Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
83
materiallar və Brayl şriftli kitablardan istifadə imkanları təmin olunacaqdır.
Bakının Nərimanov rayonundakı kor və zəifgörən uşaqlar üçün resrublika
internat məktəbi layihənin yeri kimi müəyyənləşdirilmişdir. Hazırda burada
yenidənqurma işləri aparılır və əlil insanlar layihənin geniş imkanlarından
faydalana biləcəklər.
Fond səhiyyə sahəsində də uğurlu və əhəmiyyətli layihələr həyata keçirir.
Bu baxımdan, "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat
naminə" layihələri xüsusi vurğulanmalıdır. Fondun, Azərbaycan Diabet
Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkilatçılığı ilə
gerçəkləşdirilən bu layihələrlə birgə qaçqın-köçkün uşaqları, uşaq evləri və
internat məktəblərinin şagirdləri üçün "Gülüstan" sarayında yeni il şənlikləri
keçirilmişdir. Habelə "Talassemiyasız həyat naminə" layihəsi uğurla icra
edilmiş, bu layihə çərçivəsində ixtisaslaşdırılmış mərkəz və qan bankı
yaradılmışdır. Belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur,
talassemiyanın müalicəsi və profilaktikası üçun milli proqramlar hazırlanır.
Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyilə 500-dən çox soydaşımıza bu
xəstəliyə görə yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin
nəticəsidir.
2006-cı ildə Talassemiya Mərkəzinin inşasına başlanacaq və bu ağır
xəstəliyə düçar olmuş xəstələrin problemləri Azərbaycanda yaradılacaq
Talassemiya Mərkəzi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən həll
ediləcəkdir. Mehriban xanım Əliyeva deyir: "Tibb işçisi kimi çox gözəl başa
düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb
ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli
adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır.
Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz
reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda,
gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları
vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun
öhdəsindən yolçu gələr". Bu yol xeyirxahlıq, mərhəmət və nəcibliyə aparan
müqəddəs bir yoldur.
Sivilizasiyalararası dialoqun qədim məkanı
Bu gün bütün dünyanın kosmik informasiya əsrinə qədəm qoyması,
informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan fantastik
nailiyyətlərin az qala hər gün həyatımızda hansısa dəyişikliyə gətirib çıxarması
özlüyündə no qədər mütərəqqi meyil sayılsa belə, bu inkişaf milli tarixi-mədəni
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
84
irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Kütləvi mədəniyyət
stereotiplərinin hakim olduğu indiki dövrdə milli ənənələrin qorunub
saxlanılması, ona yüksək qayğı və diqqətin göstərilməsi son dərəcə vacibdir. Bu
gün YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də məhz insanın mənəvi
dünyasının, milli kimliyinin qorunması məsələsidir. Planetimizdə məskunlaşmış
xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs
incilərinin mühafızəsi də ən aktual vəzifəyə çevrilmişdir. Azərbaycanın birinci
xanımı çoxlarının hətta diqqət belə yetirmədiyi bu həssas məqamı özünəməxsus
fəhm və nəcibliklə ön plana çəkir, insanları dünyanın inkişaf axarını düzgün
qiymətləndirməyə çağırır: "Bu gün biz müasir texnika və qloballaşma əsrində
yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki,
əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx
ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar
arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-
qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın
qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuşlaşması, onların
saxta ideallarla əvəz edilməsidir" - deyən Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın yüksək
əxlaqi-mənəvi dəyərlərinin hər bir ailədə qorunmasının tərəfdarı kimi çıxış edir.
YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya
gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu
sahədə fəaliyyəti hələ 10 il əvvələ gedib çıxır. O, hələ 1995-ci ildən
"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi ağır
böhranın girdabına sürüklənmiş milli mədəniyyətimizə yiyə durmuş, ona böyük
qayğı və diqqət göstərmişdir. 1995-ci ildən üzü bəri musiqi təhsili və gələcək
nəslin maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olmuş, ardıcıl
şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin
qorunması işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda
musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə
və gəncin, ələlxüsus, imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili
almasına əlverişli imkan yaradılmışdır.
Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında YUNESKO-
nun "Xoşməramlı səfiri" seçilməsi ilə fondun milli irsin mühafizəsi,
elm və
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
85
mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir.
Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların
yubileylərinin keçirilməsi, habelə "Kitabi-Dədə Qorqud" dastanının 1300
illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs
siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi,
bu siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin
sənədlərin hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana
bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli
sərvəti sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahi və
qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban xanım
Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti
onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz
göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması da fondun
ötənilki uğurları sırasında özünəməxsus yer tutur. Əslində, bütün Azərbaycana
məxsus müğamlarımızın toplandığı alboma ad kimi niyə məhz "Qarabağ
xanəndələri" ideoniminin seçilməsinin arxasında dayanan incə siyasi məqamı
sezməmək mümkün deyildir. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ
xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi
Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir
sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Mehriban Əliyevanın rəhbərliyi
altında "Qarabağ" kitabının çapa hazırlanması Azərbaycanın, Qarabağın tarixi
keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət
daşıyır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun bütün əsərlərinin yenidən çap olunması ilə yanaşı, onların
SD və DVD-də buraxılması layihəsinin həyata keçirilməsi, "Qarabağ
xanəndələri" albomunun ardınca yeni muğam layihələri üzərində işlərin davam
etdirilməsi, Azərbaycan, ümumilikdə ümumtürk musiqi sənətinin əhəmiyyətinə
görə muğamdan əsla geri qalmayan başqa bir qolu, aşıq sənətinə də diqqətin
artırılması, bu sənətin ÜUNESKO-nun qeyri-maddi irs siyahısına salınması
yönündə ortaya qoyulan səylər də YUNESKO ilə əməkdaşlıq çevrəsində
görülən işlərin bir hissəsi kimi nəzərdən keçirilə bilər. 2005-ci il avqustun 24-də
isə YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam
Mərkəzinin təməli qoyulmuşdur. Qısa müddətdən sonra bu mənəviyyat
məbədinin qapıları bütün muğamsevərlərin üzünə açılacaqdır.
Dostları ilə paylaş: |