Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə16/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   12   13   14   15   16   17   18   19   ...   256

34 

 

və mənəvi yardım göstərməklə bizi müdafiə etmişdir. Ancaq Siz və İngiltərə bizə 



təmənnasız maddi sə siyasi yardım göstərən ölkələrdənsiniz" (57). 

Göründüyü kimi, bütün bunlar hamısı C.Bayarın Baş nazir olduğu dövrə 

təsadüf edir və Sovet İttifaqına münasibətdə C.Bayarın siyasəti 30-cu illərin 

ortalarından başlayaraq həyata keçirilən balanslaşdırma siyasətinin bilavasitə 

davamı idi. Konsulluqların qarşılıqlı  şəkildə  məhdudlaşdırılması haqqında SSRİ 

ilə Türkiyə arasında 1938-ci ilin fevralında imzalanan sazişə  gəldikdə isə qeyd 

etmək lazımdır ki, bu tək Türkiyədən deyil, həm də Sovetlər Birliyindən asılı olan 

proses idi. Bu sazişə görə Türkiyə Odessada, Bakıda, Yerevanda və Leninakanda, 

SSRİ isə İzmir və Qarsda öz konsulluqlarını bağladılar. Qarşılıqlı razılıq əsasında 

İstanbulda Sovet, Batumda isə Türkiyə konsulluğları saxlanıldı (58). 

Nəzərə almaq lazımdır ki, Ərzurumda, Trabzonda, Samsunda, Sankamışda, 

Rizedə, Artvində  və Beyazitdə olan Sovet konsulluq və Baş konsulluq idarələri 

daha öncə bağlanmışdı. 

1938-ci ilin 10 noyabrında Atatürkün vəfatı Sovet-Türkiyə münasibətlərində 

başlanmış soyuqlaşmanı daha də  dərinləşdirdi. Türkiyə xarici siyasətində 

balanslaşdırma siyasəti 1936-cı il Montrö konfransından başladığına baxmayaraq, 

Atatürkün vəfatından sonra bir növ Sovetlər Türkiyə xarici siyasətini təftiş etmək 

üçün  əlavə  dəlillər  əldə etdi. Bununla belə, Türkiyə ilə münasibətlər üzrə SSRİ 

Xarici  İşlər Komissarlığının baş  məsləhətçilərindən olan A.F.Miller Atatürkün 

vəfatı ilə baglı yazırdı: "Öz ölkəsini və öz xalqını sevən, onun bütün dərdlərini 

duyan, geniş siyasi düşüncəyə və böyük iradəyə malik olan Kamal Atatürk vəfat 

etdi. O, Türkiyə üçün SSRİ ilə dostluğun həlledici  əhəmiyyətini anlayırdı  və 

böhranlı anlarda Türkiyə xarici siyasətinin sükanını  ağır dönüşlərdən saxlamağa 

qadir olan xadim idi" (59). 

Atatürkün vəfatından sonra İsmət İnönü 11 noyabr 1938-ci ildə Türkiyə Böyük 

Millət Məclisində ölkənin ikinci prezidenti seçildi. Türkiyə siyasi ənənələrinə 

uyğun olaraq Baş nazir C.Bayar istefa ərizəsini prezidentə təqdim etsə də, İsmət 

paşa "birgə çalışacağıq" deyə yeni hökumət kabinetinin qurulmasını C.Bayara 

tapşırdı. Lakin xarici işlər naziri R.Aras və daxili işlər naziri Ş.Kaya yeni hökumət 

kabinetində yer almadılar. 1938-ci ilin noyabrından başlayaraq Türkiyənin xarici 

siyasət idarəsinə  Şükrü Saracoğlu rəhbərlik etməyə başladı. 1939-cu ilin 

yanvarında Baş nazir C.Bayar da istefaya getməli oldu. Ankaradakı sovet səfirliyi 

SSRİ Xarici İşlər Komissarlığına göndərdiyi gizli məlumatda C.Bayarın Baş nazir 

vəzifəsindən götürülməsini onunla İsmət  İnönü arasında düşmənçilik münasibəti 

ilə  əlaqələndirirdi. Səfirliyin məlumatında deyilirdi: Baş nazir vəzifəsindən 

getməyin formal səbəbi aviasiya fırıldağı, "İmpeks" və "Dənizbank" işi ilə 

bağlıdır. Türk ictimaiyyəti Bayarın Baş nazir, ona qədər isə iqtisadiyyat naziri 

vəzifəsində olduğu 

 

 



35 

 

 



dövrdə    müəssisələrdə  sui-istifadə  hallarının  artdığını    qeyd    edərək  onu 

milyonları ələ keçirmiş natəmiz, çirkin möhtəkir kimi qəbul edir. 

İstefanın səbəbi onunla bağlıdır ki, İsmət ona qarşı mübarizə aparan və onu 

gözü götürməyən Bayara dözə bilmədi.  Əslində, Bayar İsmət  əleyhinə  Şükrü 

Kaya, Aras və digərlərinin daxil olduğu qrupun ideoloqudur (60). 

Bayarın istefasından sonra 1939-cu ilin yanvar ayında doktor Refik Saydam 

Baş nazir təyin edildi. O, 1942-ci ilin iyulunda vəfatma qədər Türkiyə Nazirlər 

Kabinetinə başçılıq etdi (61). 

İ.İnönünün və  Ş.Saracoğlunun gəlişi ilə Türkiyə xarici siyasətində yeni bir 

mərhələ başladı. Lakin bu, şəxslər üzərində qurulan dəyişmə deyildi. Bu dəyişən 

zamana uyğun olaraq əsası Atatürk tərəfindən qoyulmuş geniş  təhlükəsizlik 

sisteminin təmin edilməsinə yönəlmiş xarici siyasət doktrinası  idi.  Bu  mərhələni 

şərtləndirən ən mühüm amil Almaniya-İtaliya ittifaqının daha da möhkəmlənməsi 

və onların Cənub-Şərqi Avropaya, xüsusilə Balkanlara açıq iddialar irəli sürməsi 

ilə bağlı idi. İtaliyanın 1939-cu ilin aprelində Albaniyanı  işğal etməsi Türkiyəni 

ciddi  şəkildə düşünməyə vadar etdi. İngiltərə  və Fransanın aprelin ortalarında 

Yunanıstana və Rumıniyaya təminat verməsi və bu təminatın Türkiyəyə də aid ola 

biləcəyini elan etmələri Türkiyə  uğrunda mübarizənin başlandığından xəbər 

verirdi. Almaniyanın çox mühüm dövlət adamı olan Frans fon Papenin Ankaraya 

səfir təyin edilməsi bu mübarizənin tərkib hissəsi idi. Səfir kimi fəaliyyətə 

başlayan fon Papen türk-ingilis yaxınlaşmasını önləmək üçün Ş.Saracoğluna 

Almaniyanın Türkiyəyə hər cür təminatlar verməyə hazır olduğunu, əvəzində isə 

Türkiyədən bitərəfliyindən başqa bir şey istəmədiyini, yalnız iqtisadi əlaqələri 

davam etdirməkdə maraqlı olduğunu açıqladı. Lakin Türkiyə Almaniya ilə 

əməkdaşlığa getmədi. Bunun əksinə olaraq Türkiyə ilə  İngiltərə arasıında aprel 

ayının 15-də başlayan danışıqlar 1939-cu ilin 12 mayında qarşılıqlı yardım 

haqqında ingilis-türk sazişinin bağlanması ilə  nəticələndi. Hatay problemi 

tənzimləndiyindən 1939-cu ilin 23 iyununda Fransa ilə Türkiyə arasında da belə 

bir saziş imzalandı. 

Qeyd etmək lazımdır ki, 1939-cu ilin aprel ayının ortalarından başlayaraq 

Sovet İttifaqı ilə İngiltərə və Fransa arasında hərbi ittifaq bağlamaq haqqında da 

danışıqlar gedirdi. Bu danışıqlarda Türkiyə xüsusi yer tuturdu. 1939-cu ilin may 

ayında SSRİ Xarici İşlər Komissarlığında İngiltərə və Fransaya münasibətdə sərt 

kursun tərəfdarı olan V.Molotovun əməkdaşlığa meylli olan M.Litvinovu əvəz 

etməsi sovet-alman əməkdaşlığı  üçün əlverişli  şərait yaratdı. Belə ki, həmin 

danışıqlar davam etdiyi zaman Sovet hökuməti bir tərəfdən, İngiltərə və Fransanın 

maraqlarına qarşı yönəlmiş Almaniya ilə sazişin imkanlarını öyrənir, digər 

tərəfdən isə SSRİ xarici işlər komissarının müavini V.P.Potyomkini 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə