Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

 
118 
Verər gah ziyan, göstərər gah kömək. 
İkinci, budur üzrümüz: div ki var, 
Cinayət törətmək üçün can atar. 
Bizi əfv edərsə əgər padişah, 
Olar könlümüz şad, tanrı pənah. 
Ricamız budur: Xavərə hökmran 
Qoşunla Mənuçehri qılsın rəvan. 
Olaq qul, onun xidmətində duraq, 
Desə «Öl» ölək, söyləsə «Qal!» – qalaq. 
Ədavət kökündən bitib bir ağac, 
Yusaq göz yaşıyla, tapar, bil, əlac 
Onun zəhmətinə dözək biz gərək, 
Böyütdük, xəzinə verək, tac verək. 
Keçib gəldi elçi uzaq bir yolu, 
Ürək anlaşılmaz söz ilə dolu. 
Çatılmışdı çoxlu hədiyyə fillə
Yol aldı şahın qəsrinə qafilə. 
Yetişdi xəbər çün Fəridun şaha, 
Sevinclə, qururla gəlib dərgaha, 
Buyurdu: – Çəkin təxtə atlaz, ipək, 
Kəyan tacına həm verilsin bəzək.  
Tazə bir qərara da gəlmişdi şah, 
O firuzə təxt üstə əyləşdi şah, 
Mənuçehr, başda qızıl tac haman, 
Oturdu Fəridun ilə yanbayan. 
Qızıl gürz əlində, qızıldan kəmər, 
Deyərdin: günəşdir, yerə nur səpər. 
Olub altuna qərq hər əyan, kübar, 
Sağında, solunda çəkib səf durar. 
Sağında onun vardı aslan, pələng, 
Solunda döyüş filləri rəngbərəng. 
Dedi şah Şapura: – Ey pəhləvan
Çağır elçini! – Çıxdı Şapur haman. 
Çatıb elçi, dərgahı gördü bu dəm, 
 
119 
O dərgaha hörmətlə qoydu qədəm. 
Fəriduna saldı yaxından nəzər, 
Başı, təxti, tacı göyə yüksələr. 
Hüzurunda şahın yerə əydi baş, 
Öpüb torpağı, baş götürdü yavaş. 
Qılıb mərhəmət, elçi gəlmiş deyə, 
Oturtdu onu bir qızıl kürsüyə. 
Şahənşaha elçi dedi: – Afərin! 
Ucalsın göyə təxtü tacın sənin. 
Cahan təxtin ilə dönüb gülşənə, 
Zaman hökmünü verdi tale sənə. 
Hamı bir nəfərtək önündə quluq, 
Hamımız sənə bəndə xəlq olmuşuq. 
Söz açdı, danışdı iki qanlıdan, 
Düzü, əyrini bir-bir etdi bəyan. 
Danışdı ağıllı kişi hər nədən, 
Fəridun onu dinlodi dinmədən. 
– Peşiman olubdur, – dedi, – Səlm, 
Mənuçehri dəvət edirlər, odur, 
Deyirlər: verək təxtü tacı ona, 
Yetə ömrümüz xidmətində sona. 
Mənuçehrin olsa qızıl tac, kəmər, 
Yəqin ki, atası qanından keçər. 
İki bədəməl oğlunun padişah 
Bilib fikrini sinədən çəkdi ah. 
Tutub elçiyə üz, dedi hökmdar: 
– Günəş pərdədə heç tutarmı qərar? 
Mənə gizli fikri o nadanların 
Günəşdən də aydındır, sən onların 
Mənə fikrini bir-bir etdin bəyan
Cavab istəyirsənsə, sakit dayan! 
Cavabım budur o həyasızlara, 
O namərd,qudurğan, vəfasızlara: 
Bu boş sözlərin varmı heç qiyməti? 


 
120 
Buraxmaq gərəkdir bu söz-söhbəti. 
Yuyulmuşmudur əllərindən o qan? 
Mənuçehrə siz oldunuz mehriban? 
Məni bir daha siz yada salmayın, 
Mənuçehr adını dilə almayın. 
Divan tutdunuz İyrəcə, indi siz 
Mənuçehri məhv etmək istərsiniz,  
Yəqin ki, görərsiz camalın onun 
Başında dəbilqə, yanında qoşun, 
Gələr gürz ilə Kavənin bayrağı, 
Yeri şumlayar atların dırnağı. 
Qoşun içrə Qaren süpəhdar olar, 
Qılınc əldə Şapuru, Nəstuhu var. 
Yəmən şahı Sərv ilə Sam pəhləvan 
Mənuçehrə olmuş qoşunda həyan. 
Qanından göyərmiş ağac İyrəcin, 
İçər su yerinə qızıl qan, yəqin. 
Bu qan yerdə qalmışsa xeyli zaman, 
Zamanə müsaid deyildi, inan. 
Vuruşsaydım oğlanlarımla əgər, 
Buna yaxşı baxmazdı heç bir nəfər 
O düşmən əlilə kəsilmiş ağac 
Verib güclü şaxə, tapılmış əlac, 
O indi qisas almaq üçün hər an 
Döyüş axtarır sanki şiri-jəyan, 
Bu sərt sözlərə elçi asdı qulaq, 
Mənuçehrə saldı nəzər qorxaraq. 
Solub əsdi, qalxdı yerindən haman, 
Yəhər üstünə qalxdı o durmadan. 
Ağıl sahibi elçi etdi yəqin, 
Mənuçehr alar qanını İyrəcin. 
O bildi ki, çərxi-fələk tor qurur, 
Yaxınlarda düşər tora Səlm, Tur. 
Başı sözlə, qəlbi fikirlə dolu, 
 
121 
Külək sürətiylə gedirdi yolu. 
Yaxınlaşdı, Xavər göründü gözə,
23 
Baxdı sərapərdə qurulmuş düzə. 
Nə gördü: çadırdan qurub barigah, 
Oturmuş sərapərdədə padişah. 
İpək parçadandır çadır sərbəsər, 
Qızıl ulduz ətrafına nur səpər. 
Çəkilmiş iki padişah xəlvətə. 
Çatıb elçi, son qoydu bu söhbətə. 
Şahın əmri ilə gedib pərdədar 
Dedi elçiyə: – Gəl! – Ona hökmdar 
Verib qarşısında ləyaqətli yer, 
Dedi: – Gənc şahdan bizə söylə bir. 
Nə gördün, eşitdin? Bizə ver xəbər! 
Şəhənşah qoymuşdumu taci-zər? 
Dedilər: – Fəridun şahdan danış, 
Olaq ordusu, ölkəsiylə tanış. 
Hədir illəti, səncə, çərxi-fələk 
Mənuçehrə hər işdə olmuş kömək? 
De sərkərdələrdən, de kimdir vəzir? 
Hüzurunda kimlər durur müntəzir? 
Cavab verdi elçi: – Böyük şəhriyar, 
Fəridun sarayı–ətirli bahar. 
Qızıl kərpici, torpağı mişk, əbir, 
Görən zənn edər bağda, gülşəndədir, 
Behiştdir deyərsən uca barigah, 
Fələkdir sanarsan gülərüzlü şah. 
O eyvan kimi yox cahanda çəmən, 
Tapılmaz o meydan kimi bağ görən. 
Yaxınlaşdım, eyvana saldım nəzər, 
Nə gördüm: başı ulduza yüksələr. 
Durar fil bu yanda, digər yanda şir, 
Onun təxti üstə cahan yüksəlir. 
Qızıl təxtini saxlayırlar fillər, 


 
122 
Önündə qızıl xaltada şiri-nər. 
O fillər önündə çalıb kərrənay, 
Təbillər salanda cahana haray, 
Deyərsən ki, dünya yerindən qopar, 
Dəyər bir-birinə cahanda nə var. 
Çatınca o şahın hüzuruna mən, 
Göründü uca təxti firuzədən. 
O təxt üstə şah bir aya oxşayar, 
Tacında günəş misli yaqut var. 
Saçı qar kimiydi, üzü-lalətək, 
Şirindil, mətanətli, nazik ürək,  
Cahan qorxar ondan, onu həm sevər, 
Deyərsən ki, Cəmşid dirilmiş məgər? 
Mənuçehrdə sərvtək var vüqar, 
O, Təhmurəsi-Divbənddir, durar. 
Şahın sağ yanında oturmuş cavan 
Şaha həm ürəkdir, o, həm dil, inan! 
Solunda Yəmən şahı Sərv əyləşər, 
Önündə durar Qaren, o şiri-nər. 
Vəziri Yəmən şahıtək namidar, 
Hünər əhli Gərşasb xəzinədar 
İnan söyləsəm xəznənin yox cahanda sayı. 
Bu gəlhagəlin yox cahanda tayı 
Mübariz o Şiruy oxşar filə, 
Durar huzurunda Şapur ilə. 
Təbil bağlasa fillərə hökmdar, 
Hava toz içində yəqin qərq olar.  
Döyüşdə gələrsək əgər üz-üzə,  
Duzənlik olar dağ, dönər dağ düzə.  
Ürəklərdə bir hiss var–intiqam, 
Döyüş həsrətiylə yaşarlar müdam. 
Nə görmüşdü, tərif edib birbəbir
Dedi şah Fəridun nələr söyləyir. 
İki zalimin qəlbi düşdü dara, 
 
123 
Olub qüssədən üzləri qapqara,  
Deyib, dinləyib, bir yol axtardılar, 
Nə başlandı söhbət, nə qurtardılar. 
Nəhayət, belə söylədi Səlmə Tur: 
Bu sözlər bizimçin hədə-qorxudur. 
Aman verməyək südəmər aslana, 
İti diş çıxardıb, gələ meydana. 
Fəridun tək ustadı olsa əgər, 
Hünərsiz dolarmı yaşa bir nəfər? 
Nəvə olsa şagird, ustad baba, 
Misi altuna döndərər kimiya. 
Daha gözləmək, bil, nahaqdır, nahaq, 
Tədarük görüb, hərbi biz başlayaq. 
O gün atlı göndərdilər hər yerə, 
Xəbər çatdı həm Çinə, həm Xavərə, 
Bu söhbət yayıldı, obaya, elə, 
Qoşun əhli döndü axar bir selə. 
Geyindi zireh don bütün atlılar, 
İran mülkünə doğru at çapdılar. 
Fil üstə iki qanlı – Səlm ilə Tur, 
Ürəklərdə kin, yol gedirlər, budur. 
İran mülkünə çün yaxın gəldilər, 
Fəriduna çatdı hücumdan xəbər. 
Mənuçehrə şah əmr verdi belə: 
– Çıxart ordunu tez şəhərdən çölə! 
Belə bir məsəl də çəkib hökmdar, 
Dedi: – Olsa bir gənc əgər bəxtiyar, 
Könüllü düşər toruna ov onun, 
Düşər arxasınca pələng ovçunun. 
Çalış sal işə ağlı, tədbirini, 
Şikar et geniş çöllərin şirini. 
Unutma biri pislik etsə əgər, 
Özü bir gün axır zavala gələr. 
Tələs, düşmənin başını tez qopar, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə