Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 
416
“Karvan” simfonik lövhəsi, Niyazinin “Rast” simfonik muğamı, 
Q.Qarayevin “İldırımlı yollarla” baletindən süita səsləndi. 
1958-ci ilin sonlarında, Moskvada II Azərbaycan incəsənti 
və ədəbiyyatı dekadasından bir qədər öncə Niyazi ikinci bir mə-
suliyyətli işə – M.F.Axundov adına Azərbaycan Dövlət Opera 
və Balet teatrının baş dirijoru təyin edildi. Onun başlıca vəzifəsi 
dekada üçün Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Sevil” və 
Q.Qarayevin “Yeddi gözəl” tamaşalarını hazırlamaqdan ibarət idi. 
Niyazi
 
kamil sənətkar kimi Azərbaycan musiqisinin şah əsəri 
Ü.Hacıbəylinin “Koroğlu” operasının təfsirindən başladı. Bu ye-
ni ifa dramaturji bütövlüyü, psixoloji inandırıcılığı, emosional 
ifadəliliyi ilə fərqlənirdi. Niyazi bu əsərin ideya-emosional məz-
mununu bütün dərinliyi ilə açıb göstərdi. O, “Koroğlu” operası-
nın musiqisinin mürəkkəb quruluşunun qəhrəmanlıq, təsirli liri-
ka kimi gözəl xüsusiyyətlərini yüksək sənətkarlıqla təqdim etdi. 
F.Əmirovun “Sevil” operasında Niyazi dərindən düşünülmüş ifa 
tərzi əsasında, əsərin bütün inkişafının dəqiq xəttini cızmağa, tə-
zadlı hissələrin dinamikliyinə və təsirliyinə nail olmuşdu. Niya-
zinin təfsirində Q.Qarayevin “Yeddi gözəl” baletinin partiturası 
böyük emosional qüvvəyə və canlı ritmik ahəngə malik idi. Ni-
yazi həmin  əsəri çoxtəbəqəli teatr hadisəsi, simfonik hal kimi 
açır, ayrı-ayrı epizodların və səhnələrin dramatizmini və lirizmi-
ni qabarıq şəkildə təqdim edir, təzad təşkil edən obrazları göstə-
rir, diqqəti  ən mühüm emosional psixoloji kulminasiyalara yö-
nəldirdi
1
. Baletin musiqisi yeni parlaq rənglərlə təqdim edilmiş-
dir. Azərbaycan dirijoru Moskva dekadası zamanı yüksək ifaçı-
lıq məharətini bir daha nümayiş etdirdi. Həmin günlərdə Niyazi 
musiqi sənətinin inkişafında görkəmli xidmətlərinə görə SSRİ 
Xalq artisti kimi yüksək ada layiq görüldü və Azərbaycan SSR 
Ali Sovetinin deputatı seçildi. 
1959-cu ilin sonunda Niyazi orkestri ilə birlikdə Latviyada 
on beş gün ərzində çıxış etdi. Latviyanın görkəmli bəstəkarları, 
musiqişünasları Niyazinin məharətini, orkestrin yüksək bədii 
keyfiyyətlərini qeyd etdilər.  
                                                 
1
 Kərimov S. Niyazi. Bakı, 1982, s. 47. 


 
417 
1960-cı ilin əvvəllərində Bakıda ifaçı musiqiçilərin birinci 
Zaqafqaziya müsabiqəsi keçirildi. Niyazi bu müsabiqədə mün-
siflər heyyətinin nüfuzlu sədri və gənc istedadların aşkara çıxa-
rılmasına yardım edən həssas müşayiətçi kimi çıxış etdi. Qeyd 
edək ki, Niyazi Azərbaycan Dövlət Konservatoriyasının tələbləri 
ilə çoxsaylı çıxışlar edirdi, opera və balet tamaşalarına gənc ifa-
çıların daxil edilməsinə  səy göstərirdi, musiqi məktəblərində 
təhsil alan gənc istedadları simfonik konsertlərə cəlb edirdi. 
1960-cı ilin aprel ayında Niyazi Macarıstanda P.Çaykovskinin 
Dördüncü simfoniyasından, M.Ravelin “Bolero” əsərindən, Q.Qa-
rayevin “İldırımlı yollarla” baletinin süitasından, Y.Bramsın forte-
piano konsertindən (solist İ.Jukov), V.A.Motsartın və L.Bethove-
nin skripka konsertlərindən (solist L.Koqan) ibarət konsert proqra-
mı ilə çıxış etdi. Macarıstanın nüfuzlu musiqi tənqidçisi Breyer Ya-
noş aylıq “Muzıka” jurnalındakı böyük məqaləsində Niyazinin 
yüksək ifaçılıq istedadını qeyd etmişdir. Macarıstanda Niyaziyə 
görkəmli macar bəstəkarı Bela Bartok adına medal təqdim olundu. 
1960-cı ilin iyun ayında Niyazi Tbilisidə Azərbaycan və Gür-
cüstan incəsənət ustalarının konsertində uğurlu çıxışlarından sonra 
Amerika pianoçusu Van Klibern ilə birlikdə konsert verdi. R.Şu-
manın və S.Raxmaninovun fortepiano konsertlərinin V.Klibern və 
Niyazi tərəfindən təkraredilməz təsirli ifası ən böyük ilhamın ifadə-
si idi. Həmin ildə Niyazinin Yerevanda Ü.Hacıbəylinin “Koroğlu”, 
Q.Qarayevin “Yeddi gözəl” tamaşalarına dirijorluq etməsi və 
Q.Qarayevin “İldırımlı yollarla” baletindən İkinci süita və Amerika 
bəstəkarı E.Mak-Douellin İkinci “Hindi süitası”ın fraqmentlərin-
dən ibarət olan konserti böyük bədii hadisəyə çevrildi.  
Niyazi yazırdı ki, o, müxtəlif ölkələrdə Q.Qarayevin istedad-
la bəstələnmiş novator musiqisini mütləq öz proqramına daxil 
edirdi. Q.Qarayevin “İldırımlı yollarla” baletindən  İkinci süita 
Niyazinin həmin dövrdə M.F.Axundov adına Azərbaycan Döv-
lət Opera və Balet teatrının səhnəsində Q.Qarayevin eyniadlı 
musiqili-xoreoqrafiya dramının tamaşaya hazırlanması üzərində 
işindən xəbər verən ilk uğurlu nəticəsi idi.  
1961-ci il də Niyazinin çoxcəhətli yaradıcılıq fəaliyyətinin coş-
ğun bir mərhələsi idi. O, Hindistanın görkəmli mədəniyyət xadimi, 


 
418
yazıçı Rabindranat Taqorun (1861-1941) eyniadlı poemasının mo-
tivləri  əsasında “Çitra” baletini yazdı, o zaman gənc Azərbaycan 
bəstəkarı A.Məlikovun “Məhəbbət  əfsanəsi” baletinin musiqisini 
məşhur Leninqrad Dövlət Akademik Opera və Balet teatrında (in-
diki  Sankt-Peterburqun Mariinski teatrında)  ifa etdi, Parisdə 
“Qrand-opera” və Londonda “Kovent-Qarden” teatrlarlarının or-
kestrləri ilə P.Çaykovskinin və S.Prokofyevin baletlərinin musiqisi-
ni səsləndirdi. Bütün bu tamaşalar böyük uğurla keçdi.  
D.Şostakoviçin fikrincə, Leninqrad teatrının rəhbərliyi 
P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” 
tamaşalarına, yeni teatrın balet truppasının Fransada, sonra isə 
İngiltərədə göstəriləcək qastrol tamaşalara dirijorluq etməyi Ni-
yaziyə tapşırmaqla “çox ağıllı  iş görür”. Fransa və  İngiltərənin 
musiqi tənqidçiləri həmin tamaşaların musiqi rəhbəri Niyazinin 
məharətini geniş  şərh etdilər, təriflə dolu fikirlər söylədilər
onun idarəsilə ifa edilmiş baletlərin alqışlarla qarşılanmasını 
vurğuladılar. London mətbuatında Niyazinin geniş musiqi biliyi 
və parlaq istedadı qeyd edilmiş, onu “London teatrının pultu ar-
xasında çıxış etmiş ən yaxşı dirijorlardan biri” adlandırmışdılar
1
.  
İkipərdəli “Çitra” baleti öncə Kuybışev (Samara) Opera və Ba-
let teatrında tamaşaya qoyuldu, sonra isə Moskvada, Kreml te-
atrının səhnəsində göstərildi. Bu balet böyük uğurla bir çox şəhər-
lərdə nümayiş etdirildi. “Çitra” baletinin ilk tamaşasına R.Taqorun 
qız nəvəsi Nandita Kripalani də baxdı. O, qeyd etdi ki, “baletin 
musiqisində Rabindranat Taqorun əsl poetik yaradıcılıq ruhu hökm 
sürür”. Azərbaycan bəstəkarlarının II qurultayında Q.Qarayev 
Azərbaycan bəstəkarlarnın balet musiqisi sahəsində  uğurlarından 
danışarkən Niyazinin də balet yaradıcılığını yüksək qiymətləndirdi. 
1961-ci ilin mart aynının 23-də Niyazinin idarəsi ilə A.Məliko-
vun “Məhəbbət əfsanəsi” baletinin tamaşası göstərildi və həmin ba-
let musiqi-xoreqrafiya sənətinin görkəmli hadisəsinə çevrildi
2

A.Məlikovun istedadlı, emosional musiqisi, N.Hikmətin qüdrətli ya-
radıcılıq fantaziyası, Y.Qriqoroviçin novator xoreoqrafiyası, S.Virsa-
                                                 
1
 Kərimov S. Niyazi. B., 1982. s. 53. 
2
  Həmin balet sonralar dünyanın bir çox səhnəsində 60 dəfədən çox 
tamaşaya qoyulmuşdur. 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə