Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə17/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   13   14   15   16   17   18   19   20   ...   256

36 

 

qarşılıqlı yardım haqqında Sovet-Türk müqaviləsini müzakirə etmək üçün 



Ankaraya göndərmişdi. 

Xarici işlər komissarı M.Litvinov 1939-cu ilin aprel ayının 21-də Türkiyədə 

SSRİ-nin müvəqqəti işlər vəkili  İ.O.Nikitnikova vasitəsi ilə  Ş.Saracoğluna 

çatdırmışdı ki, təcili əlaqələr yaratmaq məqsədilə SSRİ Xarici İşlər Komissarlığı 

Ş.Saracoğlunun  əvvəlki xahişinə uyğun olaraq Potyomkini Ankaraya göndərir. 

Eyni zamanda az əvvəl Sovet İttifaqı ilə əlaqələrə intensiv xarakter vermək üçün 

Ş.Saracoğlu Batuma gəlib Sovet nümayəndələri ilə görüşməyə hazır olduğunu 

bildirmişdi. Lakin Sovet tərəfi  Ş.Saracoğlunun Moskva səfərinə  qədər Batum 

görüşünü təxirə salmağı  və  zəruri olan məsələləri V.Potyomkinlə Ankarada 

müzakirə etməyi məqsədəuyğun saymışdı (62). 

V.Potyomkin hələ Bolqarıstan xarici işlər naziri ilə danışıqlarda "dost Türkiyə 

hökuməti ilə"  Şərqi Avropa və Balkanlara alman təhlükəsinin artması ilə bağlı 

həyəcanlı vəziyyəti müzakirə etmək barədə ona tapşırıq verildiyini bildirmişdi və 

aprel ayının sonlarında Sofiyadan İstanbula yola düşmüşdü (63). 

Aprel ayının 29-da Potyomkin Ş.Saracoğlu, aprelin 30-da isə  İ.İnönü ilə 

görüşdü. V.Potyomkinin Moskvaya göndərdiyi təcili teleqramdan aydın olur ki, 

İ.İnönü Avropada təcavüzkara qarşı Türkiyə, Balkan Antantası, SSRİ  və 

İngiltərənin eyni mənafeyə malik olduqlarını vurğulayıb. Danışıqlar zamanı 

Türkiyənin prezidenti təcavüzkarın qarşısında ciddi sədd ola biləcək Balkan 

ölkələri birliyinin yaradılmasına böyük əhəmiyyət verdiyini, SSRİ və İngiltərənin 

bu işdə mühüm rol oynaya biləcəyini xüsusi qeyd etmişdi. İ.İnönü bildirmişdi ki, 

Türkiyə gözlənilən İtaliya təcavüzünə qarşı İngiltərə ilə qarşılıqlı yardım haqqında 

saziş bağlamağa hazırdır. Eyni zamanda o, əlavə etmişdi ki, Boğazlara  İtaliya, 

yaxud Almaniya tərəfindən təcavüz olarsa, Türkiyə öz silahlı qüvvələri vasitəsi ilə 

Boğazları müdafiə edəcəkdir. Bu istiqamətdə İ.İnönü İngiltərə və Sovet İttifaqının 

iqtisadi, maliyyə, texniki vasitələr və  hərbi sursatla köməyinə böyük ehtiyac 

olduğunu açıqladı. Hətta  İ.İnönü bildirdi ki, əgər  İtaliya və alman təcavüzü 

Balkanlarda Türkiyənin milli maraqları  və  təhlükəsizliyini təhdid etsə, Türkiyə 

təcavüzkara müqavimət göstərəcəkdir (64). 

May ayının 1-də Ş.Saracoğlu V.Potyomkinlə danışıqlarda onu aprelin 15-də və 

25-də Britaniya səfirinə göndərdiyi məktubların məzmunu ilə tanış etdi. Bu 

məktublarda təcavüzkara qarşı mübarizədə Türkiyə-İngiltərə,  İngiltərə-SSRİ  və 

SSRİ-Türkiyə qarşılıqlı yardım haqqında sazişlərinin mühüm rol oynaya biləcəyi 

göstərilirdi. Sənəddən aydın olurdu ki, təhlükəsizlik sistemini etibarlı etmək üçün 

Türkiyə hökuməti  İngiltərə  və Türkiyənin SSRİ ilə danışıqlarının nəticələrini 

gözləməyi zəruri sayırdı. Bununla belə V.Potyomkin Moskvaya verdiyi 

məlumatda İngiltərə və Türkiyə arasında danışıqların gizli qaldığını yazırdı (65). 

 



37 

 

SSRİ-nin Türkiyədə  səlahiyyətli nümayəndəsi A.V.Terentiyevin Xarici İşlər 



komissarı V.Molotova 10 may 1939-cu il tarixli teleqramından aydın olur ki, 

Sovet  İttifaqı artıq xaricdəki nümayəndələrinə Almaniya diplomatları ilə 

yaxınlaşmaq barədə göstəriş vermişdir. A.Terentiyev V.Molotova yazırdı: Sizin 9 

may 1939-cu il tarixli direktivinizi dəqiqliklə  rəhbər tutaraq Papenlə görüşdüm. 

Səmimi və  nəzakətli keçən söhbət 40-50 dəqiqə davam etdi. Məndə belə bir 

təəssürat yarandı ki, Papen ola bilsin Berlindən gələn direktivə uyğun olaraq Sovet 

İttifaqı nümayəndəsinə loyal münasibət nümayiş etdirmək qərarına gəlib, halbuki 

biz son illər indiki alman səfirinin sələfləri tərəfindən belə bir münasibəti qəti 

şəkildə görməmişdik. Söhbət zamanı Papen iki dəfə bildirdi ki, indi SSRİ ilə 

Almaniya arasında səmimi münasibətlərin olmamasına baxmayaraq, müxtəlif 

ideologiyalar və rejimlər bu dövlətlərin yaxınlaşmasına maneçilik törətməməlidir. 

Papen dedi: "İdeologiyam bir tərəfə qoymaq və Bismark dövrünün dostluğuna 

qayıtmaq lazımdır. Onun fikrincə, SSRİ  və Almaniyanı heç bir ziddiyyət bir-

birindən ayırmırdı" (66). 

1939-cu ilin may ayının 12-də A.Terentiyev SSRİ Xarici İşlər Komissarlığına 

göndərdiyi teleqramda göstərirdi ki, Baş nazir R.Saydam bu gün ingilis-türk 

sazişinin mətnini parlamentdə oxudu və bu barədə geniş  bəyanatla çıxış etdi. O 

bildirdi ki, indiyə qədər Türkiyə hökuməti sülh siyasətinə öz sədaqətini neytrallıq 

prinsiplərini  əsas tutmaqla ifadə edib. Lakin təhlükəli hadisələr Balkanlara 

yayıldığı vaxtdan, Aralıq dənizinin təhlükəsizliyi Türkiyənin milli həyatında 

özünü hiss etdirməyə başladığı andan Türkiyə hökuməti belə bir nəticəyə gəldi ki, 

bundan sonra onun bitərəf qalması mümkün deyildir. Bütün bunlara aydınlıq 

gətirdikdən sonra R.Saydam bildirdi ki, Türkiyə  İngiltərə ilə yanaşı dayanmağa 

qərar verdi. Hökumət  İngiltərə ilə imzalanmış  Bəyannaməni sülh və 

təhlükəsizliyin qorunması, müharibənin başlanması  təhlükəsinin uzaqlaşdırılması 

kimi xarakterizə edirdi. R.Saydam qeyd etdi ki, bu Bəyannamədən və Böyük 

Britaniya ilə Sazişin bağlanması başa çatdıqdan sonra Fransa ilə  də eyni 

məzmunlu danışıqlar başlanacaq. Baş nazir bildirdi ki, bizim böyük qonşumuz və 

dostumuz Sovetlər ilə daha artıq səmimi və yaxın əlaqələrimiz davam etdriləcək. 

Baxışlarımızın və maraqlarımızın eyniliyi bizim qarşımızda açılan  əməkdaşlıq 

yolunun nə qədər aydın olduğunu göstərir. 

Böyük Millət Məclisinin iclasından dərhal sonra R.Saydam SSRİ-nin 

səlahiyyətli nümayəndəsi A.Terentiyevlə görüşdü və V.Potyomkinin bu 

yaxınlarda olan səfərindən Türkiyə hökumət başçılarının məmnun qaldığını  ən 

səmimi sözlərlə ifadə etdi. R.Saydam belə hesab edirdi ki, yaxın vaxtlarda Türkiyə 

ilə SSRİ arasında danışıqlara başlayıb, iki ölkə arasında  faktiki  mövcud  olan  

ittifaqı  hüquqi  cəhətdən  tamamlamaq 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə