Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 
437 
qeyd etdiyimiz bu keyfiyyətlər (ansambl epizodları və reçitativlər) 
əsərdə  çıxış edən obrazların təsvirinə çoxlu fərdi keyfiyyətlər 
əlavə edilməsinə  və dramaturji dinamikanin gücləndirilməsinə 
imkan yaradır.  Əsərdə operanın qrafik açılışı  məqamında  əsas 
kulminasiyanın gücünü azaldan orkestr kulminasiyalarının çoxlu-
ğu da nəzərə çarpır. Lakin bunu da qeyd etmək zəruridir ki, Azər-
baycan poeziyasının klassiki Nizami Gəncəvinin (1141-1209) 
eyniadlı poemasının motivləri  əsasında yazılmış “Xosrov və 
Şirin” operasının librettosunda müəyyən dramaturji qüsurlara 
yol verilmişdir. Həmin dramaturji qüsurlar özünü operanın mu-
siqisində  də büruzə verir. Belə ki, operanın xalq kütlələrinin 
ümumiləşdirilmiş obrazını təmsil edən azsaylı xor epizodları da-
ha çox hərəkətli opera-dramatik planda deyil, statuar-oratorial 
(dayanıqlı-nitqi) planda təqdim edilmişdir. Operanın musiqisin-
də bütün mənəvi və intellektual zənginliyi ilə fərqlənən güclü və 
iradəli Şirin obrazı da tam şəkildə açılmamışdır. 
Lakin yuxarıda qeyd olunduğu kimi, bütövlükdə “Xosrov və 
Şirin” operasının musiqisi xeyli dəyərli cəhətlərə malikdir və xü-
susi diqqətə layiqdir. Şübhəsizdir ki, libretto lazımi səviyyədə də-
yişdirilərsə və onda müvafiq musiqi düzəlişləri edilərsə, “Xosrov 
və  Şirin” operası “ikinci dəfə dünyaya gələr” və M.F.Axundov 
adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının re-
pertuarında layiqli yerini tutar. 
“Çitra” baleti
 Niyazinin digər mühüm musiqili səhnə əsəri-
dir. Bu əsər görkəmli hind yazıçısı Rabindranat Taqorun eyniad-
lı poemasının motivləri əsasında yazılmışdır. 
Niyazi “Çitra” baleti üzərindəki yaradıcılıq işini 1961-ci ildə 
başa çatdırmışdır. Bu balet ilk dəfə olaraq həmin ildə Kuybışev 
(Samara) şəhərinin opera və balet teatrının səhnəsində nümayiş 
etdirilmişdir. “Çitra” baletinin səhnələşdirilməsində  əsərin lib-
retto müəllifi, baletmeyster Rusiya Federasiyasının Əməkdar in-
cəsənət xadimi N.Danilova, rəssam M.Murzin və dirijor S.Ber-
holts iştirak etmişlər. 
1971-ci ildə Niyazi “Çitra” baletinin partiturasına yenidən 
müraciət edərək ona xeyli dəyişiklik etdi. Yeni redaksiyada ba-
letin musiqisi Rabindranat Taqorun poetik əsərinin yüksək hu-


 
438
manist mənasını, onun fəlsəfi müdrikliyini tamaşaçılara, dinləyi-
cilərə daha böyük dərinliklə və emosional qüvvə ilə çatdırır. Ye-
ni müəllif redaksiyasında “Çitra” baletinin premyerası – ilk ta-
maşası 1972-ci ilin aprel ayının 9-da M.F.Axundov adına Azər-
baycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 
oldu.
1
 
“Çitra” baletinin musiqisi geniş simfonik nəfəsliyi ilə fərqlə-
nir. Bu musiqi ritmik zənginliyi, çoxsaylı zərb alətlərindən virtu-
ozcasına istifadə olunması ilə diqqəti cəlb edir. Hind klassik xo-
reoqrafiyası üçün səciyyəvi olan vokal xətti üzvi surətdə baletin 
musiqi tərtibatına daxil olmuşdur. Baletin musiqisində hind xalq 
musiqisinin intonasiyalarından və ritmlərindən yaradıcılıqla isti-
fadə edilmiş, əsərdə simli musiqi alətlərinin tembrləri vasitəsilə 
saranqa, vina və setar kimi hind musiqi alətlərinin səslərinə bən-
zəyən səslənmə təmin olunmuşdur. 
 
                                                 
1
 “Çitra” baletinin qısa məzmunu: Cəsur döyüşçü Arcuna sakit, qalın me-
şəlikdə guşənişin olaraq, nigahdan imtina edərək Varlığın qüdrətinə və sirli-
liyinə dair dərin düşüncələrə dalır. Gənc Arcuna belə hesab edir ki, məhəbbət 
duyğusu keçicidir və nə oyanmış təbiətin təravəti, nə də gözəl, cazibədar qız-
ların atəşin baxışları onu bu qəti fikrindən uzaqlaşdıra bilməz. Hökmdarın oğ-
lan kimi tərbiyə olunmuş yeganə qızı Çitra incəlik və qızlara məxsus məftun 
etmək hisslərindən uzaqdır. Bir dəfə Çitra ov edərkən meşədəki talada yatmış 
Arcunanı görür. Bu gəncin gözəlliyinə məftun olmuş Çitra öz yaxınlarına əmr 
edir ki, onu oyatsınlar. Çitra öz duyğularını gizlətmir, lakin onun sevgi etirafı 
cavabsız qalır. Çitra öz muradına çatmaq üçün məhəbbət tanrısı Madananın 
çarlığına gedir və tanrıya yalvarır ki, ona Arcunanı əsir edə biləcək gözəllik 
bəxş etsin. Madana Çitranın yalvarışlarına müsbət cavab verir və möcüzə baş 
verir. Tezliklə Arcuna meşəlikdə olan çay kənarında Çitranı görür və  qızın 
ilahi gözəlliyinin təsiri altında özünün ciddi imtinasından əl çəkir. Günlər bir-
birini  əvəz edir, kədərli payız gəlir. Üzücü kədər duyğusu Çitranın və 
Arcunanın qəlblərini sıxır. Çitra gənci aldatdığı üçün əziyyət çəkir, Arcuna 
isə sevgilisi ilə mənəvi yaxınlığın yoxluğundan üzülür. Çitra yalanı gerçəyə 
çevirmək qərarına gəlir. O, yenidən tanrı Madanaya müraciət edərək yalvarır 
ki, ona əvvəlki görkəmini qaytarsın. Arcuna Çitranın mənəvi qüdrəti və 
alicənablığı qarşısında baş əyir. Onlar əbədi məhəbbət və sədaqət nişanəsi ki-
mi bir-birinə rəmzi çələng təqdim edirlər. 


 
439 
 
 
“Çitra” baletindən Adajio 
 
“Çitra” baleti inkişaf etmiş leytmotiv sistemi əsasında qurul-
muşdur. Sirayətedici “məhəbbət mövzusu” gah qısa oxumalarla, 
gah da böyük simfonik epizodlarla meydana çıxır. Bu mövzu 
qəhrəmanların ruhi, mənəvi vəziyyətini dəqiqliklə səciyyələndi-
rir, onların qarşılıqlı duyğularının çalarlarını dinləyicilərin, ta-
maşaçıların nəzərinə incəliklə çatdırır. 
“Çitra” baletinin xoreoqrafiyası əsasən klassik rəqs hərəkət-
ləri zəminində həll edilmişdir. Bununla yanaşı, onun tərtibatına 
hind xalq rəqslərinin elementləri də daxil olunmuşdur. Önəmli-


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə