Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

 
76 
Dedi: – Əmrinə baş əyim mən necə? 
Mənə şah özü tapşırıb gizlicə: 
Əlində möhürlü cavaz olmadan
14 
Çibin uçmaq istərsə, vermə aman! 
Fəridun qəzəblə onu dinlədi, 
– Nə qorxum dənizdən mənim?–Söylədi. 
Kəyan əzmi ilə götürdü ayaq, 
Atın üstünə quş kimi qalxaraq, 
Başında döyüş əzmi, qəlbində kin, 
Atı sürdü ağuşuna Dəclənin. 
Görüncə bunu, cürət etdi qoşun, 
Suya saldılar at dalınca onun. 
Balıqtək suda üzdü atlar o gün, 
Yəhərlər su altında qaldı bütün. 
Çıxıb sahilə, seçdilər bir hədəf, 
Hamı getdi Beytülmüqəddəs tərəf. 
Dili pəhləvicə olan atlılar 
Ona Gəngdej-hudəc ad qoydular.
15 
Ərəbcə adı Xaneye-pak olub,
16 
O yer bir zaman Qəsre-Zöhhak olub, 
Çapıb gəldilər, ta göründü şəhər, 
Hamı bu şəhərdən dilərdi bəhər. 
Fəridun bir mil şəhərdən kənar 
Dayandı, baxıb gördü bir qəsr var. 
Saçar nur sanki Zühəl, Müştəri, 
Gözəldir, könül oxşayır hər yeri... 
Onun qülləsi göylərə yüksəlib, 
Baxanda, sanardın ki, ulduz dəlib. 
Yəqin etdi ki, Əjdaha qəsridir, 
Şahın məskəni – pürbəha qəsridir. 
Dedi dostlara: – Siz baxın qəsrə bir, 
Bu yerdən göyə nur kimi yüksəlir. 
Görüncə onu getmiş əldən qərar, 
Yəqinim budur: onda bir sirr var. 
 
77 
Geçikmək xətadır bu yerdə, bilin, 
Bizə bağlıdır taleyi bir elin. 
Ağır gürzü aldı ələ pəhləvan, 
Cilovtökmə oldu o qəsrə rəvan. 
Sanardın ki, oddur, uzun yol ötüb, 
Keşikxanənin qarşısında bitib, 
Yəhərdən ağır gürzü alcaq ələ, 
Salıb zərbəsi aləmə vəlvələ, 
Vurub saldı caduları yan-yana, 
Çağırdı böyük həqqi imdadına. 
O qorxmaz igid bir əlində yaraq 
At üstə böyük qəsrə basdı ayaq. 
O tilsim ki, ətrafda qurmuşdular, 
Vurub gürz ilə eylədi tarümar. 
Qırıb, sərdi caduları yan-yana, 
Gəlib çatdı o möhtəşəm eyvana, 
Girişdə yazılmışdı Zöhhak adı 
Fəridun söküb torpağa tulladı. 
Qədəm basdı cadu dolu eyvana, 
Atıldı neçə vəhşi div meydana. 
Əzib başını onların, etdi xar, 
O cadupərəst qəsrdə hökmdar 
Qələm çəkdi Zöhhak şahın bəxtinə, 
Qoyub tac, oturdu onun təxtinə, 
Çıxardı hərəmxanəsindən o dəm 
Şəvə saçlı, ay üzlü bir çox sənəm. 
Dedi: – Başını tez yuyun onların 
Qara fikirdən ruhların qurtarın! 
Verib onlara haqq yolundan nişan, 
Gözəllər təmizləndi çirkabdan. 
Mürəbbiləriydi hamı bütpərəst, 
Odur, düzlüyə qalmamışdı həvəs. 
O Cəmşid şahın qızları dil açıb, 
Qızıl güllərin üstə nərgiz saçıb, 


 
78 
Dedilər Fəriduna: – Ey qəhrəman, 
Qoca dünyada qal həmişə cavan. 
Doğub hansı ulduzla bəxtin sənin? 
Şirin barısan hansı tər şaxənin? 
Bu aslan yatağına basdın qədəm, 
 Əlinlə sənin məhv edildi sitəm. 
Bu cadu əlində düşəndən dara 
Keçər ömrümüz bəxtimizdən qara. 
Hələ görmədik biz belə bir cavan, 
Sənintək hünər sahibi qəhrəman. 
Onun qəsrinə sahib oldun əcəb
Edirsən yəqin təxtü tacı tələb.  
Fəridun dedi: – Bir kəsə tacü təxt 
Vəfa qılmamışdır, nə tale, nə bəxt?. 
Bu Zöhhak ilə düşmənəm, qanlıyam, 
Mənəm Abətin oğlu, iranlıyam. 
Onu tutdu, öldürdü bu əjdəha, 
Budur, gəlmişəm ki, alım qanbaha. 
Mənə dayə–Bərmayə adlı inək, 
Deyərdin: odur bu cahana bəzək. 
Axıtdı bu, o dilsizin qanını, 
Gərək mən alam qatilin canını. 
O zalımdan almaq üçün intiqam 
Mənə verdi İranda rüsxət anam. 
Əzəm başını mən gərək durmadan, 
Ona rəhm qılmaq günahdır, inan. 
Eşitcək bunu Ərnəvaz – ol pəri, 
Açıldı ürəkdə olan sirləri. 
Dedi: – Şah Fəridun, demək, sənmisən? 
Bu cadunu, bu zalımı məhv edən? 
O sənsənmi təxtdən salarsan divi, 
Əlinlə olar tarümar zülm evi? 
İki şah qızı–düşmənə kam idik, 
Ölüm qorxusundan ona ram idik, 
 
79 
İlan olsa da, arvad olduq ona, 
Göyərçin sığındı ilan qoynuna. 
Fəridun dedi: – Çəkməyin qəm, kədər, 
Muradımca dönsə bu dövran əgər, 
Kəsib əjdəha nəslini tərtəmiz 
O napakdan qoymaram qalsın iz 
Mənə düz deyin, qorxmayın bir daha, 
Bilim hardadır qan içən əjdəha. 
Gözəllər bu sirri ona açdılar, 
Ki, Zöhhakı xar etsin o namidar. 
Dedilər: – O getmişdir Hindistana, 
Əlindan cahan əhli doymuş cana. 
Qırar xalqları, verməz əsla aman, 
Düşüb qorxuya taleyindən yaman. 
Ona bir münəccim demiş bu sözü 
Ki, səndən yaxa qurtarar yer üzü, 
Gələr bir igid, zəbt edər təxtini, 
Qara torpağa gömdürər bəxtini. 
Bunu hər zaman yad edər, odlanar, 
Bu işıqlı dünyanı zindan sanar. 
İlanlarsa, çiynində axşam, səhər 
Ona olmazın hey əziyyət verər, 
İlanlar bir az sakit olsun deyə 
Qaçar əjdəha ölkədən-ölkəyə. 
Dönər qəsrinə tez, o getsə hara, 
Dayan, gözlə gəlsin, onu sal tora, 
Gözəl qız bütün sirri açdı belə, 
Fəridun onu dinlədi şövq ilə 
Uzaq ölkəyə şah edəndə səfər 
Var idi onun yaltağı bir nəfər. 
Onun olsa da sərvəti, neməti, 
Sevərdi şaha qul kimi xidməti. 
Xəzinə, saray sahibi olsa da, 
Deyərdi: mənəm şah yanında gəda. 


 
80 
Ona Kondrov adı vermişdilər, 
O, Zöhhaka olmuşdu sadiq nökər
O gün Kondrov qəsrə gəldi, haman 
Nə gördü: yeni tacidar bir cavan 
Oturmuşdu təxt üstə asudə, şad, 
Boyu sərvdir, ay üzündə nişat. 
Sağında ona naz satır Şəhrinaz, 
Solunda ayüzlü gözəl Ərnəvaz. 
Baxıb gördü: dolmuş qoşunla şəhər, 
Önündə igidlər şahın baş əyər, 
Nə adı, nə də sirri vurdu üzə, 
Fəridunu al dillə tutdu sözə. 
Dedi: – Xoş gəlibsən bizə, şəhriyar, 
Yaşa, hər qədər ki, bu aləm yaşar 
Mübarək ola təxtü tacın sənin, 
Nədir borcu, şahım, sənə bəndənin? 
Qul olsun, sənə yeddi ölkə, cahan, 
Cahan sən kimi şah görübdür haçan? 
Fəridun ona söylədi: – Gəl bəri
Əyan etdi pünhan olan sirləri. 
Buyurdu ona şah: – Ey kəndxuda, 
 Gedib süfrə aç, borcunu qıl əda| 
De gəlsin bu gün qəsrə sazəndələr, 
Şərab ver bizə, yaxşı göstər hünər. 
Ləyaqətli məclis quran bir adam 
Hünərlə yanımda tapar ehtiram. 
Önündə elə süfrə aç təxtimin, 
Qul ol qarşısında uca bəxtimin. 
Onun əmrini dinlədi kəndxuda, 
Edib borcunu şah yanında əda. 
Gətirtdirdi sazəndə, dadlı şərab, 
Xörəklər düzüb, qəsrə səpdi gülab. 
Fəridun unutdu qəmi, möhnəti, 
Davam etdi sübhə qədər işrəti. 
 
81 
Görüb Kondrov: xəlvət olmuş ara, 
Edib məclisi tərk o qəlbi qara, 
Minib yel kimi yol gedən bir kəhər
Çapıb getdi Zöhhaka versin xəbər. 
Şaha çatdı, bir qul kimi əydi baş, 
Nə görmüşdü, bir-bir ona etdi faş. 
Dedi: – Bu cahan hökmdarı, sənin 
Dönübdür nədən tərsinə işlərin? 
Qoşunla gəlib üç nəfər pəhləvan, 
Sənin qəsrinə girdilər qorxmadan 
Üçündən biri lap yeniyetmədir, 
Boyu sərvdir, görkəmi sanki şir. 
Yaşı azdır, ancaq məqamı uca, 
Böyüklər onu vəsf edir bolluca. 
Başı gürzünün oxşayır bir dağa, 
Önünda qoşun üz qoyur torpağa. 
İki qəhrəman da alıb yanına, 
At üstə gəlib şahın eyvanına. 
Qırıb çatdı sən qurduğun tilsimi, 
Çıxıb təxtə, əyləşdi bir şah kimi. 
O divlər ki, qəsrində vardı sənin, 
Keşik xidmətində durardı sənin, 
Əzib onları, tökdü dörd bir yana, 
Beyinlər səpildi bütün eyvana. 
Dedi şah: – Gəl, bunca qorxma nahaq, 
Nə bildin ki, o gəlməmişdir qonaq? 
Dedi Kondrov: – Ey böyük hökmdar, 
Qonağın əlində məgər gürz olar? 
Sənin adını təxtü tacdan silər, 
Qonaqda olarmı belə bir hünər? 
Dedi şah:–Təşvişə düşmə nahaq, 
Uğurlu olar məncə üzlü qonaq. 
Dedi Kondrov: – İndi, ey şəhriyar
Mənim şahıma bir sualım da var: 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə