Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

 
445 
prinsiplərindən, onun təcəssümündən, faktura tərtibatından asılı 
olmayaraq, bir o qədər fəal və tez mənimsəyir. 
Orkestr ifaçılığı təcrübəsində tez-tez təsadüf olunan qeyri-ix-
tiyari mexaniki sürətlənmələri, səslənmənin güclənməsi və zəif-
ləməsi hallarında ləngimələri istisna edən dinamik və temp baş-
lanğıclarının ciddi surətdə uzlaşdırılması  məsələsi məşqlər və 
konsertlər prosesində Niyazini daim narahat edirdi. 
Niyazi ritmik amil probleminə və əsərin əsas quruluş ünsürləri-
nin çatdırılması  məsələsinə  də bu cür diqqətlə yanaşırdı. Kəskin 
ritm duyğusu dirijora səs məkanını vahid ritmik nəfəslə zənginləş-
dirmək və bu yolla əsərin eşidilə bilən konkret arxitektonik müva-
zinət hissini yaratmaq imkanı verirdi. Soltan Hacıbəyovun “Kar-
van” simfonik lövhəsinin, Qara Qarayevin “İldırımlı yollarla” bale-
tindən “Yürüş”epizodunun, xüsusilə Moris Ravelin “Bolero”sunun 
Niyazi tərəfindən ifası bunu təsdiq edən xüsusi nümunələrdir. Ni-
yazinin ifaçılıq üslubu məhz onunla əlamətdardır ki, bu üslubda si-
tayiş müəllif fikri, şəxsi impulsiv və əsl yaradıcı təşəbbüs özünün 
bütün komponentləri ilə üzvi surətdə birləşir. 
Niyazinin incəliklə  tərtib etdiyi çoxsaylı yozumlar dirijorun 
musiqi əsərlərini bütün zənginliyi, dinamik çalarların və rənglə-
rin dəyişkənlikləri ilə yüksək sənətkarlıqla yenidən yaratmaq qa-
biliyyətindən xəbər verir. Niyazi partituranın not sətirlərində 
qeyd olunmuş dinamik müəllif nüanslarının və özünün əlavə et-
diyi replikaların mənalarının “açılması” gedişində izahın  ən 
müxtəlif formalarına müraciət edirdi. Lakin bu zaman üstünlük 
gah havanı özündə cəmləşdirən və onu yazan, bununla belə səs-
lənmənin relyefliliyinə nail olan, gah da işarələrə bənzər “xəsis” 
jestlərin aşkar, əyani dilinə məxsus olurdu. Niyazi çox zaman di-
rijorluğun ifadəli “barmaq” texnikasından istifadə edir, gah hə-
dələyici, işarəedici, əmredici, gah da xırda, qısa, sanki şərti siq-
nalları xatırladan hərəkətlərə müraciət edirdi. 
 
 
 
 
 


 
446
 
VI fəsil 
 
Niyazi və Türkiyə musiqi mədəniyyəti 
 
Niyazinin qastrol həyatı xarici ölkələrə səfərlərin çoxluğu ilə 
əlamətdar olmuş  və Amerika Birləşmiş  Ştatlarından Monqolu-
stana, Hindistana, Çinə  qədər olan geniş coğrafi məkanı  əhatə 
etmişdir. Bir qayda olaraq, Niyazi hər hansı bir ölkəyə daim 
uğurla müşayiət olunan birinci səfərindən sonra həmin ölkəyə 
təkrarən dəvət edilirdi. Lakin Türkiyə Cümhuriyyətinə konsert-
yaradıcılıq fəaliyyəti məqsədilə səfəri Niyazinin digər xarici öl-
kələrdə olan səfərlərindən daha uzunmüddətli olması ilə fərqlə-
nir. Bu ölkədəki konsert fəaliyyəti onun tərcümeyi-halında xüsu-
si yer tutur. Niyazi Türkiyə Cümhuriyyətinə (Respublikasına) 
1963-cü, 1965-ci, 1966-1967-ci illərdə  dəvət edilmiş, 1973-cü 
ildə isə yeni dəvət  əsasında Ankarada 1,5 il çalışmış, burada 
Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Əs-
lində Niyazinin Türkiyə  bəstəkarları  və ifaçıları ilə yaradıcılıq 
əlaqələri onun Türkiyə Cümhuriyyətinə qastrol səfərindən xeyli 
öncə – 1963-cü ildə Bakıda başlanmış və uzun illər ərzində bu 
əlaqələr Azərbaycanda və Rusiya qastrol səfərlərində də davam 
etmişdir. Bu yaradıcılıq əməkdaşlığı xüsusi, geniş elmi-tədqiqat 
əsərinin mövzusudur. Niyazinin müasir Türkiyə musiqi sənətinə 
təsirinin  əhəmiyyətini nəzərə alaraq bu yazının xüsusi bölümü 
həmin mövzuya həsr edilib. 
“Niyazi və Türkiyə musiqi mədəniyyəti”
1
 mövzusu Niyazi-
nin yaradıcılıq fəaliyyətinin bir neçə önəmli cəhətinin diqqətə 
alınmasını tələb edir. Məsələn: 
1. Niyazinin Türkiyədəki fəaliyyətinin düşdüyü tarixi-siyasi 
dönəm və mədəni-ictimai şərait; 2. Repertuarın təşkili və əsərlə-
rin seçilməsində əsas meyarlar; 3. Türk bəstəkarlarının əsərləri-
nin təfsiri məsələsi, ilk səslənişi və Türkiyənin xaricində türk 
                                                 
1
 Ağayeva S. Niyazi və Türkiyə musiqi mədəniyyəti // Musiqi Dünyası. 
№ 2/51, Bakı, 2012, s. 28-32. 


 
447 
musiqisinin təbliği; 4. Türkiyədə Azərbaycan, Qərb və rus bəs-
təkarlarının əsərlərinin ifası; 5. Ankara və İstanbul teatr səhnə-
lərində balet və opera tamaşalarının təfsiri; 6. Niyazinin tamaşa-
larda bədii rəhbər kimi çalışmaları; 7. Xalq musiqisi haqqında 
düşüncələri; 8. Niyazinin Türkiyənin ifaçılıq (vokal, instrumen-
tal, orkestr dirijorluğu) sənətinə təsiri; 9. Türkiyədə maarifçilik 
fəaliyyəti; 10. Niyazinin bu və ya digər yaradıcılıq və insani xü-
susiyyətlərinin təhlili. 
Göründüyü kimi, mövzu çox geniş olduğundan, təqdim edi-
lən yazıda Niyazi yaradıcılığının bu sahəsinin sadəcə bir neçə 
məqamı işıqlandırılıb. 
Niyazinin çağdaş türk musiqiçiləri ilə ilk yaradıcılıq təmas-
ları 1963-cü ildə  Əhməd Adnan Sayqun (1907-1991) və Ülvi 
Cemal Erkinin (1906-1972) Bakıda keçirilən konsertləri ilə baş-
ladı. Burada Ə.A.Sayqunun 3-cü simfoniyası  və Fortepiano 
üçün konserti, Ü.C.Erkinin 2-ci simfoniyası  və Skripka ilə or-
kestr üçün yazdığı konsert Azərbaycan dinləyicilərinə  təqdim 
olundu. 
Bu konsert Ə.A.Sayqun simfoniyasının ilk ifası olduğundan 
həm bəstəkar, həm də bütövlükdə musiqi mədəniyyəti üçün əla-
mətdar bir hadisə idi. Niyazi Sayqunun bu yeni əsərini proqra-
ma salmadan öncə onun partiturasını Azərbaycan bəstəkarı Qa-
ra Qarayevlə (1918-1982) birgə diqqətlə  nəzərdən keçirmiş  və 
türk musiqisinin müasir bəstəkarlıq texnikasına sahib olan ustad 
bir sənətkarı ilə qarşılaşdığına əmin olmuşdu. 
Türk bəstəkarlarının Bakıdakı konsertləri böyük müvəffə-
qiyyətlə keçdi. Bu nailiyyəti A.Sayqun və Ü.Erkin Niyazi ilə 
paylaşdılar və ona öz minnətdarlıqlarını bildirdilər. 
Adətən bir dirijorun səviyyəsinin yüksəkliyini göstərmək 
üçün onun hər hansı  bəstəkarın duygu və düşüncələrini dəqiq 
şəkildə dinləyiciyə çatdırmasından bəhs edilir. Lakin Niyazi 
qeyri-adi bir dirijor olduğu üçün o, çox vaxt ifa etdiyi əsərdə 
bəstəkarın özünün də təxmin etmədiyi dərin məna və gözəlliklə-
ri hiss edib, aşkara çıxararaq dinləyiciyə  təqdim edir, beləcə, 
əsərin müəyyən dərəcədə  həmmüəllifinə çevrilirdi. Niyazi ya-
radıcılığının bu özəlliyi türk bəstəkarlarının öz əsərlərinin yozu-


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə