Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə18/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   14   15   16   17   18   19   20   21   ...   256

38 

 

lazımdır. Almaniya səfiri Papenlə bağlı  məsələyə toxunaraq R.Saydam dedi ki, 



onun missiyasının başlıca məqsədi Türkiyənin  İngiltərə  və SSRİ ilə 

yaxınlaşmasına mane olmaqdır və Türkiyə hökuməti bu barədə məlumatlıdır. Baş 

nazir bildirdi ki, Papen Birinci Dünya müharibəsi dövründə qurduğu köhnə 

əlaqələrə arxalanaraq bu niyyətini həyata keçirmək istəyir, lakin Papenin bu 

niyyəti uğur qazanmayacaqdır (67). 

Bütün bunlara baxmayaraq, aprel-may aylarında Ankarada başlanan Türkiyə-

Sovet danışıqları 1939-cu ilin payızında Moskvada davam etdirilsə  də elə bir 

nəticə vermədi. Belə ki, 1939-cu ilin avqust ayının 23-də artıq hücum etməmək 

haqqında Sovet-Almaniya müqaviləsi imzalanmışdı  və bununla da Sovet İttifaqı 

özünün xarici siyasətdə əsas kursunu müəyyən etmişdi. Hücum etməmək haqqında 

Sovet-Alman müqaviləsinin bağlanması Avropada güclənən təcavüzkar  əleyhinə 

geniş  cəbhə yaradılmasına bəslənilən ümidləri boşa çıxartmaqla yanaşı, Türkiyə 

tərəfindən də  həyəcanla qarşılandı. Türk tarixçilərindən Ahmet Şükrü Esmer və 

Oral Sanderin dediyi kimi, "Türkiyə ilə Sovet İttifaqının yolları ayrıldı" (68). 

Beləliklə də, SSRİ ilə Almaniya arasında məlum 23 avqust müqaviləsinin və ona 

əlavə olan gizli protokolların imzalanması ilə dünya böyük müharibənin bir 

addımlığında dayanmalı oldu. 

  



39 

 

II FƏSİL 



Dünya müharibəsinin birinci mərhələsində 

Sovet-Türkiyə münasibətlərinin əsas istiqamətləri 

 

Sovet  İttifaqı ilə Almaniya arasında hücum etməmək haqqında 23 avqust 



1939-cu il müqaviləsinin bağlanması  İkinci Dünya müharibəsinə hazırlığın 

sonuncu hadisəsi oldu. "Yeni sabah" qəzeti 28 avqust tarixli sayında Sovet-Alman 

müqaviləsi ilə bağlı qeyd edirdi ki, baş verən hadisə  nəticəsində sülh cəbhəsi 

Sovet İttifaqının köməyinə ümidini itirdi. Əgər Rusiya sülh cəbhəsinə qoşulsaydı, 

ola bilsin ki, müharibə olmazdı. Lakin indi müharibə  təhlükəsi güclü şəkildə 

artmaqdadır. "Yeni sabah"ın ehtimalı düz çıxdı. Bu müqavilənin məntiqi davamı 

olaraq sentyabrın 1-də Almaniya Polşaya müharibə elan etdi. İki gün sonra 

sentyabrın 3-də İngiltərə və Fransanın Polşa ilə olan müqavilə öhdəliklərinə uyğun 

olaraq Almaniyaya müharibə elan etmələri dünyada yeni hərbi, siyasi, diplomatik 

vəziyyətin yaranması ilə nəticələndi. İkinci Dünya müharibəsi başlandı. 

Bu dövrdə Türkiyənin xarici siyasətinin çıxış nöqtəsini ölkəni müharibədən, 

hərbi  əməliyyatlardan kənar saxlamaq, təcavüzün dəf edilməsi üçün etibarlı 

müdafiə sistemi qurmaq və bu sistemi beynəlxalq müqavilələr bağlamaq yolu ilə 

möhkəmləndirmək təşkil edirdi. Polşadakı hadisələri Türkiyə diqqətlə izləyirdi. 

Polşa təslim olduqdan sonra səfir Cemal Hüsnü Taray başda olmaqla Varşavadakı 

Türkiyə diplomatik korpusu Polşa hökuməti ilə birlikdə ölkəni tərk etmiş  və 

Buxarestə gəlmişdi. Bir müddət Rumıniyada qaldıqdan sonra Türkiyə diplomatik 

heyəti Polşa hökuməti ilə birlikdə Fransaya getmiş, Fransa təslim olduqdan sonra 

Ankaraya dönməli olmuşdu. C.H.Taray Türkiyənin tanınmış diplomatlarından idi. 

1930-1936-cı illərdə  İsveçrədə  səfir işlədiyi zaman o, eyni zamanda Türkiyəni 

Millətlər Cəmiyyətində təmsil etmişdi (1). 

Polşanın təslim olması ilə bağlı tanınmış türk jurnalisti Hüseyn Cahid Yalçın 

"Yeni sabah" qəzetin 23 sentyabr 1939-cu il tarixli sayında yazırdı ki, Polşa 

dövləti rusların müdaxiləsi nəticəsində çökdü. H.C.Yalçın Türkiyənin ən tanınmış 

jurnalistlərindən biri olduğundan Sovet səfiri S.Vinoqradov Xarici İşlər 

Komissarlığının mətbuat  şöbəsinin müdiri Palqunova və Yaxın  Şərq  şöbəsinin 

müdiri Novikova göndərdiyi hesabatda qeyd edirdi ki, Yalçının fikri ilə Türkiyə 

Respublikasının prezidenti özü belə hesablaşır (2). Müharibə başlandıqdan sonra 

"Ulus" qəzetindəki yazılarında Ahmet Şükrü Esmer belə bir ideyanı təbliğ edirdi 

ki, SSRİ-nin siyasəti düzgün deyildir, müharibə  məhz Sovetlərin günahı 

ucbatından başlanmışdır. Uzun müddət, 1939-cu ilin payızına qədər SSRİ-nin 

xeyrinə 


 


40 

 

yazılar verən "Tan" qəzeti də Sovet-Alman müqaviləsindən sonra antisovet 



düşərgəyə keçdi və Sovet İttifaqının Almaniya ilə imzaladığı paktla müharibənin 

başlanmasında başlıca rol oynadığını  təbliğ etməyə başladı. "Tan"ın yazıları o 

qədər sərt mövqedən yazılırdı ki, “Правда” qəzeti "Ankarada bazardır, bazarda isə 

"Tan" qəzeti" məqaləsi ilə ona cavab verməli olmuşdu. 'Tan"ın redaktoru 

Zekeriyye Sertel əvvəl SSRİ-yə  rəğbət bəsləyən qəzetçilərdən sayılsa da, 

müharibə başlayandan sonra ilk redaktorlardan idi ki, Sovetlərin xarici siyasətini 

imperialist siyasət adlandırmışdı. Türkiyədə  çıxan nüfuzlu "Vakıt" qəzetinin də 

mövqeyi belə idi. Asım Us "Vakıf' dakı yazılarında qəti şəkildə təsdiq edirdi ki, 

SSRİ hazırda Avropada baş verən müharibənin  əsas günahkarıdır. O belə hesab 

edirdi ki, SSRİ Boğazları tutmaq istəyir və əlavə edirdi ki, Türkiyə buna heç vaxt 

yol verməz. Sovet səfirliyinin məlumatında göstərilirdi ki, bütövlükdə İstanbul və 

Ankarada 42 gündəlik qəzet və 169 jurnal nəşr olunur. Müharibə başlandıqdan 

sonra onların  əksəriyyəti SSRİ-ni bu müharibədə  əsas günahkarlardan biri kimi 

damğalayırdı (3). 

İkinci Dünya müharibəsi başlandıqdan sonra SSRİ-nin 1939-cu ilin 

sentyabrında Polşaya hərbi müdaxiləsi, Qərbi Ukrayna və Qərbi Belorusiyanı işğal 

etməsi, Rumıniyaya qarşı ərazi iddiaları irəli sürməsi, Balkanlarda hərbi və siyasi 

cəhətdən fəallaşması Türkiyənin diqqətindən kənarda qala bilməzdi. Ölkə 

prezidenti İ.İnönü dünya müharibəsinin başlanmasından az sonra Türkiyə Böyük 

Millət Məclisindəki çıxışında deyirdi: "Avropa böhranı sülhü qorumağa yönəlmiş 

mübarizənin zaman-zaman ümidverici səhifələrindən sonra büsbütün alovlanmış 

və  nəhayət, hərb faciəsinin partlaması meydana gəlmişdir. Sizin səmimi 

hissiyyətinizə də tərcüman olduğuma əmin olaraq bu vəziyyətdən dərin iztirab və 

hüzn duyduğumuzu deməyə bilmərəm. Cümhuriyyət hökuməti bütün bu dövrlərdə 

sülhə xidmət etmək və öz təhlükəsizliyini təmin etmək üçün mübarizəsini  əsas 

vəzifə kimi həyata keçirmişdir" (4). 

Müharibə astanasında imzalanmış Sovet-Alman müqaviləsi Türkiyə siyasi 

dairələrində böyük həyəcana səbəb olsa da, Türkiyə hökuməti Sovetlərə 

münasibətdə  əvvəlki  əlaqələri saxlamaqda və daha da dərinləşdirməkdə maraqlı 

idi. 1939-cu ilin may-iyun aylarında Türkiyənin  İngiltərə  və Fransa ilə ikitərəfli 

bəyannamələr imzalaması, müharibənin ilk günlərində Böyük Britaniyanın 

Türkiyənin  ərazi bütövlüyünə  təminat verməsi yalnız siyasi dairələrdə deyil

ictimai fikirdə də müsbət qarşılanmışdı. Lakin Türkiyə prezidenti İ.İnönü belə bir 

təminatı SSRİ-dən də almaq istəyirdi (5). Bunu Türkiyənin Sovet İttifaqı ilə 

qarşılıqlı  yardım haqqındaı    ikitərəfli pakt bağlamaq cəhdləri də  təsdiq edir. 

Sovet-Türkiyə münasibətlərinin çox tanınmış araşdırıcısı B.M.Potsxveriya 

Sovetlərin dağılmasından sonra bu dövrün hadisələrini təhlil edib haqlı olaraq belə 

qənaətə gəlir ki, Türkiyə hökuməti bir tərəfdən İngiltərə və 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə