Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə32/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

 
178 
Bu iki cavan, sanki atəşlə su. 
Fəridun Zöhhakı birdən tapar, 
Qiyamət günündə qiyamət qopar. 
Fələkdən bu əmrə cavab axtarın, 
Edin sirrini faş ulduzların. 
Bütün gün boyu neçə ulduz sayan 
Səmalarda bu sirrə gəzdi nişan, 
Göründü münəccimlərə aşikar: 
İki düşmənin vəsli dostluq doğar, 
Münəccim gəlib Sama verdi xəbər: 
– Ey altunkəmər pəhləvan, müjdələr, 
Sevişmişsə Zal ilə Mehrab qızı, 
Belə göstərir onların ulduzu 
Ki, evlənsələr bu iki novcavan, 
Gələr ərsəyə bir igid pəhləvan, 
Qılıncla səmanı yerə saldırar, 
Şahın təxtini göylərə qaldırar. 
O, bədxahların rişəsini kəsər, 
O qoymaz qala vəhşi divdən əsər
Olar məhv Səksar, Mazəndəran, 
Ağır gürzünə baş əyər bu cahan. 
Nə kin, nə küdurət qalar, nə savaş, 
Qoyar yasdığa xalq asudə baş. 
Ona söykənər cümlə iranlılar, 
Onunla edər nəsliniz iftixar. 
At üstündə meydana girsə əgər, 
Pələnglər atın dırnağından öpər, 
Edər dövrünün şahını bəxtiyar, 
Onunla şahın tacı rövnəq tapar. 
Münəccim sözünü edincə tamam, 
Təşəkkürlər etdi gülər üzlə Sam. 
Verib onlara bolluca simü zər, 
Samın könlünü tərk qıldı kədər 
Zalın elçisinə dedi: – İndi gəl! 
 
179 
Oturdu, danışdı fərəhli, gözəl, 
Dedi: – Get, dilimdən başa sal Zalı, 
Bu arzu deyildi dilə almalı, 
Fəqət bağlanan əhdi mən qırmadım, 
Onun eşqinə qarşı mən durmadım, 
Gecə tərk edib də bu meydanı mən 
İranşəhrə doğru alıb yol həmən, 
Biləm rəyini padşahın gərək, 
Nədir əmri şahın bu işdə görək. 
Qızıldan, gümüşdən verib bir qədər, 
Dedi elçiyə: – Vaxt ötürmə hədər! 
O getdi, səfər fikrinə düşdü Sam, 
Samı şən görüb el sevindi tamam. 
Əsir eyləyib min nəfər qorqsar
Qolubağlı saldı yola, etdi xar. 
Qaranlıq gecə vaxt olunca yarı 
Çölə çapdılar atlılar atları. 
İranşəhrə ordu çəkib pəhləvan, 
İgidlər diyarına oldu rəvan. 
Zalın yanına elçi gəldi çapar, 
Onu xoş xəbərlə edib bəxtiyar, 
Görüncə fələk istəyincə dönər, 
Səna söylədi tanrıya Zali-zər. 
Olub xalqına qayğıkeş, mehriban, 
Barındırdı yoxsulları pəhləvan. 
Şirindil, zirək bir qadın var idi 
Ki, bu eşqdən o xəbərdar idi. 
Sifariş alıb gah Rudabədən, 
Zala çatdırardı o dildadədən. 
Olanda Zalın peyğamı hər zaman, 
Qadından bilərdi o sərvi-rəvan. 
Çağırdı onu Zal tez öz yanına, 
Açıb mətləbi, şərh qıldı ona; 
Dedi: – Tez o dildara çatdır xəbər, 


 
180 
De ki, Sam babamdan gəlib namələr. 
Çətin gündə çox etmisən ahü zar, 
Olarsan bu tezliklə şən, bəxtiyar. 
Gəlib Sam yanından geri elçimiz
Atam razıdır, evlənək indi biz. 
Danışdı qadınla o xeyli zaman, 
Xəbərdən qadın da şad oldu haman, 
Çevik namə yazdı, ona verdi Zal, 
Yarın yanına elçi göndərdi Zal. 
Qadın yel kimi çatdı Rudabəyə, 
Xeyirdir xəbər, müjdəmi ver deyə, 
Pəriüz ona verdi çoxlu dirəm, 
Oturtdu qızıl kürsü üstündə həm.  
Çıxartdı böyük bir ləçək mücrüdən, 
Deyərdi «çıraqdır yanır» hər görən. 
Ləçək zərdi, yaqut idi sərbəsər, 
Düzülmüş qızıl üstə dürrü göhər. 
Üzük verdi bir cüt o dilbər pəri, 
Sanardın fələkdə yanır Müştəri. 
Dedi: – Bunları Zala çatdır ənam, 
Yetir məndən o qəhrəmana salam. 
Çıxanda qadın hücrədən eyvana, 
Nəzər saldı diqqətlə Sindoxt ona. 
Qızardı qadın qorxudan pul kimi
Düşüb torpağı öpdü bir qul kimi. 
O, Sindoxtu saldı yaman həycana, 
– Tez ol söylə, kimsən? – Bağırdı ona. 
Ayaq açmısan hücrəyə sən yaman, 
Keçirsən önümdən məhəl qoymadan. 
Cavab verdi: – Dəllallıq olmuş peşəm, 
Çörəkdir səbəb, bu günə düşmüşəm. 
Bəzək şeyləri məndən alsın deyə, 
Çağırmışdı Rudabə bu hücrəyə. 
Gətirdim naxışla dolu çəpkəni, 
 
181 
Cahavirnişan bir qızıl həlqəni, 
Cavab verdi Sindoxt: – Tez onları 
Mənə göstər, aç könlümü, ay qarı! 
Dedi: – Aldı Rudabə o şeyləri, 
Yenə istəmişdir bəzək ol pəri. 
Dedi: – Onda göstər mənə pulları, 
Qəzəb atəşim azca sönsün barı. 
Dedi: – Vermədi pul ay üzlü gözəl, 
Sabah gəl dedi, sən də çək məndən əl 
Qarı söyləyənlər yalandır deyə, 
Hazırlaşdı Sindoxt onu döyməyə 
Əl atdı, onu axtara-axtara 
Çıxardı düzü, -əyrini aşkara. 
 Gözündə qəzəb atəşi parladı, 
Üzü üstə sərdi yerə arvadı. 
Gözünə dəyincə o faxir libas, 
Başa düşdü: Rüdabəəndir əsas. 
Evi xəlvət etdi ana bağrı qan, 
Fkirdən, xəyaldan başında duman 
Çağırdı qızı, əyləşib diz-dizə, 
Acıqdan ana pəncə atdı üzə, 
İki nərgizindən süzüb jaləni, 
Yudu göz yaşıyla qoşa laləni
37
 
Tutub üz dedi nazlı Rudabəyə 
Ki, göydən yerə alçalırsan niyə 
De, bir yaxşılıq varmıdır, ey nigar, 
Sənə etməyim gizli ya aşikar? 
Niyə bivəfa olmusan, ey gözəl? 
Nə sirrin var isə, mənə söylə gəl. 
Bu arvad niyə hey gəlir, hey gedir, 
Onu kim sənin yanına göndərir? 
De, söz vermisən hansı bir oğlana 
Ki, şalla üzük göndərirsən ona? 
Keçən dövrdə bir ərəb tacidar 


 
182 
Qoyubdur bizə ad, şərəf yadigar. 
Verirsan bada bu təmiz adı, kaş 
Doğaydım səni doğduğum yerdə daş. 
Eşitdikcə Rudabə bu sözləri, 
Dikildi həyadan yerə gözləri. 
Verib gözlərindən iki çeşmə baş
Axıtdı yanaqlarına qanlı yaş. 
Dedi: – Mehribanım, ağıllı ana, 
Məni eşq dərdi gətirmiş cana, 
Məni kaş sən doğmayaydın belə, 
Alınmazdı yaxşı-yamanım dilə. 
Gəlib qaldı Kabildə Zal pəhləvan, 
Onun eşqidir bağrımı yandıran. 
Bu dunya mənim könlümə dar gəlir, 
Gecə-gündüz ahım göyə yüksəlir. 
Bil, onsuz məni məhv edər dərdü qəm, 
Onun bir tükün aləmə vermərəm. 
Görüşdük onunla bu eyvanda biz, 
Verib almışıq əhdü peyman da biz, 
Samın yanına elçi də göndərib, 
Zala Sam müsbət cavab da verib, 
Verib elçiyə Sam yaxşı ənam, 
Eşitdim nə yazmış cavabında Sam. 
Sənin döydüyün binəva bu qadın 
Ki, yoldun saçını, yerə tulladın, 
Gətirmişdi namə, mən o naməyə 
O ənamı verdim savabdır deyə-. 
Bu söz saldı Sindoxtu özgə hala
O istərdi Rudabə getsin Zala, 
Dedi: – Bir belə iş deyildir asan, 
Cahanda hanı Zal kimi pəhləvan? 
İgiddir, cavan pəhləvi oğludur, 
Ağıllı, zəkalı, nəcib soyludur. 
Hünər çoxdur, ancaq ki, bir eybi var, 
 
183 
Bu eybin önündə hünər xar olar. 
Mənuçehr tutsa bu işdən xəbər, 
Edər Kabilistanı zirü zəbər. 
Cahandan kəsilsin deyə nəslimiz, 
Silər Kabili yer üzundən təmiz. 
Yola saldı o bir təhər arvadı 
Ki, guya əsil mətləbi qanmadı. 
O bildi ki, Zal eşqi Rudabəni 
Edib məst, almaz saya kimsəni. 
Gəlib yatdı ağlar, könüldə kədər
Bütün cismini sanki əzmişdilər. 
Çıxıb qəsrdən gəldi Mehrab şad, 
Edərdi Zalı hər zaman yaxşı yad. 
Çatıb gördü, Sindoxt – o dilbər yatıb,  
Pərişan, solğun, mükəddər yatıb. 
– Nə olmuş, – dedi, – gəl, mənə söylə sən? 
Solub gül yanağın, bikefsən nədən? 
Cavab verdi Mehraba o gül üzar: 
– Bu könlümdə dağlar qədər qüssə var. 
Bu ali saray, bu ağır xəzinələr, 
 Ərəb atları, üstü zərduz yəhər, 
Bu qullar ki, allah sanarlar səni, 
Bu təxt ilə tacın ki, yox düşməni, 
Bu gül çöhrə, bu sərv qamət, bu can, 
Bu elmü iradə, bu namü nişan, 
Bu dövlət, bu şövkət var ikən belə, 
Bizi saldı tale yaman müşkülə. 
Gedə qorxuram şənü şövkət bada, 
Nə ki, yığmışıq qismət olsun yada 
Quru bir tabutda gedək biz yerə, 
Ümid baxçamız da zəhər bar verə. 
Əkib bəslədik zəhmət ilə ağac, 
Dedik, qoy ola ziynəti-təxtü tac. 
Boy atdı göyə, sayə saldı yerə, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə