Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

 
82 
Tutaq, bu igidlər gəlibdir qonaq
Hərəmxanədə neyləyir bəs qoçaq? 
Cəmin qızlarını alıb yanına, 
Yayar söhbəti yağ kimi canına. 
O gah Şəhrinazın yanağın öpər, 
Dönər Ərnəvazın dodağın öpər. 
Kecə qəsrdə başqa bir toy tutar, 
Sənəmlərlə baş bir balışda yatar. 
Ayüzlü iki nazlı dilbər gözəl 
Ki, səndən savay vurmamış kimsə əl, 
Girər qoynuna olcağın keyfi çağ, 
Nə lazım sənə belə üzlü qonaq? 
Bu söz saldı Zöhhakı qısqanclığa, 
Ölüm arzuladı o, bir anlığa. 
Qızışdı, söyüş söyməyə başladı, 
Ucaldı onun göylərə fəryadı. 
Dedi:–Kondrov, mən səni bir daha 
Közətçi qoya bilmərəm dərgaha. 
Dedi: – Şah büsatın gedərsə bada, 
Necə eyləyərsən məni kəndxuda? 
Bu gün bir tükə bağlıdır varlığın, 
Mənimçün nə lazım havadarlığın? 
Belə iş hələ çıxmamış qarşına, 
Qızışma, düşün, qıl əlac başına. 
Xəmirdən çıxan tük kimi indi sən 
Kənar qalmısan tac ilə təxtdən. 
Gəlib düşmənin gürz ilə nagahan, 
Tutub qəsrini, saldı orda məkan. 
Dağıtmış sənin qurduğun tilsimi, 
Qucar sevgili yarını ər kimi. 
Bu sözdən acıqlandı Zöhhak şah, 
Coşub, çəkdi odlu ciyərdən bir ah, 
Günəş batdı zülmətdə dəryalara, 
Gecə oldu, aləm geyindi qara. 
 
83 
Qoşun əhlinə söylədi hökmdar: 
– Yəhərlansin atlar qoşunda nə var 
Böyük bir qoşun qəsrə oldu rəvan 
Hamı div kimi cüssəli qəhrəman. 
Bu işdən Fəridun tutunca xəbər 
Bütün yolları atlılar kəsdilər. 
Töküldü qoşun əhli atdan yerə, 
Salıb düşməni təngələrdə girə
17 
Şəhər əhli də toplaşıb damlara, 
Tamaşa edirdi bu vurhavura. 
Kimin Zöhhaka nifrəti var idi, 
Fəriduna onlar havadar idi. 
Qılınc, oxla başlandı bərk qırhaqır, 
Dam ustdən də kərpic yağır, daş yağır, 
 Yağıb sanki yazda buluddan dolu, 
 Ata, atlıya dəydi, kəsdi yolu, 
Şəhər sakini–-minlər ilə cavan, 
Döyüşdə bişən hər qoca pəhləvan 
Qoşuldu Fəridun adamlarına, 
Hucum etdi Zöhhak dərbarına. 
Belə etdi elan atəşgədə: 
– Cavan olsa da şahımız ölkədə, 
Ona tabeyik həm qoca, həm cavan, 
Yolunda fəda eylərik başla can. 
Daha qoymarıq təxtə Zöhhakı biz, 
O çiyni ilanlı, o napakı biz. 
Qoşunla şəhər əhli birləşdilər, 
Deyərdin: yerindən qopub dağ gedər. 
Şəhərdən qara toz ucaldı göyə, 
Büründü günəş sanki göy pərdəyə. 
Baxıb gördü Zöhhak: olar tez tələf, 
Qoşundan qaçıb gəldi qəsrə tərəf. 
Geyindi zireh əyninə hiyləgər 
Ki, şah olduğun bilməsin bir nəfər, 


 
84 
Yanaşdı dama, atdı yaylı kəmənd, 
Daş üstə kəməndi onun oldu bənd. 
Nə gördü o birdən: gözəl Şəhrinaz 
Fəridun ilə başlamış işvə, naz, 
Ayüzlu, qara telli o şux nigar 
Onun adını nifrət ilə anar. 
O qısqandı, az qaldı ki, odlana, 
Kəmənd atdı damdan uca eyvana. 
Nə candan o qorxardı, nə təxtdən, 
Kəmənd ilə damdan atıldı həmən. 
Əlində poladdan iti dəşnəsi
Pəri üzlülər qanının təşnəsi. 
Yerə endi, ancaq Fəridun bu dəm 
Atıldı yerindən beş-altı qədəm. 
Alıb gürzü yerdən elə vurdu ki, 
Başında dəbilqə bölündü iki. 
Ağır gürz qalxdı ikinci kərə, 
Bu dəmdə mələk endi göydən yerə. 
Dedi: – Vurma həqq əmridir, ver aman! 
O, işgəncələr görməli bir zaman. 
Bu halda ki, almış əlindən yara, 
Qolu bağlı çatdır onu dağlara. 
Apar, dağda zəncirə çək, həbsə al, 
Qohum-qardaşından tamam ayrı sal! 
Fəridun eşitcək bunu, durmadan 
Kəmənd eşdi aslan gönündən haman. 
Onun əl-qolun bəndə çəkdi elə 
Ki, açmaq müyəssər deyildi filə. 
Qızıl təxtə çıxdı o gün şadman, 
Götürdü ərəb rəsmini ortadan. 
 Tutub xalqa üz, söylədi hökmdar: 
 – Sənətkar, əkinçi, – əgər ağlı var, 
Əlinə silah almasın bir daha, 
Bu cür ad qazanmaq deyildir rəva. 
 
85 
Sənətkar döyüşçü olubdur məgər 
Ki, qanlı döyüşdə qazansın zəfər? 
Biri ustadır, digəri pəhləvan, 
Hərə öz işində olar kamiran. 
Qarışsa əgər bu ona, o buna, 
Dönər yer üzü qan dolu ümmana. 
Sizə zülm edən hökmdar hardadır? 
O, bəndə çəkilmiş, işi dardadır. 
Gedin əmr edin sülh ilə şadkam, 
Hərə öz işində çalışsın müdam. 
Cəmaət o pak qəlbli sərvərin 
Sözün dinləyib, söylədi afərin!.. 
Fəridun nəsihət verib onlara, 
Dedi: – Salmasın heç kəsi həqq dara. 
Məni ölkənizdə edən hökmran 
Sizin bəxtinizdir, deyil bu yalan. 
Bizi pak olan tanrı Əlbürzdən 
Seçib, göndəribdir ki, gürzümlə mən 
Əzib basdıram əjdahanı gora, 
Cahan zülm əlindən yaxa qurtara. 
Bizə lütfünü həqq edibdir əta, 
Bu yolda çıxa bilməz əldən xəta. 
Bütün aləmə mən bu gün sərvərəm, 
Bu yerda həmişə qala bilmərəm. 
Qalsaydım əgər burda xeyli zaman
Olardım sizinlə daha mehriban. 
Böyükləri diz çökdü, öpdü yeri, 
Ucaldı saraydan təbil səsləri. 
Qoşun çıxdı getdi, boşaldı şəhər, 
Gəzib doymadan, almadan bir bəhər, 
Çəkib bəndə Zöhhakı mərd atlılar 
Üz üstə bir at üstünə atdılar. 
Çapıb getdilər, çatdılar Şirxana 
Qoca dünya olmuşdur ibrətxana. 


 
86 
Bu çöllər, bu dağlar görüb kimləri, 
Özün bir düşün, əsrlərdən bəri? 
Qolu bağlı Zöhhakı gənc hökmdar 
At üstündə Şirxana çatdırdılar. 
Qovurdu onu dağda dördbir yana
Hazırlaşdı qərq eyləsin al qana, 
Bu anda çatıb, söylədi bir mələk 
– Sözüm var sənə, gizli qalsın gərək. 
Dəmavəndə bu zalımı tək apar, 
Qonşusuz, yanınca özün get çapar, 
Yanınca adamlar götürsən əgər, 
Götür etibarlı olan şəxslər. 
Elə şəxslər ki, vəfadar ola, 
Sənə dar günündə havadar ola. 
Alıb getdi Zöhhakı gənc hökmdar, 
Dəmavəndə atlı gəlib çatdılar. 
O dağda Fəridun baxıb hər yerə, 
Göründü keçilməz, dərin bir dərə
Döşündə bir ucsuz-bucaqsız kaha, 
Kaha əlverişli göründü şaha. 
Başı ustə asmaqçın o qəddarı 
Daşa çaldı möhkəm neçə mismarı. 
Onu çəkdi zəncir ilə çarmıxa, 
Canı zalımın zillət ilə çıxa. 
Asıldı kaha içrə o əjdəha, 
O, dünya üzü görmədi bir daha. 
Əsir eyləyən oldu axır əsir, 
Min illər ötübdür, o zillət çəkir... 
 
87 
FƏRİDUN 
 
Fəridun olub aləmə hökmdar, 
Özündən savay körmədi tacdar. 
Qədəm qoydu şah qəsrinə şahtək, 
Kəyan təxtü tacına verdi bəzək. 
Seçib mehr ayında əziz bir günü,
18 
Çıxıb təxtə qoydu Kəyan börkünü. 
Daha zulmdən qalmamışdı əsər, 
Bütün xalq oldu azad, bəxtəvər. 
Xilas oldu zülmün əlindən hamı, 
Sevinclə quruldu bir el bayramı. 
Yığıldı o şənliklərə el tamam, 
Əlində hərə tutdu yaqut cam. 
Şərab saf idi, elsevər şah cavan, 
Təzə ay, təzə don geyinmiş cahan. 
Şah əmr etdi: – Tonqal alovlandırın, 
Oda mişk, ənbər tökün, yandırın. 
Bəzənsin işıqla, ətirlə cahan, 
Bu şən bayrama ad verək: Mehrəqan.
19 
Hər il şənlənək biz bu gündə gərək, 
Bir il işləsək də, o gün dincələk.  
O şahdan qalıb Mehrəqan yadigar
O gün işləmə, bayramı tutma xar! 
Fəridun ki, şahlıq edib beş yüz il, 
Yamanlıq nədir bilmədi ölkə, el. 
Bu dünya ona qalmadı, ey oğul, 
Tamahdan saqın, qəm yemə, nikbin ol! 
İnan, heç kəsə qalmamışdır cahan, 
Səadətdən onda görən yox nişan. 
Fəranək hələ tutmamışdı xəbər, 
Onun oğlu dünyaya şahlıq edər. 
O, Zöhhakı təxtdən salıb, xar edib, 
Onu min əzaba giriftar edib. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə