Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

 
112 
Onun qatili doğma qardaşıdır. 
O, tabutu hörmətlə qoydu yerə
Fəridun inanmırdı bu sözlərə. 
Tərəddüdlə əmr eylədi hökmdar, 
O tabutu xidmətçilər açdılar. 
İpək parçada İyrəcin başını 
Görüb, sel kimi tökdü göz yaşını, 
O çıxmışdı xoş arzularla yola. 
Görün bir nə halda dönürdü dala? 
Qəmə, matəmə batdı sərkərdələr, 
Təbil susdu, bayrağı endirdilər. 
Büründü kəcavə qara, fil qara, 
Geyindi ərəb atları zil qara. 
Qoşun ağladı, qalxdı ərşə fəğan, 
Döyür sinəsinə neçə pəhləvan. 
Belə göstərir mehribanlıq fələk, 
Bizə verdiyin əldən alsın gərək. 
Güman etmə ki, mehribandır zaman, 
Demişlər ki: «Gəlməz vecə düz kamana» 
Sənə dost olar, düşmən olsan əgər, 
Desən dost ona, səndən üz döndərər,  
Nəsihət kimi bu sözü et qəbul, 
Bu dünyaya bel bağlama, ey oğul. 
Qoşun bağrı qan, şah çəkir nalə, ah, 
Gəlib İyrəcin bağıia çatdı şah. 
O bağda ki, şahlar qurardı büsat, 
O bağda ki, İyrəc sürərdi həyat
Fəridun töküb qanlı göz yaşını, 
Basıb bağrına İyrəcin başını, 
Salıb təxtinə gənc şahın nəzər, 
Nə gördü ki: başsız qalıb taci-zər, 
Hovuz çevrəsində uca sərv var, 
Güləfşan, söyüd, yasəmənlar durar, 
İgidlər o bağ içrə yoxdur deyə, 
 
113 
Şahın ahü fəryadı qalxdı göyə. 
Atıb pəncə, açdı üzündə yara, 
Saçın yoldu, yaxdı bağı odlara. 
Alıb qanlı zünnarı, çaldı belə, 
Otaqları döndərdi bir-bir gülə. 
Bütün şadlığa göz yumub bir kərə, 
Yaxıb gülşəni, sərvi sərdi yerə, 
Basıb bağrına İyrəcin başını, 
Tutub üz göyə, tökdü göz yaşını. 
Ədalətlisənsə, ey allah, əgər, 
Bu məsum qurbanıma sal nəzər. 
Kəsik başı qarşımdadır gül təkin. 
Yemiş cismini şirlər orda yəqin. 
Özün tut elə bir divan onlara, 
Ömürləri, günləri olsun qara, 
Elə dağla ki, bağrını onların, 
Yana onlara qəlbi heyvanların. 
Budur istəyim səndən, ey tanrı, mən 
Bu dünya evin tərk edib getmədən 
Ola İyrəcin nütfəsindən əyan 
Qisas almağa güclü bir qəhrəman. 
Görüb mən elə bir günü şad olum
Gedim torpağa, qəmdən azad olum. 
Gözündən axıtdı yerə xeyli yaş. 
Kənarında ot bitdi, qaldırdı baş. 
Saraldı qara torpaq üstə üzü, 
Tutuldu onun ağlamaqdan gözü. 
Dedi şah insanlara: – Əlvida 
Açıb əl göyə, söylədi: – Ey xuda! 
O gündən ki, dünya olub bərqərar, 
Belə ölməmiş xar bir tacidar. 
Kəsib başını zülm ilə Əhrimən, 
Olub cisminə şirlər ağzı kəfən. 
Ucaldı onun naləsi göylərə, 


 
114 
Sanardın coşur nalədən dağ-dərə. 
Yasa batdı bir ölkə başdan-başa, 
Elin naləsn etdi təsir daşa. 
Ürəkdə ağır dərd, dildə fəğan, 
Gözü yaşlı idi, hamı bağrı qan. 
Şahın matəmində geyinmiş qara, 
Yaxırdı hamı canını odlara, 
Bu minval ilə keçdi xeyli zaman, 
Eşitdi belə bir xəbər hökmran. 
Hərəmxanəsində, demə, İyrəcin 
Gözəl bir kəniz var imiş–ay təkin. 
O şux dilbər idi, yenilməz igid
Günəş üzlünün adı Mahafərid. 
O çox mehribandı cavan şah ilə, 
Cavan şahdan idi kəniz hamilə. 
Pəri üzlünün sirri oldu əyan, 
Fəridunu etdi xəbər şadman. 
Ümid ilə köksündə vurdu ürək, 
Dedi: – Qalmasın yerdə bu qan gərək. 
Zaman çatdı, Mahafərid doğdu qız, 
Qızı şah tutaraq oğuldan əziz. 
Pərəstar ona oldu cümlə cahan, 
Çəkirdi Fəridun nazın hər zaman. 
Baxanlar deyərdi: – Böyük hökmdar, 
Necə İyrəcə oxşayır bu nigar. 
Saçı müşk, üzü Zöhrətək dilbərə 
Gəlib növbə çatdı ki, getsin ərə. 
Pəşəngi qıza namizəd seçdi şah, 
Yetimdir, – dedi, – qoy ər olsun pənah, 
İki gənc toysuz verib əl-ələ... 
O gündən bir il ötməmişdi hələ 
Bir oğlan doğuldu o gllçöhrədən, 
Xaca, təxtə layiq o tifli həmən 
Doğulcaq alıb, dayələr getdilər
 
115 
Fərudundan almaq üçün müjdələr. 
Dedi möbid: – Ey mehriban hökmdar, 
Baxıb İyrəcə, sil könüldən qubar. 
Fəridun gülürdü, deyərdin bu an 
Verilmiş ona İyrəci doğrudan. 
Basıb körpəni bağrına can kimi, 
Düşüb səcdəyə coşdu ümman kimi. 
Deyirdi: Mübarək olsun bu gün, 
Bizə zülm edənlər qırılsın bütün. 
Böyük tanrıya şükr idi hər sözü, 
Kərəm qıldı xaliq açıldı gözü 
Gözü nur tapan dəmdə o padşah 
Yavaşca baxıb körpəyə, çəkdi ah. 
Dedi: –Valideyn olsalar pak əgər, 
Verər onların nəsli şirin bəhər. 
Meyi saf qədəh bəsləmişdir deyə 
Mənuçehr adı verdilər körpəyə. 
Basıb bağrına dayəsi dəmbədəm, 
Yerə minnət ilə qoyardı qədəm. 
Belə bəslənirdi o xeyli zaman, 
Ona yetmədi taleyindən ziyan. 
Hünərlər ki, lazım gələr şahlara,  
Özü öyrədib şah ona bir ara. 
Körüncə Fəridun olub şadkam, 
Qoşun əhli də yasdan çıxdı tamam, 
Qızıl təxti, firuzə tacı baba 
Ona bəxşiş etdi, dedi: mərhəba!.. 
Ərəb atları üstə altun yəhər, __ 
Həm hindi qılınclar qınında gövhər. 
Dəbilqə, zirehli geyim, hər nə var, 
Bütün tayların bəndini açdılar. 
Verib saysız ox, çoxlu çaçi kaman,
21 
Neçə-neçə zubin, sipərlə sinan.
22 
Xülasə, Fəridun bütün sərvəti, 


 
116 
Demək, bir ömür çəkdiyi zəhməti, 
Mənuçehrə layiq görüb büsbütün, 
Onu şən görən şah uçardı o gün. 
Verildi ona xəznədə hər nə var,  
Xəzinədarına verildi açar. 
Qoşunda olan pəhləvanlarına, 
Bütün ölkənin qəhrəmanlarına 
Buyurdu: hüzurunda dursun tamam, 
Hamı hazır idi ala intiqam. 
Dedilər: – Sağ ol, ey böyük hökmdar, 
Başında tacı daş-qaşa tutdular. 
Cahanda böyük bayram oldu o gün
Qoyunlarla qurdlar seçildi bütün. 
Süpəhdar idi Qareni-Kaveqan, 
Qabaq səfdə Şiruy ilə Avəqan. 
Qoşun hazır oldu hücuma tamam, 
Şaha baş əyib ordu, verdi salam. 
Bu işdən xəbər tutdu Səlm ilə Tur 
Ki, şahənşahın təxtinə düşdü nur, 
İki zalimin qəlbi qanla dolu, 
Görüncə enişlikdi bəxtin yolu, 
Cahan gözlərində göründü məzar, 
Oturdu, düşündü iki zülmkar. 
Deyib, dinləyib, gəldilər ilqara 
Ki, tapsınlar öz dərdlərinə çarə. 
Dedilər ki, üzr istəməkçin gərək 
Şahın yanına elçini göndərək. 
Gəzib axtarıb hər iki hökmdar, 
Dilavər, qoçaq bir adam tapdılar, 
Ağıllı, hayalı o mərd insana 
Dedilər ki, get elçitək İrana! 
Kədər, qorxudan pis hala qaldılar, 
Ağır xəznələrdən qıfıl aldılar. 
Yığıb incini, gövhəri, ziyvəri, 
 
117 
Qızıl tac, kəmər, mişk ilə ənbəri, 
Neçə-neçə xəzlər, ipək parçalar, 
Gözəl tirmə şallar, zərif xalçalar, 
Daşındı, qalandı hamı bir yerə, 
Neçə qul çatıb onları fillərə, 
Sarayda kimə şah edir etibar, 
Birər töhfə göndərdilər yadigar, 
Salındı səfər işləri səhmana, 
Böyük qəfilə aldı yol İrana. 
Görülmüşdü tədbir geniş ölçüdə, 
Geyindi səfər paltarı elçi də, 
Fəriduna göndərdilər bir pəyam 
Ki, bizdən şaha çatdır əvvəl səlam. 
Sağ olsun Fəridun, böyük qəhrəman, 
Edib tanrı feyzi onu hökmran. 
Başı yüksələ, cismi sağlam ola, 
Gələ gün fələkdən də o, kam ala, 
İki qardaşıq biz, iki zülmkar, 
Ata qarşısında günahkar, xar. 
Ürək dağlı, göz yaşlı, ey padişah, 
Xəcalətliyik, etmişik çox günah. 
Ağıllı adamlar demişlər: əgər 
Pis iş tutsa bir kəs, cəzasın çəkər 
Əzablar çəkər, qəlbi darda qalar, 
Necə qalmışıq biz–iki zülmkar. 
Belə yazmış imiş qəzanın əli, 
Qəza əmrinə nə əlac etməli? 
İki oğlun azmış yolundan yaman, 
Yəqin ki, olubsan bizə bədgüman. 
Budur arzumuz ki, böyük tacidar 
Bağışlar bizi, rəhmli qəlbi var
Günahı böyük olsa ümman qədər, 
Ağıl sahibi cahili əfv edər. 
Bunu danmaq olmaz ki, çərxi-fələk, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə