Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

 
172 
Dedi: – Gəlsin əyan, sərkərdələr! 
Hazır oldu möbidlər ilə vəzir
İgid pəhləvanlar, ağıllı dəbir. 
Zalın dövrəsində halay vurdular, 
Qızıl təxtə əyləşdi o namidar. 
Söz açdı iti dillə Dəstani-Sam, 
Dodaqda təbəssüm, özü şadkam. 
Əzəl başdan o xaliqi etdi yad 
Ki, bundan ola möbidin könlü şad. 
Dedi: – Pak, adil, böyükdür xuda, 
Ümid də ona bağlıdır, qorxu da. 
Günah qorxudur, həqsə ümmid verir, 
Cahanda nə varsa onun əmridir. 
Önundə çökər diz məkanla zaman, 
Onun vəsfinə bizdə varmı tavan? 
Günəşlə ayı gəzdirəndir xuda, 
Bizə doğru yol göstərəndir xuda. 
Odur bu gözəl kainatı quran, 
İki aləm içrə odur hökmran. 
Hamı bağlıdır ondakı təqdirə, 
Qarışqa ayaq basmaz onsuz yerə. 
Yaratmış o gündə ki, lövhü qələm,
34 
Olub-olmalı əmrə çəkmiş rəqəm. 
Tək – artım verə bilməyir dünyada, 
Odur, hər şeyi cüt yaratmış xuda. 
Əzəl başdan aləmdə qanun budur, 
Bu göydən gələn sözlə təsdiq olur. 
Bəşərdir bütün aləmin ziynəti, 
Bütün varlığın ondadır qiyməti. 
Bu cüt-cüt həyat olmasaydı əgər, 
Necə qüdrətin göstərərdi bəşər? 
Gəlin, həqq verən əmri rəhbər tutaq. 
Subaylıq şəriətcə olmuş yasaq. 
Xüsusən, böyük nəsldən bir cavan 
 
173 
Subay qalsa, ondan çəkər el ziyan. 
Cavan pəhləvan evlənərsə əgər, 
Olarsa bir övladı, ləzzət görər, 
Əcəl çatdığı vaxt verər can rahat, 
Ki, övladı başlar yeni bir həyat. 
Ad aləmdə övladla baqi olur, 
Deyərlər: bu Sam ya ki, Zal oğludur. 
Oğulla tapar ziynəti tacü təxt
Ad ondan gedərsə, qalar bunda bəxt. 
Olub indi bunlar mənim dastanım 
Hə güllər açıbdır mənim bustanım? 
Məni tərk edibdir ağılla səbir 
Deyin: bəs bu dərdə əlacım nədir? 
Deməzdim, məni boğmasaydı kədər, 
Başımdan ağıl uçmasaydı əgər. 
Mənə Mehrabın qəsridir qibləgah, 
Tapıb torpağında bu könlüm pənah. 
Edib könlümü ram Sindoxt qızı, 
Deyin, nə olar, sizcə Samın sözü 
İcazə verərmi Mənuçehr şah? 
Və ya eşqi adlandırar bir günah? 
Böyük, ya kiçik, hər kişi evlənər, 
Nə dindən, nə adətdən üz döndərər 
Kişi arvad, arvadsa ər axtarar, 
Ağıllı adamlar bunu bilməz ar. 
Nədir fikri bu barədə möbidin? 
Nədir rəyiniz, aşkara şərh edin! 
Nə möbid ona bir cavab söylədi, 
Nə də məclis əhli ona söz dedi. 
Yəqindi ki, şah kinlidir Mehraba. 
Ona şah Zöhhak olubdur baba. 
Açıq istəməzdi desin bir nəfər 
Ki, bir yerdə tutmaz bal ilə zəhər. 
Görüncə ki, bir kimsə vermir cavab, 


 
174 
Dedi Zal ki: – Yoxdur daha məndə tab
Mənə bəllidir susmağın illəti, 
Yəqin ar bilirsiz bu söz-söhbəti, 
İradə olarsa birində əgər, 
O hər töhmətə mərdlik ilə dözər. 
Mənə siz bu işdə kömək etsəniz, 
Çətin vaxtda həm dadıma yetsəniz, 
Mən ollam sizinlə elə mehriban 
Ki, mislin hələ görməmişdir cahan. 
Olar etdiyim yaxşılıq, xoş əməl, 
Sizə qarşı bir kimsə qaldırmaz əl. 
Açıldı dili sanki möbidlərin; 
– Muradınca olsun bu dünya sənin! 
Önündə sənin biz kiçik bir quluq, 
Təəccübdən ancaq belə susmuşuq. 
Bilirsən ki, Mehrab pis insan deyil, 
Böyükdür, igiddir, fəqət bədəsil. 
Ərəb mülkünə olsa da hökmdar
Canında onun əjdəha qanı var. 
Əgər etiraz etməsə padişah, 
Onunla qohumluq deyildir günah. 
Budur məsləhət, Sama bir namə yaz, 
Ağıllı igidsən, fikirləş bir az! 
Sənin ağlın üstündü bizdən yəqin, 
Düşüncə iti, güclüdür məntiqin 
Mənuçehrə qoy namə yazsın özü, 
Görək nə olar hökmdarın sözü. 
Mənuçehr Samı sevir can qədər, 
Çətin ki, onun rəyini rədd edər. 
Zal əmr eylədi, gəldi namə yazan, 
Ürəkdə nə vardı, dedi pəhləvan. 
Dedi: – Sama əvvəldə yazsın salam, 
Ümid ilə, vəsf ilə etsin tamam, 
Yazılsın əzəl xətdə allah adı, 
 
175 
O olmuş bütün aləmin ustadı. 
O, şadlıq verəndir, o quvvət verən
Ay, ulduzla əflakə ziynət verən. 
Ulu tanrıdan Sama min afərin, 
Qılınc, gürz, covşən sənindir, sənin, 
Vuruş meydanında tufan qaldıran, 
Buluddan qılınc ilə qan aldıran. 
Qızıl tac, kəmər bəxş edən əlləri, 
Oturdan qızıl təxtə Zali-zəri. 
İgiddir, hər işdə hünər göstərər, 
Onun qüdrətiylə hünər yüksələr. 
Mənəm o böyük qəhrəmanın qulu, 
Bu can, bu ürək sevgisiylə dolu. 
Necə mən doğuldum, o bilsin gərək, 
Mənə nə cəfa qıldı çərxi-fələk, 
İpək, xəz içində yatarkən atam, 
Sanırdım ki, Simurğa mən övladam 
Acından yedim hər nə quş ovladı, 
Sayıldım o vəhşi quşun övladı. 
Külək döydü, yandı, soyuldu dərim, 
Dolub tozla, torpaq ilə gözlərim
Mənə Samın oğlu verilmişdi ad. 
Yuva sakini – mən, o, təxt üstə şad. 
Belə istəyirmiş xuda, neyləmək? 
Onun istəyiylə dönürmüş fələk. 
Dişiylə polad əzsə bir pəhləvan, 
Səsindən pələng bağrı da olsa qan, 
Poladdan belə möhkəm olsa dişi, 
Dönər xaliqin əmri ilə işi. 
Düşübdür işim bir elə müşkülə, 
Açıb söyləmək olmaz heç vəch, ilə. 
Atam pəhləvan, şiri-nərdir əgər, 
Yəqin ki, mənim dərdimi dinləyər, 
 Qızı Mehrabın bağrımı qan edib, 


 
176 
Məni eşq odunda o büryan edib. 
Gecə ulduz olmuş mənim sirdaşım, 
Vurar dalğa dərya kimi göz yaşım. 
Elə bir hala qalmışam qüssədən, 
Bil, ağlar mənim halıma hər yetən. 
Məni yandırıb yaxsa da dərdü qəm, 
Rəva görməsən, atmaram bir qədəm. 
Nədir indi əmrin, cahanpəhləvan? 
Ağır gündə imdadıma çat, aman! 
Sipəhbod atam əhdi pozmaz, yəqin,
35
 
Bu işdə mənə mane olmaz, yəqin 
Ki, Mehrab şahın qızın mən alım, 
Öz eşqimlə də dinə sadiq qalım. 
Məni qaytaran gündə Əlborzdən 
Camaat önündə qılıb əhd sən, 
Dedin: – Çıxmaram qarşı bir arzuna, 
O əhdi bugüh bir yada salsana. 
Bir elçi tapıb, yel kimi at çapan, 
İki atla Kabildən oldu rəvan. 
Buyurdu: – Bir at axsayıb qalsa, bil, 
Dayanmaq sənə heç də lazım deyil. 
İkinci ata min də, sürət götür, 
Samın yanına tez özünü yetir. 
Çapıb getdi elçi, küləkdən betər, 
Polad oldu altındakı gen yəhər. 
Gəlib Qorqsarana çatdı haman, 
Uzaqdan onu gördü Sam pəhləvan 
Ki, bir dağ döşündə gəzib şahsəvar, 
Ürək dostlarıyla edirdi şikar. 
Belə söylədi qəmküsar dostlara, 
Yanınca çapan işgüzar dostlara: 
– Bir atlı gəlir, məncə kabillidir
Yaman at çapır, bəlkə zabillidir. 
Yəqin Zal onu göndərib, elçidir, 
 
177 
Soruşmaq gərək, bəlkə bir şey bilir? 
Bu anda gəlib elçi də toxdadı. 
Samı görcəyin tərk qıldı atı, 
Duşub torpağı öpdu təmkin ilə, 
Böyük tanrı ismin gətirdi dilə. 
Alıb naməni, Sam verdi sual, 
Dedi elçi nə xahiş etmişdi Zal. 
Enib dağ döşündən bəri gəldilər, 
Açıb naməni Sam, saldı nəzər. 
Oxudu, nə yazmışdı başdan-başa, 
Təəccübdən az qaldı ağlı çaşa. 
Bu mətləb onun könlünə yatmadı, 
Düşündü ki, fərsiz çıxıb övladı. 
Dedi: – Gövhəri qəlp olan bir adam 
Büruzə verər qəlpliyini müdam. 
Verib vəhşi bir quş ona tərbiyə, 
Odur ki, düşüb beylə bir sevgiyə. 
Şikardan evə döndü qəlbi dolu, 
Fikirlə, xəyalla gedərkən yolu 
Deyirdi: – Onu rədd qılsam əgər, 
Desəm ağlını yığ başa birtəhər
Böyüklər yanında itər hörmətim, 
Deyərlər ki, əhdə əməl etmədim. 
Əgər söyləsəm: səndədir ixtiyar, 
Könül hər nəyi sevsə, dadlı olar, 
Bu quş yavrusuyla o divzadədən 
Doğulsa uşaq, div olar mən bilən. 
Fikirləşdi, iş bir yerə çatmadı, 
Uzandı, fəqət bircə an yatmadı... 
O gün Sam durunca yerindən səhər,  
Çağırtdırdı möbidləri, gəldilər, 
Söz açdı, buyurdu ki, ulduz sayan 
Desin bəlkə nə göstərir asiman? 
Böyük zülmdür, birləşə, doğrusu, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə