Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

 
70 
Əsərdi, dönüb qəlbi bir yarpağa
Çıxıb təxtə Zöhhak bir gün həmən, 
Başında tacı ləlü firuzədən 
Hüzura tələb etdi əyanları, 
 Deyib dinlədi bir zaman onları. 
Nəhayət, o, möbidlərə tutdu üz, 
Dedi: – Elmdən nurlanır könlünüz. 
Varımdır mənim düşmənim bir nəfər, 
Məni istəyənlər bu sirri bilər. 
Bilin, düşmənimdir mənim bir cavan, 
Ağıllı, nəsəbli, igid, pəhləvan. 
Belə söyləmiş möbid ondan mənə 
Ki, xor baxmaq olmaz kiçik düşmənə. 
Əgər düşmən olsa kiçik, ya zəlil, 
Məhəl qoymamaq şaha layiq deyil. 
Kiçikdirsə düşmən, fəqət qorxuram, 
Gələr gün, o məndən alar intiqam
Yığılsın gərək ordu hər ölkədən, 
Qatım bir yerə divlə insanı mən. 
 Açım, söyləyim sirrimi aşikar, 
Tükənmiş daha məndə səbrü qərar, 
Yazın bir sənəd ki, bizim padşah 
Olub daima xalq üçün xeyrxah. 
Deyər doğru söz, bilməz əsla yalan 
Ədalətlidir, rəhmdil, mehriban. 
Hamı qorxudan əydi Zöhhaka baş, 
Onu qıldı təsdiqə hər kəs təlaş. 
Yazıldı sənəd büsbütün ağ yalan, 
Ona atdı imza qoca həm cavan. 
Elə bu zaman çatdı şaha xəbər: 
Salıb çöldə şivən şikayətçilər. 
Dedi şah: – Burax onları təkbətək, 
Hamı dərdini şaha açsın gərək. 
Biri daxil oldu şah eyvanına, 
 
71 
Çağırdı onu hökmdar yanına. 
Töküb qaşqabaq şah ona söylədi: 

 
Sənə zülm edən kim olub, qorxma, de! 
Dedi: – Kavəyəm mən, işim – nalə, ah, 

 
Sənə zülm əlindən gətirdim pənah. 
Dəmirlə oda bağlıdırsa peşəm, 
Sənin yaxdığın odda mən bişmişəm. 
Adın şah, özün əjdəhasan məgər? 
Utan, zülmdən əl çək, artıq yetər. 
Səni yeddi ölkə bilir hökmdar, 
Niyə zülmü etdin həmişə şüar? 
Məgər tutmuşam mən böyük bir günah 
Mənə dalbadal zülm edir padşah? 
Niyə oğlumun qanı axsın gərək, 
İlanlarına beyni olsun xörək? 
Qulaq verdi Zöhhak bu sözlərə, 
Donub qaldı, mıxlandı sanki yerə 
Bu məqsədlə ki, razı salsın onu, 
Dedi: – Al, özünlə apar oğlunu! 
Dedi Kavəyə şah: – Get, asudə yat! 
O hökmü alıb, sən də imzanı at 
Ki, şahın ədalət olubdur işi, 
Hələ görməmiş zülmünü bir kişi. 
Alıb Kavə hökmü, salınca nəzər 
Ki, qol çəkmiş əyan ona sərbəsər, 
Dedi: – Siz məgər xaliqi dandınız? 
Belə qaniçən divə aldandınız? 
O hər nə dedi, siz qəbul etdiniz? 
Cəhənnəm yolunu tutub getdiniz? 
Belə hökmü təsdiq edim mən necə? 
Qoyun şah məni doğrasın indicə. 
Coşub titrədi, qalxaraq bir kərə, 
Cırıb doğradı hökmü, səpdi yerə. 
Əziz oğlunu aldı Kavə o dəm, 


 
72 
Saraydan evə sarı qoydu qədəm. 
Şaha zadəganlar dedi: – Afərin! 
Cahan hökmünə baş əyərkən sənin, 
Səni saxlasın hər bəladan fələk, 
Döyüşdə güzəşt etməsin şah gərək. 
Nə haqqı var ağzı yava Kavənin, 
Önündə xoruztək qabarsın sənin? 
Nə həddi edə rədd fərmanını? 
 Cırıb tullaya hökmü peymanını? 
Dedi şah: – Məni dinləyirsiz əgər, 
Sizə söyləyim bir qəribə xəbər? 
Basınca ayaq Kavə dərbarıma, 
Sədası çatınca qulaqlarıma, 
Mənimlə onun ortasında haman 
Dəmir dağ yarandı, deyərsəm, inan! 
Fələk sirrini bilməyir bəndələr, 
Bizi gözləyir bəlkə də bir xətər. 
Saraydan çıxıb getdi Kavə o dəm, 
Bazar əhli ətrafına oldu cəm, 
Dedi xalqa Kavə ki, üsyan edin
Qisas vaxtı çatmış, qana qan edin! 
Dəri döşlüyü vardı ki, hər zaman 
Asardı döşündən onu qəhrəman. 
Onu nizəyə taxdı Kavə o gün,   
Bazar əhli üsyana qalxdı bütün. 
Gedib, əldə nizə çəkərdi fəğan 
Ki, ey həqpərəstlər, olun qəhrəman! 
Sevirsə Fəridunu bir kəs əgər, 
O Zöhhaka tabe olarmı məgər? 
Salın şahı təxtdən, Əhriməndir o, 
Danıb tanrını, dinə düşməndir o. 
Dəri bayraq altında toplandı xalq, 
Atıb düşməni, dostunu andı xalq. 
Qabaqda gedir Kavə, o pəhləvan, 
 
73 
Dalınca bir ordu ki, tutmaz cahan 
O addımlayır, baxmayırdı geri, 
Bilirdi hayandır Fəridun yeri. 
Görüncə çavan şahı xalq oldu şad 
Onun şəninə xaliqi etdi yad 
Baxıb nizədə döşlüyə şəhriyar
Dedi: – Bəxtimin ulduzu oldu yar, 
Asıldı dəri üstə rumi ipək, 
Qızılla, cəvahirlə tapdı bəzək. 
 Zəfər rəmzi bildi onu hökmdar, 
Başı üstə bir ay kimi asdılar, 
 Sarı, qırmızı, göydü üç qurşağı, 
Qoyuldu adı Kaviyan bayrağı. 
Günəştək saçardı o, zülmətdə nur, 
Yaman gündə xalqın ümidi odur. 
Neçə illər ötdü, dəyişdi cahan, 
Olan işləri gizlədirdi zaman, 
Fəridun duyurdu ki, Zöhhak üçün 
Cahan bir məzara dönübdür bütün. 
Kəmər bağlayıb, tac qoyub başına,  
Gəlib əydi baş, söylədi: – Ey ana, 
Döyüş vaxtı çatmış, gedim mən gərək, 
Dua qıl, mənə tanrı etsin kömək. 
Gözündən edib sel kimi yaş rəvan
Ana göylərə açdı əl, bağrı qan, 
Dedi: – Ey bu aləmləri xəlq edən, 
Əmanət qəbul et Fəridunu sən. 
Onu cadulardan qoru, ey xuda, 
Rəva görmə, pislər qala dünyada. 
Fəridun hazırlıq görərkən yola, 
Çalışdı bu tədbiri gizlin qala. 
Var idi iki qahrəman qardaşı, 
Fəridunun onlardan azdı yaşı. 
Birinə Kəyanuş verilmişdi ad, 


 
74 
İkincisi Pormayə, qəmdən azad, 
Fəridun dedi: – Ey igidlər, gəlin, 
 
Olun şad, qəm-qüssədən dincəlin. 
Fələk dövrü imdad edər bəxtimə, 
Əlim tez çatar tacıma, təxtimə. 
Dəmirçibazar səmtinə tez gedin, 
Məna bir ağır gürz sifariş edin! 
Onun əmrini tez qəbul etdilər, 
Dəmirçibazar səmtinə getdilər. 
Bu işdə kimin var idi şöhrəti, 
Fəriduna ərz eylədi xidməti. 
Fəridun ki, pərgarı aldı ələ, 
Dedi: – Gürzümüz olmalı, bax belə: 
Öküz başlı gürzün o arif cavan 
Çəkib rəsmin yerdə, verdi nişan.  
Neçə usta qatdı gecə gündüzə, 
Ağır gürz hazırlandı, çıxdı üzə. 
Fəridunu görcək bütün ustalar, 
Sevinclə onu dövrəyə aldılar. 
Dedilər: – Bizə varsa fərmayişin, 
Buyur, başla, canla görək hər işin. 
Fəridun çəkib cizgilər torpağa, 
Onu göstərib bir neçə ustaya, 
Dedi: – Gördünüzmü, daha durmayın, 
Mənə bir belə gürz hazırlayın, 
Qırılmaz dəmirdən uzun dəstəsi, 
Başında poladdan öküz kəlləsi. 
Çalışdı gecə-gündüz o ustalar, 
O gürzü Fəriduna çatdırdılar. 
Fəridun çağırdı sənətkarları, 
Verib bəxşiş, alqışladı onları. 
Dedi: – Çəkməyin qəm, qazansam zəfər, 
Sizin başınız göylərə yüksələr
 
75 
Yerə basdırılsa şah, o əjdaha. 
Bilin, zülm edilməz sizə bir daha. 
Fəridun tez almaq üçün intaqam, 
Yeyib-yatmağı da unutdu tamam. 
Yemi atların istədi bol ola. 
Yazın son ayında o çıxdı yola. 
Saray qarşısında yığıldı qoşun, 
Hamı xidmətinə dayandı onun 
Dedi: – Qəm, kədər çəkmək artıq yetər, 
Sizin başınız göylərə yüksələr. 
Əgər basdırılsa yerə əjdaha, 
Sizi qoymaram darda mən bir daha, 
Qoşun qalmasın ac deyə, hər nə var, 
Yığıb fillərə, kəllərə çatdılar. 
Kəyanuşla Pormayəni padişah 
Götürdü yanınca pənah, xeyirxah 
Fəridunun hərçənd ki, azdı yaşı, 
Baş əydi ona hər iki qardaşı. 
Başı kinlə, qəlbi kədərlə dolu, 
Külək sürətilə gedirdi yolu. 
Gəlib çatdı Ərvəndruda haman,
13 
Belə olmalı tacü təxt axtaran. 
Məgər pəhləvi bilməyirsən nədir? 
Bil, Ərvənd ərəbcə haman Dəclədir. 
Gəlib Dəcləyə ordusuyla tamam, 
Dedi: – Ey bərə işlədəndər, salam. 
Dayanma, tələs, ey bərə işlədən, 
Hazırlaş, suya sal qayıqları sən, 
Qoşunla məni çatdır o sahilə
Qalan olmasın burda bir kəs belə. 
Qoşunla gərək Dəclədən tez keçəm, 
Hədər getdi sahildəki bir gecəm. 
Qayıqçı ona etmədi etina, 
Qayıq vermədi Abətin oğluna. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə