Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə12/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

 
58 
Eşitmişdilər bir igid əjdaha 
Ərəblərdə var ki, baş əyməz şaha. 
Hər iranlı şah axtara-axtara 
Gəlib tapdı Zöhhakı dərdə çara. 
Dedilər: – Ərəb mülkünün şahısan. 
Buyur, həm də İranda ol hökmran! 
Verib təxtü tac vəd, yalvardılar, 
Gəlib əjdaha etdi İranı xar. 
İran mülkünə şah olunca həmən, 
Bir ordu yığıb hər iki ölkədən, 
Alıb, Təxti-Cəmşidə
11
 oldu rəvan, 
Ona bir üzüktək göründü cahan. 
Hücuma keçincə yeni hökmdar, 
Daha olmadı bəxt Cəmşidə yar. 
Atıb təxtü tacı, əliboş, zəlil 
Qaçıb getdi, gizləndi gözdən yüz il. 
Verən olmadı kimsə ondan xəbər, 
Adı şah, özündənsə yoxdu əsər. 
Yüz il keçsə də çıxdı bir gün üzə, 
O, Çin dəryasında göründü gözə. 
Budur, əjdəhadan qaçıb gizlənən 
Əsir oldu Zöhhak əlində həmən. 
Keçirdikdə Cəmşidi Zöhhak alə, 
Aman vermədi bircə gün də belə, 
Mişarla onu böldü tən ortadan, 
Xilas oldu bir zülmkardan cahan. 
Bada verdi şahlıq busatın zaman, 
Zaman kəhraba oldu, Cəmşid saman. 
Kim ondan ziyadə olub hökmdar? 
O, zəhmət çəkib, kam alır başqalar. 
Verib yeddi yüz illik ömrün bada, 
Çox iş gördu-yaxşı, yaman–dünyada. 
Şah adil olarsa. sevər xalq onu, 
Zəmanə üzər zalımın boynunu. 
 
59 
 
ZÖHHAK 
 
Bütün aləmə oldu Zöhhak şah, 
Min il zülm əlindən bəşər çəkdi ah 
Zamanə yaman çox yaşatdı onu, 
Sanardın ki, yetməz cəfanın sonu. 
Zəka sahibi oldu hər yerdə xar, 
Cəhalət sayıldı hünər, iftixar. 
Kəsildi ağa aləmə cadugər, 
Aman vermədi xeyrə aləmdə şər. 
Haçan Cəmşidi təxtdən saldılar, 
Evindən iki qız əsir aldılar. 
Şahın qızları idi o bir cüt bacı, 
Gözəllər başının bu bir cüt tacı, 
Birinci bacının adı Şəhrinaz, 
İkinci bacının adı Ərnəvaz, 
Kəniz verdilər Zöhhaka qızları, 
Kama əjdəha çəkdi ulduzları. 
Dəyişdirdi onlardakı xisləti, 
Tutub əyri yol, atdılar isməti. 
Mürəbbisi Zöhhak olanda məgər, 
Qalar yaxşılıq, doğruluqdan əsər? 
O ancaq bilirdi danışsın yalan, 
Vurub, öldürüb, xalqı etsin talan. 
İki oğlanı, rəsm idi, hər gecə
Qul olsunmu ya zadəgan, gizlicə 
Tutub darğa təslim edər dərbara, 
Şahın dərdinə bəlkə olsun çara, 
Kəsib başını, beynini pörtərək 
İlanlarına şah edərdi xörək. 
O vaxtlar var idi iki şahzadə, 
İki parlaq inci kimi dəryada. 
Biri–Ərmayıl adlı dindar idi, 


 
60 
Biri – Kərmayıl, zirək, huşyar idi 
Təsadüf belə oldu rastlaşdılar, 
Ürəkdə olan dərdləri açdılar. 
Dedilər: – Yadelli əlindən aman, 
Olub zülmdən xalqın halı yaman. 
Biri söylədi: – Gəl, gedək dərbara, 
Deyək, aşpazıq biz də, o qəddara 
Kələk baş tutarsa, duşünmək gərək. 
Yazıq xalqa bəlkə kömək göstərək. 
Heç olmazsa hər gün iki gəncdən 
Birini xilas eyləyək pəncədən. 
Gedib oldular Zöhhakın aşpazı, 
Xörəklər hazırlandı on cür azı, 
Şahın mətbəxində o iki cavan, 
Uzun sürmədi, oldular hökmran. 
Qaranlıq çökəndə hər axşam çağı 
O şah istəyərdi rahat yatmağı. 
İki gənci Zöhhak cəlladları 
Sürüklərdilər zorla mətbəx sarı, 
Üz üstə atarlardı bir anbara, 
Edərlərdi təslim aşpazlara. 
Ürəklər bu haldan dönərdi qana, 
İki xeyirxah odlana-odlana 
Əli varmadan başlayardı işə, 
İlahi, şahın başına daş düşə! 
Ahı onların yandırardı daşı, 
Necə öldürər qardaş qardaşı? 
Tapa bilməyib dərdə başqa əlac, 
Kəsib bir cavan başını naəlac, 
Alıb gizlicə bir qoyun beynini, 
Qatardı bu beynə onun beynini. 
Qaçırdıb ikinci cavanı haman, 
Deyərdi: – Şəhərdən uzaqlaş aman 
Qoyunla adam beynini tən yarı 
 
61 
Qatıb, yemləyərdi iki şahmarı. 
Bu minval ilə o iki xeyirxah 
Otuz gəncə hər ay olardı pənah. 
Yığıldı bu yolla iki yüz nəfər, 
Pənahgah tapıb, orda gizləndilər
Verib hər birinə neçə baş qoyun, 
Dedilər: – Alın, çöllərə üz qoyun! 
Gedib tutdular dağda onlar qərar, 
Şəhərdən uzaqda məkan saldılar. 
Bu kürdlər ki var, onların nəslidir, 
Bütün ömrü dağda keçir, bəllidir, 
Bir adətdi Zöhhakda bu, hər zaman 
Sevərdi: desinlər ona qəhrəman. 
Soraq tutsa bir pahləvan ad alıb, 
Neçə pəhləvanı atından salıb, 
Deyərdi ki, gəlsin gərək o qoçaq 
Mənimlə bu meydanda qurşaq tutaq
Eşitdikdə, var ölkədə bir gözəl 
Mələklər kimi, hüsnünə yetməz əl. 
Nə adət qanardı, nə məzhəb, nə din, 
Salardı ayaq altına ismətin. 
Hələ qırx il ömrü qalırdı onun, 
Fələk başladı ziddinə bir oyun. 
Sarayda, yanında gözəl Ərnəvaz, 
 Yatırkən geçə, sübhə qalmış bir az, 
Nə gördü ki; gözlənmədən üç nəfər 
Dilavər saraydan çıxıb gəldilər. 
İkisi böyükdü, biri çox cavan, 
Boyu sərv, alnında fərri-kəyan
12 
Cavan bağlayıb şahtək altun kəmər, 
Əlində öküzbaşlı gürz-gəzdirər. 
Çalıb, çarpışır, şahı məğlub edir, 
Kəmənd ilə Zöhhakı almış əsir. 
Dəmavənd dağına sürüklər onu, 


 
62 
Dalınca çəkər bir böyük ordunu. 
Yuxu zalımın bağrını etdi qan, 
İlan kimi qıvrıldı, çəkdi fəğan 
Atıldı yerindən, qopardı haray, 
Düşüb lərzəyə yüz sütunlu saray. 
 Gəlib dəhşətə şah çəkən nərədən 
Ayüzlü gözəllər oyandı həmən. 
Dedi Ərnəvaz: – Ey böyük hökmdar, 
Mənə söylə, könlündə nə sirr var? 
Yatırdın mənimlə evində rahat, 
Nədən qorxdun, ey şah, de, asudə yat. 
O dilbərlərə söylədi padşah: 
– Bu sirri açıb söyləməkdir günah, 
Sizə sirrimi eyləsəm mən əyan, 
Ümidsiz qalarsız canımdan, inan. 
Çox israr qıldı ona Ərnəvaz, 
Dedi: – Sirri aç, eyləmə etiraz. 
Tapaq bəlkə də dərdinə çarə biz, 
Elə dərd yox ki, ola çarəsiz. 
Nə görmüşdü röyada faş eylədi, 
O dilbərlərə birbəbir söylədi. 
Ayüzlü gözəl Ərnəvaz açdı dil, 
Dedi: – Çarə axtar, hələ gec deyil. 
Cahan bir üzükdür əlində sənin, 
Bəşər, quş, pəri, div rəiyyətlərin. 
Çağır, topla hər yandan alimləri
Min əfsun düzəldən münəccimləri. 
Açıb sirrini söylə möbidlərə, 
Çalış, tövbə qıl, zülmü at bir kərə! 
Tanı düşməni, vaxtı vermə bada, 
Bəşər bil onu, div, pəri olsa da. 
Gəz, axtar, çıxart düşməni aşkara, 
Yaraşmaz bu şübhə, bu şəkk şahlara. 
Danışdıqca o sərvqamət pəri, 
 
63 
Batırdı şahın beyninə sözləri. 
Qaranlıq gecə bir qara qarğatək 
Uçub getdi, bu aləmi qıldı tərk. 
Dağın arxasından göründü çıraq, 
Onun şöləsindən şəfəq saçdı dağ, 
Xəbər verdi möbidlərə hökmdar, 
Ağıllı, kamal sahibi harda var, 
Hamı toplanıb, qoydu üz dərbara, 
Dedi şah da röyasını onlara. 
Ürək sirrini söylədi aşikar, 
Dedi: –Söyləyin taleyimdə nə var? 
Fələk dövr edir yaxşı, yoxsa yaman
Deyin, məndən üz döndəribmi zaman? 
Tapın, göstərin hardadır düşmənim, 
Çatar kimlərə tacü təxtim mənim? 
Bu sirri əgər etməsəz aşikar, 
Sizin boynunuzdur, o kəndir, o dar. 
Düşüb qorxuya məclis əhli tamam, 
Pıçıltı, işarə edirdi davam, 
Dedilər: – Əgər doğru söz söyləsək, 
Şirin canımızdan gərək əl üzək. 
Desək haqq sözü biz əgər tərsinə, 
Bu zalım bizi sağ buraxmaz yenə. 
Davam etdi söz-söhbat üç gün belə 
Alan olmadı doğru bir söz dilə. 
Qəzəbləndi dördüncü gün hökmdar
Dedi: – Söyləyin hər şeyi aşikar. 
Bilin, olsa susmaqda israr edən, 
Onu kimsə görməz çıxıb sağ gedən. 
Ürəklər əsir, göz dolu qanlı yaş, 
Hamı qorxudan torpağa dikdi baş. 
Var idi o məclisdə tək bir nəfər 
Açıqgözlü, huşyar, sahibhünər, 
Adı Zirək idi, hər işdə zirək, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə