Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 
440
dir ki, klassika duet quruluşlarında, hind başlanğıcı isə solo vari-
asiyalarında üstünlük təşkil edir. 
Təəssüf ki, baletin musiqisinin əsil simfonikliyi və polifonik-
liyi xoreoqrafiyada kifayət qədər parlaqlıqla açıqlanmamışdır. 
Niyazi musiqisi heç də həmişə özünəmüvafiq xoreoqrafik ekvi-
valentə malik olmamışdır. Buna əmin olmaq üçün “Çitra” baleti-
nin Samara şəhərinin opera və balet teatrının səhnəsində tamaşa-
sının quruluşçu-baletmeysterinin işini xatırlamaq kifayətdir. 
Bu baxımdan “Çitra” baletinin SSRİ Xalq rəssamı M.Abdul-
layev tərəfindən verilmiş  tərtibatı  əhəmiyyətli dərəcədə  fərqlə-
nir. Yüngül konstruksiyalarda və  rəngarəng, gözəl təcəssümdə 
hərəkətli, sürətlə dəyişən dekorasiyalar, habelə geyimlərin incə, 
gözəl rəngləri – bütün bunlar baletin ruhuna son dərəcə uyğun 
gəlirdi. 
1974-cü ildə Niyaziyə “Çitra” baletinin musiqisinə görə Cə-
vahirləl Nehru adına beynəlxalq mükafat verildi. Hindistanın 
musiqi ictimaiyyəti arasında “Çitra” baleti “hind və sovet xalq-
larının dostluğunun poetik rəmzi” adlandırılırdı. 
“Çitra” baleti bənzərsiz Niyazi istedadının daha bir təzahürüdür. 
 
 
 
 


 
441 
 
 
IV fəsil 
 
Fortepiano üçün pyeslər 
 
“...Niyazi Tağızadə-Hacıbəyovun bəstəkarlıq irsində  ən az 
tanınmış  əsərləri piano üçün pyeslərdir. Musiqi ədəbiyyatında 
onun piano əsərləri haqqında məlumat yalnız L.V.Karaqiçevanın 
“Niyazi” kitabında (1959) verilmişdir. Bu məlumata əsasən Ni-
yazinin ilk əsərlərindən olan “Od içində” piano poeması və talış 
mövzusunda silsilə piano pyesləri 1930-cu illərin  əvvəllərində 
yazılmışdır. Təəssüf ki, onlar bizə gəlib çatmamışdır. Lakin Ma-
estronun arxivi üzərində iş aparılarkən əvvəllər adı heç bir yerdə 
çəkilməyən piano üçün digər  əsərlərin  əlyazmaları  aşkar edil-
mişdir. İlk dəfə olaraq adsız pyesin əlyazması ilə pianoçu Rəna 
Rzayeva rastlaşmış, Niyazinin həyat yoldaşı Həcər Tağızadənin 
icazəsi ilə köçürmüş və öz repertuarına daxil etmişdir. 
Həcər xanımın vəfatından sonra Niyazinin mənzilində xatirə 
muzeyi təşkil olundu. Muzeyin əməkdaşları not əlyazmalarını araş-
dırarkən Niyazinin 1929-1950-ci illərdə yazdığı bir sıra piano 
əsərlərinin müəllif  əlyazmalarını, o cümlədən R.Rzayevanın  əv-
vəllər köçürdüyü “Miracle” (ingiliscə) – “Möcüzə” pyesini də aş-
kar etmişlər. XX əsrin birinci yarısında gənc bəstəkarın əsərləri ilə 
tanışlıq faktı özü bir möcüzədir. Bu, Niyazinin çoxşaxəli is-
tedadının yeni cəhətlərini açıb göstərir. 
Piano üçün pyeslər ilk dəfə olaraq Azərbaycan Musiqi Mə-
dəniyyəti Dövlət Muzeyində və həmin muzeyin filiallarından bi-
ri olan Niyazinin ev muzeyində onun 90 illiyinə  həsr olunmuş 
elmi konfransda ifa olunmuşdur.”
1
 
“1. Etüd (“Zarafat”).
 1929-cu il. Əsər Moskva şəhərində
Qnesinlər adına Musiqi pedaqoji texnikumunda təhsil illərində 
bəstələnmişdir.  2.  Skertso. 1929-cu il. Əsər Leninqrad (Sankt-
                                                 
1
 Bayramova A. Ön söz // Niyazi Pyeslər – piano üçün / Tərtibçi-redaktor 
A.Bayramova, – Bakı, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi, 2005. 


 
442
Peterburq)  şəhərində  Mərkəzi Leninqrad Musiqi texnikumunda 
təhsil illərində  bəstələnmişdir.  3.  Prelüd.  1930-cu il. 4. Rəqs. 
Həcər Kafiye həsr olunur. 1934-cü il. 5. “Almaz” kinofilminə 
yazılmış musiqidən fraqmentlər.
 1935-ci il. “Azərfilm” kino-
studiyasının istehsalı. Səsli bədii film. Ssenari müəllifi Əməkdar 
incəsənət xadimi C.Cabbarlı; rejissorlar: A.Quliyev, Q.M.Bra-
qinski; bəstəkarlar: Niyazi, Z.Hacıbəyov; 3 fraqment: I. Andan-
tino;
 II. Moderato; III. Allegretto.  6. “Miracle” (“Möcüzə”). 
1950-ci il. 7. “Çitra” baletindən Çitra və Arcunanın Adajio-
su
. 1961-ci il. Fortepiano üçün müəllif işləməsi. 8Rəng (“Şur” 
muğamında).

1
 
 
 
 
                                                 
1
 Niyazi Pyeslər – piano üçün / Tərtibçi-redaktor A.Bayramova, Bakı, 
Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi, 2005, s. 48. 


 
443 
 
 
Rəqs. Həcər Kafiye hədiyyə. Niyazinin əlyazması  
(Azərbaycan musiqi mədəniyyəti muzeyinin arxivi) və çap 
variantı (Piano üçün pyeslər. B., 2005). 
 
 


 
444
 
 
V fəsil 
 
Niyazinin ifaçılıq üslubunun başlıca xüsusiyyətləri  
 
Niyazinin ifaçılıq üslubunun başlıca xüsusiyyətləri Azərbay-
can bəstəkarlarının  əsərlərinin, o cümlədən Qara Qarayevin 
Azərbaycan simfonizminin ən yaxşı örnəklərindən olan “Leyli 
və  Məcnun” simfonik poemasının partiturasının “yenidən ya-
radılması” prosesində xüsusilə aydın surətdə nəzərə çarpır. 
Qara Qarayevin “Leyli və  Məcnun” simfonik poemasının 
partiturasının Niyazi tərəfindən oxunuşu  əsərin ideya-obraz 
məzmununun və daxili emosional-psixoloji mənasının dərindən 
anlaşılması ilə seçilir. 
Melodik idrakın üstünlüyü, harmonik mühiti və fakturanı 
melodizmlə zənginləşdirmək qabiliyyəti, əsəri müxtəlif sürətlər-
lə, nüanslarla və vurğularla, ayrı-ayrı instrumental səslərin və 
bütövlükdə bütün orkestrin səslənməsinin “rəngarəng” keyfiyyə-
ti ilə ifa etməsi Niyazi yozumunun müəllif fikrinə maksimal də-
rəcədə yaxınlaşmasını  təmin edir. Eyni zamanda dirijorun özü-
nün fərdi ifaçılıq xüsusiyyətlərini ifadə etmək imkanı yaradır. 
Niyazinin nəzərdən keçirdiyi və ifa üçün hazırladığı partitu-
raların səhifələrində etdiyi ifaçılıq qeydləri-remarkaları ciddi şə-
kildə düşünülmüş olması və lakonikliyi ilə fərqlənir. Bu qeydlər 
üç qrupa bölünür: 
1)
 
əsərin formasının müəyyən edilməsinə və planlaşdırılma-
sına dair edilmiş qeydlər – burada, əsərin “anatomik” quruluşu-
na aid olan bölümlər qeyd olunmuşdur
2)
 
əsərin dinamikasına və ifadəliliyinə aid edilən qeydlər; 
3)
 
başlanğıc, qoşulma üçün işarələrlə və yaxud musiqi alət-
ləri ilə bağlı olan hər hansı bir üsulun xüsusi ayrılması üçün edi-
lən texniki remarkalar. Və bu məqamda səciyyəvi hal diqqəti 
cəlb edir: əsər daxili məzmun baxımından nə qədər əhəmiyyətli-
dirsə  və Niyazinin yaradıcı psixikasına nə  qədər yaxındırsa, o, 
həmin əsəri onun ideyasının mürəkkəblik dərəcəsindən, quruluş 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə