Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə26/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

 
142 
Deməzlərmi bu körpə divdir məgər? 
Pələngdi, ya cindi, deyildi bəşər. 
Gərək onda İranı tərk eyləyim, 
Bu yurda, elə əlvida söyləyim. 
Dedi: bir uşaq ki, doğulmuşsa zal,
25 
Onun qanını tanrı etmiş həlal. 
Belə verdi fərman: – Onu tez alın, 
Bu eldən uzaqlarda itkin salın! 
Var idi bir Əlborzguh adlı dağ, 
Günəşlə yaxın, kənd-şəhərdən uzaq, 
O yerdə ki, qurmuşdu Simurğ yuva
26

Atıldı dağa o günahsız çağa. 
Qoyub körpəni, tez geri döndülər, 
Belə zülmə insan dözərmi məgər? 
Uşaq pəhləvan oğlu olsa belə, 
Qaranı, ağı seçməyirdi hələ 
Ata zülm edib südəmər körpəyə, 
Atıldı uşaq eybəcərdir deyə, 
Əgər vəhşi heyvanları anlasan, 
Olur onlar öz nəslinə mehriban. 
Südüylə bala bəsləyən vəhşi şir, 
Basıb bağrına körpəni söyləyir: 
– Ürək qanımı sən yesən də əgər 
Bu minnət deyil, məncə, zərrə qədər, 
Mənə sən ürək, həm da gözsən, bala, 
Ürək getsə, mümkünmü can sağ qala? 
Bala quşlar ac qalmasınlar deyə, 
Qanad açdı Simurğ, qalxdı göyə. 
Nə gördü: quru yerdə bir körpə var, 
Gözündən dəniztək yağış çağlayar. 
Beşikdir qaya, dayə torpaq ona, 
O çılpaqdı, süd dəyməmiş ağzına. 
Qara torpaq əndamını dövrələr! 
Fəzadan günəş başına od ələr. 
 
143 
Pələnglər ata kaş olaydı ona, 
Atılmazdı qızmar dağın qoynuna 
Enib gəldi Simurğ göydən yerə, 
Daş üstündən aldı onu şəhpərə. 
Uçub getdi Əlborza quş durmadan, 
O yerlərdə qurmuşdu çoxdan məkan, 
Düşündü ki, fəryadı etməz əsər, 
Onu körpə quşlar didib də yeyər, 
Fəqət tanrı o körpəyə oldu yar, 
Gərək sağ qalaydı, bunun sirri var
Necə körpə Simurğ baxdı ona, 
Gözündən axan qətrə-qətrə qana. 
Baxıb gül camalına mat qaldılar, 
Könüldən ona mehr də saldılar. 
Qonaq süd yerinə əmir qan deyə, 
Zərif ov tutub, verdi quş körpəyə. 
Rəvayət edibdir bu sirri açan: 
Belə keçdi dövran xeyli zaman, 
O körpə ətə doldu, gəldi cana, 
Zaman gəldi ki, döndü bir aslana. 
Yayıldı onun şöhrəti hər elə, 
Yaman, yaxşı sözlər alındı dilə. 
Görənlər sanardı onu şiri-nər, 
Gəlib Sama da çatdı ondan xəbər. 
O günlərdə yatdı, yuxu gördü Sam: 
Ərəb cinsli at üstə hindu qulam 
Gəlib müjdə verdi ki, ey pəhləvan, 
Sənin doğma oğlundur o növcavan. 
Oyandı, çağırtdırdı möbidləri, 
Edib sirrini dillərin əzbəri, 
Dedi: – Söyləyin, indi mən nə edim? 
Onu tərk edim, ya dalınca gedim? 
Onu dinlədi həm qoca, həm cavan, 
Hamı söylədi: – Ey böyük pəhləvan, 


 
144 
Düzənlikdə, dağlarda aslan, pələng, 
Dənizdə olan hər balıq, hər nəhəng, - 
Hamı körpəsini sevər, bəsləyər, 
Nə olsa, böyük tanrıya şükr edər. 
Sən isə günah bir işə batmısan, 
Günahsız olan körpəni atmısan. 
Gedib tanrıdan indi üzr istə sən, 
Hər işdə odur doğru yol göstərən. 
Gecə olcağın Samı tutdu yuxu, 
Ürəkdə fikir, iztirab, arizu, 
Yuxu gördü, Əlborz dağından haman, 
Uca bayraq altında bir novcavan 
Gəlir, arxasınca böyük bir qoşun, 
Saçar ay kimi nur camalı onun. 
Sağında bir ağ saçlı möbid gəlir, 
Solunda ağıllı, zəkalı dəbir. 
Biri gəldi Sama tərəf, əydi baş, 
Dil açdı, danışdı, səsində təlaş 
Dedi: – Ey yolundan dönən qəhrəman, 
Utanmazmısan, söylə, sən tanrıdan? 
Quş olmuş sənin oğluna dayə, bil, 
Sənə pəhləvan adı layiq deyil. 
Saçın ağlığı bir günahsa əgər, 
Saçın, saqqalın ağ deyildir məgər? 
Sən öz xaliqindən küsürsən, yəqin, 
Girir gündə bir rəngə cismin sənin 
Oyandıqda Samı boğurdu kədər, 
Deyərdin ki, düşmüş tora şiri-nər. 
Ayıldı, dedi: – Toplaşın, başçılar, 
Hazır oldu sərkərdələr harda var. 
O dağ səmtinə üz tutub, çapdı at, 
Atılmışlara vermiş o dağ həyat. 
Nə gördü: ucalmış o dağ göylərə, 
Çəkər sanki ulduzları dağ yerə. 
 
145 
Uca bir qaya baş çəkib yüksələr, 
Fələkdən ona yetməz əsla zərər. 
Hesabsız ağac–ud, səndəl, çinar 
Verib baş-başa, göylərə boylanar. 
O daş bürcə bir də nəzər saldı Sam, 
Qoşun heybətindən üzüldü tamam. 
O bir qəsr idi, qülləsi asiman, 
Nə zəhmətdən idi, nə torpaq-sudan. 
Yol axtardı keçsin, fəqət yol hanı? 
Bu yerlər salır dəhşətə insanı. 
Böyük tanrıya afərin söylədi, 
Qoyub torpağa üz, dua eylədi. 
Dedi: – Ey ilahi, bu aləmdə sən 
Günəşdən də, aydan da yüksəkdəsən. 
Bu oğlan mənim öz balamsa əgər, 
Vücudunda yox Əhriməndən əsər, 
Bağışla günah işləmiş bəndəni, 
Böyüksən, bu qəmdən xilas et məni. 
Xitab etdi Simurğ Sam oğluna: 
– Uşaqkən atıldın dağın qoynuna, 
Atan Sam imiş, o, böyük pəhləvan, 
Tanışdır onun şöhrətiylə cahan
Gəlibdir, bu dağda oğul axtarır, 
Sənin izzətin, hörmətin ondadır. 
Belə məsləhətdir, səni indi mən 
Ona çatdırım, etiraz etməsən. 
Dedi Zal Simurğa: – Ey mehriban, 
Əlimdən məgər bezmisən, dayəcan? 
Əzizdir gözümdə yuvan qəsrdən, 
Qanadlarını vermərəm tacə mən. 
Cavab verdi Simurğ: – Xamsan hələ, 
Deyilsən tanış tac ilə, təxt ilə. 
Kəyan taçü təxtini görsən, inan, 
Yuvan da yadından çıxar, bil, haman. 


 
146 
Sənə bir vəsiyyət edim mən gərək, 
Özünlə apar şəhpərimdən lələk. 
Dara düşmüş olsan əgər bir zaman, 
Deyən olsa haqqında yaxşı, yaman, 
Lələkdən qopar zərrəcə, at oda, 
Gələrəm o dəmdə sənə imdada. 
Qanad sayəsində səni bəslədim, 
Gözümdə balamtək əzizsən dedim. 
Cağırsan, səni mən alıb şəhpərə 
Gətirrəm geri mən həmin bu yerə 
Unutma, oğul, mehriban dayəni, 
Mənim könlüm heç vaxt unutmaz səni. 
Dedi: – Ol ürəkli!- Onu aldı quş, 
Bulud arxasında qanad çaldı quş, 
Qoyanda ata qarşısında yerə, 
Çatırdı onun ağ saçı dizlərə. 
O, fil cüssəliydi üzü növbahar, 
Görüb Sam önu ağladı zar-zar. 
Təşəkkürlə Simurğa baş əydi Sam 
Dedi afərin, göstərib ehtiram. 
Ayaqdan başa süzdü öz oğlunu 
Görüb tac ilə təxtə layiq onu. 
Samın qəlbi cənnət kimi oldu şən 
Dedi: – Afərin, ey oğul, indi sən 
Mənə bir oğul kimi ol mehriban, 
Unut keçmişi, sev məni, ey cavan, 
Mənəm tanrının ən kiçik bəndəsi, 
Sən isə mənə xaliqin töhfəsi
Qəbul etdim artıq, geri verməyəm, 
Sevib candan artıq, sənə can deyəm, 
Samın əmri ilə Zala dostları 
Geyindirdilər pəhləvan paltarı. 
O, dağdan enib gəldi ki, yüksələ, 
Ola dağ kimi arxa şahla elə.  
 
147 
Qoşun pişvaza çıxdı gəldikdə Sam, 
Sevinclə önündə baş əydi tamam. 
Vuruldu təbil, gurladı kərrənay, 
Qızıl zəng səsləndi, hindi dəray.
27 
Ürəkdən çəkib nərələr atlılar, 
Gözaydın dedi sərbəsər atlılar. 
Gecə çəkdi bayraq, qaraldı hava, 
Ağ üzdən qara pərdə saldı hava. 
O çöldə düşərgə salıb qaldılar, 
Yatıb, dincəlib, xoş nəfəs aldılar. 
Günəş ağ ipəkdən quranda çadır 
Qoşun qalxdı, yükləndi at, həm qatır 
Şəhər səmtinə oldu ordu rəvan, 
Qoşunla bərabər cavan pəhləvan. 
Şaha verdilər müjdə: – Ey hökmdar 
Gəlib Sam dağdan, olub bəxtiyar. 
Mənuçehr bu müjdədən oldu şad, 
Qılıb tanrını afərinlərlə yad, 
Dedi qəhrəman Nuzərə şəhriyar: 
– Samın yanına göndərilsin çapar. 
Ona şah adından yetirsin salam
Desin bəxtiyar olmağınla şadam. 
Gəlib-şahı görsün böyük pəhləvan 
Onu görsə xoşhal olar hökmran. 
Çıxıb Zabilistana burdan gedər, 
Şaha adəti üzrə xidmət edər. 
Gəlib çatdı Nuzər Samın yanına 
Sataşdı gözü gənc Sam oğluna, 
Düşüb Sam ilə Nuzər atdan, yerə 
Qucaqlaşdılar, Sam dedi Nuzərə: 

 
Səlamətmidir pəhləvanlar və şah? 

 
Dedi: – Tanrıdır bəndəsinə pənah. 
Şahın əmrini dinlədi pəhləvan, 
Öpüb torpağı, atlanıb durmadan, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə