərd igiddi, hamı namdar, 
Ağır gürzlər əldə yollandılar. 
Bir aslan kimiydi igidlər tamam, 
Gedirdi hamı almağa intiqam. 
Qabaqda gedir bayrağı Kavənin, 
Parıldar qılıncı dilavərlərin. 
Çıxıb Narvən cəngəlindən haman 
Mənuçehr, Qaren, neçə pəhləvan 
Qoşun qarşısından gəlib keçdilər
Cinahlar üçün dəstələr seçdilər. 
Solu etdi Gərşasba tabe tamam, 
Sağın başçısıydı Qubad ilə Sam. 
Düzüldü qoşun səfbəsəf səhrada, 
Mənuçehr Sərv ilə tam ortada. 
Görünməzdi, dağdan da baxsaydılar, 
Sanardın, qoşun içrə ay parlayar. 
Gedir öndə Qaren, gedir öndə Sam, 
Siyirmə qılıncdı bir ordu tamam.  
Xəbərçi xəbər verdi Səlmə, Tura: 
– İrandan hucum başlanıbdır bura. 
Qoşunla iki qanlı kəsdi yolu, 
İki baş, iki qəlb kinlə dolu. 
Qubad dəstəsiylə yetişdi, budur, 
Xəbər tutcağın, yel kimi gəldi Tur. 
Dedi: – Get, Mənuçehrə peyğam apar, 
De: kimdir atan, ey yeni hökmdar? 
Belindən gəlib İyrəcin qız əgər, 
Sənə kim qılınc verdi, bir də kəmər? 
Dedi: – Dinlədim diqqət ilə səni, 


 
126 
Yetirrəm ona bil ki, hər kəlməni. 
Tələsmə fəqət boşla bir an kini, 
Oturt üz-üzə ağlını, qəlbini. 
Düşün bir, nələr gözlənir qarşıdan? 
Bu xam söhbətindən özün də utan! 
Sizə gecə, gündüz tutub yas əgər, 
Qəribə deyil, ağlasa vəhşilər. 
Budur, Narvən cəngəlindən Çinə 
Süvari igiddir gəlir üstünə. 
Görüncə əsir Kavənin bayrağı, 
Qılınclar çəkilmiş, parıldar zağı, 
Yəqin bağrınız partlayar qorxudan, 
Çıxar adınız yadınızdan, inan! 
Qubad döndü, gəldi şahın yanına, 
Eşitdiklərini yetirdi ona. 
Mənuçehr güldü, dedi: – Boşla, eh, 
Belə sözləri söylər ancaq səfeh, 
Babamdır mənim İyrəc, aləm bilir, 
Fəridun adıyla başım yüksəlir. 
Döyüşdə gərək toy tutaq onlara 
Ki, çıxsın nəcabət, nəsəb aşkara. 
Böyük tanrının lütfü olsa kömək, 
Macal verməyim düşmənə mən gərək, 
Açıb ağzını bir kərə «uf» deyə, 
Kəsib başını tez vuram nizəyə. 
Buyurdu bəzənsin bütün süfrələr, 
Şərab ilə,çəng ilə əyləndilər. 
Qaranlıqlaşarkən işıqlı cahan 
Yayıldı keşikçi çölə ordudan. 
İgid Qaren ordu başında durub, 
Yəmən şahı Sərv ilə məclis qurub, 
Qoşun içrə hər yanda səs yaydılar: 
– Siz ey qəhrəman, şahsevən atlılar, 
Gərək biz döyüşlərdə möhkəm olaq, 
 
127 
Ədalətlə, kinlə qana qan alaq. 
Bu meydanda bir kəs ölərsə əgər
Günahsız şəhiddir, behiştə gedər. 
Bu Turan, bu Çin ordusundan qıran, 
Hünər göstərən hər igid qəhrəman 
Çatar pak möbid kimi hörmətə, 
Yetər daimi izzətə, şöhrətə. 
Bağışlar ona padşah tacü təxt, 
Qoşun başçısı zər, böyük tanrı bəxt 
Hamı hazır idi, açılcaq səhər, 
O vaxt ki, fələkdən günəş nur səpər 
Neçə pəhləvan, aləmə nur salan, 
Ələ gürz, zubinlə, xəncər alan, 
Hərə öz yerində durub, səf çəkir, 
Biri digərindən önə keçməyir. 
İgidlər, şücaətli sərkərdələr 
Ədəblə o salara baş əydilər. 
Dedilər ki, salara biz bəndəyik
Şaha xidmətə daim amadəyik. 
Nə fərman verərsə, mütiyik ona, 
Dönər yer üzu qan dolu ümmana. 
Hərə getdi öz xeyməsinə tərəf, 
Qisas almağı bildilər şan, şərəf. 
Söküldü səhər olcağın dan yeri, 
Günəş çıxdı, zülmət çəkildi geri. 
Qoşun mərkəzində Mənuçehr şah, 
Qılıncla, zirehlə qoyub taskülah, 
Fəza qərq olunca polad nizəyə 
Gətirdi çölü nərələr lərzəyə 
Qoşun mərkəzi, sağ cinah, sol cinah 
Düzəldi, necə əmr vermişdi şah. 
Su üstə gəmiydi deyən yer üzü, 
Deyərdin ki, qərq olmaq istər özü. 
Ağır yükləri çatdılar fillərə, 


 
128 
Coşub titrədi Nil kimi dağ, dərə. 
Guruldardı fillər belində təbil, 
Coşardı, qoşardı qabaq səmtə fil. 
Çalındıqda şeypur ilə kərranay 
Sanardın ki, dağlar salıbdır haray, 
Yerindən qoşun dağ kimi oynadı, 
Ucaldı göyə «Gəldi, al»! fəryadı. 
Görüncə, biyaban dolu qan axar, 
Deyərdin: olub yer üzü laləzar, 
Ayağı qana qərq idi fillərin, 
Sanardın ki, mərcan sütundur həmin. 
Mənuçehrə yar oldu hər an zəfər, 
Zəfər tez çalar hər kimi el sevər. 
Vuruşma gedirdi, qaraldı hava, 
Günəş batdı, aləm geyindi qara. 
Girər gündə bir başqa rəngə zaman, 
Verər gah şəkər, gah zəhər ərməğan, 
Mənuçehr şəbxun vurar indicə    
 
 
Deyə, yatmadı Səlm ilə Tur gecə. 
Səhər çıxmadı bir nəfər meydana
İki qanlı xəlvət çəkildi yana 
Günorta zamanıydı, Səlm ilə Tur 
Ürəklərdə kin, başlarında qürur 
Görüşdü yaman gündə tədbir üçün, 
Şərik oldu onlar bu fikrə o gün: 
Gecə olcağın güclü şəbxun vuraq, 
Düzənlikləri qan ilə dolduraq. 
Bu işdən zirəklər tutunca xəbər, 
Mənuçehrə dərhal xəbər verdilər. 
Budur məsləhət ki, Mənuçehr şah 
Qoya pusquda lazımınca süpah. 
Mənuçehr asınca qulaq onlara, 
Duşündü öz ağlıyla tapsın çara. 
Dedi Qarenə: – Başçı ol orduya, 
 
129 
Özü yer seçib girməyə pusquya, 
Apardı başında otuz min nəfər, 
Hamı pəhləvan idi, sahibhünər. 
Münasib seçilmişdi pusqu yeri
Yenilməzdi atlıların hər biri. 
Geçə oldu, yüz min süvariylə Tur 
Keçib ordugahdan hucuma, budur, 
Düşünmüş ki, şəbxun vura düşmənə,  
Qıra, ordugaha zəfərlə dönə, 
Gəlib, gördü ordu sayıq, huşyar, 
Önündə şahın bayrağı bərqərar. 
Yox idi əlacı döyüşdən savay, 
Çəkib nərə, saldı cahana haray.  
Atın dırnağından qopan toz, deyən, 
Buluddur, fəzanı tutub qəflətən. 
Qılınclar ki, hər an qınından çıxar, 
Sanardın bulud içrə şimşək çaxar. 
Baxanda deyərdin: hava odlanar, 
Yerə düşsə almas kimi, yer yanar. 
Polad səslərindən beyin gurladı, 
Buludda külək qopdu, od parladı. 
Mənuçehr o dəm qalxçağın pusqudan, 
Bunu gördü Tur, oldu halı yaman 
Atın başını döndərincə geri, 
Qonardı qoşun «hay, havar» səsləri. 
Dalınca salıb at, Mənuçehr şah 
Aman vermədi qanlı tapsın pənah. 
Elə nizə vurdu qalın peysərə 
Ki, düşdü qılıncı əlindən yerə. 
Yəhərdən onu qaldırıb yel kimi
Yerə vurdu zərb ilə bir fil kimi. 
Kəsib başını, tulladı tez yerə, 
Bədən qaldı, yem oldu vəhşilər. 
Gəlib ordugahında tutdu qərar, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə