Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə20/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

 
106 
Ona bağlamaz bel ağıllı olan. 
Görün, oldu Cəmşid necə dərbədər? 
Ona qalmadı tacü təxtü kəmər. 
Həyatın budur bəhrəsi–mən və siz 
Gərək nuş edək zəhrini çarəsiz, 
Sözüm onlara etsə təsir əgər, 
Ədavət tamam ortalıqdan gedər. 
Dedi şah ki: – Onlar savaş axtarar, 
Sənin istəyin sülhdür, aşikar. 
Gərək bu sözü saxlayım yadda mən:  
Saçar ay nur zülmət içrə həmən. 
Sənin bu cavabın, ağıllı balam. 
Deyir, onlara mehribansan müdam. 
Ağıllı canından bezərsə əgər, 
Gedib əjdəha ilə dostluq edər. 
Zəhərlə əritsə onu əjdəha, 
Demək, taleyi böylə görmüş rəva. 
Qərarın budursa əgər, ey oğul, 
Tədarük görüb, getməyə hazır ol! 
Qoşundan ayır bir neçə iş bilən, 
Uzaq yolda xidmətçisiz qalma sən! 
Yazım mən də bir namə onlar üçün, 
Ürək dərdimi şərh edim büsbütün. 
Görüm bəlkə bir də səlamət səni, 
Görüm nuru, tez gəl, sevindir məni! 
Cahan padişahı oğullarına,  
O Rum şahına, Çin salarına 
Belə yazdı başdan ki, bir tanrı var, 
Həmişə olubdur, olar bərqərar. 
Bu bir namədir ki, nəsihət dolu, 
Günəş kimi nurlandırar düz yolu, 
İki qəhrəman şah, iki qardaşa, 
Cahan ziynəti iki gövhər qaşa 
Yazır naməni bir qoca hökmdar, 
 
107 
Ona hər cürə sirr olub aşikar, 
Qılıncı, ağır gürzü arxa bilən, 
Əli zalımı yer üzündən silən, 
Kecə zülmətini edən ağ səhər
Ümidlə açar çox ağır xəzinələr. 
Asanlıqla hər müşkülü həll edən, 
İşıqlı səadət yoluyla gedən 
Mənəm ki, gərəkməz mənə təxtü tac, 
Nə şöhrət, nə sərvət, nə bacü xərac, 
Çox olmuşsa da zəhmətim, istərəm 
Üç oğlum daha çəkməsin dərdü qəm. 
O qardaş ki, ondan siz inciksiniz, 
Tutar o sizi öz canından əziz. 
Haçandandı qalmışdı həsrət sizə, 
Gəlir verməyə indi zəhmət sizə. 
O çıxmaz nəcabət yolundan kənar
Atıb şahlığı, tək sizi axtarar. 
Yəhərlə əvəz etdi öz təxtini, 
Sizin qarşınızda sınar bəxtini, 
O sizdən kiçikdirsə yaşda əgər, 
Böyüklər kiçik qardaşı çox sevər. 
Əziz bir qonaqdır, qılın ehtiram, 
Alın könlünü, mey için əldə cam! 
Xoş üz göstərin bir neçə gün ona, 
Verin izn, dönsün ata yurduna! 
Möhür vurdu məktuba şahi-cahan, 
Çıxıb qəsrdən İyrəc oldu rəvan 
Yanınca qoca, gənc on-on beş nəfər, 
Yaxın dostlar oldu ona həmsəfər. 
Qara fikrə yol vermədən qəlbinə, 
Yaxınlaşdı Turan sərhəddinə. 
Qoşunla onu pişvaza getdilər, 
Qonaq rəsmi ilə qəbul etdilər. 
Görüncə kiçik qardaşı mehriban, 


 
108 
Ona verdilər üzdə şadlıq nişan. 
O qəlbi təmizdən iki qəlbi dar 
Çox üzdən hal-əhval belə tutdular
Ürəkdə ədavət iki yırtıcı 
Apardı sərapərdəyə İyrəci. 
Görüb İyrəci, qaldı mat atlılar, 
O şahanə təmkin, yenilməz vüqar 
Nüfuz eylədi onların qəlbinə, 
Bütün eldə insanların qəlbinə, 
Baxıb hüsnünə, sandılar bir mələk. 
Onu bildilər tacü təxtə bəzək. 
Qoşun əhli cüt-cüt düzəldi yola, 
Sanardın gedir atlılar qol-qola. 
Onu bir görən, min baxıb, doymadı, 
Gəzirdi ağızlarda İyrəc adı. 
Deyirdi hamı: – Bax, bu tac qoymalı, 
Çıxıb təxtə dünyaya nur yaymalı! 
Baxıb Səlm uzaqdan qoşun əhlina, 
Qara qəlbi kindən alışdı yenə, 
Töküb qaşqabaq, bağrı qanla dolu, 
Qərargahına doğru saldı yolu, 
Sərapərdəni döndərib xəlvətə, 
Oturdu yenə Tur ilə söhbətə. 
Dedi Səlm Tura: – Mənə söylə sən, 
Qoşun əhli cüt-cüt gedirdi, nədən? 
Mərasim yerindən dönərkən məgər 
Qoşun əhlinə salmadın sən nəzər? 
Gedərkən var idi nizam-intizam
Qayıtdıqda işlər dəyişdi tamam, 
Vuruldu deyən ordu şah oğluna, 
Hamı yol boyunca baxırdı ona. 
Ona çox görürdümsə İranı mən, 
 Qəmim üstünə qondu qəmlər həmən 
Onun görkəmi çaşdırıb ordunu, 
 
109 
Ləyaqətli bir şah bilirlər onu. 
Kökündən onu kəsməsək biz, inan, 
Bizə təxti tabut edər bir zaman. 
Vidalaşdı axşam iki daş ürək, 
Düşündü çara hər biri sübhədək. 
Yuxu qaçdı gözdən, işıqlandı şərq, 
Günəş aləmi eylədi nura qərq. 
Bu idi iki fərsizin niyyəti: 
Tez atsınlar üzdən həya, hörməti. 
Durub yerlərindən, səhərdir deyə, 
Tutub getdilər üz sərapərdəyə. 
Çadırdan baxıb gördü qardaşları, 
Qaçıb gəldi İyrəc onlara sarı. 
Çadırda gedib durdular üzbəüz, 
Suallarla başlandı söhbət və söz. 
Dedi Tur: – Bizdən kiçikdir yaşın, 
Nədəndir tapıb tacla ziynət başın? 
Kəyan tacü təxtiylə İran sənin, 
Mənə türk elində qul olmaq neçin? 
Xəzinə sənin, tac sənin, ey cənab, 
Böyük qardaşın Rumda çəksin əzab 
Nədən bölgü vaxtı böyük hökmdar 
Kiçik oğluna çox verib iqtidar? 
Gərək mən qaraldam sənin bəxtini, 
Əlindən alam tacını, təxtini. 
Nə ordu, nə şahlıq, nə İran qala,  
Tutub od, yana ölkə, viran qala. 
Qulaq verdi İyrəc danışdıqca Tur, 
Dedi:–Sözlərinə cavabım budur. 
Böyük qardaşım şahlıq istər əgər, 
Soyuqqanlı olsa, murada yetər 
Nə İran,nə Xavər, nə Çin istərəm, 
Nə şahlıq, nə şöhrət, nə kin istərəm. 
Ədavətdədirsə böyüklük əgər, 


 
110 
Böyük halına ağlasın qoy bəşər. 
Tutaq ki, ucaldın fələk damına, 
Səni torpaq axır çəkir kamına. 
Əgər şah idim cümlə İrana mən, 
Bugün doymuşam tac ilə təxtdən. 
Sizə verdim o tacü təxti tamam
Nə lazım hədə? Mən sizə qardaşam. 
Sizə qarşı könlümdə yox zərrə kin, 
Özünüzü nahaqdan incitməyin. 
Ölüm istərəm, çəksəniz dərdü qəm, 
Nə lazım mənə göz, sizi görməsəm? 
Kiçiklik mənə oldu daim şüar, 
Tamah, lovğalıqdır hər insana ar. 
Eşitcək həmən Tur bu sözləri, 
Qızardı qəzəbdən onun gözləri. 
Bu sözlər onun könlünə yatmadı, 
Həqiqət onun beyninə batmadı. 
Acıqla verib kürsüyə bir təkan, 
Deyərdin: şikar üstə cummuş qaban. 
Qızıl kürsüdən qalxdı birdən-birə, 
Ağır kürsünü qaldırıb bir kərə, 
Elə çırpdı ki, İyrəcin başına, 
Dil açdı, o yalvardı qardaşına, 
Dedi: – Qorxmayırsan məgər tanrıdan? 
Atandan utan, bircə anlıq dayan! 
Nahaqdan, gəl, öldürmə, qardaş, məni, 
Tutar qanım axırda, vallah, səni. 
Adam öldürənlərdən olma, aman, 
Daha məndən iz də tapılmaz, inan! 
Uzaq bir bucağında bu aləmin 
Gedib işlərəm qul kimi, ol əmin. 
Niyə təşnəsən qardaşın qanına? 
Niyə od salırsan atan canına? 
Bu sözlər ona etməyirdi əsər
 
111 
Sanırdı qulağında yellər əsər. 
Əl atdı belində iti xəncərə, 
Boyandı çadır qanla birdən-birə. 
Vurub, doğrayırdı o gül peykəri. 
Zəhərlə suvarmışdılar xəncəri, 
Yıxıldı onun sərv qəddi yerə, 
Ucaldı ahı, naləsi göylərə. 
Qan axdı, olub ay üzü laləzar, 
Cavan getdi dünyadan o şəhriyar. 
Onu bəslədin naz ilə, ey cahan, 
Niyə vermədin bəs ölümdən aman? 
O fil gövdədən tacə layiq başı 
Qoyub xəncəri, kəsdi öz qardaşı. 
Səpib beyninə mişk, kafur, haman. 
Qoca şah üçün yolladı ərməğan. 
Dedi: – Al, varınsa əgər ehtiyac? 
O başdır bu ki, ziynəti oldu tac. 
Fəridun yola göz dikib xeyli vaxt, 
Şahı arzulardı qoşun, tacü taxt. 
Qayıtmaq zamanıydı şahın, məgər 
Ata tutmamış macəradan xəbər? 
Ona təxt hazırlatdı firuzədən, 
Düzüb tacına inci, ləli-Yəmən. 
Fəridun qoşunla çıxıb pişvaza, 
Baxırdı uzaqlarda qalxan toza. 
Yaxınlaşdı, seyrəldi toz, nagəhan 
Bir atlı göründü, gözü, bağrı qan. 
Qızıl bir tabut basmış o bağrına, 
Fələk az qalır naləsindən yana. 
Şahın qarşısında gəlib əydi baş, 
Gözündən axıtdı üzə qanlı yaş. 
Dedi: – Lal ola kaş dilim dünyada, 
Bu tabut içində ipək parçada 
Kəsilmiş cavan İyrə cin başıdır, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə