Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə12/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   8   9   10   11   12   13   14   15   ...   256

26 

 

                                                                                                                                              



qəbula xeyli gec gəlmişdi. Gizli məlumatda qeyd olunurdu ki, Kamal paşa 

Karaxanla görüşdükdən sonra onunla birlikdə bufetə keçdilər və onlar arasında  

söhbət başlandı. Kamal paşa SSRİ-yə olan dostluğundan və  rəğbətindən  söz  açdı   

və  həmin  dəqiqə  bəyan  etdi  ki,  Türkiyə müstəqilliyinin ildönümü münasibəti 

ilə ona təbrik göndərilməməsindən çox incikdir. Karaxan ona cavab verdi ki, bu, 

doğru deyil. Həmin təbriki teleqraf vasitəsi ilə yoldaş Kalinin göndərib. Kamal 

paşa acıqlı halda bildirdi ki, bu mənə məlumdur, mən onu almışam və cavab da 

vermişəm, lakin mən vasitəçinin araçılığı ilə iş görməyi arzulamıram. Mən nəinki 

Türkiyə  Respublikasının  prezidentiyəm,  eyni  zamanda  türk xalqının 

rəhbəriyəm. O, Karaxandan soruşdu: "Sizdə rəhbər kimdir". Karaxan cavab verdi 

ki, bizim rəhbərimiz yoldaş Stalindir. Kamal paşa soruşdu: onda nə üçün o mənə 

təbrik teleqramı göndərməyib, ondan başqa hamı göndərib. Bununla o göstərmək 

istəyir ki, məni tanımaq istəmir. Karaxan cavab verdi ki, bu həqiqətə uyğun deyil, 

bizdə qəbul olunmayıb ki, yoldaş Stalin təbrik teleqramı göndərsin.  O, əlavə etdi  

ki, oktyabrın 28-də müstəqillik günü münasibəti ilə   Kamal paşanı təbrik etdikdə, 

Stalinin şəxsi salamlarını da ona çatdırıb. Kamal paşa qeyd etdi ki, o, Sovet İttifaqı 

ilə dostluğa böyük əhəmiyyət verir və nə qədər ki, o, yaşayır, bu dostluq mövcud 

olacaqdır, lakin o, dostluğa yalnız bərabər hüquqluların dostluğu kimi riayət edə 

bilər. Atatürk hesab edirdi ki, Stalin ona təbrik teleqramı göndərməli idi, vasitəçi 

yolu ilə danışıqlar işə yalnız ziyan gətirir. Karaxan ona cavab verdi ki, müəyyən 

mənada bu fikir doğrudur. Onun özü Xarici işlər naziri Rüştü Arasla söhbət edən 

zaman bəzən bir-birini başa düşmür, Aras Litvinovla söhbətləşəndə bundan daha 

az bir-birlərini anlayırlar. O, əmindir ki, əgər Kamal paşa şəxsən yoldaş Stalinlə 

görüşsə,   onlar   bir   neçə      dəqiqənin   içində   istisnasız   olaraq   bütün 

məsələlərdə razılığa gələ bilərlər. Sonra söhbət zamanı Kamal paşa ilə Stalinin 

görüşünün təşkil edilməsi barədə fikir mübadiləsi edildi və bu görüşün vacibliyi 

göstərildi. Atatürk söhbət zamanı yenidən bildirdi ki, o, yalnız bərabər hüquqlu 

münasibətlərin tərəfdarıdır, ayrı formada qarşılıqlı  əlaqələrə razı deyildir. "'Mən 

bilirəm, Sizin çox güclü, mexanikləşdirilmiş ordunuz var, lakin mən ondan 

qorxmuram, o, dünyada heç kimdən qorxmuram, o cümlədən sizdən də. Mənim 

arxamda 18 milyonluq xalq dayanır, yetərlidir ki, mən  əmr edim, mən hara 

aparsam, onlar mənim arxamca  gələcəkdir.   Mən   istəsəm  münasibətlərə  böyük  

ziyan   vura bilərəm, mən bunu əlbəttə ki, heç vaxt etmərəm, ona görə ki, mənim 

sözüm də dostluğum kimi müqəddəs və sarsılmazdır" (33). 

A.Rozenqoltsun məlumatına  İ.Stalinin yuxarıda qeyd edilən ironik dərkənarı 

heç  şübhəsiz ki, məlumatda qaldırılan məsələlərlə bağlı idi. 1937-ci ilin 

əvvəllərindən SSRİ-də genişlənən qırmızı terrorun əsas ittihamlarından biri kimi 

pantürkizm çox keçmədi ki, Sovet ideoloji 

  

 

 



 


27 

 

 



 

sistemində siyasi müstəviyə  çıxarıldı. 1937-ci ilin fevral ayının sonlarında işə 

başlayan ÜİK(b)P MK-nın məşhur fevral-mart plenumunda artıq Türkiyənin 

ünvanına açıq ittihamlar səslənməyə başladı. Fevral ayının 28-də plenumda çıxış 

edən Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırov Sovetlər Birliyinin 

türk xalqları yaşayan bölgələrində pantürkizmin güclənməsindən "narahatlığını" 

bildirirdi. O, deyirdi: "Burjua millətçi ünsürlərin əksinqilabi təbliğatında belə bir 

müddəa qırmızı  xətlə keçir ki, SSRİ-də yaşayan  Şərq, türk-tatar xalqları 

Türkiyədən nümunə götürüb onun səviyyəsinə qalxmalıdırlar. Kamalçı Türkiyə 

yeganə müstəqil, azad türk dövləti olduğundan SSRİ-dən ayrılmaq və Türkiyənin 

rəhbərliyi ilə qüdrətli türk-tatar dövləti yaratmaq lazımdır". M.C.Bağırov  əlavə 

edirdi ki, əslində pantürkist və pankamalist əhvali-ruhiyyənin yaradılması ilə bağlı 

bütün işlər SSRİ əleyhinə müharibəyə hazırlaşmaq vəzifəsinə tabe edilib. Belə bir 

əhvali-ruhiyyənin M.C.Bağırov türk emissarları vasitəsi ilə Azərbaycanda, 

Krımda, Tatarıstanda, Özbəkistanda, Dağıstanda və Türkmənistanda 

yaradılmasına cəhd göstərildiyini bildirirdi (34). Heç şübhəsiz ki, Sovet 

rəhbərliyinin, ilk növbədə  İ.Stalinin razılığı olmadan M.C.Bağırov uzun müddət 

SSRİ-nin dostu kimi tanınan Türkiyə haqqında belə bir ittihamı yüksək partiya 

toplantısında müzakirəyə çıxara bilməzdi. 

Əslində, Atatürklə sovet səfiri arasında olan söhbətin təhlili göstərir ki, 

Atatürkün narahatlığı 30-cu illərin ortalarında Avropada vəziyyətin gərginləşməsi 

ilə bağlı idi. Türkiyənin SSRİ ilə pakt bağlamaqdan yayınması dəyişən Avropada 

və eləcə də dünyada daha çox balanslaşdırılmış siyasət yeritməyin zəruriliyindən 

irəli gəlirdi. 1937-ci ilin aprel ayının 25-də Ankaradakı sovet səfiri Karaxan Xarici 

İşlər Komissarlığına Türkiyənin Baş naziri İ.İnönü ilə söhbəti barədə göndərdiyi 

məlumatda Türkiyənin narahatçılığını belə izah edirdi: "Əvvəllər türklər bizim 

müttəfiqimiz olmaq istəyirdilər və buna nail oldular, indi onlar bundan qorxurlar, 

bizim iştirakçı ola biləcəyimiz hər hansı müharibəyə avtomatik olaraq cəlb 

olunmağı arzulamırlar" (35). 1937-ci ilin əvvəilərində baş nazir İsmət paşa Sovet 

səfiri ilə söhbətində açıq  şəkildə bildirmişdi ki, Fransa və Almaniya arasında 

müharibə olacağı  təqdirdə Türkiyə neytral qalacaqdır, lakin Almaniya ilə SSRİ 

arasında müharibə başlanarsa, Türkiyə köhnə  və  dəyişməz dostluğa sadiq 

qalacaqdır (36). Yəni bu o demək idi ki, Almaniya təcavüzünə  məruz qalacağı 

təqdirdə Sovetlər Birliyi Türkiyə tərəfindən müdafiə olunacaqdır. 

1936-cı ildə Atatürkün Böyük Millət Məclisinin açılışındakı çıxışında, 1937-ci 

ilin iyununda Baş nazir İ.İnönünün Məclisdəki bəyanatında Sovet İttifaqı ilə 

dostluğa və  əməkdaşlığa böyük önəm verilirdi. İ.İnönü deyirdi: "Son zamanlar 

Sovetlərlə aramızda bilavasitə soyuqluq olduğunu düşünənlər və fərz edənlər üçün 

bu qədər açıq bir surətdə söyləməm 

  

 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə