Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   17   18   19   20   21   22   23   24   ...   256

45 

 

lamırdı. V.Molotovun qarşılıqlı  yardım haqqındaı  paktı imzalamaqdan imtina 



etməsi bunun açıq təzahürü idi (18). 

V.Molotov tərəfindən məsələnin qoyuluşu Ş.Saracoğlunu təmin etmədi və ona 

görə  də o, əlavə sualla müraciət etdi: əgər Almaniya, yaxud İtaliya Türkiyənin 

qapılarına gəlib çatsa, Sovet İttifaqı Türkiyəyə münasibətdə hansı mövqedə 

dayanacaq? Biz fikirləşirik ki, SSRİ bu məsələyə etinasız deyildir. V.Molotov 

bunu təsdiq etsə  də, Türkiyəyə qarşı real təhlükənin olmadığını bildirdi. 

Ş.Saracoğlu isə Türkiyənin Almaniya və  İtaliyanın səmimiliyinə  şübhə etdiyini 

ortaya qoydu. Hətta Ş.Saracoğlu nəzəri cəhətdən belə bir ehtimal irəli sürdü ki, bu 

gün olmasa da, sabah İngiltərə və Fransanın Türkiyəyə hücum etməsi mümkündür. 

Bizim pakt heç kimə qarşı yönəlməyəcək, eyni zamanda ümumi xarakter 

daşıyacaq və onda Sovet İttifaqı və Türkiyə gözlənilməz hadisələrə qarşı təminatlı 

olacaqlar (19). 

Ş.Saracoğlunun fikrinin əksinə olaraq V.Molotov belə hesab edirdi ki, 

Türkiyə-İngiltərə - Fransa paktı Türkiyənin üzərinə çox böyük öhdəliklər qoyur. 

Pakta görə, Türkiyə Rumıniyaya və Yunanıstana münasibətdə  məsuliyyət 

daşımalıdır. Bütün bu məsələləri ancaq Türkiyə  həll etməlidir,  əgər Türkiyə 

İngiltərə-Türkiyə paktından geri çəkilməyi özü üçün mümkün hesab etmirsə, onda 

biz Saracoğlunun Ankarada bizim səfirə izah etdiyi qaydada razılığa gələ bilərik. 

Burada söhbət ingilis-fransız-türk paktına elə bir "Sovet düzəlişi"ndən gedirdi ki, 

həmin düzəlişə görə  İngiltərə  və Fransa SSRİ-yə qarşı  çıxardılarsa, Türkiyənin 

həmin pakta uyğun olaraq üzərinə götürdüyü öhdəliklər qüvvədən düşmüş hesab 

olunurdu. 

V.Molotovla  Ş.Saracoğlunun mübahisəsinin bu məqamında  İ.Stalin 

müzakirələrə qoşuldu. O, qeyd etdi ki, türklər məndən soruşmadılar,  əgər onlar 

məndən soruşsaydılar, mən onlara məsləhət görərdim ki, İngilis-Türk və Fransa-

Türk paktını bağlamağa razılaşmasınlar. Əlbəttə, böyük donanması olan dövlətlər 

kimi  İngiltərə  və Fransa Türkiyəyə lazımdırlar. Türkiyə Aralıq dənizi dövləti 

hesab olunur. İngiltərə və Fransanın Aralıq dənizi və Egey dənizində türklərə verə 

biləcəyi  şeyləri, ilk növbədə adaları, indi SSRİ ona verə bilməz. Ona görə  mən 

türklərin bir tərəfdən Ingiltərə  və Fransa, digər tərəfdən  İtaliya arasındakı 

ziddiyyətlərdən istifadə edib bunun müqabilində Aralıq dənizində türklərə  nə 

lazımsa onu əldə etmələrini, Dodekanezdə öz maraqlarının müdafiəsinə yönəlmiş 

niyyətlərini tamamilə başa düşürəm. Bu, doğrudur. Ancaq bu metodlarla adaları 

almaq olar. Bu bəndə  qədər Türkiyə uduşlu vəziyyətdədir. Sonra isə  ağırlaşma 

gedir. Balkanlara gəldikdə, burada Yunanıstan və Rumıniyanı da Türkiyənin 

yedəyinə bağlayıblar. Burada Türkiyə əksinə olaraq ingilis və fransızlara daha çox 

verməlidir. Mən fikirləşirəm ki, bizimlə Türkiyə arasında olan anlaşılmazlıq 

Türkiyənin Balkanlara görə, xususilə Bolqarıstana görə öz üzərinə götürdüyü ağır 

öhdəliklərlə  

 

 



 


46 

 

bağlıdır. İngilislərin verdiyi maddi yardım və kreditlər Türkiyənin ordu çıxarması 



müqabilində çox azdır. Türkiyənin düşdüyü, ehtiyatlandığı  vəziyyət indi bütün 

qitəni bürüməkdədir. Bolqarıstan baş qaldırarsa, macarlar rumınlara basqın edərsə, 

İtaliya Yunanıstana hücum edərsə, türklər müharibəyə sürüklənməlidir. Yaxud 

Bessarabiyaya görə, SSRİ-nin Rumıniya ilə münasibətləri ağırlaşarsa - biz 

rumınlara hücum etməyi düşünmürük, ancaq Bessarabiyanı da bağışlamayacağıq - 

yenə münaqişə. Mənə belə  gəlir ki, Rumıniya da Polşa kimi çox torpaq 

qamarlayıb. Kim ki, qarşılıqlı      yardımla Rumıniya ilə möhkəm bağlanırsa, o 

qılıncı daim hazır saxlamalıdır. Bu, Türkiyə üçün əlverişli deyildir. 

İ.Stalin qeyd etdi ki, bu bizi narahat edən məsələlərin yalnız bir hissəsidir. 

Daha digər qrup məsələlər vardır ki, onlar bizi çətin vəziyyətə salır. Hadisələrin öz 

məntiqi var, biz bir şey danışırıq, hadisələr isə digər yolla gedir. Biz Almaniya ilə 

Polşanı bölüşdürdük, İngiltərə və Fransa bizə müharibə elan etmədi, lakin bu ola 

bilərdi. Biz almanlarla qarşılıqlı    yardım haqqında pakt bağlamamışıq, lakin 

İngiltərə  və Fransa bizə müharibə elan etsəydi, biz onlarla vuruşmalı olacaqdıq. 

Onda bu müqavilə necə görünəcəkdi. Bax, hadisələrin məntiqi burada hiss olunur

yeniliyi bununla bağlıdır. 

İ.Stalin  əlavə etdi: "Cənab Saracoğlu cavab verə bilər ki, bu halda bizim 

müvafiq düzəlişimiz var, ya Türkiyənin öhdəlikləri öz fəaliyyətini dayandırır, ya 

da Türkiyə neytral qalır. Onda biz də düzəliş  əlavə etməliyik ki, əgər Türkiyə 

münaqişəyə  cəlb olunsa, bizim pakt öz qüvvəsini itirir. Biz Almaniyaya qarşı 

çıxmayacağıq. Onda paktdan nə qalır? Heç nə. Türklərlə biz pakt bağlamaq 

istəyirikmi?  İstəyirik. Biz Türkiyənin dostuyuqmu? Bəli. Lakin mənim haqqında 

danışdığım elə bir şərait vardır ki, paktı kağız parçasına çevirir. Türkiyə ilə pakt 

bağlanması üçün yaranmış bu əlverişsiz  şəraitə görə, işlərin belə  vəziyyət 

almasına görə kim günahkardır? Heç kim. Şərait, hadisələrin inkişafı. Polşa 

hadisəsi öz rolunu oynadı. İngilislər və fransızlar, xüsusilə ingilislər bizimlə saziş 

istəmirdilər, hesab edirdilər bizsiz də keçinə bilərlər". 1939-cu ilin 1 oktyabrında 

Ş.Saracoğlu ilə bu görüşdə  İ.Stalin ilk dəfə olaraq etiraf etdi ki, "Əgər bu 

məsələlərdə günahkar şəxs varsa, biz də  həmçinin günahkarıq, bütün bunları 

qabaqcadan görə bilmədik" (20). 

İ.Stalin geniş izahatını bitirdikdən sonra Ş.Saracoğlu  İsmət  İnönünün bir 

tapşırığını da ona çatdırdı. Ş.Saracoğlu dedi: İ.İnönü ona tapşırıb ki, əgər bu səfər 

zamanı Stalinlə görüşmək mənə qismət olsa Sizə çatdırım ki, Sovet İttifaqına 

səfəri və Sizinlə görüş zamanı ona göstərilən böyük diqqəti unudulmaz hisslər və 

xoş  təəssüratlar kimi hələ  də öz xatirində saxlayır (Burada söhbət 1932-ci ildə 

İsmət paşanın hökumət başçısı kimi SSRİ-yə səfərindən gedirdi - C.H.). İ.Stalin öz 

növbəsində belə xoş xatirələrə görə  İsmət paşaya təşəkkürünün bildirilməsini 

xahiş etdi. 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə