Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   2   3   4   5   6   7   8   9   ...   53

 
404
Niyazi P.Çaykovskinin “Qaratoxmaq qadın” operasının səh-
nə  təcəssümü üzərində  işləyərkən özünün ifaçılıq məharətinin 
artdığını nümayiş etdirmişdir. Bu cəhət digər operaların – 
P.Çaykovskinin “Yevgeni Onegin”, “J.Puççininin “Bohema”, 
Q.Qarayevin və C.Hacıyevin “Vətən”, İ.Dzerjinskinin “Nadejda 
Svetlova” operalarının tamaşaları üzərində işdə də özünü büruzə 
verir. 
Bəstəkar və dirijor Niyazinin işi 1944-cü ilin dekabr ayında 
Tbilisidə keçirilmiş Zaqafqaziya respublikalarının musiqi deka-
dasında yüksək qiymətləndirmişdir. Tbilisidə keçirilmiş dekada-
nın simfonik konsert proqramlarında Q.Qarayevin (Birinci sim-
foniya), C.Hacıyevin (Birinci simfoniya), S.Hacıbəyovun (Birin-
ci simfoniya), F.Əmirovun (faşistlərə qarşı döyüşlərdə həlak ol-
muş gənc Azərbaycan bəstəkarı M.İstafilzadənin xatirəsinə həsr 
edilmiş simfonik poema), Ə.Abbasovun (“Rəqs süitası”) əsərləri 
uğurla səsləndi. Bu dekadada Niyazi II dünya müharibəsi 
hadisələrinin doğurduğu və  əks etdirdiyi iki simfonik əsəri ilə 
(“Döyüşdə” və “Xatirə”) çıxış etdi. Üzeyir bəy Hacıbəyli yaz-
mışdır: “Gənc bəstəkarlarımızın başının ucalığıdır ki, onlar mü-
rəkkəb orkestr yazı texnikasına  əsaslı surətdə yiyələnmişlər. 
Simfoniya formasına yiyələnməkdə ciddi uğur qazanmışlar”
1

Bu dövrdə Azərbaycan sovet musiqisində mürəkkəb ifaçılıq 
problemləri mövcud idi. Məhz həmin illər Niyazi repertuarı qə-
tiyyətlə genişləndirməyə, onu iri simfonik və opera əsərləri ilə 
zənginləşdirməyə can atırdı. O, üslub və ideya-estetik cəhətdən 
mürəkkəb olan partituralar üzərində çalışırdı. P.Çaykovskinin 
Dördüncü, Beşinci və Altıncı simfoniyalarının, “Manfred” sim-
foniyasının, “Romeo və Cülyetta” uvertüra-fantaziyasının, M.Ba-
lakirevin “İslamey” simfonik poemasının, S.Taneyevin “İoann 
Damaskin” kantatasının, M.Musorqskinin “Keçəl dağda gecə” 
simfonik lövhəsinin, N.Rimski-Korsakovun “Şəhrizad” simfo-
nik süitasının, L.Bethovenin Birinci, Beşinci, Səkkizinci simfo-
niyalarının, “Eqmont”, Koriolan” uvertüralarının, F.Şubertin 
                                                 
1
 Hacıbəyov. “Vətən müharibəsi günlərində Sovet Azərbaycanının musi-
qisi” məcmuəsi üçün müqəddimə. B., 1945. s. 8. 


 
405 
“Bitməmiş” simfoniyasının, F.Listin “Prelüdlər”inin, H.Berlio-
zun “Fantastik simfoniya”sının, R.Vaqnerin “Riyentsi”, “Loen-
qrin”, “Tangeyzer” opera uvertüralarının, M.Ravelin “Bolero” 
uvertürasının, P.Dükanın “Sehirbazın şagirdi” simfonik poema-
sının, rus və Qərbi Avropa bəstəkarlarının instrumental konsert-
lərinin ifaçılıq baxımından dərk olunması prosesi bəstəkar-diri-
jor Niyazi üçün gərgin əmək şəraitində keçirdi. 
Bu məqsədyönlü və ciddi iş öz gözəl nəticəsini verdi. 1946-
cı ilin iyul ayında Niyazi Leninqradda (Sankt-Peterburqda) diri-
jorların ümumittifaq baxışında uğur qazandı. Həmin baxış sovet 
ifaçılıq mədəniyyətinin inkişafına yeni təkan verməli (dirijorla-
rın 1938-ci ildə keçirilmiş I ümumittifaq müsabiqəsinin ardınca) 
idi. Bu baxış şərtlərinin mürəkkəbliyini və D.Şostakoviçin başçı-
lıq etdiyi münsiflər heyətinin tələbkarlığını belə bir fakt təsdiq 
edir ki, müsabiqənin ikinci (yekun) dövrəsində çıxış etmək hü-
ququnu 40 dirijordan yalnız səkkiz nəfəri qazanmışdı. Niyazinin 
ifaçılıq məharəti yüksək qiymətləndirildi. O, dirijorların II 
ümumittifaq baxışının laureatı adını aldı. 
Niyazi 1947-ci il sentyabr aynının 27-də Azərbaycan Dövlət 
Filarmoniyasında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gən-
cəvinin 800 illiyi münasibətilə respublika bəstəkarlarının yarat-
dıqları yeni əsərlərə – Üzeyir bəy Hacıbəylinin “Kantatası”na, 
Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasına və F.Əmi-
rovun “Nizami” simli simfoniyasına yüksək səviyyədə dirijorluq 
etdi. 
Bu dövrdə Niyazinin rəhbərliyi altında onun “Xosrov və Şi-
rin” lirik-dramatik operası M.F.Axundov adına Azərbaycan 
Dövlət Opera və Balet teatrının səhnəsində yeni il tamaşası oldu. 
Qeyd edək ki, Niyazi Q.Qarayevin “Leyli və Məcnun” sim-
fonik poeması yarandığı vaxtdan bəri bəstəkarın bütün sonrakı 
simfonik  əsərlərinin ilk və  ən yaxşı  təfsirçisi olmuşdur. Niyazi 
və Q.Qarayev yaradıcılıq yolunda əsl həmfikirlərə çevrilmişdi-
lər. Halbuki bədii yaradıcılıqla məşğul olan iki böyük sima gö-
rüşəndə artıq fərdi dünya görüşünə malik fərqli  şəxsiyyət kimi 
formalaşmışdılar. Onların “qarşılıqlı anlaşması və rəğbəti” başlı-
ca – estetik görüşlərində və təfəkkür bənzərliyində olmuşdu.  


 
406
 
 
1947-ci ilin sonlarında Niyazi yeni əsərlərlə (C.Hacıyevin 
Üçüncü simfoniyası, M.Əhmədovun “Simfonietta”sı, Ə.Abbaso-
vun fortepiano ilə orkestr üçün konserti, F.Əmirovun “Şur” və 
“Kürd ovşarı” simfonik muğamları) çıxış etdi. 
Niyazi həmin dövrdə SSRİ-nin digər şəhərlərində konsertlər-
lə  çıxış etdi. Moskva, Sankt-Peterburq, Tbilisi, Yerevan, Daş-
kənd, Kislovodsk, Qaqra, Soçi şəhərlərində rus və Qərbi Avropa 
klassiklərinin, rus sovet və Azərbaycan bəstəkarlarının əsərlərini 
ifa edir, görkəmli sovet musiqiçiləri ilə birgə çıxış edir, cəsarətli 
və orijinal təfsirçi kimi öz şöhrətini artırırdı. 
1948-ci ilin aprel ayının 23-də Niyazi İttifaqlar evinin Sütun-
lu salonunda SSRİ  Bəstəkarlarının qurultayının proqram kon-
sertlərində Moskvanın musiqi ictimaiyyətini və dinləyicilərini 
Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Üzeyir bəy 
Hacıbəylinin eyniadlı (tamamlanmamış) operasından Firuzənin 
ariyası, özünün “Xosrov və Şirin” operasından Şirinin ariyası ilə 
tanış etdi. 
1948-ci ilin may ayında Niyazi Daşkəndə səfər etdi. Dirijo-
run konsertlərində sovet bəstəkarlarının simfonik əsərləri səslən-
di. Həmin konsertlərin birində  bəstəkar R.M.Qliyer Niyaziyə 
özünün “Fərqanə bayramı” adlı uvertürasının partiturasını  təq-


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə