Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

 
130 
Görüşdü qoşunla igid hökmdar. 
Salıb mişk ilə, ənbər içrə qələm, 
Fəriduna bir namə yazdı o dəm. 
Birinci: böyük tanrını etdi yad, 
Təmizlik, ədalətlə o almış ad. 
Salam ərz qıldı Fəridun şaha, 
Dedi: – Tacına, gürzünə mərhəba! 
Ədalət, şücaət və din səndə var, 
Tutub tac ilə təxt adınla qərar.  
Səadət, sədaqət o bəxtindədir. 
Bütün közəllik nə varsa  o təxtindədir. 
Səlamət gəlib çatcağın Turana, 
Qoşun çəkdik almaq üçün qan qana. 
Vuruşduq gecə-gündüz üç gün yaman, 
Bu üç gündə biz yatmadıq bircə an. 
Eşitdim ki, istər o şəbxun vura, 
Öz acizliyindən bizə tor qura. 
Girib arxasında onun pusquya, 
Nə çəkmişdi, cızmışdı, verdim suya, 
Basıldı, qayıtdı geri, bu zaman 
Salıb at, onu haqladım arxadan. 
Kürəkdən vurub nizəni bir kərə. 
Yəhərdən alıb, güclə atdım yerə. 
Düşüb qaldı o, sanki bir əjdəha, 
Kəsib başını, təndən etdim cüda. 
Baba, məndən al bu başı ərməğan, 
Gərək Səlmə də verməyim mən aman 
Necə İyrəcin başın o qanlılar 
Kəsib, zərli tabuta qoymuşdular. 
Elə bir tabut hazır etdi o da
Turun başını qoydu o tabuta. 
Onu elçiyə verdi məktub ilə 
Atı elçinin sanki döndü yelə. 
Fəridunu yad etdi, elçi o dəm, 
 
131 
Utandı, qızardı, gözü oldu nəm 
Ki, Çin şahının başı ilə gedim, 
Fəriduna nə üzlə təqdim edim? 
Oğul hər qədər mənliyin atsa da, 
Ona qanlı düşmən kəsilməz ata. 
Bağışlanmaz idi oğulda günah, 
Qisas aldı ondan cavan padişah, 
Gəlib elçi əydi Fəriduna baş, 
Yerə qoydu tabutu əldən yavaş. 
Fəridun baxıb söylədi: – Ey xud 
Mənuçehrə qıl bəxtiyarlıq əta! 
Bu həngamadən Səlmə çatdı xəbər 
Ki, toz-tüstü yerdən aya yüksələr. 
O yanda var idi böyük bir qala
Çatırdı başı göylərə az qala. 
Düşündü bu dövran deyil yar ona, 
Qala səmtinə istədi yollana. 
Başa düşdü Qaren bu fikri məgər 
Ki, meydanı tərk eyləsə Səlm əgər, 
Kəlani qala səmtinə üz qoyar, 
Gərək yol kəsilsin, əgər rumlular 
Dənizdə qala içrə yerləşsələr, 
Çətin onlara əl tapa bir nəfər, 
Qala dağ kimi görsənir dəryada, 
Sudan sanki qalxır göyə bir ada. 
Dedi: – Ey şahım, məsləhət görsəniz 
Böyük bir qoşunla sizin bəndəniz
O Çin şahının bayrağıyla belə 
Üzük möhrünü Turun allam ələ. 
Qurub düşmənə yaxşıca bir kələk, 
Qala içrə xəlvət gedib yerləşək. 
Mənəm, bir də Gərşasb, gecə, bir də biz, 
Dilə almayın sirri heç yerdə siz. 
Qaralçaq hava, atlanıb atlılar 


 
132 
Dəniz sahilinə gəlib çatdılar. 
Vuruşmaq sevən pəhləvanlar təmiz 
Dəniz sahilinə tərəf qoydu üz. 
Qaren Şiruya söylədi: – İndi sən 
Qoşunda göz ol, gizlicə ta ki, mən 
Haman bu üzüklə gedib elçitək 
Keşikdə durana qurum  bir kələk. 
Qala üstünə vuracağın bayrağı   
Göründükdə rəngli qılınclar zağı, 
Qala səmtinə durmadan at salın,  
Yetişcək vurun, öldürün, qan alın, 
Qoşun qaldı sahildə Şiruy ilə, 
Özü getdi, dejbanı tutsun dilə.
24 
Gəlib durdu dejban ilə üz-üzə, 
Üzük göstərib, başladı o sözə. 
Düşündü, daşındı nəfəs dərmədən, 
Dedi: – Turu gördüm gələn vaxtda mən
Buyurdu: tez ol, get, o dejbana de 
Ki, bundan belə nə rahatlan, nə ye, 
Mənuçehrdən tutmuşuq biz xəbər, 
Qala üstünə tez qoşun göndərər. 
Hər işdə sənə mən gərək yar olam, 
Qala getməsin əldən, huşyar olam. 
Üzük qaşına saldı dejban nəzər, 
Yalan söz ona etdi yaxşı əsər, 
Uyub zahirə, əydi baş sanki qul, 
Açıldı qapı, düşmənə verdi yol. 
Fikir ver, nə yaxşı demiş söz deyən: 
Görər batini könlünü gizləyən. 
Mənimlə sənə qulluq olmuş peşə, 
Ağılla gərək qol qoyaq hər işə. 
Olanlar əgər yaxşıdır, ya yaman, 
Fikir söyləyək fərqinə varmadan. 
Süpəhdar Qaren o dejban ilə 
 
133 
Durub uz-üzə, tutdu şirin dilə. 
Biri sadəlövhdü, biri hiyləgər
Qarensə başında qurur nəqşələr, 
O fürsət gəzib gün boyu durmadan, 
Aparmazdı dejban ona heç güman. 
Salıb mehrini dost kimi o, yada, 
Başın da qala ilə verdi bada. 
Qaren al dilə tutdu o sarsağı, 
Ucaltdı səhər ay kimi bayrağı. 
Çəkib nərə, Şiruya verdi nişan, 
Qoşundan onu gördü hər pəhləvan. 
Nəzər saldı Şiruy əsən bayrağa, 
Cəsarətlə üz qoydu çarpışmağa. 
Qala üstünü aldı o qəhrəman, 
Tacı  enməyən başların oldu qan, 
Qaren bir tərəfdə qırır hey qırır, 
O yanda Şiruy şir kimi hayqırır. 
Qala hər tərəfdən yaxıldı oda, 
Göründü dənizdə yanar bir ada. 
Günorta çağı olmamışdı haman, 
Qala yerlə yeksan idi, yerlə qan 
Suda gözdən itdi gəmi, həm qala. 
Qaraldı günəş tüstüdən az qala. 
Külək qopdu, od şöləsi parladı, 
Dilavərlərin nərəsi gurladı. 
Günəş məğribə doğru düşdü yola
Nə səhra göründu, nə möhkəm qala. 
Döyüş meydanı Səlm uçün oldu dar, 
Qala səmtinə döndü–etsin fərar. 
Onu izləyirdi Mənuçehr şah, 
Qala içrə ancaq tapardı pənah. 
Çapır at, ürəkdə ölüm qorxusu, 
Dəniz sahilinə çatıb, gördü:su 
 Dayandı təəccüblə saldı nəzər, 


 
134 
Onun gəzdiyindən yox idi əsər. 
O səhranı gördü meyitlə dolu, 
Leş üstə düşüb leş, kəsibdir yolu. 
Qovurdu Mənuçehr onu arxadan, 
Qəzəbdən gözündə qaralmış cahan. 
Elə toz oturmuşdu ki, atlara, 
Kəhərlər görünməkdə idi qara. 
Mənuçehr çatınca ona arxadan, 
Qəzəblə bağırdı: – Xəbis, bir dayan! 
Sən, ey öldürən doğma qardaşını, 
Çatıbsan taca, gizləmə başını. 
Gətirdim sənə başqa cür təxtü tac, 
Acı bar verib əkdiyin o ağac. 
Bu şahlıq tacından qaçırsan, deyir, 
Fəridun sarayda səni gözləyir. 
Ağac bəsləyirdin, budur, verdi bar
Sənindir onun bəhrəsi, al, apar! 
Zəhərdir bəhər, sən özün əkmisən, 
Şəkərdir əgər, zəhmətin çəkmisən. 
Bu sözlərlə məhmizləyib köhləni, 
Gəlib haqladı qan içən düşməni. 
Elə bir qılınc vurdu ki, boynuna, 
Başı bir yana düşdü, leş bir yana 
Bu iş hər kəsə ibrət olsun deyə 
Buyurdu: taxılsın o baş nizəyə. 
Qoşun əhli gəldi tamam heyrətə, 
Dedi afərin bu qola, qüvvətə. 
Necə qurd görəndə qoyunlar qaçar
Döyüşdən elə qaçdılar rumlular. 
Tutub üz çölə, dəryaya, dağlara, 
Hərə başına axtarırdı çara. 
Var idi ağıllı, həkim bir kişi, 
Çox hikmətli sözlər deməkdi işi. 
Dedilər: – Səni eylədik biz vəkil, 
 
135 
Mənuçehri tap, tök ona yağlı dil. 
Belə söylə ki, bəndəyik biz ona, 
Mütiyik şahın cümlə fərmanına, 
Bizim bəzimiz sadəcə maldarıq, 
Qalanlar dəxi yer əkib şumlarıq. 
Bu meydana yoxdur könüllü gələn, 
Deyil düşmənin hər əlində ölən. 
Biz indi hamı bir quluq şah üçün, 
Onun ixtiyarındayıq büsbütün. 
Axıtmaq əgər istəsə bir də qan, 
Daha qalmamış bizdə tabü tavan. 
Günahsız bu başlar gərəksə ona, 
Bizə izn versin, gedək yanına. 
Nə istərsə, etsin, odur hökmdar, 
Günahsızlara, şah çətin ki, qıyar, 
O qasid gəlib söylədi bunları, 
Onu dinlədi ordunun sərdarı. 
Düşündü, ona verdi doğru çavab: 
– Mən öz adımı eylərəmmi xərab? 
O iş ki, bizə tanrı bilməz rəva, 
O, Əhrimənin felidir, mütləqa. 
Əlim varmamış pisliyə heç zaman, 
Yamanlıq edən vəhşi divdir, inan! 
Tutaq siz mənə kinli düşməndiniz, 
Ya da dost kimi yurduma gəldiniz. 
Zəfər çaldım, hər şey çıxıb aşkara, 
Seçilmiş bu meydanda ağdan qara. 
Gedin, dinclik ilə murada çatın, 
Çəkin əl döyüşdən, silahı atın. 
Şahın çadırından yayıldı xəbər 
Ki, ey pəhləvanlar, vuruşmaq yetər! 
Ədalətlə zalımlər oldu zəlil, 
Nahaq qan axıtmaq igidlik deyil. 
Silahı yığıb ordudan rumlular, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə