Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

 
160 
Xəyalı mənim odlu sinəmdədir. 
Deyin:indi bu dərdə dərman nədir? 
Mənə siz verən əhdü peyman nədir? 
Gəlin, axtarın dərdimə bir çara 
Ki, canım qəmü qüssədən qurtara... 
Dedilər ki, sən qızların şahısan, 
Xanımlar başının şərəf tacısan, 
Tutub şöhrətin Çinlə Hindistanı,  
Gözəllər içində sənə tay hanı? 
Boyun – sərvi bağ içrə gözdən salar, 
Üzün qarşısında günəş mat qalar. 
Üzündə sənin qalmamışmı həya, 
Atan hörmətini verirsən zaya? 
Bir oğlan ki, atmış dağa Sam onu, 
Nə üzlə açırsan ona qoynunu? 
Onu dağda quş bəsləmişdir deyə, 
Görənlər deyər: oxşayır vəhşiyə... 
Cahanı tutub hüsnünün şöhrəti, 
Olub surətin evlərin ziynəti. 
Ər olmaq üçün sən kimi dilbərə 
Günəş də enər, bil ki, göydən yerə. 
Eşitdikdə Rudabə bu sözləri, 
Alovlandı qəlbi, əsib dizləri. 
Acıqla bağırdı ki, bəsdir daha, 
Dözə bilmirəm mən belə izaha. 
Qəzəbdən saraldı, bozardı üzü, 
Çatıldı qaşı, qanla doldu gözü, 
Dedi: – Mən nə məna verim boş sözə? 
Əbəsdir, qulaq asmağım da sizə. 
Nə qeysər gərəkdir, nə fəğfuri-Çin,
32 
Na tac sahibi şahi-İranzəmin. 
Mənim sevdiyim Zal–Sam oğludur, 
O, aslanbiləkli, ucaboyludur. 
Qoca ya cavan, mehribanımdır o, 
 
161 
Gözüm nuru, cismimdə canımdır o. 
Könül vermişəm mən ona görmədən, 
Mənəm vəsfini dinləməklə sevən. 
Üzə yox, tükə yox, ona aşiqəm, 
Hünər sahibi aslana aşiqəm. 
Kənizlər onun dərdini dinlədi, 
Ürək ağrıdı, ah çəkib inlədi. 
Dedilər ki, biz qulluğunda varıq, 
Kənizik sənə, dayəyik, dildarıq. 
İtaətdəyik biz, nə əmr eyləsən, 
Xeyirdir, səlahdır, nə sən söyləsən 
Biri söylədi: – Sərv boylu gözəl, 
Bu sirrə gərək tapmasın kimsə əl 
Gərəkdirsə, çadu edək birsayaq, 
Bütün gözləri sehrlə bağlayaq. 
Edək görməyə əzm o dərgahı biz, 
Aya çatdıraq qəhrəman şahı biz. 
Dodağı gülümsündü Rudabənin, 
Ona gəldi xoş sözləri dayənin. 
Dedi: – Tapmış olsan bu dərdə əlaç, 
Elə bil əkirsən cavan bir ağac 
Ki, yaqut olar şaxəsində bəhər, 
Onun sayəsində canım dincələr. 
Durub dayə ayrıldı Rudabədən, 
Əlac arxasınca düzəldi həmən. 
Kənizlər verib özlərinə bəzək, 
Düzüb zülfünə hər biri gül-çiçək, 
Burub ətr zülfə, boyaq rüxsara, 
Gedib çatdılar hər beşi Rudbara. 
Yazın ilk ayıydı, o çay sahili 
Zalın ordugahıydı, həm mənzili. 
Gülüzlü kənizlər bura gəldilər, 
Çayın sahilində çiçək dərdilər. 
Uca təxtdən gördü Zal onları, 


 
162 
Dedi: – Kimdir o gül xiridarları? 
Cavab verdilər: – Ey böyük pəhləvan, 
Yəqindir ki, Mehrab, o qəhrəman, 
Belə əmr edib ki, kənizlər bu gün 
Çiçək toplasınlar böyük qəsrüçün. 
Qulundan kaman, ox tələb etdi Zal, 
Pəriüzlülər səmtinə getdi Zal. 
Piyada gedib, axtarırdı şikar, 
Baxıb gördü: bir quş çaya baş vurar. 
Yaya ox qoyub gülyanaqlı qulam, 
Kamanı Zala verdi, Dəstani-Sam. 
Həmin anda quş qalxdı birdən sudan, 
Nişan aldı, atdı oxu pəhləvan. 
Uçan quş yerə düşdü bir daş kimi
Qan axdı, qızardı su daş-qaş kimi. 
Qula söylədi Zal: – Özünü yetir, 
Şikarı o taydan alıb da gətir! 
Qayıqla zirək türk çaydan keçib, 
Kənizlər önündə o taydan keçib, 
Gedərkən ona söylədi bir kəniz: 
– Bizə bir deyin ki, görək kimsiniz? 
Bu fil cüssəli, şir biləkli cavan 
Hara şahıdır, kimdir əldə kaman? 
Ox atmaqla heyran edibdir məni, 
Ona yox bəla, olsa min düşməni. 
Dedi qul: – O şirpəncə Sam oğludur, 
Bütün ölkənin padşahı odur. 
Bu dünyanı başdan-başa gəzsələr, 
Tapılmaz onun misli sahibhünər. 
Qula söylədi dayə: – Gəl, az danış, 
Kifayətdir, oldum onunla tanış. 
Sarayında var Mehrabın bir sənəm
Deyildir şahından sənin heç də kəm 
Boyu sərvdir, cismi şəffaf, büllur. 
 
163 
Başında, deyən müşkdə tac durur, 
Gözü vəhşi nərgiz, qaş isə kaman, 
Gümüşdən qələm burnu vardır, inan! 
Xəsis qəlbitək dilbərin ağzı dar, 
Saçı həlqə-həlqə topuqda durar, 
Üzu tər çiçəkdir, xumardır gözü, 
Teli müşkdür lalə açmış üzü. 
Dodaqlarına dəyməmişdir nəfəs, 
Edər aləmə tək onun hüsnü bəs. 
Sözə başladı birbəbir dayələr, 
Öyüb durdu Rudabəni beş nəfər. 
Hamı istəyirdi Zalı bəxtiyar,  
Ona qismət olsun o nazlı nigar. 
Belə söylədi qul ki – Düşdüm başa, 
Gözəldir günəş ayla çıxsa qoşa. 
Üzümdən mənim gəlməyir, doğrusu, 
Güman etmirəm ki, gələr arxa su. 
Qadından qaça bir dilavər əgər, 
Asanlıqla öz sirrini gizlədər.  
Qız heç olmayaydı əzəldən gərək, 
Ağır sözdən əsla yeməzdi kötək. 
Bir erkək qızıl quş açıb da qanad 
Oturdu yumurtalar üstündə şad, 
Dedi ciftinə: – Beylə yatsam əgər, 
Bu yatmaqla cücə çıxartsam əgər, 
Demək, qadirəm ki, yumurta qoyam, 
Ata olduğum halda, övlad doğam. 
Qayıtdı gülər üzlə, şadlıqla qul, 
Onu Zal sevinc ilə etdi qəbul. 
Dedi: – Nə demişlər, gülürsən belə, 
Ağartma dişini, tez ol, şərh elə! 
Danışdı, qulu dinlədi pəhləvan, 
Sevincdən Zalın könlü oldu cavan 
Dedi Reydəkə: – Ey ayüzlü qulam, 


 
164 
Pərəstarlara məndən ərz et səlam. 
De, tərk etməsinlər hələ gülşəni
Gülə artırım ta göhər xərməni. 
"Alıb xəznəsin göhər, simü zər, 
Zəri-dibadan beş xələt kəsdilər. 
Dedi: – Çatdırın tez pərəstarlara, 
Bu sirri fəqət açmayın əğyara. 
Gərək qəsrə doğru dönüb getmədən 
Sifariş verim gizli o yarə mən. 
Beş ayüzlü qul getdi o sahilə, 
Şirin sözlə, qiymətli ənam ilə. 
Verib onlara töhfə, ləlü göhər, 
Dedilər nə xahiş edir Zali-zər, 
Pərəstar dedi ayqabaqlı qula: 
Çətindir ki, bu sirr gizlin qala. 
İki şəxs arasında söz sirr olar, 
Üçüncü nəfər bilsə, məhşər qopar. 
Demə sirr ona ki, bilir dörd nəfər
Desən bircə söz – kainatı gəzər. 
Xəbər ver təmiz duyğulu şahına, 
Desin sirrini, sirdaş olluq ona, 
Pərəstar belə söylədi astadan: 
-–Tora düşdü bu erkək aslan yaman, 
Çatarlar muradına Rudabəylə Zal 
İşin əvvəlində gəlir yaxşı fal. 
Geri döndü Zal yanına xəznədar 
Ki, şah eyləmişdi ona etibar 
Pərəstar nə ki, söyləmişdi ona, 
Dedi birbəbir gizli Sam oğluna, 
Gülüstana yollandı başda xəyal 
O kabilli dilbər ümidilə Zal. 
Gülüzlü pərilər onu gördülər, 
Önündə ədəblə baş endirdilər. 
Pərəstarlara söylədi pəhləvan: 
 
165 
– Deyin, çox gözəlmi o sərvi-rəvan? 
Dili, görkəmi, ağlı, xasiyyəti, 
Nədir ruhları oxşayan adəti? 
Mənimlə səmimi olun, düz deyin, 
Yalan söyləyib, əyri yol getməyin 
Sizi doğru söz çatdırar qiymətə, 
Olar doğruçu layiq hər hörmətə. 
Yalan çıxsa bir kəlmə dildən əgər, 
Bilin, sinəniz üstə fillər gəzər. 
Qızardı, bozardı gülüzlü pəri, 
Zalın qarşısında tez öpdü yeri, 
Dedi: – Bu cahanda hələ bir ana 
Oğul doğmayıb sən kimi mərdana. 
Boyun, görkəmin Sama oxşar sənin, 
Onuntək təmizqəlb, ağıllı, mətin. 
Hanı sən kimi, ey igid pəhləvan, 
Bir aslanbilək, qəddi sərvi-rəvan? 
Üzündən damır qətrələr, tərmi bu? 
Saçı müşk ilə ənbərmi bu? 
O Rudabədir, bir ayüzlü nigar
Boyu sərvdir, rəngi var, ətri var. 
Vücudu lətafətdə gül, həm səmən, 
Bir əndamı var ki, Süheyli-Yəmən.
33 
Kəməndtək hörülmüş uzun zülfü var, 
Gümüş qədd boyunca hörük sallanar. 
Saçı müşkü ənbər, özü tər çiçək, 
Vücuduna zümrüdlə yaqut bəzək. 
Qara bir zirehdir deyərsən teli, 
Eşib halqa-halqa təbiət əli, 
Var on barmağı – saf gümüşdən qələm, 
Yazıb hüsnü təsvirinə yüz rəqəm. 
Çəkəmməz bu hüsnu Çinin rəssamı, 
Onun qarşısında sönər ilhamı. 
Danışdı pərəstar ilə pəhləvan 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə