Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

 
448
munu ona tamamilə etibar etməsinə səbəb olurdu. Bunu dəfələr-
lə türk bəstəkarları özləri də etiraf edirdi. Məsələn, 3-cü simfo-
niyanın məşqi zamanı Niyazi salonda oturan Sayquna üz tutaraq 
əsərin yozumu haqqında fikrini soruşur. Sayqun isə Niyazinin 
ifasında simfoniyasının düşündüyündən daha yaxşı səsləndiyini 
məmnuniyyətlə qeyd edir.  
Bu konsertin təkrarının Moskva şəhərində bir başqa dirijo-
run iştirakı ilə də keçməsi qabaqcadan planlaşdırılmışdı. Amma 
Türk bəstəkarlarının təkidi ilə bu konserti idarə etmək üçün Ba-
kıdan Niyazi dəvət olundu. Təşkilatçılar A.Sayquna öz simfoni-
yasına özünün dirijorluq etməsini təklif etsələr də, o, Niyazi 
olan yerdə başqa birisinin, hətta müəllif olsa belə, dirijorluq et-
məyinin mümkün olmadığını vurğulamışdı. 
1963-cü ildə Moskva Konservatoriyasının böyük salonunda 
keçirilən konsert türk musiqisinin bayramına çevrildi. Konsert 
birbaşa qrammofon vallarına yazıldı. Bu, Moskvada türk bəstə-
karlarının yaratdığı ilk qrammofon yazıları idi. Salonda toplan-
mış dinləyicilər, Moskvanın  ən tanınmış musiqiçiləri muasir 
türk musiqisini böyük maraqla qarşıladılar. Bu hadisə türk mə-
dəniyyətinin təbliğində və yayılmasında böyük əhəmiyyət kəsb 
etdi. 
Moskvadakı konsertdə dinləyicilər arasında türk şairi, yazı-
çısı və ictimai xadimi Nazim Hikmətin (1902-1963) də olması 
tədbirə xüsusi önəm verirdi. N.Hikmət ilə Niyazi 1960-cı ildə 
Azərbaycan bəstəkarı A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti 
üzərində çalışarkən tanış olmuş və bu, ömür boyu davam edən 
dostluğa çevrilmişdi. Niyazi o günü xatırlarkən yazırdı ki, Na-
zim Hikmət konsertin ilk tənəffüsündə səhnənin arxasına gələ-
rək “Harada mənim “Aslanım”, sualı ilə  məni axtarırdı”
1

N.Hikmət dostu Niyazini və məktəb yoldaşı A.Sayqunu qucaq-
layaraq onları bu müvəffəqiyyətə görə  təbrik etdi. Konsertdən 
sonra Türkiyənin Moskvadakı səfiri Fəhri Qorutürk (illər sonra 
ölkənin prezidenti olmuşdur) Niyazi, Sayqun və Erkinin şərəfi-
                                                 
1
 Ниязи. О народной музыке. “Маэстро Ниязи”. Воспоминания, статьи, 
письма / Составители: Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, с. 239. 


 
449 
nə  qəbul təşkil edərək öz təbriklərini onlara çatdırdı. Həmin 
1963-cü ildə Niyazi böyük konsert proqramı ilə Türkiyəyə də-
vət olundu. 
O dönəmdə Sovet ölkəsi ilə Türkiyə arasında olan münasi-
bətlər bugünkü sıx əlaqələrin gerçəkləşən şəraitindən fərqli, çox 
mürəkkəb idi. Sovetlərin illər boyunca sürən “dəmir qapılar” si-
yasəti, Türkiyədə baş verən hərbi çevriliş  və  hərbi iqtidar iki 
qardaş xalqı – Azərbaycan və Türkiyə xalqlarını biri-birindən 
uzaq salırdı. Amma ölkələr arasında tədricən mülayimləşən mü-
nasibətlər mədəni əlaqələrin də inkişafına yol açırdı. 
Bu münasibətlərin müsbət  şəkildə irəliləməsində Niyazinin də 
bir sənətkar və vətənpərvər Azərbaycan vətəndaşi kimi böyük payı 
var idi. İllər sonra Türk dirijoru Hikmət Şimşək (1924-2001) Ba-
kıda qastrol səfərində olarkən Niyazi haqqında bu sözləri demiş-
dir: “Niyazi Türkiyə və Sovet İttifaqı arasında olan buzları əridə 
bilmişdir. O, öz sənəti ilə ölkələrimiz arasında uzun illər bağlı 
qalan qapıları açmışdır”
1

1925-1930-cu illərdə Parisdə və Avropanın digər mədəniyyət 
mərkəzlərində peşəkar musiqi təhsili almış ilk beş Türkiyə bəs-
təkarı – Rəşid Rey (1904-1985), Fərid Alnar (1906-1978), Ad-
nan Sayqun, Ülvi Cemal Erkin, Necil Akses (1908-1999) 1960-
70-ci illərdə artıq tanınmış musiqiçilər idi. Onların ardından ye-
ni bəstəkarlar nəsli yetişməyə başladı. Bununla yanaşı Türkiyədə 
simfonik əsərlərin ifası üçün yüksək səviyyəli dirijorlara böyük 
ehtiyac var idi. Bu problemə toxunan Türkiyənin musiqi xadimi, 
bəstəkar Bülent Tarcan (1908-1999) öz məqaləsində belə yazır-
dı: “Bizim öz Adnan Sayqunumuz var, lakin təəssüf ki, öz Ni-
yazimiz yoxdur. Opera sənətimizin adından, bütün türk musiqi-
si adından mən Niyaziyə  hədsiz minnətdarlıq duyğularımı bil-
dirmək və belə demək istəyirəm: yaşa, min yaşa, Niyazi!”
2
  
Niyazi Türkiyəyə gələn ilk Sovet dirijoru idi. Türk mədəniy-
yət xadimləri, ictimaiyyət nümayəndələri, hətta sadə Türkiyə və-
                                                 
1
 Həcər xanımın Niyazi haqqında xatirələrindən. Bax: Хаджар ханум Гад-
жибекова. Рассказ о моем муже. “Маэстро Ниязи”. Воспоминания, статьи, 
письма. Составители: Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, с. 38. 
2
 Kərimov S. Həmin əsər. s. 72. 


 
450
təndaşları biləndə ki, Niyazi azərbaycanlıdır, ona qarşı maraq qat-
qat artırdı. Musiqiçilər, tamaşaçılar hər fürsətdən istifadə edərək 
Niyaziyə Azərbaycan haqqında, onun mədəniyyəti,  ədəbiyyatı 
ilə bağlı müxtəlif suallar verirdilər. Niyazi öz geniş biliyi, iste-
dadı və Türk xalqına bəslədiyi səmimi hissləri sayəsində türk ic-
timaiyyətinin dostluğunu və hörmətini qazanmışdı. 
İlk gəlişindən Niyazi geniş  və  zəngin proqramla çıxış etməyə 
çalışırdı. Bu məqsədlə o, dünya klassiklərinin, Azərbaycan və 
türk bəstəkarlarının əsərlərinə müraciət edərək Ankara Cumhur-
başkanlığı simfonik orkestri və Ankara opera və balet teatrının 
solistləri ilə konsert və tamaşalarla çıxış edirdi. Həmin konsert-
lərdə Niyazinin dirijorluğu ilə P.Çaykovskinin Dördüncü simfo-
niyası  və “Romeo və Cülyetta” uvertüra-fantaziyası, N.Borodi-
nin “Knyaz İqor” operasından “Qıpçaq rəqsləri”, H.Venyavski-
nin Skripka və orkestr üçün konserti (solist – orkestrin konsertmey-
steri Oktay Dalaysel), A.Sayqunun Üçüncü simfoniyası və Forte-
piano konserti böyük məharətlə ifa olunmuşdu. 
Bu çıxışlar türk mətbuatında da geniş  işıqlandırılırdı. Adnan 
Sayqun Niyazinin ecazkar sənətindən, bəstəkarın  əsərləri dərk 
edib ustalıqla ifa etməsindən yazaraq aldıqları əsl zövqə görə Ni-
yaziyə səmimi minnətdarlığını və təşəkkürünü bildirirdi. 
Musiqi tənqidçisi Orxan Tanrıqulu Türkiyədə bundan öncə 
P.Çaykovskinin və N.Borodinin əsərlərinin belə müstəsna dərə-
cədə parlaq və canlı səslənməsini eşitmədiklərini, Niyazinin ifa-
sında isə əsl rus musiqisini dinlədiklərini yazmışdı. Niyazi Anka-
ra opera teatrının səhnəsində P.Çaykovskinin “Yevgeni Onegin” 
operasını  və “Yatmış gözəl” baletini yenidən səhnələşdirərək 
yüksək məharətlə tamaşaya goydu. P.İ.Çaykovskinin “Yevgeni 
Onegin” tamaşasında iştirak edən məşhur rumın müğənnisi Teo-
dora Lukaçio yazırdı: “Niyazi öz şəxsində ilhamlı musiqiçini, 
ciddi dramaturqu və tələbkar tamaşa tərtibatçısını təcəssüm etdi-
rən dirijordur. Onun incə ifaçılıq göstərişləri, müfəssəl rejissor-
luq remarkaları, nəticə etibarilə operanın müvəffəqiyyətini mü-
əyyən etmişdir”. 
Niyazinin musiqili teatr sənətində olan böyük təcrübəsi, di-
rijorluqla yanaşı bir rejissor və tamaşaların bədii rəhbəri kimi 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə