Microsoft Word Gurz?col yaz?lar? – 160



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#53801
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

VAQÌF SÄMÄDOÕLU 
59 
– Harada? – soruşmuşdu sädr. 
– Äşşi, taxıl yerindä. Yerä düşän buğdaları yığır-
mış. 
Sädrin fikri-zikri ancaq mirvarilärindä idi.Özünü 
itirmişdi.  
– Bu saat maşın göndäriräm onun dalınca, – de-
mişdi sädr. 
– Göndärmä, qoca yatır, – demişdi katib.  
– Necä yatır? – soruşmuşdu sädr. 
Can verir, – demişdi katib. 
– Bir şey yeyirmi? – soruşmuşdu sädr. 
– Nä biläk yediyi nädir? – demişdi katib.  
Vä ertäsi gün qonşu rayonun rayon märkäzindä, 
rayon partiya komitäsinin ikimärtäbäli binasının qa-
bağında toza batmış bir Qaz-69 maşını gälib dayan-
mışdı. Maşından sädrin baldızı, adamaoxşamaz Sä-
kinä düşmüşdü. Älindä gül dibçäyi.  
– O qocaya qulluq eläyän mänäm, – demişdi 
Säkinä aşağı düşän katibä. 
– Aparın bunu qocanın yanına, – demişdi katib 
öz maşınına minä-minä.  
Adamaoxşamaz Säkinä gül dibçäyini älindän ye-
rä qoymayıb, qocanı yedirdändän sonra eşiyä çıxan-
da, qonşu rayonun camaatı ondan soruşmuşdu: 
Qoca bir şey yedimi, bacı? 
– Yedi, şükür Allaha, – demişdi Säkinä.  


Gürzəçöl yazıları 
60 
– Savab iş görürsän, bacı, Allah ölänlärinä räh-
mät eläsin! – demişdi qonşu rayonun camaatı vä 
dağılmışdı. Adamaoxşamaz Säkinä täk qalıb, täläsik 
qocanın yanına atmışdı özünü. 
– Ay qoca, niyä yerdän buğda yığırdın? Ay qoca, 
dillän, nä olub, nä olub ki, buğda yığırdın? – soruş-
muşdu näfäsi töyşüyä-töyşüyä. 
Vä ancaq qocanın sinäsindän çıxan xırıltını eşit-
mişdi adamaoxşamaz Säkinä, gül dibçäyini öz sinä-
sinä sıxa-sıxa. Sonra qocadan aralanıb qapıya sarı 
getmişdi. Sonra qapının aşırımında dayanıb, fikrä 
getmişdi. Sonra birdän älindäki dibçäyi yerä vurub, 
döşämäyä dağılmış näcislä sarımtıl äräb mirvariläri-
ni tapdıya-tapdıya qocanın üstünä şığıyıb yaxasın-
dan yapışmışdı. Vä bağırmışdı: 
– Yığdığın buğda hardadı, qoca! Buğdanı hara 
qoymusan, qoca! 
Vä yenä dä ancaq ölüm ayağında yatan qocanın 
xırıltısını eşitmişdi adamaoxşamaz Säkinä. 
 
  
 
 


VAQÌF SÄMÄDOÕLU 
61 
 
 
 
 
 
Qara qoç 
Mähällänin iyirmi yaşlı  oğlanları, qızları gözlärini 
dünyaya açan gündän bäri elä bu kişini doqqazın 
qabağında oturub süd, qatıq, bäzän dä kärä yağı 
satan görmüşdülär. Satdığı saf mal idi, qazancı ha-
lal idi. Bir dä kişi köhnä qayda ilä alver eläyirdi. Sä-
här bazarının bir qiymäti, günortasının bir haqqı var 
idi. Axşam bazarı da ki, axşam bazarı idi. Bu günün 
ağartısını sabaha qoymurdu qalsın. Günün axırını 
qiymäti aşağı salıb, malını xırıd eläyir, älini boşaldır-
dı. Ancaq bu kişi bircä inäyini (cins mal idi) äzab-
äziyyätlä saxlayırdı. Kolxozdan bir maşın nädi, bir 
ovuc da yem ala bilmirdi. Jmıx, kombikorm zad 
cins inäyin yuxusuna da girmirdi. Heyvanın yaz, 
yay, payız başı yemi poçt yolunun qırağında çıxan 
qarışıq ot idi. Qış yemi dä elä bu ot idi. Bu yerlärdä 
naxırın säsi dä, kökü dä käsilmişdi. Kişi pişpişä çıx-
mamış älinä käränti alıb gedib yolun här iki qırağın-
dakı otu biçib ipä yığıb häyätinä gätirirdi. Öz belinä 
yükläyib. Yaxşıdı ki, sonsuz arvadının üstünä aldığı 
ikinci arvadı iki oğul doğmuşdu. Son iki ili inäyi yo-
lun qırağında böyük oğlu otarırdı. Heyvanı başlı ba-


Gürzəçöl yazıları 
62 
şına buraxa bilmirdi kişi. Çünkü yolun bir qırağı 
“Ayud kätämäni” kolxozunun pambığı idi, o birisi 
“Yeni Dırmıx” sovxozunun üzümü. İkisi dä çäpärsiz. 
İnäk pambığa, üzümä girsäydi, kişini ya mähkämä-
yä veräcäkdilär, ya da başqa yolla dolaşdıracaqdı-
lar.  
Kişi dolanışından razı idi. Doğulduğu gündän bu 
günä kimi dilinä än çox gätirdiyi söz “şükür” sözü 
idi. Kişinin ikicä şeydän narazılığı var idi bu dünya-
da. Biri sonsuz arvadı. Ancaq onun üstünä ikinci ar-
vad alıb, iki uşaq äkändän sonra bu narazılığından 
yaxasını qurtarmışdı.  İkinci narazılığı inäkdän idi. 
Çünkü Zoykası dünyaya ancaq buzov gätirirdi. Kişi 
isä dana arzusu ilä yaşayırdı. Odur, buzov, cöngä 
olan kimi mähällädä ya toy olurdu, ya kiminsä ölü-
sü düşürdü. Kişi dä malını xeyirä, şärä satırdı. Bir-
iki däfä istämişdi Zoykanın özünü satıb gedib Rusi-
yadan bir başqa damazlıq cins inäk gätirsin. Ancaq 
fikrinin särfäsizliyini görüb vaz keçmişdi. Çünkü 
Azärbaycan inäklärinin uzaqdan, adla tanınan bir 
dövrünü yaşayırdı yer üzündä. Odur, kişi här axşam 
evinä qayıdıb, hovuzun qırağında oturanda vä birin-
ci arvadı onun ayaqlarını yuyanda otaqdan gälän vä 
körpä oğlunu yatırdan nänninin säsinä qulaq asa-
asa deyirdi: 
– Şükür. Allaha min şükür.  
– Allah deyän dilinä nänäm qurban, a kişi, – de-
yirdi birinci arvadı.  


VAQÌF SÄMÄDOÕLU 
63 
– Uşaq necädi, az? – soruşurdu kişi.  
– Gözünä döndüyüm, balta parçasıdır, ayä, – 
deyirdi birinci arvadı. 
Uşaqları ikinci arvad doğsa da, kişi onları birinci 
arvadına tapşırmışdı. Çünkü birinci arvadını evinä 
qız gätirmişdi, ikinci arvadı isä dul gälmişdi. Odur, 
birincinin qabağında ikinci dillänä bilmirdi. 
Bir däfä ikinci arvad birinci arvada demişdi: 
– A bacı, istäyirsän inäyi män sağım, sän dincini 
al.  
Vä o an ağzının üstündän bir tärs sillä yemişdi.  
– Älin var olsun, – demişdi kişi gendän birinci 
arvadına. 
Vä bu evin bäräkäti, xeyri qurtarmamışdı mähäl-
läyä çalpapaq kişi gälänä qädär. 
– Bizim mähläyä çalpapaq kişi köçüb. Şofer Hü-
sünün evini alıb yurd salıb özünä, – demişdilär kişiyä.  
– Xoş gälän günü olsun, – demişdi kişi. 
– Bir damazlıq inäk dä gätirib özüylä, – demişdilär. 
Vä kişi barmağını dişläyib öz evinä keçmişdi. Pa-
pağını qabağına qoyub, xeyli fikirläşändän sonra 
ayağa qalxıb: 
– Allah ona da, mana da bazar versin, – demişdi 
hovuzun üstä Karvansara gäväsi yuyan yüz üç yaşlı 
anasına. 
– Täki o sänin şäkärinä zähär qatmaya, – demiş-
di anası. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə