Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 
425 
siqi klassikasının və müasir musiqinin uğurlu əsərləri ilə tanış edil-
məsi idi. Həmin il Niyazi Ümumittifaq müsabiqəsinin laureatı, 
Əməkdar kollektiv Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Döv-
lət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında 
R.Kerer, A.Sarıca kimi məşhur sovet və xarici ölkə musiqiçiləri ilə 
çıxış etmiş, Türkmənistana qastrol səfərinə getmişdi.  
Niyazi 1968-ci ilin oktyabr ayında Azərbaycan bəstəkarlarının 
III qurultayını Üzeyir bəy Hacıbəylinin (“Koroğlu” operasının uver-
türası), S.Hacıbəyovun (Orkestr üçün konsert), A.Məlikovun (“Me-
tamorfozalar” simfonik poeması), H.Xanməmmədovun (Tar ilə or-
kestr üçün 2 №-li konsert), C.Cahangirovun (“Sabir” oratoriyası) 
əsərlərindən ibarət proqramla açmışdı. Burada da dirijorun bəstəkar-
ların üslubunu dərindən başa düşməsi və eyni zamanda müəllifin üs-
lubundan məharətlə  kənara çıxılması ilə  fərqlənirdi. Niyazinin bu 
təfsirini böyük, “ilhamlı improvizasiya” adlandırmışdılar
1
.  
1969-cu ildə böyük bədii hadisəyə çevrilmiş Cənubi Qafqaz 
respublikalarının simfonik orkestrlərinin festivalında Niyazi rəh-
bərlik etdiyi orkestr ilə çıxış etmişdi. Həmin ildə o, abonement 
konsertləri verir, görkəmli ifaçı musiqiçilər ilə – L.Koganla, 
R.Kererlə,  əslən bakılı olan beynəlxalq müsabiqələrin laureatı 
pianoçu Bella Davidoviç ilə və başqaları ilə çıxış etmişdir. 
 
 
 
 
Niyazi və pianoçu Bella Davidoviç  
                                                 
1
 Kərimov S. Niyazi. s. 67. 


 
426
1970-ci ildə Niyazi Bratislavada və Karlovı Varıda, sonra isə 
Azərbaycan Dövlət simfonik orkestri ilə birlikdə Moskva, Ural, 
Krasnoyarsk və Kuzbassda uğurlu konsertlər verdi.  
1971-ci ildə Niyazi çoxdankı arzusunu, özünün “Çitra” bale-
tinin partiturasının yeni redaksiyasını həyata keçirdi, əsərin xo-
reoqrafiya və ssenoqrafiya cəhətdən təzələnmiş şəkildə M.F.Axun-
dov adına Azərbaycan Opera və Balet teatrında tamaşaya 
qoyulmasına özü rəhbərlik etdi, həmin baletdən süitanı ayrıca 
nota aldı. Niyazi digər iri əsərinin, “Rast” simfonik muğamının 
da yeni redaksiyası üzərində işi başa çatdırdı. Həmin ildə Niyazi 
D.Şostakoviçin “Katerina İzmaylova” operasının konsert ver-
siyasını çalmağa hazırlaşır. O, bu əsəri hələ 1963-cü ildə ifa et-
mək niyyətində idi. D.Şostakoviçin həmin ilin dekabr ayının 30-
da Niyaziyə yazdığı çox əlamətdar bir məktub bunu sübut edir. 
Lakin operanın baş partiyalarını ifa edən vokalçıları tapmaqda 
çətinlik çəkdiyinə görə Niyazi bu niyyətini həyata keçirə bil-
mədi. Buna baxmayaraq, D.Şostakoviçin partiturası üzərində iş-
ləmək ona ən yüksək bədii zövq vermişdi. 
Həmin ildə Niyazi inanılmaz qüvvə ilə bir neçə mürəkkəb
çox məsuliyyətli konsert proqramlarını hazırlamışdı. Bunlar klas-
sik rus və sovet bəstəkarlarının  əsərlərindən ibarət olan silsilə 
simfonik konsertləri, Bolqarıstan bəstəkarı T.Popovun və Türk 
bəstəkarı N.Aksesin Bakıda müəllif konsertləri, Azərbaycan bəs-
təkarları A.Məlikovun, V.Adıgözəlovun, R.Mustafayevin, O.Zül-
füqarovun, A.Əlizadənin yeni əsərlərinin ifası idi. Həmin ildə Ni-
yazi Azərbaycan bəstəkarlarının  əsərlərinin vallara yazdırılması 
işini davam etdirərək, “qrammofon yazısında Azərbaycan musiqi-
si antologiyası”nı yaratdı. Antologiyaya Üzeyir bəy Hacıbəylinin 
“Koroğlu” operası  və “Arşın mal alan” musiqili komediyası, 
F.Əmirovun “Sevil” operası, Q.Qarayevin, C.Hacıyevin, F.Əmi-
rovun, Niyazinin, S.Hacıbəyovun  ən  əhəmiyyətli simfonik əsər-
ləri ilə yanaşı gənc bəstəkarların yeni əsərləri də daxil olunmuşdu. 
1971-ci ildə Niyazi Oktyabr İnqilabı ordeni ilə təltif olundu. 
1972-ci il Niyazi üçün xüsusilə  əlamətdar olmuşdu. Həmin 
ildə Bakıda, sonra isə Moskvada onun anadan olmasının 60 illi-
yinə və yaradıcılıq fəaliyyətinin 40 illiyinə həsr olunmuş təntə-


 
427 
nəli yığıncaqlar keçirildi. Bakıda Azərbaycan Bəstəkarlar İttifa-
qının katibi T.Quliyev və Moskvada SSRİ  Bəstəkarlar  İttifaqı 
idarə heyətinin birinci katibi T.Xrennikov Niyazi haqqında danı-
şarkən onun Azərbaycan musiqisinin inkişafında rolunu, musiqi 
sənətinə dəyərli xidmətini, beynəlxalq əlaqələrinin genişləndiril-
məsi, möhkəmləndirilməsi sahəsindəki ifaçılıq fəaliyyətinin bö-
yük əhəmiyyətini qeyd etdilər. 
1975-ci ildə Azərbaycan ictimaiyyəti Azərbaycan müasir pe-
şəkar musiqisinin banisi və klassiki  Üzeyir bəy Hacıbəylinin 90 
illiyini təntənə ilə qeyd etdi. Bakıda və Moskvada keçirilən tən-
tənəli yığıncaqlarda Niyazi həm dirijor kimi, həm də Ü.Hacıbəy-
linin yaradıcılığının  əhəmiyyətindən ehtirasla danışan musiqiçi 
kimi çıxış etdi. Qeyd edək ki, Niyazinin təşəbbüsü ilə  hər il  
sentyabr ayının 18-də (Üzeyir bəy Hacıbəylinin anadan olduğu 
gün) dahi bəstəkarın adını daşıyan Azərbaycan Dövlət Konser-
vatoriyasının qarşısında Ü.Hacıbəylinin ölməz  əsərləri ifa olu-
nurdu. Daha sonra, 1995-ci ildə Niyazinin bu təşəbbüsü dövlət 
statusu aldı: ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər 
il 18 sentyabr “Üzeyir musiqi günü” kimi qeyd olunmağa baş-
landı, həmin günlər musiqi festivalı da keçirilir.  
1979-cu ildə Niyazi ölkə bəstəkarlarının Azərbaycan  Bəstəkar-
lar  İttifaqının qurultayının konsert proqramına daxil edilmiş  əsər-
lərinin ifasına hazırlaşaraq bu işi böyük məsuliyyətlə yerinə yetirdi. 
Ulu öndərimiz H.Ə.Əliyevin çıxışı bu görüşün mərkəzi hadi-
səsinə çevrildi. O, Azərbaycan musiqisinin tarixi yolunu dərin-
dən təhlil edib, müasir inkişaf mərhələsində bu musiqinin vəziy-
yətini  səciyyələndirdi, onun qarşısında duran ən mühüm vəzifə-
ləri nəzərə çatdırdı. Niyazi respublikanın partiya-təsərrüfat fəal-
ları üçün simfonik konsertlərə böyük diqqət yetirir, onların pro-
qramlarına dünya klassikasının və müasir musiqinin ən dəyərli 
əsərlərini daxil edirdi. Niyazinin rəhbərlik etdiyi hər bir konsert 
orkestrin respublika ictimaiyyəti qarşısında yaradıcılıq hesabatı,  
incəsənətin təbliği kimi dəyərləndirilirdi. SSRİ Bəstəkarlar İtti-
faqı idarə heyətinin birinci katibi T.Xrennikovun müəllif konser-
ti də yaddaşlara həkk olundu. 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə