Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

 
154 
Buyurdu, qayıtsın o, yoldan geri
Gülər üzlə, təxt üstü olsun yeri. 
Qayıtdı, düşündü, nə etsin ki, Sam 
Onunla öyünsün ki, vardır balam. 
Gəlib təxtə əyləşdi o qəhrəman, 
Qızıl tac qoyub sanki bir hökmran, 
Geyindi zireh, gürzü aldı ələ, 
Qızıl bir kəmərlə, qızıl tovq ilə, 
Çağırdı o, möbidləri dərbara, 
Hər işdə edib etibar onlara. 
Münəccimlə ruhanilər yanbayan, 
Süvari igidlər, neçə pəhləvan 
Həmişə onunla bərabərdilər, 
Ona məsləhət, rəy söylərdilər. 
Bütün işləri öyrənib anladı, 
Biliklə bir ulduz kimi parladı. 
Hünərlə, biliklə o gənc pəhləvan 
Ucaldı, ona valeh oldu cahan. 
Dönərdi fələk böylə minval ilə, 
Əzizlərdi Samı cavan Zal ilə. 
Deyirlər ki, Sam oğlu bir gün səhər 
Fikirləşdi: ətrafa etsin səfər. 
Götürdü özüylə neçə pəhləvan 
Ki, dostluqda vermişdilər imtahan. 
O, Hindistana, Dünbərə aldı yol, 
Maya, Kabilə, Mərğə həm saldı yol. 
Çatıb hər yerə, qurdu məclis, büsat, 
Şərab ilə, mütrüblə əyləndi şad. 
Açıq bir ürəklə çatıb Kabilə, 
Deyərdi, gülərdi xoş əhval ilə. 
Var idi igid, varlı bir hökmdar, 
Adı Mehrab idi, özü bəxtiyar. 
Boyu sərv, üzü gül kimi tazə-tər, 
Yerişdə deyərdin ki, kəklik səkər. 
 
155 
Ağılca, ürəkcə o müdrik cavan 
Baxımdaydı filcüssəli pəhləvan. 
O, Zöhhakın övladlarından idi, 
Eli, məskəni Kabilistan idi. 
Samın qarşısında qalıb naəlac, 
Hər il göndərərdi ona bac, xərac. 
Tutunca o, Sam oğlu Zaldan xəbər, 
Tədarüklə çıxdı yola bir səhər. 
Ərəb atları–tirmədən çulları, 
Ağır xəzinəylə həbəş qulları... 
Qızıl bir həmayil zəbərcədnişan, 
Cəvahirli bir tac edib ərməğan. 
Belə bir xəbər çatdı Sam oğluna 
Ki, Mehrab qonaq gəlmək istər ona. 
Qəbul etdi hörmətlə Mehrabı Zal, 
Dedi: – Mənzilimdə qurun cah-cəlal! 
Açıb pəhləvanvari bir süfrə də, 
Böyüklərlə əyləşdilər süfrədə. 
Qədəh verdi saqi ələ dalbadal, 
Nəzər saldı Mehraba Sam oğlu Zal. 
Onu xoşladı görkəmindən haman, 
Ürəkdən sevib, oldu çox mehriban. 
Yemək bitdi, qalxdı qonaq süfrədən, 
Qonaqçı onu bir də süzdü həmən. 
Dedi bir yaxın dostuna Zal-zər, 
Bu əndama məxsusdur altun kəmər. 
Baxışlər yönəldi bütün Mehraba, 
Dedi məclis əhli ona: Mərhəba! 
Dedi gəldi sərkərdələrdən biri
Dedi: – Var evində onun bir pəri. 
Gözəllikdə vəsfi cahanı gəzər, 
Günəşdir üzü, cismi nurlu səhər. 
Sədəfdir vücudu, sədəfdən də ağ, 
Boyu sərvdir, çöhrəsi bir çıraq. 


 
156 
Gümüş peykərə müşkdən bir kəmənd 
Başından olubdur ayağına bənd. 
Yanaq–nar gülü, ləbləri–nardənə, 
Bəzənmiş iki narla mərmər sinə. 
İki nərgizə oxşayır gözləri, 
Qara kirpiyi sanki qarğa pəri.
30 
Qələm qaşları–bir çəkilmiş kaman, 
Oxu–nazü qəmzə, gözü–ox atan. 
Eyibsiz gözəl varsa, təkcə odur, 
Onu kim görürsə, inan, məst olur. 
Zalın əsdi qəlbi, qızardı üzü, 
Tükəndi qərarı, qaraldı gözü. 
Gecə əyləşib, hey fikirləşdi Zal, 
Yeyib yatmadı, qalmadı onda hal. 
Günəş dağ başında göründü səhər, 
Bəyaz don geyindi cahan sərbəsər. 
Qəbula hazırlaşdı Dastani-Sam, 
Düzüldü qoşun vermək üçün salam. 
Gəlib durdu sərkərdələr cərgəyə, 
Böyüklər qabaqda otursun deyə
Çadırda oturmuşdu Zabil şahı 
Çıxıb gəldi Mehrab –Kabil şahı. 
Yaxınlaşdı Mehrab, sərkərdələr 
Nizamla durub şaha baş əydilər. 
Gedəndə Zalın yanına hökmdar, 
Deyərdin ağacdır, verib bollu bar. 
Onu görcəyin şad olub pəhləvan. 
Qılıb ehtiram, oldu çox mehriban. 
Soruşdu ki, məndən nədir istəyin? 
Apar təxtü tacım, qılıncım sənin. 
Cavab verdi Mehrab: – Ey şəhriyar. 
Səadətli, alnıaçıq hökmdar, 
Mənim təkcə bir istəyim var, yəqin, 
Bu arzu səninçin deyildir çətin. 
 
157 
Evimdə qonaq ol mənə bir kərə, 
Ucalt başımı lütf ilə göylərə. 
Dedi Zal: – Bu əmrə tapılmaz çara, 
Sənin bərigahın hara, mən hara? 
Buna Sam icazə verərmi məgər? 
Çatarsa mənim şahıma bu xəbər 
Ki, biz mey içib, tərdamaq olmuşuq, 
Gedib bütpərəstə qonaq olmuşuq, 
O, məndən olar daima bədgüman, 
Bu təqsiri əfv eyləməz heç zaman. 
Səni istərəm görmək hər anda mən, 
Bu fikri burax, başqa şey istə sən! 
Cavabında Mehrab dedi: – Afərin!  
Onu sandı könlündə napak din. 
Gedərkən təşəkkür, dua eylədi, 
Zalın bəxtinə afərin söylədi. 
Ona Samın oğlu baxıb arxadan, 
Nə lazımdı vəsfində etdi bəyan. 
Yolu, dini ayrıydı, ancaq yenə 
Dil açdı cavan Zal onun vəsfinə. 
Ona kimsə qoymazdı əsla məhəl, 
Kimi gic deyərdi, kimisi dəcəl. 
Görüncə, ürəkdən sevir Zal onu, 
Edib söhbəti şadü xoşhal onu, 
Böyüklər dil açdı onun vəsfinə, 
Qızından şahın getdi söhbət yenə 
Deyildi:-Gözəllikdə yoxdur tayı, 
Camalı xəcalətdə qoymuş ayı 
Hünər, qəddü qamət desən, ondadır 
Lətafət, ləyaqət desən, ondadır. 
Zalın könlünü eşq saldı oda, 
Bu od yandırıb ağlı, verdi bada. 
Ərəblərdə bir doğruçu pəhləvan 
Demiş eşqə dair gözəl dasitan. 


 
158 
Həyatım boyu məskənimdir yəhər, 
Fələk gizlədər sirrim olsa əgər. 
Nə lazım düşəm eşqə, şeyda olam? 
Atıb ağlı, aləmdə rüsva olam? 
Verib könlünü büsbütün eşqə Zal
Onu yordu, sarsıtdı fikrü xəyal. 
İçindən yanıb, susdu xeyli zaman. 
Fələk öz işindəydi, bir qayda var: 
Sevən qəlbdə səbr tutmaz qərar. 
Deyirlər ki, Mehrab bir gün səhər 
Gülə, sünbülə saldı bağda nəzər. 
Baxıb sərv, şümşad salan sayəyə, 
Qayıtdı bağından hərəmxanayə. 
Nə gördü ki, Rudabə Sindoxt ilə 
Günəştək işıq saçmış o mənzilə. 
Bəzənmiş, deyən bağda bir cüt çiçək. 
Verir onların ətri ruha bəzək. 
Baxıb, qaldı heyran o, Rudabəyə, 
«Yaman gözdən, ey tanrı, hifz et!»deyə. 
Nə gördü ki: bir sərvdir ayqabaq, 
Qoyub başına müşki-ənbər papaq, 
Olub qərq diba ilə gövhərə, 
Verilmiş behişt hüsnü o dilbərə. 
Gövhər saçdı Sindoxt innabdan,
31
 
Soruşdu nəvazişlə Mehrabdan: 
Necə keçdi vaxtın bu gün, söylə, gəl? 
Görüm üstünə qalxmısan xain əl. 
Bizə Samın ağsaçlısından danış, 
Olubmu yuva əhli təxtlə tanış? 
O, insanlığa vərdiş etmişmi heç? 
Böyüklər gedən yolla getmişmi heç? 
Cavab verdi Mehrab:-Ey dilbərim
Güləndamlı sərvim, ayüzlü pərim! 
Bu aləmdə yoxdur elə pəhləvan 
 
159 
Ki, Zali-zərə tən tutulsun, inan! 
Nə eyvanda var eylə nəqşü nigar, 
Nə meydanda vardır elə namidar. 
O filcüssəli, şirürəkli cavan, 
Səxavətli dəryaları andıran 
Çıxar təxtə, ətrafa daş-qaş səpər, 
Döyüş vaxtı meydanda leş, baş səpər. 
Üzü qarşısındas olar ərğəvan, 
Ağılca o müdrikdir, yaşca cavan 
Qəzəbləndiyi vaxt dönər timsaha,  
Yəhərdə olar qorxulu əjdəha. 
Saçın ağlığı bir bəzəkdir ona,  
Könüllər vurulmazmı Sam oğluna? 
Eşitdikdə Rudabə bunca sözü 
Coşub qəlbi, gültək qızardı üzü, 
Zalın eşqi ilə olub biqərar, 
Yeyib yatmağı tərk qıldı nigar, 
Məhəbbət olub ağlının afəti, 
Dəyişdi onun xülqü, xasiyyəti. 
Qızın xidmətində olan beş kəniz 
Tutardı onu canlarından əziz. 
Hamı türk idi, işgüzar, mehriban,  
Sədaqətdə vermişdilər imtahan. 
Dedi:-Ey ağıllı kənizlər, bu gün 
Demək istərəm sirrimi büsbütün. 
Dedi:-Siz mənimlə ki, sirdaşsınız, 
Qəmimdə, sevincimdə yoldaşsınız. 
Sizi istərəm daima bəxtiyar. 
Məni dinləyin, söyləyim aşikar. 
Coşar eşqdən bir dəniztək  ürək, 
Çıxar göylərə ahım, ağlar fələk. 
Könül verdiyim yar-Sam oğludur 
Yuxumda belə fikrü zikrim  odur. 
Onun eşqi ilə könül qəmdədir


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə