Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə19/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

 
100 
O qardaş Ruma aldı yol durmadan
Yarı yolda bir mənzilə çatdılar, 
Məhəbbət balına zəhər qatdılar. 
Görüş pərdəni atdı üzdən tamam, 
Açıldı bu söhbətdə gizli məram. 
İtidilli bir möbidi seçdilər, 
Bilikli, ağıllıydı, sahibhünər, 
Edib yadları yanlarından kənar, 
Ürək sirrini möbidə açdılar, 
Birinci sözə başladı Səlm o gün, 
Üzündən həyanı yudu büsbütün, 
Dedi qasidə: – Durmadan çıx yola, 
Küləkdən iti çap atı dördnala. 
Şahın qəsrinə çatcaq et ehtiram,  
Fəriduna bizdən yetir sən salam. 
Daha sonra söylə ki, ey hökmran, 
İki dünyada qorxmalı tanrıdan! 
Yüz il bir qoca gənclik axtara, 
Ağarmış saçı bir də olmaz qara. 
Əlindən bu dünya bezibdir həmən, 
Nə möhkəm tutubsan bu dünyanı sən? 
Günəş nur saçan bu qara torpağa 
De bir kim səni eyləmişdir ağa? 
Bütün işləri tutdun öz xeyrinə, 
Əməl etmədin xaliqin əmrinə. 
Peşən əyrilik oldu, bir də yalan
Sən, ey bölgüdə ayrı-seçki salan! 
Ağıllı, hünərli üç oğlun ki, var, 
Kiçik şəhddir, səncə, biz zəhrimar? 
Nədən təkcə İyrəcdə gördün hünər? 
Ləyaqətdə ondan kəmik biz məgər? 
Birini atıb əjdəha kamına,  
Birin qaldırıbsan fələk damına. 
Yanında birin etmisən tacdar, 
 
101 
Bir an qoymayırsan gözündən kənar 
Neçin biz yanında əziz olmadıq? 
Məgər o sənə doğmadır, biz yadıq? 
Sənin, ey ədalət sevən hökmdar, 
Düşün, işlərində ədalətmi var? 
Dəyərsiz başından onun tacı al, 
Özündən bütün aləmi razı sal! 
Ayır, ver ona ölkədən bir bucaq, 
Bizimtək otursun o səndən uzaq. 
Əsərsiz qalarsa bu sözlər əgər,  
Həya-hörmətin ortalıqdan gedər. 
Bütün Çin, Turan elləri atlanar, 
Döyüş axtaran pəhləvan rumlular 
Bizimlə bərabər hücuma keçər, 
Həm İyrəc, həm İran olar dərbədər 
Eşitdikdə möbid bu sərt sözləri
Öpüb torpağı, bnr də döndü geri. 
Necə bir qığılcım küləkdən uçar 
Yəhər üstünə qondu o namdar. 
Fəridun şahın qəsrinə çatdı o, 
Şahənşah qəsrinə lap matdı o. 
Geniş sahədir, gördü dağdan-dağa, 
Bulud qoymayır bürcünə baxmağa. 
Önündə böyüklər keşikdə durar, 
O qəsr içrə sakin olub hökmdar. 
Sağında durar bağlı şirü pələng 
Solunda döyüş filləri, təblü çəng. 
«Ayıq ol!» bağırdıqda sərkərdələr, 
Deyərdin ki, nərə çəkir şiri-nər. 
Düşündü: bu eyvanmı, ya asiman, 
Böyük ordu olmuş ona pasiban? 
Gedib iş bilən, başlı xidmətçilər 
Cahan şahına verdilər tez xəbər: 
– Yeni elçi -gəlmişdir, ey hökmdar 


 
102 
Başında ağıl, görkəmində vüqar. 
Dedi şah: -- İcazə verilsin ona. 
Qoyantək qədəm şah dərbarına 
Fəriduna birdən sataşdı gözü, 
Onun görkəmində qamaşdı gözü, 
Saçı sanki gül üstə kafur idi. 
Şahın qaməti sərv, üzü nur idi
Dodaqda təbəssüm, üzündə həya. 
Şirindil, açıqsöz, mətin, biriya. 
Fəridun yanında ona verdi yer, 
Hüzurunda şahın oturdu səfir. 
Soruşdu: – Səlamətmidir Səlm, Tur? 
Oğul şad olarsa, ata şad olur. 
Dedi: – Sən bələdsənmi bu yerlərə? 
Danış, yordumu keçdiyin dağ dərə? 
Cavab verdi elçi ki: – Ey şəhriyar 
Vücudunla olsun cahan bərqərar. 
Soruşsan, bu aləmdə hər bir adam 
Deyər: mən Fəridun adıyla sağam, 
Ləyaqət yoxumdur qulun olmağa, 
Gömülsün vücudum qara torpağa. 
Yaman bir sifariş gətirdim sənə, 
Yazıq elçiyəm, eyb tutma mənə, 
İki nankor oğlundan, ey hökmdar. 
Mənə izn ver, söyləyim, hər nə var
Dedi: – Qorxma, könlündə nə var danış!., 
Şahı etdi mətləblə elçi tanış, 
Fəridun eşitdikdə hər bir sözü, 
Gəlib cuşa beyni, qızardı gözü. 
Dedi elçiyə: – Olma sən üzrxah, 
Böyüklər demiş: «Elçidə yox günah». 
Əvvəldən bunu hiss edirdim özüm, 
Su içmirdi onlardan əsla gözüm. 
Verirdi mənə qəlbim hər an xəbər 
 
103 
Murdar südəmmişdə olmaz hünər. 
Gedib söylə məndən o nankorlara, 
O Əhrimən üzlü, səfeh korlara: 
Mənə oldu bəd fikriniz aşikar, 
Sizintək oğuldan nə ummaq olar? 
Nəsihətərim beyninə girmədi 
Ağıldan sizə tanrı pay vermədi 
Utandınız nə məndən, nə də tanrıdan  
Sizintək olur həqq yolundan azan. 
Saçım var idi bir zaman qapqara, 
Boyum sərv idi, surətim aypara. 
Mənim qəddimi bir kamantək bükən 
Fələk ölməmişdir, həməndir, həmən, 
Sizin də edər qəddinizi kaman
Dolanmaz sizin kamınızca zaman, 
Qəsəm yer-göyü xəlq edən allaha, 
O parlaq günəşlə qara torpağa,  
Aya, ulduza, tacü təxtə qəsəm, 
Sizə mən yamanlıq rəva görmərəm. 
Münəccimləri, bir də möbidləri 
Yığıb məsləhət etdim, ondan bəri 
Çox illər keçir ki, bölünmüş cahan, 
Belə məsləhət görmüş onlar, inan! 
Xəyanətdən işdə yox idi əsər, 
Demişlər ki: «Düz əyrini tez kəsər». 
Mən ömrüm boyu qorxmuşam tanrıdan, 
Hələ çıxmamışdır dilimdən yalan, 
Abad aləmi verdi tanrım mənə, 
Çalışdım abad qalsın aləm yenə. 
Cahanı gülüstana döndərmişəm, 
Gözüm nuru üç oğluma vermişəm. 
Bu doğru yolu siz ki, tərk etdiniz, 
Yalan, əyri bir yol tutub getdiniz, 
Görək, pak bir allah edərmi qəbul 


 
104 
Ata qarşısında qabarsın oğul?  
Belə bir məsəl var unutma bunu: 
«Hər nə əkərsən, biçərsən onu». 
Şərik çıxdınız divlə, oldu günah, 
Ağlınıza üstünlük etdi tamah. 
Ki,o divdən qaçın, varsa imkanınız, 
Zavala gedər yoxsa ki, canınız. 
Çatıb vaxt, gərək mən köçəm dünyadan, 
Qəzəb vaxtı, kin vaxtı keçmiş, inan! 
Üç oğlu olan bir nəcib ixtiyar 
Deyir bu hayatın belə hökmü var: 
Tamah könlünüzdən silinsə əgər. 
Nə torpaq, nə şahlıq sizi küsdürər. 
O kəs ki, satır qardaşı torpağa, 
Həramzadədir, bil, o kəs, mütləqa... 
Eşitcək həmən elçi bu sözləri, 
Ədəblə yeri öpdü, döndü geri. 
Fəridun yanından düzəldi yola, 
Deyərdin: küləklə qaçır qol-qola. 
Yola saldı Səlm elçisin şəhriyar, 
Düşündü, belə verdi axır qərar: 
Çağırdı əziz İyrəci yanına, 
Açıb sirrini şərh qıldı ona. 
Dedi: – Səlmlə Tur durmuş üzə
Hücum etmək istər qoşunla bizə. 
Beləymiş yəqin taleyi onların, 
Həsəddir böyük eybi insanların. 
Daha başqa bir sirri var mətləbin, 
O sirri, oğul, bilməyirsən yəqin... 
Məhəbbətlə versən qılınca cavab, 
Ağıllı səni saymaz alicənab. 
Mənim bir cüt oğlum iki ölkədən 
Mənə qarşıdır, anladım indi mən, 
Yubanma, əgər istəyirsən zəfər, 
 
105 
Açıb xəzinəni, əzmlə et səfər 
Məsəl var: «Əgər etməsən sən nahar, 
Şamı cəld həriflər əlindən qapar». 
Sənə başqa bir kəs deyildir gərək, 
Sənə doğruluq, mərhəmətdir kömək. 
O pak qəlbli, mehriban sərvərə 
Qulaq verdi İyrəc dikib göz yerə. 
Dedi: – Ey ata, ey böyük hökmdar, 
Fikir ver, necə gör dönür ruzigar. 
Kulək sürətiylə ömür, gün gedər
Dəyərmi ağıllı çəkə qəm, kədər? 
Həyat soldurur lalətək üzləri, 
İşıq həsrətində qoyur gözləri. 
Bu şirin həyatın əzabdır sonu, 
Əzabla gərək tərk edək biz onu. 
Qara torpağın altıdır son yataq, 
Nə lazım, bu dünya üçün qan udaq? 
Elə bir ağac əkməyək biz gərək,  
Qan ilə verib su, ədavət dərək. 
Qılınc, təxtü tac sahibi hökmran 
Görüb çox, gerər çox yenə bu cahan. 
O şahlar ki, tac qoydu bizdən qabaq 
Çoxu təxtinə zülmü bildi dayaq. 
Əcəl çatdı, dünyanı tərk etdilər, 
Cahanda yaman ad qoyub, getdilər. 
Mənə izn ver, söyləyim, şəhriyar,  
Pisə qarşı pislikdə mənamı var? 
Nə lazım mənə təxtü tac istəmək? 
Qoşunsuz gedib, onlara mən gərək 
Deyim ki, mənimçin bu aləmdə siz 
Qanımdan yaxınsız, canımdan əziz. 
Nədir pisliyə sizdəki bu həvəs? 
Cahan şahına kin əbəsdir, əbəs. 
Bu dünya ki, Cəmşidə tutmuş divan, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə