Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə5/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   2   3   4   5   6   7   8   9   ...   78

 
18 
Firdovsinin böyüklüyü ondadır ki, o, keçmişdə baş 
vermiş faciəli hadisələri yalnız təsvirlə kifayatlənmir.  Şair 
yaratdığı obrazların sərgüzəşti və taleyindən öz müasirlərinə və 
gələcək nəsillərə ibrət dərsi vermək üçün istifadə edir. Tarixin 
yetişdirdiyi bütün böyük sənətkarlar kimi, Firdovsini də 
düşündürən  əsas məsələ insanların həyatı,təhlükəsizliyi və 
səadəti olmuşdur.  Şairə görə xalqlar üçün ən qiymətli nemət 
sülh və  əmin-amanlıqdır. Ona görə  də Firdovsi həmin neməti 
insanların əlindən alan təcavüzkar hökmdarları butün əsər boyu 
lənətlə damğayır və onların acınacaqlı aqibətini də  bədii 
boyalarla göstərir. Bu cəhətdən böyük sənətkarın yaratmış 
olduğu  Ərdəşir, Dara, İskəndər,  Ənuşirəvan, Xosrov Pərviz, 
Bəhrami-Çubin surətləri, onların həyat yolu va aqibəti də 
maraqlı və ibrətamizdir. 
Firdovsini düşündürən və  «Şahnamə»də  əksini tapan 
mühüm məsələlərdən biri də feodal Cəmiyyətində hökm sürən 
sosial bərabarsizlik, ondan doğan ədalətsizlikdir. Ölməz əsərin 
bir sıra dastanlarında məhəbbətlə  tərənnüm etdiyi əkinçilər, 
maldarlar, qullar, sənətkarların maddi və mənəvi məhrumiyyətə 
məruz qalması böyük şairin ürəyini ağrıdır.  Əlinin  əməyi ilə 
minnətsiz çörək yeyən, insanları ərzaq, geyim və hər cür hayat 
ləvazimatı ilə  təmin edən sıralarında qaniçən 3öhhaka qarşı 
xalq üsyanına başçılıq edən Dəmirçi Kavə kimi qəhrəman 
yetişdirən zəhmətkeşlərin səadəti uçün şair yollar axtarır.. 
Maddi bərabərsizliyi, ictimai zülmü aradan qaldırmaq üçün 
Firdovsi,  əsərinin ayrı-ayrı epizodlarında biri-birindən 
fərqlənən fikirlər irəli sürür. Böyük şairin fikrincə, ictimai 
ədalətsizliyi yox etmək üçun ədalətli, ideal hökmdarın varlığı 
əsas  şərtdir. Bu şərt mövcud olduqda şair ictimai bərabərliyin 
yaradılması üçün düşündüyü yolları  şərh edir ki, onların ikisi 
haqqında qısaca qeydlərlə kifayətlənmək olar. 
Bəhram-Gur «Şahnamə»də yaradılmış ideal hökmdar 
surətlərindən biridir. Bütün dastan boyu şair onun nəcib insani 
sifətlərindən söz açır. Ovlaqda ikən onun yanına bir kəndli 
 
19 
gəlib deyir: 
– Tarlanı suvararkən su bir deşik açıb yerin altına axmağa 
başladı. Oradan qəribə səslar gəlir, zənimcə, xəzinə olmalıdır. 
Bəhrəmın əmri ilə həmin yer qazılır, möhtəşam bir saray 
aşkara çıxarılır ki, içi saf qızıldan qayrılıb, cavahiratla bəzədil-
miş öküz, camış, ceyran, tavus və başqa quş və heyvan heykəl-
ləri ilə doludur. Öküz heykəllərindən birinin sağrısında «Cəm-
şidin xəzinəsi» sözləri yazılmışdır. Vəzir  şaha müjdə verir ki
tale ona belə bir tükənməz sərvət bəxş etmişdir. Bəhram isə  
«Daşıyın, saraya aparın!» əmrini vermək əvəzinə deyir: 
 
Xəzinə ki, Cəmşid qoyub yadigar, 
Mənə yox, onun irsi xalqa çatar... 
Nə zəhmət çəkib, nə qılınc vurmuşam, 
Nə də o büsatı özüm qurmuşam... 
Tamah hissini qəlbinizdən atın! 
O qiymətli gövhərləri siz satın! 
Qızılla gümüş toplasaz hər qədər, 
Sayın, qoymayın, vaxtı getsin hədər. 
Nə çoxdur dul arvad, yetim, qarnı ac, 
Salıb dərbədar onları ehtiyac, 
Navazişlə dəvət edin dərbara, 
Bu sərvətləri paylayın onlara! 
 
Bəhramın hökmü yerinə yetirilir, qatar-qatar qızıl, gümüş 
aclara, yoxsullara paylanır. Bundan alavə  Bəhram bir çox 
acgöz, xəsis, soyğunçu varlının sərvətlərini da mərd və namuslu 
yoxsulların ixtiyarına verir. Lakin ideal bir hökmdarın sadəcə 
səxavət va qayğısı  cəmiyyətdə ictimai, maddi bərabərsizliyə 
son qoymaq üçün kifayətdirmi? Görünür ki, Firdovsinin özü də 
bu suala çavab tapmır. İnsanların səadətini sülh, əmin-amanlıq 
va maddi, ictimai bərabərlikdə görən  şair  utopiyaya da 
müraciət etmişdir. Maraqlıdır ki, Firdovsi da öz utopiyasını, 
Nizami kimi, İsgəndərin adı ilə bağlamışdır, lakin müraciət 


 
20 
obyektləri eyni olsa da, bu iki dahi sənətkarın ictimai fəlsəfi 
görüşlərində  fərqli gə  təzadlı  cəhətlər özünü tam aydınlığı ilə 
göstərir. Nizami utopiyasında  maddi, ictimi  və hüquqi 
bərabərliyi  əsasında qurulmuş    zəhmət həlledici amildir. 
Cəmiyyət bolluq, zənginlik, sağlamlıq,  şənlik  əsasında inkişaf 
etmişdir. Hətta ictimai binalar qızıl və qiymətli daşlarla 
bəzədilmişdir. 
«Şahnamə»də  İsgəndərin getdiyi Brəhmənlər ölkəsində 
insanlar «səadəti» könüllü yoxsulluq və  məhrumiyyətdə 
tapmışlar. Doğrudur, burada hakim və  məhkum yoxdur. Hamı 
bərabər və azaddır. Ancaq bu bərabərlik aclıq və  çılpaqlıq 
bərabərliyidir. Azadlıq dünyanın nemətlərindən məhrumluq 
azadlığıdır. Bu isə  əlbəttə, sözun əsl mənasında xoşbəxtlik 
deyil, bir növ ellikcə zahidlik, tərki-dünyalıqdır. 
Firdovsi düşünür və  nəhayət onun diqqətini Məzdək  
haqqında  şifahı və yazılı ədəbiyyatda geniş yayılmış rəvayətlər 
cəlb edir. Tədqiqatçılar tərəfindən «Şərqdə ilk kommunizm hə-
rəkatı»  adlandırılan Məzdəkizm VI əsrin ilk illərində Sasanilər 
dövlətinin hər yerini çulğamış xalq üsyanının ideoloji mənbəyi 
olmuşdur. Sasani şahlarından Qubadın sarayında ağlı, biliyi, 
zəkası ilə yüksək məqam və nüfuz sahibi olan Məzdək xalqın 
halına acıyan, ictimai ədalətsizliyin kökünü maddi 
bərabərsizlikdə görən açıq düşüncəli mütəfəkkirdir.Onu 
düşündürən belə bir acı  həqiqətdir ki, butün maddi nemətləri  
hazırlayan yaradan zəhmətkeş insanlar olduğu halda, özləri 
aclığa, məhrumiyyətə  məhkumdurlar. Onların zəhmətinin 
bəhrəsindən isə bir ovuc tüfeyli varlanıb, naz-nemət içində 
firavan yaşayır, hakimiyyət sürür. Məzdək onu da dərk edir ki, 
heç bir varlı istismar və soyğunçuluqla  əldə etdiyi sərvəti öz 
xoşuna yoxsullara, bu sərvətin həqiqi sahibləri olan 
zəhmətkeşlərə qaytarmaz. Odur ki, «qarətçiləri qarət etməli» 
nəzəriyyəsini  irəli sürür. O, yeri gəldikcə, öz müdrik 
mühakimələri və  təsirli nəsihətləri ilə  şah Qubadın ürəyini 
yumşaltmış  və maddi-ictimai təzadın dəhşətlər törədə 
 
21 
biləcəyinə onu inandırmışdır. Məzdək məramını icra üçün aclıq 
çəkən kütlələrin  şah dərbarına üz tutub yardım istəməsindən 
istifadə edir. 
Şahın razılığından bacarıqla istifadə edən Məzdək 
varlıları anbarlarının açılıb yoxsullara paylanmasına göstəriş 
verir. Məzdək var-yoxunu da xalqın ixtiyarına verir. Şahın 
anbarları da boşaldılır. Məzdəkin məramı bütun dünyaya 
yayılır. Bütün insanların bərabərliyi Məzdək dininin prinsipi 
kimi qəbul edilir. Qubadın zahirdə  Məzdəklə razılaşmaqdan 
başqa çarəsi yox idi. Məzdək hətta vəliəhd Kəsranı da özü ilə 
həmfikir etməyə çalışır. Lakin cavan şahzadə hiyləgər və 
amansızdır. O, Məzdək hərəkatında zərər çəkmiş böyük 
feodalları  ətrafına toplayıb,  əlbəttə, ikiüzlü atası Qubadın 
razılığı ilə xalq üsyanını boğmağın qanlı va amansız planını 
hazırlayır.Həmin plana əsasən, Qubad Məzdəkə göstəriş verir 
ki, ölkənin hər yerindən bütün görkəmli tərəfdarlarını  «şahın 
görüşünə» dəvət etsin.Məzdək sadəlövlüklə bu əmrə əməl edir. 
Qubadın vəliəhdi Kəsra  ətrafına topladığı feodalların 
atlıları vasitəsi ilə geniş bir sahədə xəndəklər qazdırır və gələn 
«qonaqların» hamısını  xəndəklərdə boğazlarına qədər torpağa 
basdırır. Sonra isə  vəliəhd Kəsranın hökmü ilə  Məzdək dara 
çəkilir, dünənə  qədər özünü böyuk inqilabçı mütəfəkkirin 
tərafdarı kimi qələmə verən Qubad isə  cəlladbaşı  oğluna 
mnnnətdarlığını bildirərək, xalq üsyanı başçısını  lənətlə yad 
edib, onu «dinsiz», «divanə» adlandırır. 
Etiraf etməliyik ki, yığcam bir müqəddimədə bütünlüklə 
«Şahnamə» haqqında hətta ötəri bəhs açmaq imkan 
xaricindədir. Bəşərin mədəni hayata ilk addımlarını atdığı 
əsatiri zamanlardan eramızın VII əsrinədək İranda və regionda 
baş vermiş hadisələrin bədii-epik salnaməsi olan bu ölməz əsər 
haqqında cildlərlə kitablar yazılmış  və yazılacaqdır. 
«Şahnamə»də  əlli hökmdarın sərgüzəşti, saysız döyüş 
səhnələri, yenilməz və sarsılmaz qüdrət sahibi cəngavərlərin 
qəhramanlığı, sadə  və  zəhmətkeş insanın qurub yaratmaq 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə