Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   2   3   4   5   6   7   8   9   ...   78

 
10 
toplandığı və ya yazıya köçürüldüyünü Firdovsi demək olar ki
«Xvataynamak» haqqında rəvayətlərdə göstərildiyi kimi izah 
edir. O da təsdiq edir ki, qədim tarixin tədqiqi ilə məşğul olan 
bir ağıllı, cəsarətli nəcibzadə, dünya görmüş, kamal sahibi 
möbidləri başına toplayıb, dünyanın necə quruduğunu, 
qəhrəmanların necə çarpışıb qələbə çaldığını, necə ölüb 
getdiyini onlardan öyrəndi və çox böyük bir dastan yazdı: 
 
Cəsaratlə yazdı elə bir əsər, 
Böyüklər ona afərin söyləyər. 
 
Dəqiqinin «Şahnamə» yazmağa başlaması  və  hələ  gənc 
ikən öz qulu tərəfindən öldürüldüyünə görə məqsədinə nail ola 
bilməməsi haqqında Firdovsinin yazdığı sətirlər elmi əsərlərdə 
verilən məlumata tamamilə uyğun gəlir. «Şahnamə»nin 
mətnində Firdovsi bir daha Dəqiqidən söz açaraq, onun yazdığı 
min beyti öz əsərinə daxil edir və Zərdüşt zamanında İran şahı 
Guştasp ilə Turan şahı  Ərcasp arasında gedən müharibələrdən 
bəhs edən və natamam qalan dastanı tamamlamaqla, Dəqiqinin 
adını və əsərini ədəbiyyat tarixində əbədiləşdirmək kimi nəcib 
bir iş görür. 
Sonrakı beytlərdən aydın olur ki, onun «Şahnamə» 
yazmaq fikrində olduğunu bilən «can qədər  əziz bir dostu» 
həmin mövzuda olan əsərin mətnini köçürüb şairə verir va onu 
başladığı işi davam etdirib sona çatdırmağa təşviq edir. Əsərlə 
tanış olan Firdovsi sanki onun müəllifini xeyirxah bir insan, 
təkcə sözünü deyil, canını belə ondan əsirgəməyən dost kimi öz 
gözündə canlandırıb yazır: 
 
Mən o mətnə baxdım, alınca ələ, 
Nə gördüm ki: məndən də əvvəl hələ 
Var imiş ağıllı, sayıq bir cavan, 
Neçə nəsli dünyada şöhrət tapan. 
İradə, həya sahibi bir nəfər, 
 
11 
O, sözdən düzübdür gözəl incilər. 
Mənə söylədi: – Gəl, əlimdə nə var, 
Nə söz, can belə istəyirsən, apar! 
Sənindir, çatarsa əlim hər nəyə
Ağız açma heç başqa bir kimsəyə. 
 
Göründüyü kimi, burada Firdovsi ələ keçirdiyi qiymətli 
mənbənin və onun müəllifinin adını çəkmir. Şairin öz sözündən 
aydın olur ki,onun əlinə ölməz əsərini yazmaq üçün lazım olan, 
bütün məlumatı  əhatə edən bir zəngin mənbə keçmişdir. Belə 
bir mənbə hansı asər ola bilərdi? Belə bir suala fərziyyə ilə 
deyil, inamla cavab vermək olar ki, söhbət  Əbu Mənsur  əl-
Müəmmərinin nəsr ilə yazıb 957-ci ildə tamamladığı 
«Şahnaməye-Əbu Mənsuri»dən gedir. Bu fikri Firdovsinin əsər 
sahibi haqqında dedikləri də qüvvətləndirir.  Şairin 
yazdıqlarından aydın olur ki, onun başını  ərşə ucaldan o 
səxavətli cavanmərd, xoşniyyət insanı heç vaxt görməmişdir, 
taleyindən də xəbəri yoxdur: 
 
Onun tək bir insan bizi tərk edib, 
Solubdur çəmən, sərv bağdan gedib 
Ölübmü, yaşarmı?Yoxumdur xəbər, 
Ölübsə böyük itki vermiş bəşər. 
Təəssüf, o ağla, kamala heyif! 
Uca qamətə, xoş camala heyif! 
Ümid qalmamışdır onu tapmağa, 
Dönübdür ürək bir əsən yarpağa. 
 
Beləliklə, «Şahnamə»ni yazarkən Firdovsinin hansı yazılı 
mənbələrdən faydalandığı barədə müəyyən qənaətə  gəlmiş 
oluruq. Lakin bu mənbələrin böyuk şair üçün ancaq ikinci 
dərəcəli  əhəmiyyəti olmuşdur.Dahi  şairin belə bir ölməz  əsəri 
yazarkən istifadə etdiyi birinci dərcəli mənbə, tükənməz xəzinə, 
özünün dönə-dönə qeyd etdiyi kimi, dünya görmüş, ağıllı, 


 
12 
müdrik adamlardan eşitdiyi nağıllar, dastanlar olmuşdur.       
Firdovsinin Qəznəyə  gəlib Sultan Mahmud sarayına yol 
tapması haqqında mövcud olan müxtəlif rəvayətlərdən biri az-
çox təbii görünür ki, qısaca olaraq, onun məzmununu qeyd 
etməyi lazım bilirik. Həmin rəvayətə görə, şair qoca yaşlarında 
ikən  əsərini dərbara təqdim etmək üçünmü və ya şikayət 
üçünmü Qəznəyə 
gəlmiş, ancaq saraya yaxın 
buraxılmadığından şəhər kənarına çıxıb qəm-qüssəni dağıtmaq 
məqsədi ilə  gəzişirmiş. Onun güzarı  səfalı bir bağa düşür və 
orada kiçik bir üns məclisinə tasadüf edir. Dərbar şairlərindən 
Ünsüri, Fərruxi, Əscüdi güllü-çiçəkli ağacların kölgəsində yaşıl 
çəmənlikdə  əyləşib  şərab içir, şer deyirdilər. Firdovsi ayaq 
saxlayıb onların  şerləşməsinə qulaq asır.  Şairlər yad adamın 
yaxında dayandığını görüncə, nə istədiyini soruşurlar. Firdovsi 
şerdən xoşlandığını və onların dediyi şerləri dinləmək istədiyini 
söyləyir. Şairlər isə onu başdan eləmək uçün deyirlər: «İndi ki, 
şerdən xoşun gəlir, yaxın gəl, şerləşək. Şərtimiz belə olsun, biz 
hərəmiz bir misra deyəcək, misralar eyni vəzn və qafiyədə 
olmalıdır. Əgər sən dördüncü misranı bədahətən deyib rübaini 
tamamlaya bilsən, məclisimizdə 
əyləşəcəksən. Bunu 
bacarmasan, dərhal bağı tərk etməlisən». 
Firdovsi  şərti qəbul edir, yarış başlanır. Saray şairləri 
mücərrad bir gözəlin vəsfində deyirlər: 
Ünsüri: – Ay nurlu üzün qədər deyildir rövşən 
Fə r r u x i: – Açmaz yanağın misli qızılgül gülşən. 
Əscüdi: –Kirpiklərin ilə deşilər hər covşən 
F i r d o v s i:– Eynən elə ki, Givin oxu ilə Peşən. 
Dahi  şair bu təsadüfi müsabiqədə bircə misra ilə böyük 
qələbə qazanmışdı. Saray şairlərinin söylədiyi misralar dövrün 
məhəbbət lirikasında mübaliqəli istiarə  və  məcazların 
təkrarından başqa məziyyətə malik deyildi. Firdovsi isə rübaidə 
ən çətin sayılan sonuncu,tamamlayıcı misranı  bədahətən 
deməklə kifayətlənməmiş, həm də ona yeni məzmun gətirərək 
«Şahnamə»də  təsvir etdiyi cəngavərlik səhnələrindən biri ilə 
 
13 
əlaqaləndirmişdi. 
Şübhəsiz ki, şairlər belə bir istedad sahibinə artıq xor 
baxa bilməzdilər. Ehtimal etmək olar ki, şairin Sultan Mahmud 
sarayına getməsinə  və  əsərini Qəznə hökmdarına təqdim 
etməsinə onlar şərait yaratmışdılar. Belə bir fərziyyə nisbətən 
inandırıcı olsa da, müxtəlif mənbələrdə onu rədd edən, hətta 
adları yuxarıda çəkilən dərbar  şairlərinin Firdovsi əleyhinə 
saray intriqasında fəaliyyətdə olduqlarını göstərən yazılara da 
təsadüf edirik. Firdovsinin saraya dəvət olunması və ya özünün 
gəlməsi, «Şahnamə»ni hansı  şəraitdə, nə vaxt yazıb 
tamamlaması va şaha təqdim etməsi, Sultan Mahmudun əsərə 
və onun müəllifinə münasibəti haqqında yaranıb yayılmış, 
sonralar yazıya köçürülmüş  əfsanələr o qədər müxtəlif və biri 
digərinə zidd görünür ki, onlardan hansının tarixi həqiqətə 
yaxın olduğunu söyləmək hələlik mümkün deyildir. 
Firdovsinin tərcümeyi-halına aid hamı  tərəfindən təsdiq 
olunmuş  məlumat yalnız budur ki, şair Tus şəhərində kiçik 
torpaq sahibi dehqan ailəsində anadan olmuş, uzun ömür 
sürmüş, Sultan Mahmud «Şahnamə» üçun vəd etdiyi ənamı ona 
verməyib, namərdlik etdikdən sonra ölməz sənətkar doğma 
şəhərinə qayıdıb vəfat etmişdir. Şairin özü«Şahnamə»də dönə-
dönə qocalıqdan  şikayatlənir, xüsusilə, cavan oğlunun 
ölümündən sonra yaşamaqdan bezdiyini açıq söyləyir. 
Firdovsi dahi şair, mütəfəkkir olmaqla bərabər böyük 
insan olmuşdur. Vətənini, xalqını coşğun məhəbbatlə tərənnüm 
edən sənətkar yer üzündə yaşayan bütün insanların sülh, əmin-
amanlıq şəraitində səadətə qovuşmalarını arzu etmişdir. Əllidən 
artıq dastanı  əhatə edən bu əsərdə hadisələr tarixin müxtəlif 
dövrlərində, müxtəlif coğrafi mühitdə, müxtəlif tayfalar, 
qəbilələr, dövlətlər, xalqlar, şəxsiyyətlər arasında cərayan etsə 
də, mətləb birdir. Tarix boyu bəşəriyyətin bütün parlaq 
beyinlərini düşündürən, bizim zəmanəmizdə öz aktuallığını tam 
dolğunluğu ilə qoruyan xeyir ilə  şər qüvvələri arasındakı 
barışmaz mübarizə  «Şahnama»nin ideya xəttini, bütün 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə